Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6885/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi X28, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3095/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarında olan Göyçay rayon VVAQ tərəfindən 07 mart 1975-cı il tarixdə verilmiş İİİ-CQ 287434 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X33 26 oktyabr 1968-ci ildə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 900 nömrə ilə qeyd edilmişdir. X2, anası X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ 641093 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X33 xx.xx.1992-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1117 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1963-cu il tarixdə verilmiş AZ 422098 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X39 xx.xx.1963-cü ildə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1847 nömrə ilə qeyd edilmişdir. Atası X20, anası X13r. İş materiallarında olan Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş İİİ-CQ 423775 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X40 ilə X39 xx.xx.1984-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1419 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İsayev”, arvada “İsayeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 3048/15/23 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizədə qeyd edilən məlumatlara əsasən doğum haqqında akt qeydlərinə baxış keçirilmişdir. Doğum haqqında akt qeydlərinin uşaq bəndində soyad və valideynlər barədə məlumatlar fərqli qeyd edilmişdir. Qohumluq faktının müəyyən edilməsi üçün Yasamal rayon məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda ərizəçi xx.xx.1968-ci il tarixdə Göyçay rayonunda anadan olmuş və xx.xx.1992 ci il tarixdə Şuşa şəhərində şəhid olmuş X33 adlı şəxslə qohumluq münasibətlərində olma faktının, yəni bacısı olmağı faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ərizə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin xx.xx.1968-ci il tarixdə Göyçay rayonunda anadan olmuş və xx.xx.1992-ci il tarixdə Şuşa şəhərində şəhid olmuş X33 adlı şəxslə qohumluq münasibətlərində olma faktının, yəni bacısı olmağı faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X33 onun bioloji qardaşıdır. X17 yeni ailədə bacı-qardaşı olmamış, onun yeganə bacı-qardaşı o və onun bacı-qardaşıdır. Atası X21 və anası X27 xx.xx.1959-cu ildə nikaha daxil olmuşlar, həmin nikahdan xx.xx.1961-ci ildə bacısı X9, xx.xx.1963-cü il tarixdə ərizəçi X39, xx.xx.1965-ci ildə qardaşı X45 və xx.xx.1968-ci ildə qardaşı X34 anadan olmuşlar. Ərizəçi xx.xx.1984-cü ildə nikaha daxil olmuş və soyadını ərinin soyadı olan İsayeva soyadına dəyişmişdir. Atasının bacısı (bibisi) X5 nikahdan övladı olmadığı üçün valideynləri 1975-ci ildə qardaşı X22 bibisinə övladlığa vermişlər və bundan sonra qardaşı X33 olmuş, həmçinin, onun doğum yeri, valideynləri haqqında məlumatlar da dəyişdirilmişdir. Qardaşının valideynləri, yəni anası X15 xx.xx.1984-cü ildə, atası X30 isə xx.xx.1988-ci ildə vəfat etmişlər. X33 özü isə xx.xx.1992-ci ildə Şuşa şəhərinin müdafiəsi zamanı həlak olmuşdur (Yasamal rayon məhkəməsinin 2(004)-845/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi). Atası xx.xx.2000-ci ildə, anası isə xx.xx.2009-cu ildə vəfat etmişlər. Toplanmış sənədlərdən göründüyü kimi, X33 onun bioloji qardaşıdır. Onun yeni ailədə bacı-qardaşı olmamış, onun bacı-qardaşı ərizəçi və ərizəçinin bacı-qardaşıdır. Lakin yuxarıda qeyd edildiyi kimi, qardaşı X34 bibisi X6 övladlığa verilmişdir, başqa sözlə bioloji qardaşı X34 bibisi X6 övladlığa verildiyi üçün onun qohumluq əlaqəsi yaranmışdır, başqa sözlə müəyyən olunur ki, o, X17 vərəsəsidir. Belə ki, X17 bu günə heç bir qohumu qalmamışdır. O övladlığa götürüləndən sonra valideynləri, valideynlərinin qohumları vəfat etmişlər, o cümlədən xalalar və bibilər, dayılar və əmilər də vəfat etmişlər və ümumiyyətlə olmamışlar. Belə ki, qeydiyyat şöbəsindən alınmış məktubdan görünür ki, bu faktın məhkəmədən kənar başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Həmçinin, göründüyü kimi, bu faktın müəyyən ediləcəyi nəticəsində hüquqa dair mübahisə yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3095/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, ərizəçi xx.xx.2023-cü il tarixdə eyni məzmunlu ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci il tarixdə Göyçay rayonunda anadan olmuş və xx.xx.1992-ci il tarixdə Şuşa şəhərində şəhid olmuş X17 bacısı olma faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə verərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4837/2023 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmış, ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Həmçinin hazırki iş üzrə şahidlər eyni zamanda həmin işə baxılarkən də şahid qismində ifadələr vermişlər. Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil bu barədə məhkəməyə heç bir məlumat verməmiş, bu məlumatları məhkəmədən gizli saxlamışlar. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, X17 adına verilmiş doğum haqqında şəhadətnamədə atasının X30, anasının X11 olduğu qeyd edilmişdir. Ərizəçi X23 adına verilmiş doğum haqqında şəhadətnamədə isə atasının X20, anasının X26 olduğu qeyd edilmişdir. Göründüyü kimi X33 ilə ərizəçi X23 doğum haqqında akt qeydlərində soyad və valideynlər barədə məlumatlar fərqli qeyd edilmişdir. Ərizəçi X1 Abdulla Novruz oğlunun bacısı olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də, X17 onun qardaşı olmasını və onun bibisi tərəfindən övladlığa götürülməsini təsdiq edəcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci ildə anadan olmuş qardaşı X34 atasının bacısı (bibisi) X5 nikahdan övladı olmadığı üçün valideynləri 1975-ci ildə qardaşı X22 bibisinə övladlığa vermişlər və bundan sonra qardaşı X33 olmuş, həmçinin, onun doğum yeri, valideynləri haqqında məlumatlar da dəyişdirilmişdir. Göründüyü kimi işin halları barədə məhkəmənin nəzərinə kifayət qədər sübutlar təqdim etməsinə iddia ərizəsi vasitəsilə çatdırmağına baxmayaraq, məhkəmə bu hallara əhəmiyyət verməmiş, qeyd olunan prosessual normaları pozmuşdur. Şahid ifadələrindən görünür ki, iş üzrə izahat verən şahidlər faktı təsdiq etmişlər, lakin məhkəmə gəldiyi nəticəni sübut etməyə çalışsa da, buna nail ola bilməmişdir. Ərizəçi bildirir ki, X33 onun bioloji qardaşıdır. Onun adı övladlığa götürüləndən sonra dəyişdirilsə də, əvvəllər o, X34 olmuşdur və bu barədə Yasamal rayon Qeydiyyat (VVAQ) şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ilə təsdiqini tapır. Məhkəmə isə bu fakta ümumiyyətlə heç bir qiymət verməmişdir. Halbuki, məhkəmə qətnaməsində qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-3048/15/23 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizədə qeyd edilən məlumatlara əsasən doğum haqqında akt qeydlərinə baxış keçirilmişdir. Doğum haqqında akt qeydlərinin uşaq bəndində soyad və valideynlər barədə məlumatlar fərqli qeyd edilmişdir. Qohumluq faktının müəyyən edilməsi üçün Yasamal rayon məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu o deməkdir ki, uşaq əvvəlcə X7 qeyd edilərək valideynlərinin X21 və anası X10 olduğu qeyd edilmişdir (Yasamal (keçmiş Oktyabr) VVAQ şöbəsi tərəfindən verilmiş 25 dekabr 1968-ci il tarixli 5895 saylı akt qeydi). Onun anadan olduğu tarix xx.xx.1968-ci ildir. Eyni zamanda, X24 aid 1975-ci ildə Göyçay VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə onun anadan olduğu tarix xx.xx.1968-ci il qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, uşaq övladlığa verilərkən digər anket məlumatları, yəni soyadı, ata adı dəyişdirilmişdir. Bundan başqa ərizənin geri götürülməsi prosessual hüquqdur və bu hərəkət hər-hansı bir vəzifələri ifadə etmir. Bu barədə məhkəməyə hər-hansı bir məlumat verməsi barədə vəzifə daşımır. Belə ki, həmin işə mahiyyə üzrə baxılaraq yekun məhkəmə aktının qəbul edilməsi mövcud deyil. Tərəfin prosessual hüquqdan istifadə etməsi onun üçün hər- hansı bir vəzifə və ya öhdəlik yaratmır. Onu da qeyd edir ki, məhkəmə yanlış olaraq qətnamədə qeyd edir ki, hazırki iş üzrə şahidlər əvvəlki işdə də dindirilmişlər. Belə ki, həmin şahidlərin ilk dəfə izahatları alınmış, əvvəlki işdə hələ hazırlıq mərhələsində ərizə geri götürüldüyündən iş baxılmamış saxlanmışdır. Belə ki, əlavə sübutların əldə edilməsi zərurət yaranmışdır ki, bu da həyata keçiriləndən sonra təkrar olaraq məhkəməyə müraciət edilmişdir ki, burada hər-hansı bir qanun pozuntusu və ya qəbahət baş verməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.1. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirak edən şahid X50 ifadəsində bildirmişdir ki, ərizəçi xalası qızıdır, X17 doğma bacısıdır. Ərizəçinin bibisi və həyat yoldaşının uşağı olmurdu, onlar Abdullanı övladlığa götürdülər və Göyçaya getdilər. Abdulla qanuni formada övladlığa götürülüb. Abdulla övladlığa götürüldüyünü bilirdi, doğma ailəsinin yanına gedib-gəlirdi, doğma bacıqardaşlarının kimlər olduğunu bilirdi. Abdulla ərizəçinin həyat yoldaşı ilə birlikdə müharibəyə getmişdi, ərizəçinin həyat yoldaşı geri döndü, lakin Abdulla geri dönmədi. Abdulla 1992-ci ildə Şuşada itkin düşdü. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirak edən şahid X31 ifadəsində bildirmişdir ki, ərizəçi xalası qızıdır, X33 xalası oğludur. Qurbanova X16 doğma anası olub. Lumunun baldızı Əliyeva Gulbacının uşağı vəfat etdiyinə görə 1968-ci ildən 4-5 aylıq olanda Abdulla bibisi Gulbacıya övladlığa verilmişdir. Abdulla 1992-ci ildə müharibədə iştirak etmək üçün Şuşaya gedib və həmin vaxtdan itkin düşüb. İş materiallarında olan Göyçay VVAQ bürosu tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş İ-İE 230616 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X29 ilə X18 xx.xx.1960-cı ildə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 233 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan Göyçay rayon VVAQ tərəfindən 07 mart 1975-cı il tarixdə verilmiş İİİ-CQ 287434 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X33 26 oktyabr 1968-ci ildə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 900 nömrə ilə qeyd edilmişdir. X2, anası X4r. İş materiallarında olan Göyçay rayon VVAQ tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş İİİ-CQ 462573 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X30 xx.xx.1988-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 48 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 28 yanvar 1989-cu il tarixli, 44 saylı arayışdan görünür ki, X14 xx.xx.1984-cü il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1959-cu il tarixdə verilmiş İ-İE 258784 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X21 ilə X63Rza qızı xx.xx.1959-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2275 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1963-cu il tarixdə verilmiş AZ 422098 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X39 xx.xx.1963-cü ildə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1847 nömrə ilə qeyd edilmişdir. Atası X20, anası X13r. İş materiallarında olan Nizami rayon VVAQ tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ 077676 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X20 xx.xx.2000-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 702 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nizami rayon VVAQ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ 382849 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X35 xx.xx.2009-cu il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 745 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ 641093 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X33 xx.xx.1992-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1117 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ev dəftərində (domovoya kniqa) Göyçay rayonu, Engels küçəsi 22 saylı evdə X17 xx.xx.1985-ci il tarixdən daimi pasport qeydiyyatında olduğu və ev sahibi kimi qeyd edilmişdir. İş materiallarında olan Göyçay rayon qeydiyyat şöbəsinin 26 sentyabr 2024-cü il tarixli 3-16-5/8-13-676/2024 nömrəli məktubuna əsasən Bakı şəhər Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-950-8/24 saylı aidiyyatı üzrə Göyçay rayon Qeydiyyat şöbəsinə göndərilən məktub əsasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(004)-3095/2024 saylı sorğusuna cavab olaraq vətəndaş X17 doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənəddə 72 saylı, xx.xx.1975-ci il tarixli doğum haqqında akt qeydinə əsasən uşaq haqqında məlumat hissəsində familiyası Quliyev,adı Abdulla,atasının adı Novruz, doğulduğu tarix xx.xx.1968-ci il,doğulduğu yer Göyçay rayonu, uşağın doğumunu təsdiq edən sənədlər ünvan 1 ünvan Göyçay rayonu, Engels küçəsi ev 22, ata haqında məlumat X30, doğulduğu tarix 1903-cü il, anası haqqında məlumat X12, doğulduğu tarix 1921ci il kimi qeyd edilmişdir.(i.v.92-93) Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, X17 adına verilmiş doğum haqqında şəhadətnamədə atasının X29, anasının X11 olduğu qeyd edilmişdir. Ərizəçi X23 adına verilmiş doğum haqqında şəhadətnamədə isə atasının X20, anasının X26 olduğu qeyd edilmişdir. Göründüyü kimi X33 ilə ərizəçi X23 doğum haqqında akt qeydlərində soyad və valideynlər barədə məlumatlar fərqli qeyd edilmişdir. Beləliklə ərizəçi X1 Abdulla Novruz oğlunun bacısı olması faktının müəyyən edilməsi, yəni, X17 onun qardaşı olmasını və onun bibisi tərəfindən övladlığa götürülməsini təsdiq edəcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası ərizənin və şikayətin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Şahid ifadələrinə gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu ifadələri sübut növü kimi qiymətləndirməmişdir. Belə ki, əvvəla Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasada onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Kollegiyanın qənaətinə görə, ərizəçi tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir ki, həmin şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olması iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapması mühüm şərtdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin də 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, ərizəçi öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində ərizəçi qeyd etmişdir ki, X33 onun bioloji qardaşıdır. Onun adı övladlığa götürüləndən sonra dəyişdirilsə də, əvvəllər o, X34 olmuşdur və bu barədə Yasamal rayon Qeydiyyat (VVAQ) şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ilə təsdiqini tapır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, ərizəçi tərəfindən atası X21 və anası X27 göstərilmiş xx.xx.1968-ci il təvəllüdlü X19 adına olan Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin kserosurəti apellyasiya şikayətinə əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “R.Xəmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 dekabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notarial qaydada təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin baxışı zamanı təqdim edilməmiş və apellyasiya şikayətinə əlavə edilmiş Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin kserosurəti qeyd edilən normaların tələbləri baxımından həm birinci instansiya məhkəməsində təqdim edilməsinin ərizəçidən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməməsi, həm də kserosurət olmaqla əsli təqdim edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, X17 xx.xx.1992-ci ildə Şuşa şəhərinin müdafiəsi zamanı həlak olması ilə bağlı Yasamal rayon məhkəməsinin 2(004)-845/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi barədə ərizəsində məlumat verilsə də, həmin qətnamənin surətinin birinci instansiya məhkəməsində işə baxılan zamanı təqdim edilməsi iş materiallarından görünmür. Qeyd edilən qətnamə apellyasiya instansiyası məhkəməsinin iclasında təqdim edilmiş və həmin qətnamə ilə Ərizəçi ərizəsi təmin olunaraq X17 xx.xx.1992-ci ildə Şuşa şəhərində ölmüş elan edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamə qanuni qüvvəsini alaraq onun əsasında da X17 adına xx.xx.2013-cü ildə ölüm haqqında şəhadətnamə verilsə də, bu qətnamə hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Belə ki, həmin qətnamədə ərizəçi X25 qardaşı kimi təqdim etsə də, qətnamədə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-CQ seriyalı 287434 saylı xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnaməyə istinad edilmişdir. Bu şəhadətnamənin məzmunu iş materiallarında olan X17 doğum haqqında akt qeydinin surətinin məzmunu ilə eynilik təşkil edir. Başqa sözlə, həmin qətnamə ilə Ərizəçi ərizəsi əsasında X17 xx.xx.1992-ci ildə Şuşa şəhərinin müdafiəsi zamanı həlak olması faktı təsdiq edilsə də, mərhumla ərizəçinin bacı-qardaş olmasını təsdiq edən hər-hansı bir mötəbər sənədə istinad edilməmiş, bu fakt qətnamədə öz təsdiqini tapmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyator tərəfindən birinci instansiya məhkəməsində deyil, apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi digər, yəni, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinən 11000 manat pulun tutularaq həlak olmuş hərbi qulluqçu X17 bacısı iddiaçı Ərizəçi Əbulfəz qızına ödənilməsinə dair qanuni qüvvəsini almış Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-7465/2014 saylı qətnaməsi də hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Belə ki, əvvəla sözügedən qətnamə birinci instansiya məhkəməsində təqdim edilməsinin ərizəçidən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməməsi baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul ediə bilməz. Həmçinin də qətnamənin nəticə hissəsində həlak olmuş hərbi qulluqçu X17 bacısı kimi iddiaçı Ərizəçi Əbulfəz qızının göstərilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinən 11000 manat pulun alınması üçün göstərilsə də, qətnamənin nə təsviri, nə də əsaslandırıcı hissəsində onların bacı-qardaş olmaları barədə heç nə göstərilməmiş, ərizənin qismən də olsa təminin əsaslandırılması əsasən qanuni qüvvəsini almış Yasamal rayon məhkəməsinin 2(004)-845/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin məzmunu ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, ərizəçi X17 vərəsəsi olmasını göstərsə də, MPM-nin 310-cu maddəsinə əsasən ərizəsində həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu göstərməmişdir. Başqa sözlə, ərizəsi təmin edilərək arzuladığı hüquqi faktın təsdiqindən sonra mərhumun hansı əmlakına İİ növbə vərəsəlik hüququnun yaranmasının əsaslarını göstərməmişdir. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hərhansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. ( 1.2) Nəzərə alınmalıdır ki, məhkəmə hər-hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir.( 1.3) Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir.(2) Ərizəçi ərizəsində həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu tam göstərməsə də, (ərizəsində X17 vərəsəsi olmasını göstərməklə kifayətlənmişdir) apellyasiya instansiyası məhkəməsinin iclasında ərizəçi mərhumun adına Göyçay rayonunda adına torpaq və ev olmasını, X17 bu günə heç bir qohumu qalmamasını, həmin əmlaklara vərəsəlik hüququnun tanınması niyyətinin olmasını göstərmiş, lakin bu barədə hər-hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi ərizəsində X17 vərəsəsi olmasını göstərməklə apellyasiya instansiyası məhkəməsinin iclasında da mərhumun adına Göyçay rayonunda adına torpaq və ev olmasını bildirməklə həmin əmlaklara vərəsəlik hüququnun tanınmasını qeyd etdiyi üçün ərizəsinin baxılmamış saxlanması üçün əsaslar müəyyən edilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3095/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə