Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6881/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər Idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı tələbinə dair mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X28katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər Idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## #### 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “xxxx” X1 (PHŞ) xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə qəbul edilmişdir.
2. “xxxx” PHŞ-nın ## #### 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Mərkəzin Icraçı direktoru X12 Ittifaqı Komitəsinin sədri Günay Ismayılovaya müraciət edərək, Mərkəzdə baş vermiş olaylarla bağlı ətraflı məlumat vermiş və Mərkəzin 3 işçisi ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Zəruri sənədlər (pasiyentlərin ərizələri, baş həkimin və digər şəxslərin imzaladıqları təqdimat, akt, Intizam və Etika Komissiyasının protokolu, adı çəkilən şəxslərdən ikisinin izahatı, İddiaçı məktubu almaqdan yayınmasına dair poçt müəssisəsinin məktubu) müraciətə əlavə olunmuşdur.
3. Həmkarlar Ittifaqı Komitəsinin Rəyasət Heyətinin ## #### 2025-ci il tarixli, *** saylı iclas protokolundan görünür ki, “xxxx” PHŞ-nın icraçı direktorunun müraciətində qeyd olunan məsələ müzakirə edilmiş, işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi 7 nəfər lehinə (əleyhinə səs verən və bitərəf qalan olmamışdır) olmaqla razılıq verilmişdir. Barəsində müraciət edilən işçilər iclasda iştirak etmişlər.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” PHŞ-nın ## #### 2025-ci il tarixli, ***K nömrəli əmrindən görünür ki, kiçik tibb işçisi İddiaçı ilə bağlanmış ##.##.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndi – əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntusu nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) ##.##.2025-ci il tarixdən xitam verilmiş, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 34 təqvim günü kompensasiya ödənilməsi barədə göstəriş verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsaslanan ##.##.2025-ci tarixli, ***-K nömrəli əmrinin və bu əmrə əsasən əmək kitabçasına yazılmış «Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydinin etibarsız sayılaraq ləğv edilməsi, işə bərpa olunması, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mediasiya xərci üçün ödədiyi 50 manat məbləğin cavabdeh “xxxx” X1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Sonradan, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər.
7. Iddia onunla əsaslandırılmışdır ki, o, ## ######## 2018-ci il tarixdən başlayaraq kiçik tibb bacısı işləyir. Işlədiyi müddətdə hər hansı bir cəzası olmamışdır. Üzərinə düşən işi layiqincə həyata keçirmişdir. Bundan əlavə, işlədiyi müddətdə baş tibb bacısının göstərişi ilə gecə növbəsinə çıxmış, lakin gecə növbəsi işləməsinə baxmayaraq gündüz növbəsinin əmək haqqı ödənilmişdir. Işini itirməmək üçün məcburiyyətdən ona X27 edilənlərə dözmüş, təki məvacib alıb övladlarını dolandırmaq istəmişdir. Lakin pozulmuş hüquqlarının bərpası üçün digər işçilər müraciət etdikləri üçün və o, həmin işçilərlə yaxın münasibətdə olduğu üçün «qara siyahı»ya düşmüşdür. Hər vasitə ilə onları şərləyib işdən çıxarmaq istəyirdilər. Lakin o, işində daha məsuliyyətli olduğu üçün bunu edə bilmirdilər. Guya ki, ## #### 2025-ci il tarixdə xəstəxanada yatan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şikayəti əsasında o, sonunculara yaxınlaşıb, kobud şəkildə onlara təzyiq göstərərək şikayətlərini geri götürmələrini istəmişdir. Əgər insan insandan nəyisə xahiş edirsə, nə üçün ona təzyiq və ya kobud şəkildə davranmalıdır? Əslində qeyd olunanların heç biri olmayıb, sadəcə adları hallandırılan şəxslər (işçilər) şikayət etdikləri və o da həmin şəxslərlə yaxın olduğu üçün qanunsuz olaraq şərlənərək işdən azad edilmişdir. Əmrdə onunla bağlı qeyd olunan halların hamısı qanunsuz və əsasızdır. Qeyd olunan halları nəzərə alaraq ##.##.2025-ci il tarixli ***-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Bildirir ki, sözügedən əmrin təsviri hissəsində qeyd olunan halların hər biri əsassızdır və böhtan xarakterlidir. Belə olan halda, ## #### 2025-ci il tarixdə, ***-K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Hesab edir ki, cavadehin ## #### 2025-ci il tarixli, ***-K saylı əmri tamamilə qanunsuz və əsassızdır, buna görə də, məhkəmə qaydasında ləğv edilməlidir.
8. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ######## 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, 2025-ci ilin mart ayının 6-dan 7-nə keçən gecə növbədə olan tibb işçisi Nuridə Əzizovanın ona X27 olan kobud davranışından narazı olmuşdur. ## #### 2025-ci il tarixdə palata yoldaşı olan digər pasiyent mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə birgə Nuridə Əzizovanın onlara X27 olan əsəbi və kobud davranışı barəsində şikayət ərizəsi yazmışlar. Əzizova Nuridə barəsində yazılı şəkildə şikayət etdiklərinə görə ## #### 2025-ci il tarixdə “xxxx”nin işçiləri İddiaçı və Abdullayeva Flora tərəfindən təhdid olunmuşlar ki, həmin şikayət ərizəsini geri götürsünlər. Bundan sonra təlaş içərisində xəstəxananı tərk etmək istəmiş və bu barədə xəstəxana işçilərinə bildirmişdir. Evə getmək istəyərkən yenidən liftin X27sında Nuridə Əzizovanın təzyiqi ilə üzləşmişdir. Bu ərizəsinin son qəti fikir olaraq qəbul edilməsini və körpə uşağı olması səbəbindən məhkəməyə gələ bilmədiyinin nəzərə alınmasını xahiş edir.
9. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddiaçı İddiaçı heç bir şikayəti, tələbi yoxdur. Ümumiyyətlə İddiaçı ona X27 hər hansı bir kobudluq, qeyri-adi hərəkətlər etməmişdir. Ərizə yazarkən həmin şəxsin İddiaçı olduğunu bilmirdi. Çünki, 2 nəfər ona yaxınlaşıb bu adların yazılmasını tələb etmişlər. Əslində bu hadisə belə olmayıb, o, Lamiyə xanımdan razı olmuş, orada olduğu müddətdə ona yaxşı baxmışdır. Sonradan Lamiyə xanımın onun ərizəsinə əsasən işdən çıxarıldığını bildikdə, “xxxx”nə həmin şəxsin günahı olmadığını bildirmiş, ərizəsini geri götürmək üçün “xxxx”nə getsə də, artıq gec olduğunu və həmin işçilərin davamlı şəkildə digər qurumlara şikayət etdikləri üçün problemli işçi olduqlarını bildirmişlər. Himayəsində azyaşlı uşaq olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Ərizəsinin izahat kimi qəbul olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş edir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, klinikanın baş tibb bacısıdır. Doğum şöbəsi 6-cı mərtəbədə yerləşir, elə şəhid bacısı da həmin mərtəbədə yatırdı. Ona dəyməyə gedəndə şöbədə səs-küy olduğunu eşitmişdir. Həmin vaxt palatada Həqiqət xanım və Səidə xanım yatırdı. Sevinc Qarayeva dedi ki, Flora və Lamiyə xəstələri təhdid edirlər. Xəstələr həmin şəxslərin gecə növbəsində onlara yaxşı baxmadıqlarını, şikayət ərizəsi yazdıqlarına görə hazırda təhdid edildiklərini bildirmişdilər. Hadisə səhər vaxtı olub. 2ci dəfə həmin mərtəbəyə gələndə görüb ki, Həqiqət xanım uşaqla tələm-tələsik çıxır. Bu vaxt onların yanında Nuridə xanım və Lamiyə xanım var idi. Sevinc Qarayeva onlara bildirirdi ki, xəstələrlə bu necə davranış və danışıqdı. Nuridə səsli-küylü şəkildə deyirdi ki, niyə ərizə yazmısınız. Gecə növbəsində Nuridə xanım və Lamiyə xanım olub.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, tibb məktəbini bitirib və 26 ildi işləyir. Doğum şöbəsinin böyük tibb bacısıdır. Hər səhər xəstələri yoxlayırlar. 1-ci palatada 2 xəstə - Həqiqət xanım və Səidə xanım yatırdı. Palatada səs-küyə yaxınlaşıb. Flora xanım və Lamiyə xanımın səsləri gəlirdi. Onlar deyirdilər ki, evə uşaq aparırsınız, sizin üçün yaxşı olmayacaq. Onlar axşam növbəsində olanlardan şikayət verərək ərizə yazdılar. O da ərizəni alıb çıxıb. Həqiqət xanım tələsik çıxıb getdi və dedi ki evə salamat uşaq aparmaq istəyir. Səidə xanım isə 1 saat gec çıxdı. Flora xanım və Nuridə xanımın dediklərini eşidərək otağa daxil olmuşam. Bildiriblər ki, Nuridə xanım onlara yaxşı baxmayıb. Flora xanımın növbəsi bitmişdi, amma saat 10:00-13:00 arası o hələ də klinikada idi. Bacısı əməliyyat olmuşdu və onu çıxarmaq üçün həmin gün klinikada idi. Xəstələr 2 dəfə ərizə yazıblar. Birinci ərizə Nuridə xanımdan, ikinci ərizə Lamiyə xanım və Flora xanımdan idi. Lamiyə xanım onun özünü də təhdid və təhqir edib.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
13. Qətnamənin əsaslarına görə, iddiaçının işdən azad edilməsinə dair əmrin tarixi ## #### 2025-ci il tarixli olsa da, iddia ərizəsində ## #### 2025-ci il kimi qeyd edilməsi texniki yanlışlıq olaraq dəyərləndirilir. Iddiaçı əmrdə onunla bağlı qeyd olunan halların hər birinin böhtan xarakterli olmasını göstərərək, cavabdehin ## #### 2025-ci il tarixli, ***-K saylı əmrinin tamamilə qanunsuz və əsassız olmasını mübahisələndirmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçının və digər iki əməkdaşın əməli nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlmiş, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Belə ki, pasiyentlər sərgilənən xidmətdən və kobud davranışdan təlaş içərisində müəssisəni tərk etmişlər. Qeyd olunan işçilərə görə müəssisə sonradan pasiyentlərin/onların yaxınlarının müəssisəyə X27 da şikayəti ilə (hətta sosial şəbəkələrdə xəstəxana barədə mənfi rəy bildirəcəklərini qeyd etmişlər) üzləşmişdir. Mübahisənin davam etdirilməsi ətraf ziyarətçilərin diqqətini də çəkmiş və hər iki hal müəssisənin imicinə ciddi xələl gətirmişdir. Məhkəmə sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Iş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun iş fəaliyyəti dövründə pasiyentlərlə davranışı nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlməsi, əmək və icra intizamının normal ahəngi pozulması əsası ilə xitam verilmiş və bu hallar araşdırma zamanı həm iş materiallarında olan sənədlərlə, baxış keçirilmiş video görüntülərlə, həm də şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şikayətlərində iddiaçının və digər əməkdaşların onlara X27 olan münasibətin, yəni, gecə ərzində çağırışlarına gəlməməsi, onları çarəsiz və tibbi yardıma möhtac vəziyyətdə buraxması, həmçinin əsəbi davranması kimi halları göstərmişlər. Şikayət barədə xəbər tutan barəsində şikayət olunanlar, (İddiaçı və digərləri) pasiyentlərin palatasına daxil olaraq, şikayətin yazılmasına mane olmuş və onları təhdid etmişlər. Pasiyentlər - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xəstəxananı həmin gün tərk etmişlər. Məhkəmə şahid qismində dindirilmiş şəxslərin izahatlarını inandırıcı və şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirmişdir. Belə ki, onlar iddiaçı ilə pasiyentlər arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər pasiyentlərin iddiaçı tərəfindən də təhdid edilməsi anını bilavasitə görmüşlər. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən qanunsuz azad edilməsi ilə bağlı əmrin qanunsuz olmasına dair izahatı özü-özlüyündə iddiasının bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərəflərin izahatları və iş materiallarına əsasən iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması barədə dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə əsas məhz onun iş fəaliyyəti dövründə pasiyentlərlə davranışı nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlməsi, əmək və icra intizamının normal ahənginin pozulması olmuşdur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri pozulmuş, cavabdehin mənafeyinə xələl gəlmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən haqlı olmuş, Əmək Məcəlləsinin tələbləri pozulmamış, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsində heç bir qanun pozuntusuna yol verilməmiş, xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi işdən azad olunmasına dair əmrin ləğv edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməli və buna görə də iddiaçının tələbinin əsası kimi göstərdiyi digər törəmə halların, yəni, işə onun işə bərpa edilməyi, həmçinin onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmas, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mediasiya xərci üçün ödədiyi 50 manat məbləğin cavabdeh “xxxx” PHŞdan alınaraq ona ödənilməsi kimi tələbləri mülki mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68, 70, 71.2, 72, 76, 80, 83, 84, 186, 187, 189.3, 300.1, 311-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 62, 76, 80, 88, 104.1, 106.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ######## 2025-ci il tarixində məhkəməyə ərizə təqdim etməsi qeyd edilsə də, ## ######## 2025-ci il tarixində elektron sistemə təqdim edilmişdir. Bundan əlavə, ## #### 2025-ci il tarixli, *** saylı əsaslandırılmış əmrdə qeyd olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İddiaçı şikayət etmişlər və onlara X27 hədə-qorxu gəlmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, ümümiyyətlə İddiaçı şikayət etməmiş, sadəcə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şikayət ərizəsi daxil olmuşdur. Bundan əlavə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 X14 işi üzrə üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə ifadə verərək, onun İddiaçı və X14 şikayət etmədiyini qeyd etmişdir. Belə olan halda təqdim olunmuş sənədlərdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şikayət ərizəsi olmadığı halda onun məhkəməyə təqdim etdiyi ərizə qəbul edilmiş və həmin ərizəyə hüquqi qiymət verilmişdir. Əsaslandırılmış əmrdən də görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şikayəti olmadığı halda o, şikayət etmiş kimi göstərilmiş və əmək müqaviləsinə xitam verilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2025-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “iddiaçı İddiaçı heç bir şikayəti, tələbi yoxdur. Ümumiyyətlə, İddiaçı ona X27 hər hansı bir kobudluq, qeyri-adi hərəkətlər etməmişdir. Ərizə yazarkən həmin şəxsin İddiaçı olduğunu bilmirdi. Çünki, 2 nəfər ona yaxınlaşıb bu adların yazılmasını tələb etmişlər. Eyni qaydada ## ######## 2025-ci il tarixində elektron sistemə yüklədiyi ərizədə, ilkin ərizəsində qeyd etdiyi kimi İddiaçı ona X27 hər hansı bir kobudluq etməyib, xəstə palatasına baxıcı kimi daxil olub. Onun orada qaldığı üç gün müddətində İddiaçı ona yaxşı baxıb, o, həmin müddət ərzində İddiaçı razı qalmışdır. İddiaçı ona və başqalarına X27 kobudluq etməsinin şahidi olmamışdır və iddiaçı ona, ümumiyyətlə Nuridə barəsində və Nuridədən etdiyi şikayət barəsində heç bir söz deməyib, xahiş belə etməyib. Əvvəlki ərizəsində qeyd etdiyi kimi o, şikayət ərizəsində İddiaçı qeyd edərkən həmin şəxsin bu insan olduğunu bilməmişdir və bunu bildikdə dərhal “xxxxnə” ərizəsinin geri götürülməsi barədə yaxınlaşdıqda orada ona bildirdilər ki, artıq gecdir, həmin şəxsi işdən çıxarmışlar. Əlavə olaraq qeyd edib ki, İddiaçı nə ona, nə də Həqiqət Babayevaya X27 hər hansı bir kobudluq etməyib, etsəydi əgər Həqiqət Babayeva onunla bərabər şikayət ərizəsi yazardılar. Bundan əlavə, Məşədiyeva Lamiyə və Şahbazova Aygün onun otağına gələrək Nuridə barəsində yazdığı şikayət ərizəsini səhv yazdığını bildirdilər və dedilər ki, gecə növbəsində İddiaçı və Flora da olub, onların da adını qeyd etməlisən. Həmin an o, özünü pis his etdiyi üçün və onlardan canını qurtarmaq üçün məcbur olub, əlavə ərizə yazdı. Onlar ona israrla deyirdilər ki, bu iki şəxsin adlarını da yazmalısan. İddiaçı ona heç bir söz deməyib, xahiş belə etməyib. Ən əsası da “istəyirsən, uşağın xəstəxanadan salamat çıxsın, ərizəni geri götür” ifadəsini işlətməyib. Hər hansı bir valideyini öz övladı ilə təhdid etsələr, o heç bir halda sakit dayanmaz və ən azından hüquq mühafizə orqanlarına müraciət edər. İddiaçı barəsində qeyd olunanlar şər-böhtandır, onun bu məsələdə heç bir günahı yoxdur. O sadəcə Məşədiyeva Lamiyənin və Şahbazova Aygünün onu aldatmalarını qeyd etmişdir”. Lakin məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ######## 2025-ci il tarixində elektron sistemə yüklənmiş ərizəsinə hüquqi münasibət bildirilsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsinə münasibət bildirilməyib. X5 baş tibb bacısı olaraq qeyd edib ki, “gecə növbəsində Nuridə xanım və Lamiyə xanım olub. İddiaçı gözdən əlil olduğu üçün onun gecə növbəsi işləməyini qanun qadağan edir və İddiaçı gündüz növbəsi olub və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xəstəxanada olduğu 3 gün müddətində gündüz növbəsində ona baxıb. Sevinc Qarayeva dedi ki, Flora və Lamiyə xəstələri təhdid edirlər deməsini qeyd edib, lakin məhkəmədə şahid qismində dindirilmiş X13 verilən zaman o bildirdi ki, Flora və Lamiyə xəstələri təhdid etmələrini otağa girən zaman o görüb və həmin vaxt o tək olub”. Bundan əlavə, məhkəmə iclasında X5 tərtib olunmuş aktda adı olmadığı üçün onun şahid qismində dindirilməsinə etiraz edilsə də, məhkəmə onun şahid qismində dindirmiş və onun ifadəsindən belə nəticəyə gəlmək olar ki, o qeyd olunan hadisələrin heç birinin şahidi olmamış və sadəcə ona deyilənləri gəlib məhkəmədə bildirmişdir. Əlavə olaraq da X5, cavabdehin nümayəndəsi və X13 məhkəmədə qeyd etmişdilər ki, X8 izahat istənilsə də, o izahat verməkdən imtina etmiş və buna görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 xəstəxanadan çıxışı zamanı təqdim olunmuş video çəkilişdə insanların hərəkətləri qeyd olunsa da, səs yazısı olmadığından kimin kimə X27 kobudluq etdiyini müəyyən etmək olmadığı halda X5 Məmmədovanın kobudluq etdiyinin şahidi olduğunu, daxili intizam qaydasının kobud şəkildə pozduğunu qeyd etmişdir. X13 ifadəsində bildirdi ki, “xəstələr 2 dəfə ərizə yazıblar, birinci ərizə Nuridə xanımdan, ikinci ərizə Lamiyə xanım və Flora xanımdan idi. Lamiyə xanım onun özünü də təhdid və təhqir edib. Lamiyə xanım ideal işçi deyildi, sadəcə işini yola verirdi. Xəstələr mütəmadi ondan şikayət edirdilər”. Qeyd olunanlarla bağlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı şikayət etməsi barədə yazılı ərizəsi istənilsə də, cavabdeh tərəfindən ərizə təqdim edilmədi, dəfələrlə xəstələrin İddiaçı şikayət etməsi və eyni zamanda onu təhqir etməsi barədə müraciət etməsi soruşulsa da, bunu etmədiyini, eyni zamanda Flora xanım və Lamiyə xanımın xəstələri təhdit etməsinin şahidinin kimlərlə birgə olduğu soruşulduqda o tək olduğunu, onun yanında başqa şəxslərin olmadığı qeyd etmişdir. “Belə olan halda tərtib olunmuş aktı niyə bəs Sevinc Qarayeva, Sayad Əzizova və siz imza etmisiniz” sualına cavab olaraq “həmin şəxslər onun sözünə görə akta imza etdiklərini bildirmişdir”. Cavabdeh tərəfindən təqdim olunmuş şahidlərin məhkəməyə yalan ifadə verdikləri, onların barəsində imza etdikləri iltizama uyğun olaraq cinayət işi başlanması barədə vəsatət verilsə də, məhkəmə tərəfindən qeyd olunan vəsatət, ümumiyyətlə müzakirə olunmamışdır. Iddiaçı tərəfindən təqdim olunmuş səs yazıları məhkəmə tərəfindən qəbul olunmaqdan imtina edilmişdir. Qeyd etmək istəyir ki, məhkəmə baxışında şahidlər dindirilmiş və onların məhkəməyə yalan ifadə verməkləri və yeni halları sübut etmək üçün səs yazıları təqdim edilsə də, məhkəmə tərəfindən qəbul edilməmişdir. Təqdim olunmuş səs yazılarında bir mənalı şəkildə qeyd olunur ki, İddiaçı qeyd olunan mübahisəyə heç bir əlaqəsi olmayıb və o, həkim Sevinc Qarayeva tərəfindən doğum şöbəsinə niyə gec qalxması barədə irad tutulmuşdur. Əlavə olaraq qeyd edir ki, şahid ifadələri yalan üzərində qurulub, məqsədli şəkildə akt tərtib edilib, həmin şahidlər tərəfindən İddiaçı şikayət edilməsini onlar tələb edib (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsi) və işdən çıxarılmasının əsas səbəbi kimi də izahat verməkdən imtina etməsi qeyd olunub. Demək olar ki, şahidlərin yalan ifadə vermələrini təsdiq edən sübutlar məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutları qəbul etməkdən imtina etmiş və ümumiyyətlə vəsatəti müzakirə edilməmişdir. Belə ki, cavabdeh qanunsuz olaraq heç bir hüquqi əsası olmayan hallara istinad edərək, iddiaçı ilə bərabər digər üç işçinin də əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermiş və şikayətçi kimi adı sadalan şəxsin məhkəməyə təqdim etdiyi ərizədə İddiaçı şikayət etmədiyini bildirsə də, məhkəmə tərəfindən buna qiymət verilməmiş, şahidlərin həqiqətə sığmayan yalan ifadələrinə üstünlük verilmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şikayətçi olduqları əsas götürülmüş, halbuki, onlar qeyd ediblər ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı şikayət etməsi barədə hər hansı bir yazılı müraciət olmadığı halda əsaslandırılmış əmrdə şikayətçi kimi qeyd olunmuşdur. Lakin onun şikayət etməsi barədə hər hansı bir ərizəsi olmadığı halda əmrdə göstərilməsi və olmayan hadisəyə görə əmək müqaviləsinə xitam verilməsi bu öncədən düşünülmüş qərəzli addımdır. Buna misal olaraq ## ####### 2025-ci il tarixli məhkəməyə təqdim olunmuş ərizəsi bunu bir daha sübut etdi. Belə olan halda ## #### 2025-ci il tarixdən bu günədək niyə şikayət etməmiş, məhz ## ####### 2025-ci il tarixdə şikayətçi olması barədə məhkəməyə ərizə təqdim edib? Əlavə olaraq da, qeyd olunan ərizənin onun tərəfindən imzalanıb-imzalanmamasını dəqiq bilmədikləri halda mötəbər sübut kimi qəbul olunmuş və iddia tələbinin rədd olunmasına əsas vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 isə qeyd edib ki, “İddiaçı ona 3 gün səhər növbəsində yaxşı baxıb, şikayət ərizəsi yazan zaman İddiaçı şikayət etdiyini bilməmiş, bildikdən sonra cavabdehə müraciət etmiş və orada artıq gec olduğunu bildirmişlər”. Belə çıxır ki, İddiaçı heç bir şey etmədiyi halda əsasız olaraq işdən çıxarılıb. Bununla da belə çıxır ki, qeyd olunan araşdırma birtərəfli və qərəzli aparılıb və İddiaçı hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulub. Həmçinin, üçüncü şəxslərin ərizələrinə nəzər salsaq, şikayət ərizəsi olan şəxs, ümumiyyətlə belə bir halın olmadığın qeyd etdiyi təqdirdə ilkin şikayət ərizəsi olmayan şəxsin sonuncu məhkəmədə şikayətçi olmasını qeyd etməsi hər şeyi ortaya çıxarır. Bundan əlavə şahidlər hadisənin birbaşa şahidi olmadıqlarını qeyd etdikləri halda aktda imza etmişlər, bu məhkəmədə öz təsdiqini tapsa da, ümumiyyətlə qətnamədə bu hala hüquqi qiymət verilməmişdir. Verilmiş vəsatətə baxılmamış, belə ki, vəsatətə baxıldığı təqdirdə şahid ifadələrinin sübutlar siyahısından çıxarılmasına əsas verən hallar ortaya çıxacaq idi. Əlavə olaraq cavabdehin nümayəndəsi və cavabdeh tərəfindən təqdim olunmuş şahidlər ifadələrində İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şikayəti əsasında yox, məhz izahat verməkdən imtina etdiyinə və həmin vaxt ondan izahat istəyən şəxslərə kobud davrandığı üçün əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Lakin məhkəmə tərəfindən cavabdeh öz əmrini şübhə altına alsa da bu hal nəzərə alınmamış və öz təsdiqini tapmayan sübutlara qiymət verilərək, iddia rədd edilmişdir. Məhkəmə tərəfindən maddi hüquq normalara istinad edilsə də, düzgün tətbiq olunmamışdır.
b) Apellyasiya şikayətinə X27 etirazın dəlilləri
17. Cavabdeh “xxxx” X1 (nümayəndəsi nümayəndə1) ## ###### 2026-cı il tarixində məhkəməyə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini əsassız sayırlar. Belə ki, iddiaçı İddiaçı onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsini, yəni əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Iddianı onunla əsaslandırmışdır ki, onu öz hüquqlarının pozulmasına etiraz etdiyi üçün hər vasitə ilə şərləyib, işdən çıxartmaq istəyiblər. Həmçinin, o, iddia ərizəsində qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş klinikanın pasiyentləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 X27 kobudluq və aqressiya ilə müşahidə olunan insident, ümumiyyətlə baş verməyib. Birinci instansiya məhkəməsi iddiada qeyd olunan bütün məsələləri araşdıraraq, şikayət etmiş pasiyentlərin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 üçüncü şəxs kimi mülki işə cəlb etməklə, həmçinin şahid ifadələrini (Məşədiyeva Lamiyə və Şahbazova Aygün) dinləyərək, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddianı əsassız olduğu üçün rədd etmişdir. Iddiaçının apellyasiya şikayətində cavabdehin lazımi araşdırma aparmadan İddiaçı əmək müqaviləsinə xitam verilməsini bildirməsi həqiqəti əks etdirmir. Belə ki, pasiyentlərin ilkin ərizələri və Mərkəzin üç əməkdaşı (Sevinc Qarayeva, Lamiyə Məşədiyeva, Sayad Əzimova) tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli Akt diqqətlə Mərkəz rəhbərliyi tərəfindən araşdırılmışdır. Belə ki, “xxxx” PHŞ-in Intizam və Etika Komissiyası bu insidenti araşdıraraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Mərkəzin icraçı direktoruna müraciət etmişdir və bu Komissiyanın ##.##.2025-ci il tarixli Protokolunda öz əksini tapmışdır. Əlavə olaraq, həmin insident Azərbaycan Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Komitəsinin xxxx Həmkarlar Ittifaqı Komitəsinin ##.##.2025-ci il tarixli iclasında müzakirə edilərək, iddiaçının əməli nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlməsi, əmək və intizam qaydalarının kobud surətdə pozulmasına dair nəticəsinə gələrək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə etiraz edilməmişdir. Yuxarıda qeyd olunanları, iddiaçının tanış olaraq öz imzası ilə təsdiq etmiş ##.##.2018-ci il tarixli X16 Qaydaları Prosedurun “4.3.2 bəndində: Personal, xəstə və xəstə yaxınları bir-birinə X27 xüsusi tolerantlıq nümayiş etdirməli, münaqişə yaratmamalı ..... 4.7.1. Klinika daxilində mübahisə etmək, kobud davranmaq, X27lıqlı hörmətsizlik etmək qadağandır. 5.5.5 bəndi. Klinikaya müraciət etmiş bütün xəstələr gülər üzlə X27lanmalı, müraciətlərinə diqqətlə dinlənilib, qayğı, nəzakətlə yanaşmalı və onlara yüksək səviyyədə xidmət göstərilməlidir” müddəalarını kobudcasına pozmasını nəzərə alaraq, məhkəmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması xahiş olunmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Iddiaçı İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişlər.
20. Cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona X27 hər hansı bir kobudluq etməmiş, xəstə palatasına baxıcı kimi daxil olmuş, orada qaldığı üç gün müddətində ona yaxşı baxmış və həmin müddət ərzində ondan razı qalmışdır. İddiaçı ona və başqalarına X27 kobudluq etməsinin şahidi olmamışdır və sonuncu ona ümumiyyətlə Nuridə barəsində və Nuridədən etdiyi şikayət barəsində heç bir söz deməmiş, xahiş belə etməmişdir. Əvvəlki ərizəsində qeyd etdiyi kimi o, şikayət ərizəsində İddiaçı qeyd edərkən həmin şəxsin bu insan olduğunu bilməmiş və bunu bildikdə dərhal Bakı Sağlamlığa ərizəsinin geri götürülməsi barədə yaxınlaşdıqda bildirmişlər ki, artıq gecdir, həmin şəxsi işdən sıxarmışıq. İddiaçı nə ona, nə də Həqiqət Babayevaya X27 hər hansı bir kobudluq etməmişdir, əgər etsəydi əgər Həqiqət Babayeva mənimlə bərabər şikayət ərizəsi yazardı. Bundan əlavə Məşədiyeva Lamiyə və Şahbazova Aygün onun otağına gələrək Nuridə barəsində yazdığı şikayət ərizəsini səhv yazdığını bildirdilər və dedilər gecə növbəsində İddiaçı və Flora da olub onların da adını qeyd etməlisən. Həmin an özünü pis his etdiyi üçün və onlardan canını qurtarmaq üçün məcbur olub əlavə ərizə yazmışdır. Həmin şəxslər ona israrla deyirdilər ki, bu iki şəxsin adlarında yazmalısan. İddiaçı ona heç bir söz deməyib, xahiş belə etməyib, ən əsası da “istəyirsən uşağın xəstəxanadan salamat çıxsın ərizəni geri götür” ifadəsini işlətməyib. Hərhansı bir valdeyini öz övladı ilə təhdid etsələr o, heç bir halda sakit dayanmaz və ən azından hüquq mühafizə orqanlarına müraciət edər. Lamiyyə Məmmədova barəsində qeyd olunanlar şər və böhtandır, onun bu məsələdə heç bir günahı yoxdur, o, sadəcə Məşədiyeva Lamiyənin və Şahbazova Aygünün onun aldatmaları nəticəsində bu ərizəni yazmışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Maddə 76.1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75 ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 186.1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Maddə 187.1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 311. Işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin X27lıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, ## #### 2025-ci il tarixli, *** saylı əsaslandırılmış əmrdə qeyd olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İddiaçı şikayət etmişlər və onlara X27 hədə-qorxu gəlmişdir, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, ümümiyyətlə İddiaçı şikayət etməmiş, sadəcə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şikayət ərizəsi daxil olmuşdur.
28. Lakin əmrin məzmunundan görünür ki, əmrdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İddiaçı yazılı şikayət etməsinə istinad olunmur, həmin şəxslərin Nuridə Əzizovadan yazılı şikayət etməsi qeyd olunur.
29. Şikayətdə qeyd olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şikayət ərizəsi olmadığı halda onun məhkəməyə təqdim etdiyi ərizə qəbul edilmiş və həmin ərizəyə hüquqi qiymət verilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhz iddiaçının vəsatəti əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Belə olduğu halda həmin şəxslərin ərizələrinə hüquqi qiymət verilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. MPM-nin 106.1-ci maddəsində də qeyd olunur ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu normanın tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslər iclasda iştirak edərək izahat verməsələr də, onların məhkəməyə ünvanladığı ərizələr müqayisəli şəkildə təhlil olunaraq qiymətləndirilməlidir.
31. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ## #### 2025-ci il tarixdə aşağıdakı məzmunda ərizə yazılmışdır: “Mən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bildirmək istəyirəm ki, sonradan mən şikayət etdikdən sonra xəstə baxıcısı Lamiyə tibb bacısı Flora palataya daxil olaraq müdaxilə edərək yazmağımıza mane oldular Nuridənin tərəfini saxlayıb bizə basqı elədilər.”
32. Göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsində “yazmağımıza” ifadəsindən istifadə etmişdir ki, Nuridə Əzizova barəsində olan əvvəlki şikayət ərizələrinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən yazılması nəzərə alınarsa, onlara şikayət ərizəsi yazmağa mane olmalarını təsdiq edir.
33. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, 2025-ci ilin mart ayının 6-dan 7-nə keçən gecə növbədə olan tibb işçisi Nuridə Əzizovanın ona X27 olan kobud davranışından narazı olmuşdur. ## #### 2025-ci il tarixdə palata yoldaşı olan digər pasiyent mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə birgə Nuridə Əzizovanın onlara X27 olan əsəbi və kobud davranışı barəsində şikayət ərizəsi yazmışlar. Əzizova Nuridə barəsində yazılı şəkildə şikayət etdiklərinə görə ## #### 2025-ci il tarixdə “xxxx”nin işçiləri İddiaçı və Abdullayeva Flora tərəfindən təhdid olunmuşlar ki, həmin şikayət ərizəsini geri götürsünlər. Bundan sonra təlaş içərisində xəstəxananı tərk etmək istəmiş və bu barədə xəstəxana işçilərinə bildirmişdir. Evə getmək istəyərkən yenidən liftin X27sında Nuridə Əzizovanın təzyiqi ilə üzləşmişdir. Bu ərizəsinin son qəti fikir olaraq qəbul edilməsini və körpə uşağı olması səbəbindən məhkəməyə gələ bilmədiyinin nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsi də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bu ərizəsi üzrə qiymətləndirmə aparmışdır.
34. Apellyasiya şikayətinin digər dəlili kimi ona istinad olunur ki, məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ######## 2025-ci il tarixində elektron sistemə yüklənmiş ərizəsinə hüquqi münasibət bildirilsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsinə münasibət bildirilməyib.
35. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 birinci instansiya məhkəməsinə ünvanladığı ərizədə qeyd etmişdir ki, iddiaçı İddiaçı heç bir şikayəti, tələbi yoxdur. Ümumiyyətlə İddiaçı ona X27 hər hansı bir kobudluq, qeyri-adi hərəkətlər etməmişdir. Ərizə yazarkən həmin şəxsin İddiaçı olduğunu bilmirdi. Çünki, 2 nəfər ona yaxınlaşıb bu adların yazılmasını tələb etmişlər. Əslində bu hadisə belə olmayıb, o, Lamiyə xanımdan razı olmuş, orada olduğu müddətdə ona yaxşı baxmışdır. Sonradan Lamiyə xanımın onun ərizəsinə əsasən işdən çıxarıldığını bildikdə, “xxxx”nə həmin şəxsin günahı olmadığını bildirmiş, ərizəsini geri götürmək üçün “xxxx”nə getsə də, artıq gec olduğunu və həmin işçilərin davamlı şəkildə digər qurumlara şikayət etdikləri üçün problemli işçi olduqlarını bildirmişlər.
36. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya məhkəməsinə ünvanladığı ərizədə qeyd etmişdir ki, İddiaçı ona X27 hər hansı bir kobutluq etməmiş, xəstə palatasına baxıcı kimi daxil olmuş, orada qaldığı üç gün müddətində ona yaxşı baxmış və həmin müddət ərzində ondan razı qalmışdır. İddiaçı ona və başqalarına X27 kobudluq etməsinin şahidi olmamışdır və sonuncu ona ümumiyyətlə Nuridə barəsində və Nuridədən etdiyi şikayət barəsində heç bir söz deməmiş, xahiş belə etməmişdir. Əvvəlki ərizəsində qeyd etdiyi kimi o, şikayət ərizəsində İddiaçı qeyd edərkən həmin şəxsin bu insan olduğunu bilməmiş və bunu bildikdə dərhal Bakı Sağlamlığa ərizəsinin geri götürülməsi barədə yaxınlaşdıqda bildirmişlər ki, artıq gecdir, həmin şəxsi işdən sıxarmışıq. İddiaçı nə ona, nə də Həqiqət Babayevaya X27 hər hansı bir kobudluq etməmişdir, əgər etsəydi əgər Həqiqət Babayeva mənimlə bərabər şikayət ərizəsi yazardı. Bundan əlavə Məşədiyeva Lamiyə və Şahbazova Aygün onun otağına gələrək Nuridə barəsində yazdığı şikayət ərizəsini səhv yazdığını bildirdilər və dedilər gecə növbəsində İddiaçı və Flora da olub onların da adını qeyd etməlisən. Həmin an özünü pis his etdiyi üçün və onlardan canını qurtarmaq üçün məcbur olub əlavə ərizə yazmışdır. Həmin şəxslər ona israrla deyirdilər ki, bu iki şəxsin adlarında yazmalısan. İddiaçı ona heç bir söz deməyib, xahiş belə etməyib, ən əsası da “istəyirsən uşağın xəstəxanadan salamat çıxsın ərizəni geri götür” ifadəsini işlətməyib. Hər-hansı bir valdeyini öz övladı ilə təhdid etsələr o, heç bir halda sakit dayanmaz və ən azından hüquq mühafizə orqanlarına müraciət edər. Lamiyyə Məmmədova barəsində qeyd olunanlar şər və böhtandır, onun bu məsələdə heç bir günahı yoxdur, o, sadəcə Məşədiyeva Lamiyənin və Şahbazova Aygünün onun aldatmaları nəticəsində bu ərizəni yazmışdır.
37. Göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya məhkəməsinə ünvanladığı ərizədə məhz iddiaçının mövqeyindən və iddiaçı tərəfindən irəli sürlümüş arqumentlərə uğyun olaraq qeyd etmişdir ki, “İddiaçı nə ona, nə də Həqiqət Babayevaya X27 hər hansı bir kobudluq etməmişdir, əgər etsəydi əgər Həqiqət Babayeva mənimlə bərabər şikayət ərizəsi yazardı.” Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan əsas, yəni, Həqiqət Babayeva tərəfindən şikayət ərizəsinin yazılmaması iddiaçının apellyasiya şikayətinin də dəlillərini təşkil edir.
38. Bundan başqa, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya məhkəməsinə ünvanladığı ərizədə qeyd etmişdir ki, “ ... Məşədiyeva Lamiyə və Şahbazova Aygün onun otağına gələrək Nuridə barəsində yazdığı şikayət ərizəsini səhv yazdığını bildirdilər və dedilər gecə növbəsində İddiaçı və Flora da olub onların da adını qeyd etməlisən. Həmin an özünü pis his etdiyi üçün və onlardan canını qurtarmaq üçün məcbur olub əlavə ərizə yazmışdır.”
39. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məşədiyeva Lamiyə və Şahbazova Aygünün təzyiqləri nəticəsində ərizəni yazmasını inandırıcı hesab etmir və qeyd edir ki, əgər o, özünü pis his etdiyi üçün və həmin şəxslərdən canını qurtarmaq üçün məcbur olub əlavə ərizə yazırdısa, məntiqi ardıcıllığa uyğun olaraq həmin şəxslər barəsində də şikayət ərizəsi yazmalı və ya bu halı tibb müəssisəsinə bildirməli idi.
40. Buna görə də, məhkəmə kollegiyası MPM-nin 106.1-ci maddəsinə uyğun olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ünvanlanmış ərizələrdə qeyd olunan məlumatları müqayisəli şəkildə iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirərək qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən birinci instansiya məhkəməsində qeyd olunmuş xüsusatlar işin digər halları, o cümlədən şahid ifadələri ilə təsdiqini tapır, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ünvanlanmış ərizələr isə işin digər halları ilə təkzib olunur, ərizələrdə qeyd olunan hallar isə iddianın və apellyasiya şikayətinin əsaslandırması ilə eyniyyət təşkil edir.
41. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş hadisələrdən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tibb müəssisəsini dərhal tərk etmişlər, məhkəmə iclasında tədqiq olunan vidoe yazı ilə müəssisədə əmək və icra intizamının normal ahəngi pozulması təsdiqini tapır.
42. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.