Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6884/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(004)-889/2022 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 və Maraqlı şəxs2 Xanlar oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 13 sentyabr 2009-cu ildə Masallı rayonun Şərəfə kəndində vəfat etməsi ilə əlaqədar mirasın açıldığı yerinin və vaxtının, 0,30 ha miras əmlak olan həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(004)- 889/2022 saylı qətnaməsi ilə ərizə təmin olunmuşdur. Maraqlı şəxs3 və X2 qətnamənin onların hüquq və vəzifələrinə toxunduğu üçün həmin qətnamənin onlara göndərilməsi barədə ərizə (D/o tarixi xx.xx.2022-ci il) ilə məhkəməyə müraciət etmişlər. İşdən görünür ki, qətnamə 15 iyul 2022-ci il tarixdə X2, 16 iyul 2022-ci il tarixdə isə Maraqlı şəxs3 tərəfindən şəxsən imza edilməklə qəbul edilmişdir (müvafiq olaraq iş/v 76 və 77). Daha sonra məhkəmənin qeyd olunan qətnaməsindən Maraqlı şəxs2 Xanlar oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, sonuncu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(004)-889/2022 saylı qərardadı ilə maraqlarına toxunan şəxs kimi tanınmışdır. Eləcə də, 30 avqust 2022-ci il tarixdə Maraqlı şəxs3 qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmənin 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs kimi tanınmış və hər iki şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu (MPM-nin 361, 363-cü maddələri) yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildiyi halda məhkəmə ilkin olaraq qətnamənin onların hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarır, sonra isə şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Birinci instansiya məhkəməsi isə qətnamənin ərizəçilərin hüquq və vəzifələrinə toxunması barədə qərardadlar qəbul etməsinə baxmayaraq, qərardadlar ümumiyyətlə əsaslandırılmamış (hansı sübuta və s. hallara əsasən qətnamənin həmin şəxslərin hüquq və vəzifələrinə toxunması qeyd edilməmişdir), məsələyə formal yanaşılmışdır. Yəni, qərardadlardan aydın qeyildir ki, birinci instansiya məhkəməsi nəyə görə qətnamənin apellyasiya şikayətləri vermiş şəxslərin hüquq və vəzifələrinə toxunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin maraqlı şəxsin hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarmalı və qərardad konkret sübutlara istinad olunmaqla əsaslandırılmalı, daha sonra şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu (eləcə də prosessual müddətin ötürülüb-ötürülməməsi, bərpasına zərurətin olub-olmaması və s.) yoxlamalıdır. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına əsasən Maraqlı şəxs3 16 iyul 2022-ci il tarixdə şəxsən imza edilməklə qətnaməni əldə etmiş, lakin 30 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Digər şəxs Maraqlı şəxs2 Xanlar oğlunun isə qətnaməni hansı tarixdə alması barədə mülki iş materiallarında məlumat yoxdur, birinci instansiya məhkəməsi həmin şəxsin qətnamədən hansı tarixdə məlumatlı olmasını, ona rəsmi qaydada nə vaxt əldə etməsini və s. yoxlamamışdır. Halbuki, MPM-in 360-cı və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şikayətin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə onun qaytarılması üçün əsasdır. Göründüyü kimi, rayon məhkəməsi verilmiş apellyasiya şikayətlərinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı olduğu halda, buna tam əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və mülki iş apelyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə, MPM-in 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(004)-889/2022 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 və Maraqlı şəxs2 Xanlar oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6884/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6884/2022
28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver