Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6890/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində və daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçının (atanın) cavabdehə (öz oğluna) verdiyi 45.690 manat məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun artırılaraq hər ay 400 manat olmaqla hissə-hissə cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 45.000 manat məbləğində pul hər ya 400 manat olmaqla hissə-hissə, habelə hüquqi xidmətə görə 150 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Şikayət və izahatlar: İddiaçı apelyasiya şikayətində xahiş olunub ki, göstərilən məzmunda yeni qətnamə qəbul olunsun: 1) 45.690 manat məbləğində pul hər ay 400 manat olmaqla hissə-hissə cavabdehdən iddiaçının xeyrinə tutulsun; 2) qalıq borc hər il uçot faiz dərəcəsi ilə artırılaraq və 5 faiz cərimə əlavə edilərək cavabdehdən iddiaçının xeyrinə tutulsun; 3) iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin; 4) hüquqi xidmətə görə çəkilmiş məsrəflərin əvəzi kimi 290 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamənin iddianın rədd edilməsinə aid hissəsi yoxlanılır. Belə ki, qətnamənin iddianın təmin edilməsinə aid hissəsi, yəni 45.000 manat məbləğində pulun hər ay 400 manat olmaqla hissə-hissə, habelə hüquqi xidmətə görə 150 manat cavabdehdən tutularaq iddiaçıya verilməsinə aid hissəsi daha əvvəl Cavabdeh apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilib və həmin hissədə tələb rədd olunub. Bu qətnamə isə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Ona görə də hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissəsi, yəni iddianın rədd edilməsinə aid hissəsi apelyasiya qaydasında yoxlanılır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, iddianın rədd edilməsinə aid hissə iddianın təmin edilməsinə aid olan hissədən asılıdır. İddianın qismən təmin edilməsi birinci instansiya məhkəməsi tərəfindən onunla əsaslanıdırılmışdır ki, iddiaçı cavabdehə 45.000 manat borc verib. Lakin apelyasiya instansiyası məhkəməsi müəyyən edib ki, tərəflərin arasında borc münasibəti olmayıb, kassasiya instansiyası isə bunu təsdiq edib. Göründüyü kimi, iddianın qismən rədd edilməsi onunla bağlı olub ki, tərəflərin arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibəti olsa da iddianın tam təmin edilməsi üçün əsas yoxdur. Lakin sonradan müəyyən olunub ki, tərəflərin arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibəti yoxdur. Öhdəlik münasibəti olmadığına görə məhkəmə Mülki Məcəllənin 385ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iddianın rədd edilməsinə aid hissədə ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6890/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6890/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver