Məhkəmə qərarları › İş №2(103)-687/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-687/2024

12.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-687/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı “əmlak” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X15 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “əmlak” tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X25 12 aprel 2022-ci il tarixdə vəfat edib.

2. X1 Aygün Əkrəm qızı ilə 1990-cı ildən 2007-ci ilə kimi rəsmi nikah münasibətində olmuşdur. Onların birgə nikahından Cavabdeh və X26 dünyaya gəlmişdir.

3. X25 ilə İddiaçı 15 may 2009-cu il tarixdə şəriət qaydalarına uyğun dini nikah bağlamışlar.

4. Mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, yaxın qohumu X25 ilə 2009-cu ildə faktiki ailə qurmuşdur. Yoldaşı ondan öncə 1990-cı ildə Nümayəndə ilə nikaha daxil olmuş və bu nikahdan Cavabdeh və X26 dünyaya gəlmişlər. Sonradan 10 fevral 2007-ci ildə onların nikahı pozulmuşdur. O, yoldaşı ilə faktiki nikah münasibətinə daxil olaraq Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanına gəlin köçmüşdür. Həmin ünvanda 2022-ci il aprelin 15-nə kimi evin xanımı olaraq yaşamışdır. Mərhum yoldaşı Vaqifin 14 sot torpaqda yarımçıq tikili bir evi vardı. Onlar birlikdə bir meyvə-tərəvəz mağazası açmışlar. Sonradan böyüdərək ərzaq mağazası edərək işlədirdilər. Birgə yaşadıqları müddətdə 14 sot torpaqda təsərrüfat işləri aparmışdır. İndi o, min bir əziyyətlə qurub yaratdığı evinə gedə bilmir. 14 il o evdə yaşamış, bütün xanımlar kimi evinə lazım olan əşyaları almışdır. Heç gedib əşyalarını götürə bilmir. Qonşularla da yaxşı münasibəti olub. Bununla bağlı 2022-ci il 11 may tarixində qonşular tərəfindən tərtib olunmuş akt da var. Yoldaşı 2022-ci il aprel ayında vəfat etdi. Mərhumun 3 məclisində mərasim zalında altmış nəfərin gözü qarşısında cavabdehin anası Nümayəndə onun üzərinə hücum çəkərək sağlamlığına xəsarət yetirdi. Bu hərəkətlə o təxribat törədərək məclisi dağıtmaq istəyirdi. Onun məqsədi onun qohumları və qardaşları ilə dava çıxarmaq idi. Amma o öz çirkin məqsədinə çata bilmədi, qohumları təmkin göstərərək təxribata uymadılar. Lakin bu hadisədən sonra qadın başqa yola əl atdı və onu yoldaşı ilə 13 il yaşadığı evdən çıxarılmağına nail oldu. Törətdiyi əmələ görə Səbail RPİ-nin 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarı da var. Məsələ ilə bağlı cinayət işi Səbail Rayon Məhkəməsinin icraatındadır. Hal-hazırda cavabdeh və anası onun və mərhum yoldaşının min bir əziyyətlə qurub yaratdığı, onların isə bircə gün də yaşamadığı ünvan 3 ünvandakı mənzili qanunsuz olaraq zəbt etmiş, çöl darvazasını, dəmir qapının qıfıllarını dəyişmiş, evin dörd divarına nəzarət kamerası qoymuşlar. Hətta cavabdehin evi qanunsuz zəbt etməsi səbəbindən mərhum yoldaşının il mərasimini evində keçirə bilmədi. Maraqlıdır ki, atası xəstə olarkən dava-dərmana pul xərcləmədi, amma nədənsə qapıları, qıfılları dəyişməyə pul tapdı. O həmin evdə mərhum yoldaşı ilə 13 ildən artıq yaşamışdır. Orada onun cehizləri, mebeli, qızılları, pulu qalıb. Bu insanlar onları çıxarmağına imkan vermirlər. Bir ildir ki, qohum-qardaşlarının evində yaşayır, boğazlarından kəsib ona çörək verirlər. Çox ağır vəziyyətdədir. Cavabdeh onu zorla evdən çıxarmış, orada yaşamağa qoymur. Bu səbəbdən də məhkəmə qaydasında evə köçürülmə tələb edir.

7. Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 585 əyar, 12 qram, dəyəri 2000 manat olan 1 ədəd brilliant qaşlı qızıl kişi üzüyünün, 585 əyar, 15 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl tros sepin, 585 əyar, 20 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl sünbül saatın, 585 əyyar, 10 qram, dəyəri 2000 manat olan 1 ədəd 10-luq qızıl klonun, 7 qaş sibir brilliantlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd obadoq qızıl üzüyün, sibir brilliant qaşlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd qızıl fantaziya üzüyünün, 585 əyar, 20 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl sünbül brosletin, 585 əyar, 25 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl kişi sepinin və ya həmin qızıl-zinət əşyalarının dəyərinin, aparılan 3350 manat məbləğində pulun, evin sənədlərinin və ödədiyi 135 manat dövlət rüsumunun cavabdeh X3 alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanda ailəsilə və 2 övladı ilə birlikdə yaşayır. Bildirir ki, atası xəstə olduğu üçün uzaq qohumu olan qarşılıqlı iddia üzrə cavabdeh X6 ona xidmət etmək üçün tutmuşdur, bu barədə atası ilə cavabdeh arasında əmək haqqı ödənilməklə cavabdehin onun atasına qulluq etməsinə dair müqavilə bağlanmışdır və bununla da atasının həyatının son illərində cavabdeh ünvan 4 ünvanda yerləşən evdə qulluqçu kimi atasına qulluq etmişdir. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə atasının vəfatının 3-cü günündə yas mərasimi olmuşdur, onların həmin gün mərasimə başlarının qarışmasından, yorğun olmalarından, evin açarının onda olmasından cavabdeh X2-istifadə edərək, xx.xx.2022-ci il tarixdə qardaşları Mahir, Aydın və Aydının oğlu ilə birlikdə gecə yarısı, təqribən saat 01:24 radələrində, gizlicə onların evinə daxil olaraq, onların qızıllarını, sənədlərini, onların evdəki və mağazadakı pullarını aparmışdır.

9. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 04 oktyabr 2023cü il 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun anologiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx.xx.2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşdən görünür ki, iddiaçı cavabdehin atası mərhum X12 ailə üzvü kimi onun razılığı ilə mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş, sonradan mərhumun oğlu olan cavabdeh iddiaçını yaşadığı evdən qovmuşdur. Məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən X16 aid olan özbaşına tikiliyə Vaqif Əsədovun razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından və onunla birgə təsərrüfat apardığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada X25 ilə bərabər hüquqlar əldə etmişdir. Ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə, Mülki Məcəlləsinin 27.1, 27.3-cü maddəsinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddəsinə, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007- ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı, və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1296/2023 nömrəli qətnaməsini tamamilə ləğv etməklə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin də rəhbər mövqeyi ondan ibarətdir ki, əgər yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri 2000-ci ilin sentyаbr аyının 1dən sоnrа yaranıbsa və həmin ərəfə bu yaşayış sahəsinin sahibinin həmin evə gözlənti ilə mülkiyyət hüququ var idisə, belə mübahisələrə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Lakin iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəyə qanunun analogiyası üzrə 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-54-cü maddələri tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Qanunvericiliyin imperativ tələbindən də göründüyü kimi, həmin evdən istifadə hüququnun yaranması üçün mütləq qaydada notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalıdır. Lakin ilkin iddia üzrə iddiaçı - İddiaçı ilə mərhum Vaqif Əsədov arasında belə bir razılıq mövcud deyil. Hətta ilkin iddiaçının mübahisəli evdən istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində də heç bir qeyd yoxdur, bunun əksini iddia edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməyib. Qeyd edilənlər bir daha sübut edir ki, ilkin iddia üzrə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən evdən istifadə hüququ yoxdur, o, burada yaşamır. İlkin iddia üzrə iddiaçı heç bu müddəaya əsasən də mərhum X12 ailə üzvü sayılmır. Çünki onlar heç vaxt birlikdə yaşamayıb və ümumi təsərrüfat aparmayıblar. Bunlar sadəcə olaraq ilkin iddiaçı – İddiaçı tərəfindən uydurulmuş şayiələrdir. İlkin iddiaçı mərhum Vaqif Əsədovla birgə təsərrüfat aparmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, bugünkü gün vəziyyətin bu cür olmağının səbəbi onun əmiləridir, bibiləridir. Atası rəhmətə gedəndən sonra onlar İddiaçı əli ilə onun başına oyun açıblar. Bakı şəhəri Səbail Rayon Məhkəməsində onu vəhşicəsinə döyüblər. Hazırda cinayət işi açılıb. Əmisinin 3 ha torpağı sahəsini onlara verməyini istədiyi barədə səs yazısı var. Həyatını məhv ediblər. Deyib ki, ya torpağı verəcəksən, ya da Firuzənin əli ilə başına oyun açacaq. Qonşuları da bilir ki, xanım yalan danışır. İddiaçı onunla yaşamayıb. Atasının sağlığında qadın evə qeydiyyata düşərdi, nikah bağlayardı. Firuzə saxtakar qadındır. Pulla şahidləri öyrədib. Evin kimin adına olduğunu belə bilmir. 4 şahiddən heç biri qonşusu deyil. Dindirilən şahidlərdən biri də Alim idi, o heç Badamdar qəsəbəsində qalmır. Hakim şosse ilə qəsəbəni ayıra bilmir. Firuzə 2009-cu ildə evə köçdüyünü və gəldikdən sonra əziyyət çəkərək o ev tikdiyini deyir. Bu yalandır. 1994-cü il tarixli sərəncama əsasən ev 2 il ərzində tikilməliydi. Anası ilə atası boşanandan sonra heç biri ailə həyatı qurmayıb. Sənəddə yazılır ki, o ev sərəncam verildikdən sonra iki il ərzində tikilsin, tikilmədiyi halda İcra Hakimiyyəti tərəfindən geri qaytarılsın.

16. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bildirir ki, məhkəmə özü belə oxuya bilməyəcəyi kəbin kağızı əsasında qarşı tərəfin ailə üzvü olduğunu müəyyən edib. Məhkəmə Mənzil Məcəlləsini analoji qaydada tətbiq edib. Kəbin kağızınınn birinci növbədə sübut qismində iş materiallarından çıxarılmasını xahiş edir. Kəbin kağızında Təzəpir Məscidinin adı qeyd edilməyib. X24 rayonu ərazisində yerləşməsinə baxmayaraq kəbin kağızında Azərbaycan dilində Səbail rayonu yazılıb. Kəbin kağızı məhkəmə üçün cızma-qaradan başqa bir şey deyil, çünki burada heç nə oxumaq olmur. Bu sənəddə tarix və ünvan azərbaycan dilində yazılıb. Səbail rayonu ərazisində Təzəpir Məscidi yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsində xanım izahatında ona şahidlik edən dayısının kəbini kəsdiyini demişdi. Kəbin kağızı saxta tərtib edilmiş sənəddir. Hansısa bir dini kağız sənəd ekspertizaya da gedə bilməz. Ekspertizaya rəsmi sənədlər gedir, bu isə sənəd deyil. Onlar sənəd təqdim ediblər ki, 1994-cü ildə ev sərəncamla Vaqifin adına keçib. Rayon məhkəməsinin audiovideo yazıları dinlənilməlidir. Birinci instansiya məhkəməsində 3 hazırlıq iclası olub, 3 hazırlıq iclasından yalnız birində normal şəkildə məhkəmə iclası başlayıb, iş araşdırlıb. 3 hazırlıq iclasından sonra baxış iclası olub, onun tərəfi şahidlərin dindirilməsi üçün vəsatətlər təqdim etməsinə baxmayaraq, qarşı tərəf də şifahi şəkildə şahidlərin dindirilməsi vəsatəti təmin edilib. Birinci instansiya məhkəməsində müvəkkilimin təqdim etdiyi səs yazısında şahidlik edən qayın bildirib ki, "6 ha torpaq sahəsidir, 3 ha torpaq sahəsini ona verin, Firuzəni bu işdən uzaqlaşdırım" deyib. 1994-cü ildə ev Vaqifin adına keçib, amma Vaqifin qardaşlarının xəbəri olmayıb.Ev özbaşına tikili hesab edilə bilməz. Vaqifin qardaşları sonradan 1994-cü ildə torpağın Vaqifin adına keçdiyini biliblər. Narahat olublar ki, belə olan halda Sənan qanuni vərəsə olacaq. Sənanın əmiləri tərəfindən döyülməsi ilə bağlı hazırda cinayət işi var. İddiaçı 15 ildə qayınları ilə şəkili yoxdur. Birinci instansiya məhkəməsində 4 şahid dindirilib, onlardan ikisi Aygün xanımın qayınlardır. İddiaçı hər yerə şikayət etdiyi üçün bezdiyinə görə istədikləri 3 ha torpağı verib bu məsələni bitirmək də istəyiblər. Şahid2 qonşu olduğu yazılıb, amma şəxsiyyəti müəyyən olunmur. Şahid2 qonşu deyil, ümumiyyətlə həmin ərazidə yaşamır. İkinci Şahid1 tərəfsiz şahiddir. Qətnamədə qeyd edilib ki, o, Firuzənin Vaqifin mağazasında işlədiyini görüb, lakin onların ər-arvad olduğunu bilməyib, aktı imzalasa da, nə üçün imzaladığını bilməyib. 4 nəfərlik aktın qarşısında qonşuları əlavə ediblər. Bu dini kağız sənəd kimi qəbul edilə bilməz. İddia ərizəsinə əlavədə şahidlərin adı qeyd edilib. Şahidlərin dinlənilməsi xahiş edilib, hakim isə heç birini şərait yaratmayıb. Şahidlərin rayon məhkəməsində iştirakını təmin etmişdilər, hakim bildirib ki, baxış iclasında dindiriləcəklər, amma dindirilməyiblər. Kəbin kağızı sənəd olmadığına görə notariat orqanı onu tərcümə edə bilmədi. Sənəd olsa idi, onu notariat orqanı tərcümə edərdi. Asan Xidmətin daxilində pullu tərcümə xidməti, digər pullu xidmətlər var. Onlar Asan Xidmətlə müqavilə bağlayaraq istənilən xidməti edirlər. Bu tərcümə xidmətinin etdiyi tərcümədir, onlar bunu sənəd hesab etmir. Birinci instansiya məhkəməsi oxuya bilməməsinə baxmayaraq kəbin kağızını sənəd qismində götürüb. Hazırda apellyasiya məhkəməsində sübut kimi qəbul edilməsinə etiraz edir. Hakim o qədər qərəzli yanaşın ki, oxuya bilmədən qətnamədə 2009-cu ildən nikahın bağlanıldığını yazıb. Kəbin kağızının ona görə də sənəd kimi qəbul edilməsinə və sənəd kimi iş materiallarına əlavə edilməsinə etiraz edir. Dəftərxanadan təqdim edilə bilərdi. Onlar orada olan yazılarda nə yazıldığını bilə-bilməzlər. Oradakı yazılar ərəb nüsxəsi yox, fars nüsxəsidir. Birinci instansiya məhkəməsində təqdim edilən kəbin kağızı ilə hazırda təqdim edilən kəbin kağızının eyni olduğunu müəyyənləşdirilə bilməz. Bu sənədin əsli birinci instansiya məhkəməsində yoxdur. Bəzi şahidləri keçən iclas dindirilmişdir, digərləri də ərizə göndərdilər. Sənanın əmilərinin xəbəri yox idi ki, ev Vaqifin adınadır. Vaqif vəfat edəndən sonra hər şey məlum olub, əmilər Sənanın başına belə bir oyun açıblar. Badamdardan bir nəfər qonşu Alimi şahid kimi qarşı tərəf gətirib. O izahatında deyib ki, onların ər-arvad kimi olduğunu görməyib, amma Firuzə ilə Vaqifi birlikdə işləyən görüb.Şahid1 da ifadəsində bildirib ki, o Firuzə ilə Vaqifi mağazada görüb, lakin onların ərarvad olduğunu bilməyib. Aktı niyə imzaladığını bilməyib. Hakim əsaslandırma ilə nəticəsinin əlaqəsi olmayan, qeyri-müəyyən bir qətnamə qəbul edib. Hakim qətnaməsinin əsaslandırmasın 2 əsas məsələyə əsaslanıb. Şahidlərdən biri qayındır, İddiaçı xeyrinə izahat verib.1994-cü ildə sərəncam verilib, ev Vaqif Əsədovun atasına keçib, sonra Vaqifə keçib. Vaqifin ölümündən sonra qayınlar torpağı ələ keçirmək üçün Sənanı Firuzənin əliylə torpaqdan çıxarmaq istəyirlər. Firuzənin necə gəldiyini və onun müvəkkilinin anasının ona verdiyi əməkhaqqını apellyasiya şikayətində geniş şəkildə qeyd ediblər. Hakim qətnamədə müqaviləyə əsaslanıb. xx.xx.2015-ci il tarixli X25 və İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, müqavilə şərtinə əsasən İddiaçı yazaraq bildirir ki, ünvan 5 ünvanda yerləşən X16 aid olan evdə bu şəxsin qulluğunda dayanmaq şərtilə qeydiyyatsız yaşayır. Gələcəkdə aralarında yaşana biləcək hər hansı anlaşılmazlıq olarsa, o, yəni İddiaçı bu şəxsə, yəni X16 aid olan mülkünə, evinə özünü iddiaçı qismində saymır və saymaq fikrində də deyil. Bu müqaviləni oxudu və öz imzası ilə təsdiq edir, məhkəmə iclasında xanım 4 dəqiqəlik izahatında imzanın özünün olduğunu deyib, imza mübahisələndirilmir. Hakim kəbin kağızına istinad etmişdir. Heç bir yerdə yazmayıb ki, nikah nə vaxt bağlanılıb. Oxuya bilmədiyi kəbin kağızına istinad edilib. İddiaçı nikahın Təzəpir məscidində bağlanıldığını və o Təzəpir məscidinin harada olduğunu soruşduqda Nizami metrosunun üzərində yerləşdiyini bildirib. Təzəpir məscidi Nizami metrosunun üzərində yerləşmir. O Təzəpir məscidinə sorğu verib. Aldığı qeyri-rəsmi cavaba görə 2010-cu ildən Təzəpir məscidində rəsmi nikahı olmayan heç bir şəxslərə dini nikah bağlamağa icazə verilmir. Təzəpir məscidi aralarında rəsmi nikah olmayan heç bir şəxsin dini nikahını etmir. Onun aldığı qeyri-rəsmi məlumata görə nikaha düşən şəxslərin qeydiyyatı aparılır və aldığı məlumata görə tərəflərin adı orada yoxdur. Qətnamənin 6-cı səhifəsində yalnız hüquqi əsaslandırma var. Hüquqi əsaslandırmada hakim istinad edib ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə dini nikahı analoji olaraq tətbiq edib. Belə çıxır ki, bundan sonra Azərbaycanda vərəsəlik, əmlak münasibətlər və s. məsələlər qeyri-rəsmi nikahda olan, hakimin oxuya bilmədiyi, nə yazıldığını başa düşülməyən bir rəsm əsəri təqdim edildikdə məhkəmə qəbul edəcək. İddiaçı qeyri-rəsmi nikaha razı olub, amma rəsmi nikaha razı olmayıb. Məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun anologiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx.xx.2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Mübahisəli ev özbaşına tikili deyil, burada qanunun analogiyasına ehtiyac yox idi. Kəbin sənədində necə ola bilər ki, hər şey ərəb dilində yalnız tarix azərbaycan dilində yazılıb. Tarixin qarşısında ərəb dilində qeyd yazılmayıb, İddiaçı təqdim etdiyi "Şəms" Tərcümə Mərkəzindən təqdim edilən tərcümədə ərəb dilində tarix qeyd edilməyib. Hakim heç bir yerdə bu münasibətin may ayında başlanıldığını yazmır, amma qətnamənin 6-cı səhifəsində oktyabr ayınadək olduğunu yazıb. Məhkəmə keçmiş Mənzil Məcəlləsinin 53cü maddəsinə istinad edir. Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 228-ci maddəsi ilə bağlı, hakimin istinad etdiyi 53-cü maddə ilə bağlı, 123-cü maddəylə bağlı çoxlu sayda qərarları var. Konstitusiya Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qərarında yazılır ki, 1 sentyabr 2000-ci ildən 1 oktyabr 2009-cu ilədək məsələlərdə tərəflərin ailə üzvlərinin əmlakla bağlı hüquqları, mənafeləri, münasibətləri Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə tənzimlənir. Ondan əvvəl yaranan münasibətlərə Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilir. Məhkəmə Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edib, Konstitusiya Məhkəməsinin qərarını görməzdən gəlib. Hansı səbəblə qulluqçuluq müqaviləsi bağlanılıb. O İddiaçı bu müqaviləni imzaladığını soruşduqda özü etiraf etdi. İddia ərizəsi ilə müqavilədəki imza birə-birdir. Hakim 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinə istinad edir. 54-cü maddədə yazılıb ki, icarədar və onunla birlikdə yaşayan ailə üzvləri sırasında olan şəxslər icarədarla bərabər yaşamaq hüququndan istifadə edə bilərlər. İddiaçı rəsmi nikah bağlamayıb, qeyri-rəsmi yaşamaq xoş olub. Özü də bunu etiraf edib. Ali Məhkəmə köçürülmə məsələsində üç məsələnin aydınlaşdırılmasının vacib olduğunu vurğulayıb: Oraya köçmək istəyən şəxs orada yaşayıbmı? Şəxs həmin yaşadığı yerdən məhrum edilibmi? Məhrumedilmə daxilidirmi? Əmlak, köçürülməsi tələb edilən yaşayış yerində vərəsənin qanuni gözləntisi varmı? Əgər burada sərəncam, tikintiyə razılıq olmasa idi, Firuzə ilə Vaqif birlikdə razılaşıb torpaq alaraq istədikləri kimi evlənmədən yaşasaydılar, rayon məhkəməsinin mövqeyi haqlı olardı. Ali Məhkəmənin rəhbər mövqe olaraq müəyyənləşdirdiyi bu sualların cavabı qətnamədə öz əksini tapmayıb. Qətnamənin əsaslandırıcı hissəsində 6-cı səhifədə yazılıb ki, məhkəmə hesab edir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən X16 aid olan özbaşına tikiliyə Vaqif Əsədovun razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından və onunla birgə təsərrüfat apardığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada X25 ilə bərabər hüquqlar əldə etmişdir. Ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir.Tamamilə əsassızdır. Şahidlərdən biri Firuzənin dayısıdır. Şahid1 ümumiyyətlə qonşu deyil, yeganə qonşu daha doğrusu makler olan Alimdir, maklerlər hamını yaxşı tanıyır. Hakimin istinad etdiyi Mənzil Məcəlləsinin 53-cü maddəsində ailə üzvü dedikdə kimlər nəzərdə tutulur. Ailə Məcəlləsinin 4-cü maddəsində ailə dedikdə kimlər nəzərdə tutulur, 53-cü maddəsində ailə üzvləri dedikdə kimlərin nəzərdə tutulmasını bilməyərək sadəcə İddiaçı özünü yandıracağını dediyinə görə və hakimdən Məhkəmə Hüquq Şurasına şikayət etməməsi üçün belə bir qətnamə çıxarıb. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə rədd edilməsini, ilkin iddia tələbinin tamamilə rədd edilməsini və qarşılıqlı iddianı təmin edilməsini xahiş edir.

17. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, o Səhiyyə Nazirliyində işləyərkən evdə 2 uşağı olduğuna və onlara baxmağa vaxtı olmadığına görə xanımı xidmətçi kimi evinə gətirib. O xanım onun həyat yoldaşının uzaq qohumu olub. Onu şəxsən özü gətirib. Onun yoldaşı onun gətirilməsinə razı olmayıb, çünki yoldaşı qarafikirli bir insan idi. Xanım onun evinə qulluqçu kimi 2015-ci ildə gələndə onun yoldaşı hamımının yanında xanımla qulluqçuluq müqaviləsi bağlayıb ki, bu da onun qəlbinin qara olduğundan və hər şeyə neqativ yanaşmasından irəli gəlib. 2007-ci ildə yoldaşı ilə ayrılıb, amma Badamdarda olan 2 mərtəbəli evin birinci mərtəbəsində uşaqları ilə o, ikinci mərtəbəsində yoldaşı yaşayıb. Ayrılmağına baxmayaraq onlar bir evdə dost kimi yaşayıblar, ona hər zaman qulluq edib. İşlərinin çoxluğuna görə xanımı 2015-ci ildə qulluqçu kimi işə götürüb. Xanım evi 1 ayda 1- 2 dəfə gəlib evi təmizləyib, həyəti təmizləyib və əvəzində 200-300 manat əməkhaqqı verib. Beləcə həyatlarına davam edib və 2017-ci ildə yenidən yoldaşı onunla qulluqçuluq müqaviləsi bağlayıb. Badamdarda qaynatasından yoldaşına qalıb, sərəncamla keçən, dövlət reyestrində qeydiyyatdan keçməyən balaca torpağı var. Bu torpağa qayınatası və baldızları arasında düşmənlik var. Onun qayınları və baldızları düşmən olduqlarına görə Firuzə xanıma yalandan şahidlik edirlər. Xanımın qardaşı onunla şərt bağlayıb. Səs yazıları da var, ikiotaqlı ev verdiyi halda şikayət onun verməyəcəyini və ev tələb etməyəcəyini bildirib. Onlardan hansı haqla ev istəyir.Bundan başqa onun qayınları, onların hər birinə 3 sot torpaq verdiyi halda Firuzə xanımı evdən çıxaracaqlarını deyiblər, bununla bağlı səs yazıları da var. Onun torpağını vermədiyi halda Firuzə xanımın tərəfində duracaqlarını,onun həyat yoldaşı olduğunu və qadına yalandan şahidlik edəcəyini bildiriblər. Səbail Rayon Məhkəməsində 2 nəfər qaynı qanunvericiliyə görə şahid qismində çıxış etmək hüquqlarının olmamasına baxmayaraq şahidlik etdilər. Hakim məhkəmə prosesində çox qanunsuzluğa yol verib. Onun evinin sağ, sol, qarşı və arxa hissədə yaşayan qonşularım akt tərtib etdilər və 11 nəfər istənilən vaxt məhkəmə iclasında gəlib şahidlik etməyə hazır olduqlarını bildirdilər. Hakimə dəfələrlə yerli baxış keçirilməli olduğunu bildirməyinə baxmayaraq, yerli baxış etmədi. Hakim qarşı tərəfin 4 şahidini dindirdi və onlardan ikisi ona qarşı torpaq iddiası qaldıran qayınları idi. Biri onun dayısıdır, hansı ki, Səbail Rayon Məhkəməsində kəbin kağızını dayısının kəsdiyini etiraf etdi. Onlar onun qonşuları deyil, hər ikisi evdən uzaq məsafədə yaşayırlar. Onun qayınları onunla düşməndir, ona görə də bu xanıma şahidlik edərək guya ki, onun həyat yoldaşının kəbinli yoldaşı olduğunu dedilər. Ailə Məcəlləsinə əsasən kəbin kağızının heç bir hüquqi əsası yoxdur. Hətta, kəbin kağızı belə saxta kağızdır, onun yoldaşının dövründə yoldaşı ilə bağlanan kəbin kağızı deyil. O ekspertizadan keçirilməsini istəyib. Kəbin kağızı hüquqi bir sənəd deyil. Oradakı imza onun yoldaşının imzası deyil. Hakim ona imzanın yoldaşının olduğunu müəyyən etmək üçün ondan onun imzası olan sənədlər gətirməyini istədi. Kifayət qədər sənədlər təqdim etməyinə baxmayaraq hakim sənədlərə baxmadı, onun təqdim etdiyi 12 qonşunu şahid kimi də dindirmədi. Ümumiyyətlə,hakim işə birtərəfli mövqedən yanaşdı, onların izahatını dinləmədi. Şahidlərdən biri Elmar adlı şəxs onlardan 10 km aralıda yaşayır, o da qarşı tərəfin şahidi qismində gəlməsinə baxmayaraq həmin qadını həqiqətən də onların mağazasında xidmətçi kimi işlədiyini gördüyünü,Vaqifin yoldaşının Aygün olduğunu dedi. 4-cü şahid isə Alimdir, o da onların qonşusu deyil. O da onun qızını oğlu ilə evləndirmədiyinə görə onunla düşməndir. Firuzə xanımın evdə yaşamamağı barəsində qonşuların aktı var, hamısı da şahid qismində çıxış etməyə hazırdırlar. Məhkəmədə qulluqçuluq müqaviləsindəki imzaların, həqiqətən də, xanımın olduğunu soruşduqda xanım onun olduğunu təsdiq etdi. Rayon məhkəməsində aktda göstərilən qonşuların şahid kimi dindirilməsini istədiyini bildirdi. Lakin, hakim onun fikirlərini önəmsəmədən tez bir şəkildə qərar çıxardı. Polisə xanım çox müraciət edib, qanunsuz müraciət olduğundan polis hamısını rədd edib. Axırıncı gün 16 apreldə xanım gecə saat 01:00-da qardaşı Mahirlə onların evinə oğurluğa gəlib. Evlərində olan bütün sənədləri, zinət əşyalarını və pulları götürərək gecə evlərindən çıxıblar. O bu barədə hakimə də bildirib. Bununla bağlı polisə də müraciət edib. Aktın birini aprel ayında alıb, digərini isə 2023-cü ildə yenidən alıb. Birinci instansiya məhkəməsinin xanımın imzasının olubolmadığını soruşduqda imzanın onun olduğunu bildirmişdi. Xanımda olan açarlar da evin açarları deyil. Xanım əvvəlcə Məhəmməd adlı bir şəxslə qeyri-rəsmi ailə həyatı qurub, sonra övladı dünyaya gəlib. Sonra uşaq da, yoldaşı da dünyasını dəyişib.Bunları ona yoldaşı danışıb. Xanımda olan açarların heç biri oğlunun yaşadığı evin açarları deyil, yalandan açarların o evin olduğunu deyir. Yoldaşı ilə boşanandan sonra nikaha girə bilərdi, yoldaşı rəhmətə gedənə qədər xanım bu məsələləri heç deməyib. Firuzə xanım onların evində yaşamayıb. 2015-ci ildə qulluqçu kimi gəlib və qulluqçuluq müqaviləsi bağlayıblar.Onların evi ikimərtəbəli idi, ikinci mərtəbəsi təmirsiz olduğuna görə hamı birinci mərtəbədə yaşamışdılar. Sonradan ikinci mərtəbə bir az təmir edildikdən sonra yoldaşı ikinci mərtəbəyə köçüb. Yoldaşı qarafikirli insan olduğundan evə xidmətçi kimi xanımın gətirilməsini istəmirdi. Həmişə də onu qovub, xanım ona yalvararaq imkanının zəif olduğunu dediyinə görə o onu işə yenidən qaytarıb. Axırıncı dəfə xanım yoldaşının yas mərasimində iştirak etdikdən sonra çıxıb-gedib. Qulluqçu olduğuna görə çıxıb getmək məcburiyyətində idi. Xanım evi və həyət-bacanı silib-süpürüb çıxıb-gedirdi. Əvvəllər 2 gündən bir, sonra həftədə bir dəfə, sonra 10 gündən bir və daha sonra lazım olmadığından ayda 1 dəfə gəlirdi. Torpağa görə əvvəldən onun qayınlarının onun yoldaşı ilə mübahisəsi olub. Qonşu xanımın evə girdikdən sonra evi təmizləyib çıxıb getdiyini görüb.

18. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, evin açarlarının hamısı onda var, qarşı tərəf evin qapısını sındırıb. Bu barədə polisdə araşdırma gedir.Sənəddə də yazılıb ki, o evdə qeydiyyatsız yaşayır. Qarşı tərəf saxta müqavilə çıxarıb. Qonşuların heç biri hansı aktı imzaladığını bilmirlər. Qarşı tərəf aktı çıxardıb qonşulara imzaladıb, sonra o aktı cıraraq başqa akt qoyublar ki, guya qonşular onun orada yaşamadığı barəsində yazıblar. Xanımın dediyinin hamısı yalandır. Onun yoldaşı anasının dayısı oğludur. Qadınla yoldaşı 2007-ci ildə boşanıblar, boşanma ilə bağlı ərizəni qadının özü verib. Qadın çıxıb getdikdən 2 il sonra onu ata-anası olmadığına görə dayısından istəyiblər. İndi şahidlik edən dayısı da onu kəbinsiz evləndirməyəcəyini deyib. Onun 41, yoldaşının 46 yaşı var idi. Qayınatası, böyük qayını, yoldaşı və o gedib kəbin kəsdirdilər. Evə o gələndə yarımçıq tikili idi, pəncərəsi filan yox idi. Badamdarda 70 ağac əkiblər, orada o toyuq-cücə saxlayırdı. O, yoldaşı ilə birlikdə yaslara, toylara gedib. Ata Sənanın toyunda iştirak etməyib. Oğlu 2019-cu ildə gəlib atasından xahiş edərək ev alana qədər orada yaşamasını istədi. O, uşaqlara çox yaxşılıqlar edib. Onlar onu neçə dəfə döyüblər, axırda yoldaşı əsəbiləşdi. Sənan ona 10.000 manat pul təklif edərək getməyini istədi və Vaqif dünyasın dəyişəndən sonra onu o evdən qovacağını dedi. Axırda yoldaşı onu məcbur edərək 41-ci bölməyə apardı. Əgər o qulluqçu kimi gəlib-gedirdisə, o hansı səbəblə döyülürdü. Mağaza isə sənədli mağazadır. Açarların da hamısı ondadır. O qeydiyyatsız orada 2009-cu ilin may ayından yaşayıb. Evi o vaxtı tikən ustaları şahid qismində çağıra bilər. Evin açarları onlarda olduğuna görə şəkillərin hamısı evdədir. Dəfn mərasimində döyməyiblər. Yaşı çox olduğu üçün və övladı da olmadığına görə rəsmi nikah bağlamayıblar. 2009-cu ildən yoldaşı rəhmətə gedənə qədər o evdə yaşayıb. Qarşı tərəf orada yaşamayıb. O xanımı evdə görməyib, yoldaşı rəhmətə gedənə qədər ora gəlməyib. Oğlu da 2019-cu ildə evdə müvəqqəti yaşamaq üçün gəlib. Keçən məhkəmə iclasında təqdim etdiyi 22 yanvar 2022-cil tarixli qərarda göstərildiyi kimi döyülüb. Onlar Polis İdarəsi ilə əlaqə yaradaraq işə xitam verdilər. Bakı şəhəri Səbail rayon Məhkəməsində izahatında xanım uşaqları ilə başqa ünvanda yaşadığını bildirib. O, qulluqçu olmayıb, o, kəbin ilə orada 14 il yaşaylb. Övladı olmadığına və yaşı çox olduğuna görə nikah bağlamağa həvəsi olmayıb. Xanımın uşaqları atalarına yaxın gəlmirdilər, yoldaşı sona qədər uşaqlarının adını deyə-deyə vəfat etdi. O, evə köçəndə ev yarımçıq tikili idi, qaynı tikinti işini bildiyinə görə gəlib bir otağı düzəltdi və onlar bir otaqda yaşadılar. Qayınanası, qayınatası və yoldaşı bir qalırdılar. Qayınatası, qayınanası və yoldaşı dünyasını dəyişdi. Yoldaşı 51 gün xəstəxanada qalıb, o, evdə tək qalıb. Sənan 2019-cu ildən aşağı mərtəbədə qalıb, ev əşyalarını gətirib ora qoydu. O, təzə ailə həyatı quranda gəlib ağladı ki, kirayədə qalır və pulu çatdıra bilmir. Bakı şəhəri Səbail rayon Məhkəməsində eyni ifadəni verib. Rəna Qafarovanın sədrliyi ilə keçirilən iclasda xanım başqa izahat verib, guya ki, o xərçəng xəstəsi olan anasına başqa ünvanda baxdığı üçün, uşaqları körpə olduğuna görə İddiaçı qulluqçu kimi tutub. O qızının toyuna yoldaşını məcbur edib göndərib. Nə qədər məcbur etməyinə baxmayaraq oğlunun toyuna getmədi. Onun məhkəməyə şikayət vermək fikri yox idi,ona görə ki, həm onun nikahı yoxdur, həm də o evdə qeydiyyatı yoxdur. Qarşı tərəf onu xeyir-şər evində döydülər. Hazırda cinayət işi apellyasiya məhkəməsindədir. O ev xanımı olub. Aygün xanım onu döydü. Rayon məhkəməsində proses zamanı icraatında məhkəmə iclası olanda onlar onun üzərinə gəldilər, Mədinə xanım özü gəlib sakit olmaqlarını istədi. Xanım birinci instansiya məhkəməsində onu notariat ofisinə apardığını etiraf edib. Əgər qulluqçu idisə onu niyə döyürdülər. Bakı şəhəri Səbail rayon Məhkəməsində xanım qulluqçu kimi evdə yaşaıdığını bildirib. Guya müqavilə bağlamaq üçün notariat ofisinə gediblər. 2009-cu il may ayında kəbin bağlayaraq ailə həyatı qurub. Kəbin kağızında nə yazılıb bilmir. Kəbin Təzəpir məcsidində kəsilib. Kəbin kağızı saxta deyil. Ekspertizaya da gedə bilər. Qayını ilə birlikdə Təzəpirə məscidinə gedib, orada şahidlik edən molla kağızı oxuyub şahidlik edənin özünün də olduğunu bildirdi. Səs yazmasının icazəsini də alıblar, axund səs yazısını telefona yazıb. Qafqaz Müsəlmanları İdarəsindən maraqlanıb, kəbin kağızının saxta olubolmaması barəsində arayış təqdim edə bilmədiklərini dedilər. Təzəpir Məscidini harada yerləşdiyini tanıyır. Kəbin kağızında onun və yoldaşının imzası var. Yoldaşının imzasını tanıyır. O evə gəlin köçəndə torpaq qaynatasınının idi və 6 ha ərazi təşkil edirdi. Torpağın sərəncamı var idi. Qayınanasının bu barədə məlumatı var idi. Qayınanası və qayınatası Vaqif tək olduğuna görə onunla yaşayırdı. Yoldaşıgil 4 qardaş, 2 bacı idilər. Qayınanası o ora köçənə qədər yoldaşına baxıb. Vaqif 2007-ci ildən tək yaşayırdı, ondan əvvəl xanım çıxıb gedirdi. Yoldaşı onun anasının dayısı oğludur. Torpağın Vaqifin adına olduğunu bilmirdi. O, 2015-ci ildə qulluqçuluq müqaviləsinə imza çəkməyib. Onun bütün fotolarını, əşyalarını evdən məhv elədiklərinə görə məhkəməyə Vaqiflə çəkdirdiyi fotoları təqdim edə bilmir. Videogörüntüdən çıxardığı şəkilləri təqdim edib. İcraçıyla evə getdikdə bütün evin qapı pəncərəsinin sınıq şəkildə olduğunu görüb. Kəbin kağızını aparıb Asan Xidmətdə tərcümə etdirib. Qaynı ilə dini qurumlara gediblər, oradan onları Qafqaz Müsəlmanlar İdarəsinə yönləndirdilər. Qaynı müavinlə danışanda müavin məhkəmə onlara sorğu yazdığı halda sənədi tərcümə edərək göndərə biləcəyini bildirdi. 2009-cu ildə evə köçdükdə torpaq sahəsində yarımçıq tikili var idi və evin qapı-pəncərəsi yox idi. Qarşı tərəf onun qaynından, baldızından şübhələnir. Evə köçürülməyinin qayınlarına və baldızlarına nə əlaqəsi ola bilər. Qarşı tərəf hakimin onların təqdim etdiyi şahidləri dindirmədiyini yalan deyir. Məhkəmə iclasında o şahidlər gətirdiyinə görə qaşı tərəf onun üzərinə gəldilər ki, necə şahid gətirə bilər. Hakim müşavirə otağından səs-küyü eşidərək gəlib onlardan nə baş verdiyini soruşdu. O da onların şahid gətirdiyinə görə onun üzərinə düşdüyünü dedikdə hakim ona şahidləri təqdim edə biləcəyini dedi. Keçən məhkəmə iclasında şahidlik edən Qədir onun yoldaşı ilə danışmayıb. Onu gördüyünü sualı verildikdə mağazaya girmədiyini dedi. Digər şahid evi kirayəyə verirdi. Vəkil onun qonşuları tanımadığını deyir, amma onun qonşuların hamısının adını deməyinə icazə vermədi. Digər şahid qadın onların evində qapıdan çıxanda sağ tərəfdə yaşayır, qardaşıgildə qalır. Qardaşının da 2 qızı var. O qadın 2 tərəfdən evin çıxışı olduğunu deyir. O evinin zibilini də atıb, evi də süpürüb, şüşəni də silib. O məhəllədə heç kimin qulluqçusu yoxdur. Digər şahid Emil onun xeyrinə ifadəsini verərək mağazaya gəldikdə Sənanı orada görmədiyinə görə Vaqifdən oğlunun niyə orada işləmədiyini soruşduğunu bildirdi, Vaqif də artıq qulluqçu işlətdiyini deyib. Deməli həmin zaman Sənan atasının yanında deyildi. Evin açarları ondadır. 2009-cu ilin sonu 2010-cu ilin əvvəli Aygün xanım onun yoldaşını məhkəməyə verib. O orada köçüb yaşayacaq, heç bir problem olmayacaq. O dindirilən şahidləri tanıyırdı. Birinci instansiya məhkəməsində 5 şahid təqdim edib. Birinci instansiya məhkəməsində təqdim etdiyi şahidlərdən biri Alim qonşu idi, onların mağazası tərəflərdə yaşayırdı. Alimin evi o orada olanda çəhrayı rəngli idi, ev üçmərtəbəlidir. Onun övladı olmadığına görə rəsmi nikahı olmayıb. Vaqif onun qohumu idi,ona görə də əvvəldən onu tanıyırdı. Digər 3 şahiddən biri onun böyük qaynı - Şahid3dur. Digər qaynının adı Şahid4dur, o da şahidlik edib. X17 onun dayısıdır. Şahid1 da qonşudur.

Tətbiq edilən hüquq normaları:

19. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İlkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə ləğv etməklə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. İlkin iddia üzrə iddiaçı X10 bildirir ki, Vaqif Əsədovla şəriət qaydalarına uyğun nikah bağlamışdır. Onunla birgə təsərrüfat apararaq mübahisə predmeti olan evdə yaşamışdır. Lakin 2022-ci ildə Vaqif Əsədov vəfat etdikdən sonra sonuncunun oğlu olan Cavabdeh onu evə buraxmamış, evin açarlarını dəyişmişdir. 26.İlkin iddia üzrə Cavabdeh isə bildirir ki, iddiaçı sadəcə qulluqçu olmuşdur. Evdə heç vaxt yaşamamışdır. Buna görə əmək haqqı almışdır. 27.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçının mübahisə predmeti olan evdə yaşaması iş materialları ilə öz təsdiqini tapmışdır. 28.Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 yanvar 2022ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh bildirmişdir ki, onun atası Vaqif Əsədov anası Nümayəndə ayrılmışdır. Anası onlarla yaşamır. O, həyat yoldaşı və azyaşlı uşaqları ilə birlikdə evin birinci mərtəbəsində, atası Vaqif və onunla birlikdə yaşayan Firuzə isə evin ikinci mərtəbəsində yaşayırlar. Təxminən 11 il olar ki, Firuzə həmin evdə yaşayır, arada getsə də yenə gəlmişdir. Firuzə demək olar ki, arada evdə söz söhbət yaratmışdır. O, Firuzənin onun barəsində yazdıqları ilə tanış olmuş və bildirmişdir ki, onun yazdıqları yalandır. Suallara cavab verən Cavabdeh bildirmişdir ki, o, Firuzənin saçından tutub yolmamış, həmçinin onu döyməmişdir. O, Firuzənin yaşadığı mənzilə qalxmadan ona demişdir ki, pəncərəni bağlasın, uşaqlara soyuq olur və xəstələnir. Firuzə isə qışqıraraq mağaza tərəfə qaçaraq onun tərəfindən döyüldüyünü demişdir. O, qeyd etmişdir ki, Firuzəni hədələməmiş, Firuzənin belə şikayət etməkdə məqsədi odur ki, onun atası ilə arasını vursun və atasının səhhətinə ziyan vursun. Firuzə istəmişdir ki, o, həmin evdən çıxsın və ev onlara qalsın. Lakin Firuzənin həmin evə heç bir qeydiyyatı yoxdur və atası ilə rəsmi nikahda deyildir. Həmçinin o, qeyd etmişdir ki, əvvəllər də Firuzə ilə aralarında mübahisələr olmuş və Firuzə dəfələrlə onun barəsində DİN-in 102 xidmətinə yalan məlumatlar vermişdir. Hal-hazırda onlar münaqişəli ailə kimi polisdə qeydiyyatdadırlar (i.v.19) 29.Bundan əlavə, ********* nömrəli cinayət işi üzrə ittiham aktından müəyyən olunur ki, iş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, X25 onun qardaşı olmuş, Vaqif 12 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Onlar 15 aprel 2022-ci il tarxdə mərhumun “üç” mərasimi Bakı şəhəri Səbail rayonu Badamdar şossesində “Bəyoğlu” şadlıq sarayı ilə üzbəüz yerləşən mərasim evində təşkil etmişlər. .....Aygün Firuzənin oradan durmasını tələb etmiş, o bildirmişdir ki, Firuzə son 13 il ərzində qardaşı ilə birlikdə yaşamış, qardaşına dayaq olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərnişdir ki, o, 15 aprel 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində qardaşı Vidadi ilə birlikdə mərhum qardaşı X12 03 mərasimində iştirak etmək məqsədi ilə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Bəyoğlu” restoranı ilə üzbəüz fəaliyyət göstərən mərasim evinə getmişdir.....Sonradan ona məlum olmuşdur ki, mərhum qardaşının birinci arvadı Nümayəndə məclisə daxil olduqdan sonra bacısı Validə ilə Xuramana yaxınlaşaraq mərhumun ikinci həyat yoldaşı İddiaçı məclisinin yuxarı tərəfində məclisi idarə edən molla Gülzar xanımın yanında əyləşməsinə etirazını bildirərək, Firuzənin oradan durmasını tələb etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, 15 aprel 2022-ci il tarixdə saat təxminən 10:30 radələrində qardaşı X12 «üç» mərasimində iştirak etmək üçün Səbail rayonu Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» restoranı ilə üzbəüz fəaliyyət göstərən mərasim evinə getmiş, saat təxminən 11 radələrində mərhumun 1-ci arvadı Nümayəndə məclisə daxil olduqdan bir neçə dəqiqə sonra məclisi idarə edən molla Gülzar xanımın yanında əyləşən mərhumun 2-ci arvadı İddiaçı üzərinə gedib sonuncunu nalayiq küçə söyüşləri ilə söyüb təhqir "etməklə üzərinə hücum edib Firuzəni əyləşdiyi yerdən vurub yerə yıxmış və yumruq-təpiklə vurmağa başlamışdır. İş üzrə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 1968-ci ildən hal-hazıra kimi yuxanda göstərilə ünvanda yaşayır və həmin vaxtdan da-mənhum X20 və sonuncunun ailə üzvlərini tanıyır. Bir qonşu kimi, onlar həmişə mehriban olmuşlar, bir-birlərinin xeyr-şər məclislərində iştirak etmişlər. 15 aprel 2022-ci il tarixdə saat təxminən 10:30 radələrində qonşusu X12 «üç» mərasimində iştirak etmək üçün Səbail rayonu Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» restoranı ilə üzbəüz fəaliyyət göstərən mərasim evinə getmişdir. Saat təxminən 11 radələrində Vaqif Əsədovun 1-ci arvadı Nümayəndə məclisə daxil olduqdan bir neçə dəqiqə sonra məclisi idarə edən molla Gülzar xanımın yanında əyləşən mərhumun 2-ci arvadı İddiaçı üzərinə gedib hücum çəkmiş, əyləşdiyi yerdən durğuzmağa çalışarkən, aralarında dava-dalaş başlamışdır. İş üzrə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, mərhum X25 onun əmisi olmuş, İddiaçı 13 ildir ki,mərhum əmisi Vaqifin qeyri-rəsmi nikahlı və dini (molla) kəbini ilə arvadı olmuş, Firuzədən əvvəl isə mərhum əmisi Vaqif Əsədov Nümayəndə ilə rəsmi nikahla evli olmuş və 2007-ci ildə rəsmi qaydada boşandıqdan sonra Nümayəndə əmisi Vaqifə məxsus evdən köçüb getmiş, birlikdə yaşamamışlar. Mərhum əmisi Vaqif Əsədov Bakı şəhəri Səbail rayonu Badamdarqəsəbəsi 1-ci Massivdə yerləşən fərdi evində İddiaçı ilə birlikdə yaşamışdır, lakin 2017-2018-ci ildən etibarən mərhum əmisi Vaqifin keçmiş arvadı Nümayəndə ilə birgə nikahda olan oğlu Cavabdeh evləndikdən sonra arvadı ilə birlikdə əmisi Vaqifin yaşadığı yuxarıda göstərilən ünvanda yaşamağa başlamışdır. Bundan sonra Sənan öz anası Aygün və bacısı Şəms ilə birlikdə mütəmadi olaraq, əmisi Vaqif Əsədov və arvadı İddiaçı həyatlarına müdaxilə etməyə başlamışlar, gündəlik dava-dalaş və səs-küy salmaqda davam etmişlər. O və ailə üzvləri dəfələrlə Sənanla danışıb bu hallara son qoymasını xahiş etmələrinə baxmayaraq, Sənan və anası Aygün bütün belə hərəkətlərinə davam edərək, ailə arasında narazılıqlara səbəb olan davranışlar nümayiş etdirmişlər. (i.v. 81-86). 30.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh və onun nümayəndəsi Nümayəndə hazırda izahatlarında ilkin iddia üzrə iddiaçının evdə bir gün belə yaşamadığı qeyd etsələr də əvvəllər fəqli izahatlar vermişdirlər. 31.Belə ki, Cavabdeh cinayət işinin başlanması haqqında qərarda verdiyi izahatında atası Vaqif və onunla birlikdə yaşayan Firuzənin evin ikinci mərtəbəsində yaşadıqlarını qeyd etmişdir. 32.Cavabdehin nümayəndəsi Nümayəndə 4 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında izahatında qeyd edir ki, əri Vaqif Əsədovdan 2007-ci ildə ayrılıb və uşaqları ilə birlikdə başqa ünvanda yaşamışdı. Lakin mübahisəli ev onun maddi köməkliyi ilə tikilmişdir. 2009-cu ildə ərinin qohumu olan Firuzə onun da razılığı ilə əri Vaqifə qulluq etməsi üçün mübahisəli evə gətirilib. 33.Bundan əlavə, qeyd edilən itthiham aktından müəyyən olunduğu kimi ilkin iddia üzrə İddiaçı mərhum Vaqif Əsədovun yas mərasimində məclisi idarə edən mollanın əyləşdiyi masada əyləşmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mərhumun bacıları və qohumlarının iştirak etdiyi məclisdə məclisi idarə edən mollanın əyləşdiyi masada cavabdeh tərəfin bildirdiyi kimi qulluqçunun əyləşməsi də adət ənənələrə uyğun gəlmir. Habelə məclisdə iştirak etmiş və ifadəsi alınmış qohumlar, o cümlədən qonşu da İddiaçı Vaqif Əsədovun ikinci arvadı kimi təqdim etmişdirlər. 34.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışında cavabdeh tərəfin dəvət etdiyi şahidlər məhkəmə iclasında dinlənilmişdir. 35.Şahid X21 ifadəsində qeyd edir ki, Vaqif Əsədov onun qonşusu olub. Vaqif Əsədov dünyasını dəyişəndən 3-4 il İddiaçı orada görmüş. İddiaçı orada heç vaxt yaşamayıb, evi yığşırıb gedirdi. Vaqif Əsədov yoldaşı, oğlu və nəvələri ilə yaşayırdı. Vaqif Əsədovla münasibəti yaxşı idi. Evdən çıxanda ona İddiaçı evində qulluqçu işlətdiyini deyirdi. Özü də onların evinə gedib görmüş, Vaqif də onlara gəlirdi. Vaqif özü ona İddiaçı evində qulluqçu kimi işlətdiyini deyirdi, onun dilindən bu sözü eşitmişdir. 36.Şahid X23 ifadəsində qeyd edir ki, o, 2016-cı ildən Vaqifgilin qonşusu olub .3-4 ildir ki, İddiaçı tanıyır. İddiaçı bildiyinə görə qulluqçu olub. Səhər saat 6-dan axşam saat 6-ya qədər işləyir. Axşamüstü İddiaçı görürdü. Mağazaya gedəndə İddiaçı görürdü. Onları tanıyandan Sənan Vaqiflə yaşayıb. Vaqifin qardaşıyla münasibətinin necə olduğunu deyə bilmir. Aygün xanım gedib-gəlirdi. Vaqifdən oğlunun mağazada işləmədiyini soruşduqda İddiaçı onsuz da qulluqçu olduğunu və orada işlədiyini bildirmişdi. 37.Şahid X5 ifadəsində qeyd edir ki, İddiaçı 1-2 dəfə görmüş. Badamdar qəsəbəsində yaşayır. Aygün xanımı tanıyır, 25 il onunla qonşu olmuş. Vaqif Əsədovun sol qonşusu olmuş. İddiaçı Vaqif dünyasın dəyişəndən sonra, yəni son iki ildə görməmiş. İddiaçı evi yığşırıb gedirdi, heç orada yaşamayıb. İddiaçı son 3-4 ildə görmüş,yəni 2020-ci ildən əvvəl. Həmişə onu zibili atan görmüş, qonşu olduğuna görə onun da zibilini aparıb atıb. Aygün xanımı tanımış, 25 il onunla qonşu olmuş. Aygün xanım o evə gəlib-gedirdi. Vaqif Əsədov oğlu, gəlini və uşaqları ilə yaşayırdı.Vaqif Əsəsdovun valideynləri onlarla yaşamırdı. 38.Göründüyü kimi dindirilən hər üç şahid oxşar ifadə verərək iddiaçının qulluqçu olmasını və onu 3-4 il gördüklərini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, dindirilən şahidlərin ifadələri işdə olan digər sübutlarla qiymətləndirildikdə təsdiqini tapmır. 39.O cümlədən, cavabdeh tərəfin təqdim etdiyi 2015 və 2017-ci il tarixli müqavilələr kserosurətdir. İlkin iddia üzrə iddiaçı belə bir müqavilə bağlamadığını bildirir. Habelə, müqavilədə qeyd olunur ki, İddiaçı Vaqif Əsədova aid olan evdə bu şəxsin qulluğunda dayanmaq şərtilə qeydiyyatsız yaşayır. 40.Bundan əlavə, ilkin iddia üzrə iddiaçı bildirir ki, evin açarları dəyişdirildiyindən və evə daxil ola bilmədiyindən onun əşyaları, fotoşəkilləri evdə qalmışdır. Bununla belə bir neçə fotoşəkillər təqdim edib. Cavabdehin nümayəndəsi də şəkillər təqdim edib. Məhkəmə kollegiyası qeyd edir ki, övladlarının tədbirlərində keçmiş həyat yoldaşının da iştirak edərək şəkil çəkdirməsi mümkündür. Lakin cavabdeh tərəfin qulluqçu adlandırdığı şəxsin tədbirlərdə Vaqif Əsədovla yan-yana əyləşməsi isə daha çox qeyri-mümkün görünür. 41.Məhkəmə kollegiyası işdə olan sənədlərə nəzər saldıqda müəyyən edir ki, İddiaçı X25 ilə 15 may 2009-cu il tarixdə şəriət qaydalarına uyğun nikah bağlamışlar. Məhkəmə kollegiyası da təsdiq edir ki, yalnız ailə qanunvericiliyinə uyğun şəkildə bağlanmış nikah rəsmi nikah hesab edilir. O cümlədən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş və apellyasiya baxışında əslinə baxış keçirilmiş şəriət qaydalarına uyğun bağlanmış nikah şəhadətnaməsi işdə olan digər sübutlarla yanaşı qiymətləndirildikdə İddiaçı ilə Vaqif Əsədov arasında hansı münasibətlərin olması, bu münasibətlərin nə zaman yaranması kimi halları müəyyən etməyə imkan verir. 42.Münasibətlər 01 oktyabr 2009-cu ilədək yarandıqda mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq olunmalıdır. Lakin nə qədər ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi deyil, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir. 43.Çünki, Mülki Məcəllənin 228.1-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (Maddə 228.2)

44. Göründüyü kimi, hazırkı halda tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsi üçün mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olmalıdır. Lakın hazırkı mübahisə predmeti olan ev dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir.

45. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 46.Göründüyü kimi qanunvericiliyə görə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxsləri də icarədarın ailə üzvü hesab edilərək onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidir. 47.Baxılan işdə iddiaçı cavabdehin atası Vaqif Əsədovun razılığı ilə mübahisəli evə köçmüş və onun ailə üzvü kimi 13 il müddətində həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. 48.Kollegiya onu da qeyd edir ki, mübahisə predmeti olan ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının 13 il ərzində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Müübahisəli evin iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə iddia tələbi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. 49.Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf məhkəmə iclasında ancaq iddiaçının qulluqçu olması və evdə yaşamamasına dair izahatlar vermiş, lakin qarşılıqlı iddia tələbinin əsaslılığına dair ümumiyyətlə münasibət bildirməmişdir.

50. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

51. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə icavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar