Məhkəmə qərarları › İş №2(103)-6877/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6877/2020

14.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6877/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: SəmədovTofiqSəmədoğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarəttərkibdə X1 katibliyiilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 142 nömrəli işdən azad olunma haqqında əmrinin onunla bağlı hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının faizləri ilə birlikdə ödənilməsi, maddi və sağlamlığına dəyən zərər nəzərə alınmaqla 1 illik əmək haqqı miqdarında dəymiş zərərin ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması, iddiaçının həmin ərizə ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin icraata götürülməsini xahiş etmişdir Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayəti İddiaçı imzalamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasənapellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalaıdır. Beləliklə, kollegiya hesab edir ki, hazırki mülki işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 maddəsində göstərilmiş hal aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363.1.1, 363.3, 366, 400 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırki iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar