Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6876/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxx” KB ASc-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, döngə 2, 10 A saylı evə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “xxxxxxx” KB ASC hərrac vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, döngə 2 ünvanında yerləşən 10A saylı evi almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının mülkiyyət hüququ təsdiq edilmişdir. “Elektron notariat” X1 əldə olunmuş xx.xx.2020-ci il tarixli çıxarışa əsasəniddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, döngə 2 ünvanında yerləşən 10A saylı evdə hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı ilə keçmiş mülkiyyətçi Cavabdeh4 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh4 və onun ailə üzvlərinin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh4 və onun ailə üzvlərinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, döngə 2 ünvanında yerləşən 10A saylı evdə qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Mübahisəli ev kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Qeyd olunanlara əsasən, “xxxxxxx” KB ASc-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, döngə 2, 10 A saylı evə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, döngə 2, 10 A saylı evə istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)955/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunazidd, əsassız və ədalətsizdir. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H. Eyvazov küçəsi, döngə 2, 10 A saylı fərdi yaşayış evinin yalnız məhdud bir hissəsinə iddiaçı “X5” ASC-nin mülkiyyət hüququ vardır, həmin ünvanda olan əlavə tikililər və torpaq sahəsinə iddiaçının heç bir hüququ olmadığından həmin sahələrə cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etməsi və bu tələbin təmin edilməsi qanunaziddir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi H. Eyvazov küçəsi, döngə 2, 10 A bir ünvandır və həmin ünvanda mülkiyyət sənədi ilə həqiqətən “X5” ASC-nin mülkiyyətində olan əmlak vardır, eyni zamanda həmin ünvanda onun mülkiyyətində olmayan, lakin cavabdehlər tərəfindən tikilən, onların sahibliyində və istifadəsində olan daşınmaz əmlak, o cümlədən 0,075 ha (7,5 sot) torpaq sahəsinin, əlavə tikililərin mənimsənilməsi tamamilə qanunsuzdur və cavabdehlərin hüquqlarının kobudcasına pozulması deməkdir. Məhkəmə qətnaməsində AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan bəhs edir, lakin onun çıxarışla ünvan 4 2, 10 A bir ünvanda neçə kv.m yaşayış sahəsi, hansı həcmdə tikili və torpaq sahəsi üzərində iddiaçının haqqı olduğunu, həmin ünvanda isə əslində nə qədər və hansı həcmdə tikili və torpaq sahəsi olduğundan bəhs etmir. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətli olan faktları aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Nəticədə hazırda cavabdehlərə məxsus daşınmaz əmlak və torpaq sahəsi qanunsuz olaraq iddiaçının əlinə keçməsinə imkan yaradılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-6692/2018 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Şahbazov Sadiq Əlövsət oğlu, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Şahbazov Sadiq Əlövsət oğlundan iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli UM-31/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 85/14 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 23044.79 ABŞ dolları, faiz borcu üzrə 6075.27 ABŞ dolları, cərimə borcu üzrə 105.12 ABŞ dolları, cəmi 29225.18 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat pul tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli UM-31/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 85/14 nömrəli əlavə kredit müqaviləsi üzrə borcunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılmaları, ekspertiza dəyərinin Cavabdeh1 tutulması, cavabdehlərin iddiaçı “xxxxxxx” KB ASC-yə qarşı kredit və ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin müvafiq qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən açıq hərracda satılmış, “xxxxxxx” KB ASC tərəfindən alınaraq sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər ünvan 5 ünvanda qeydiyyatda olsalar da, ev satıldıqdan sonra orada yaşamamışlar, onların həmin mənzilə qeydiyyatları formal xarakter daşımışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Birinci instansiya məhəkəməsi düzgün olaraq Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, döngə 2, 10A saylı evdən istifadə hüquqları barədə onlarla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehlərin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mübahisəli ev kreditin qaytarılması üçün ipoteka qoyulduğu, iddiaçının mülkiyyətində olub cavabdehlərlə mülkiyyətçi arasında istifadə hüququ ilə bağlı yazılı razılaşma olmadığı üçün məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”-nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Apelyator öz apelyasiya şikayətində mübahisəli evin yerləşdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən əlavə tikililərin olduğunu, həmin əmlakın iddiaçıya məxsus olmadığını bildirsə də, bu əmlakın mövcud olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə görə, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Göründüyü kimi, mübahisəli evə dair mülkiyyət hüququ iddiaçıya keçdiyindən, həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquqlar da əldə edənə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)955/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6876/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6876/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver