Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6871/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Nüsyət qızının Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3580/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İş materiallarına əlavə edilmiş Bakı şəhəri Zabrat Bələdiyyəsinin 52 saylı xx.xx.2019- cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı və X1 və ya istifadəsinə yaşayış sahəsinin verilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektirk enerjisinin alğı-satqısının birtipli 133526 saylı xx.xx.2017-ci il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Y/M 2319-00 saylı evə elektik enerjisi verilməsi üçün müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-5989/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-5658/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-5989/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı bacısı X3 qarşı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 109 saylı xx.xx.2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı Nüsyət qızı hüquqi yardım üçün 150 manat pul ödəmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı tərəfindən 237 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Nüsyət qızı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən evin alınması üçün Cavabdeh ödədiyi 48.000 manat, iddia ərizəsi üçün ödədiyi 234 manat və hüquqlarının məhkəmədə təmsil edilməsi ilə bağlı vəkilə ödədiyi 150 manat, ümumilikdə 48.384 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin oktyabr ayında ona məxsus Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 20A plana düşərək dövlət tərəfindən alındığına görə, həmin ev üçün ona 112.840 manat pul ödənilmişdir. Onun da iki qızı olduğuna görə aldığı pula onların hər birinə ayrılıqda ev almaq qərarına gəlmiş və almışdır. Evlərdən biri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşirdi. O, bu ev üçün 48.000 manat pulu üç dəfə olmaq şərtilə evin sahibi Cavabdeh vermişdir. Həmin evi X8 və onunla qeyri-rəsmi nikahda yaşayan X7 vasitəsilə Cavabdeh almışdır. Belə ki, alınan evi məhz Mahir Quliyev tanımadığı makler vasitəsilə tapmışdır. O, ona bildirmişdir ki, həmin evin tikinti sahəsi altındakı torpaq sahəsinə dair bələdiyyə sənədini onun adına sənədləşdirəcəkdi. Evin pulunu ödəyib qurtardıqdan sonra həmin evə köçdükdə bacısı da onunla qalmağını xahiş etdi, o, da ona icazə vermişdir, bir müddət qaldıqdan sonra onu həmin evdən çıxarmışdı. Bundan sonra onun evə köçürülməyilə bağlı məhkəmədə iddia qaldırsa da, Sabunçu rayon məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə belə bir hüququnun olmamasını qeyd edərək iddianı təmin etməmişdir. X4 qarşı dələduzluq əməlləri etməsi ilə bağlı Sabunçu Polis İdarəsinə müraciət etsə də, orada 3 ilə yaxın araşdırılma aparılmış və Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elxan Hacıyevin xx.xx.2021-ci il tarixli sonuncu qərarı ilə onun hazırki məsələnin mülki xarakterli olması səbəbi ilə cinayət tərkibinin olmadığı və məhkəməyə müraciət etməyini qeyd etmişdir. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən ev üçün ödədiyi 48.000 manat pul vəsaiti ona qaytarılmalıdır. Belə ki, o, uzun müddətdir ki, həmin ev üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, Cavabdeh ona həmin evi satan zaman bildirmişdir ki, evin tikinti sahəsi altındakı torpağın bələdiyyə sənədləri var və onları onun adına keçirəcəkdir. Lakin, evi satdıqdan sonra yalnız elektrik və qaz sayğaclarına dair müvafiq sənədləşməni onun adına etmişdir. Bundan sonra o, dəfələrlə ona evə dair mülkiyyət hüququnu əldə etmək üçün sənədləri onun adına keçirməyi bildirsə də onunla nə görüşə bilmiş, nə də ki, tapa bilmişdir. Ümidi ancaq ona idi ki, evinə qanunsuz girərək orada yaşayan Səadət Xudaverdiyevanı və Mahir Quliyevi oradan çıxarsın, lakin, buna müvəffəq ola bilmir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3580/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Nüsyət qızının Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikilinin satmaq adı ilə iddiaçıdan 48000 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan alaraq iddiaçının hesabına varlanmışdır. İddiaçı Cavabdeh həmin pul məbləğini onun varlandığını bildiyi vaxtdan 2 il müddətində geri tələb etmək hüquq vardır. İddiaçı isə cavabdehin onun hesabına varlandığını bildiyi vaxtdan yalnız 5 (beş) ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ilə müraciət etməsə də, məhkəmə əsassız olaraq iddia müddətinin tətbiq edərək iddianı rədd etmişdir. Bundan başqa iddia müddəti onlar tərəfindən ümumiyyətlə ötürülməmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək apelyasiya şikayətini qəbul etmədiyini göstərib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş haəllara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamışdır. İddia tələblərinə əsasən iddiaçı 2017-ci İlin oktyabr ayında iddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 20A plana düşərək dövlət tərəfindən alındığına görə, həmin ev üçün ona 112.840 manat pul ödənildikdən sonra iki ev almaq qərarına gəlmiş və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən evi X8 və onunla qeyri-rəsmi nikahda yaşayan X7 vasitəsilə Cavabdeh 48.000 manat pulu üç dəfə olmaq şərtilə evin sahibi Cavabdeh vermiş və həmin evi almışdır. İşin materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində izahatında iddiaçıdan 2017-ci ilin oktyabr ayında 48000 manat pulu alaraq Zabrat ərazisində yerləşən evini iddiaçıya satmasını etiraf etmiş, eyni mövqeyi apellyasiya instansiyası məhkəməsinin iclasında da bildirsə də, iddianı qəbul etməməsini və satdığı evin pulunun iddiaçıya qaytarmalı olmamasını göstərmişdir. İşin materiallarından görünür ki, iddiaçı cavabdehdən aldığı evə köçə biməmiş və bacısı X5 evdən çıxarılması və həmin evin boşaldılaraq ona təhvil verilməsi ilə tələbi ilə bağlı məhkəmədə iddia qaldırsa da, Sabunçu rayon məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə belə bir hüququnun olmamasını qeyd edərək iddiası təmin olunmamış, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli 2(103)- 5658/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli ev statusuna görə özbaşına tikilidir və iddiaçının müvafiq subyektiv hüquqa, yəni cavabehin özbaşına tikilidən çıxarılmasını tələb etmək hüququna malik olan şəxs deyildir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı X4 qarşı dələduzluq əməlləri etməsi ilə bağlı xx.xx.2019-cu ildə Sabunçu Polis İdarəsinə müraciət etsə də, 3 ilə yaxın araşdırılma aparılmış və Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elxan Hacıyevin xx.xx.2021-ci il tarixli sonuncu qərarı ilə onun hazırki məsələnin mülki xarakterli olması səbəbi ilə cinayət tərkibinin olmadığı və məhkəməyə müraciət etməyini qeyd etmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdehin özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikilinin satmaq adı ilə iddiaçıdan 48000 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan alması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq müəyyən etmişdir ki, daşınmaz əmlakın alğı-satqısı müqaviləsi şifahi deyil də, yalnız sözügedən daşınmaz əmlak cavabdehin mülkiyyətində olduğu təqdirdə notariat ofisində bağlanmalı idi. Lakin alınması adı ilə pul ödənilən daşınmaz əmlak dövlət qeydiyyatından keçməyən özbaşına tikili olduğunundan, alğı-satqı müqaviləsinin predmenti olması qanunvericiliyin tələblərini uyğun olmaması ilə İddiaçı Cavabdeh pulu geri tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikilinin satmaq adı ilə iddiaçıdan 48000 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan alaraq iddiaçının hesabına varlanması və onun Cavabdeh həmin pul məbləğini onun varlandığını bildiyi vaxtdan 2 il müddətində geri tələb etmək hüququ olduğu hada isə cavabdehin onun hesabına varlandığını bildiyi vaxtdan yalnız 5 (beş) ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etməklə tərəfindən iddia müddəti ötürülməsi kimi səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh əsasız olaraq əldə etdiyi 48000 manat məbləğində pulu iddiaçıya geri qaytarmalı olsa da, iddiaçı əsasız varlanan şəxsə 2019-cu ilin oktyabr ayınadək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, iddiaçı öz hüququnun ona məlum olduğu vaxtdan 2 il ərzində cavabdehə qarşı heç bir tələb irəli sürülməmişdir Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən əsassız varlanma müddətin keçməsi əsası ilə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsassız varlanma müddətin keçməsi əsası ilə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi iddia müddəti olmamasına dair nəticəsi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisənin həllində maddi hüquq normalarını düzgün tətbiq etməyərək tərəflər arasındakı mübahisənin əhəmiyyətsiz əqd ilə bağlı olmasına qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (mübahisələndirmə müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi və s.) gündən başlanır. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılmasına ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Pleneum qərarından görünür ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olmasını və cavabdeh tərəfindən həmin hüququn pozulmasını düzgün müəyyən etsə də, müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsinin tələb olunmamasına istinad edərək iddianı rədd etməklə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı cavabdehlə bağladığı əhəmiyyətsiz əqd əsasında ödədiyi pul məbləğini tələb edir, yəni hazırki tələb əvəzedilən əşya olmaqla, tələb hüququ bir il ərzində sürülə bilər. Lakin cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıdan qeyd olunan əsasa görə iddia tələbinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir və hesab edir ki, qətnamə ləğv edilməlidir. İddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi kapitan X6 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 iyul 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh öz izahatında Məryəm, Səadət və Mahirdən 3 dəfəyə 10.000, 30.000 və 8000 manat olmaqla, cəmi 48.000 manat məbləğində pul aldığını etiraf etmişdir Lakin Cavabdeh istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsin instansiyalarında (birinci instansiya məhkəməsində həmçinin yazılı ərizə ilə) iddiaçıya evi satmaqla ondan cəmi 48.000 manat məbləğində pul aldığını etiraf etmişdir. Məhkəmə kollegiyası cavabdehin 48000 manatın alınması polisdəki izahatı deyil, məhkəmələrdə verdiyi izahatını sübut növü kimi və pulun alınması faktını etiraf kimi qiymələndirir və onun bu pulu iddiaçı qaytarmalı olmaması ilə bağlı etirazının dəlilinə qiymət verərək hesab edir ki, cavabdeh özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikilinin satmaq adı ilə iddiaçıdan 48000 manat məbləğində pulu əhəmiyyətsiz əqd əsasında almışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh pulu geri tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli və Cavabdeh 48.000 manat pul, iddia ərizəsi üçün ödədiyi 234 manat və hüquqlarının məhkəmədə təmsil edilməsi ilə bağlı vəkilə ödədiyi 150 manat, ümumilikdə 48.384 manat pul İddiaçı Nüsyət qızının xeyrinə tutulması qət edilməlidir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X15rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3580/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Nüsyət qızının Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 48.000 manat pul, iddia ərizəsi üçün ödədiyi 234 manat və hüquqlarının məhkəmədə təmsil edilməsi ilə bağlı vəkilə ödədiyi 150 manat, ümumilikdə 48.384 manat pul İddiaçı Nüsyət qızının xeyrinə tutulsun. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Rəşad Həsənov