Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6886/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin (bank) ləğvedicisi X3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli İPK-02 №-li kredit müqaviləsi üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş müvafiq olaraq 45614 ABŞ dolları əsas borc, 13940 ABŞ dolları faiz borcu, cəmi 59554 ABŞ dolları, həmçinin bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İPK-03 №-li kredit müqaviləsi üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 86299 ABŞ dolları əsas borc, 26166 ABŞ dolları faiz borcu, cəmi 112465 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 bankın xeyrinə tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satıldıqdan 01 (bir) ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mənzildən çıxarılmaqla boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 45613,92 ABŞ dolları əsas, 12749,09 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 58663,01 ABŞ dollarının (məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla); xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 86298, 77ABŞ dolları əsas, 28222,11 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 114820,88 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutularaq ı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan iş üzrə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 500000 (beş yüz min) manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 37%-i, yəni 11,10 manıtının iddiaçıya aid edilməsi, qalan 63%-i, yəni 18,90 manat ödənilmiş məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 40 manat ekspertiza xərcinin iddia qismən təmin edildiyindən, 37%-i, yəni 14,80 manatının iddiaçıdan, qalan 63%-i, 25,20 manat məbləğində pul vəsaitinin isə Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. X1 Fondu apellyasiya şikayəti verərək onun qismən - müqavilə müddəti bitdikdən sonra əsas borc illik 5% hesablanmış faiz borcu və cərimə borcuna münasibətdə ləğv edilməsi və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 5823.60 ABŞ dolları faiz borcu, 30802,06 ABŞ dolları cərimə borcu və xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 10548 ABŞ dolları faiz borcu, 55657,96 ABŞ dolları cərimə borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətli apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən 01.09 2020-ci il tarixdə daxil olmuş məktubda, Cavabdeh1 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş, həmin şikayətə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6886/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6886/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver