Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6891/2025 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMC-nin cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Naftalan Şəhər İcra Hakimiyyəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə Açar sözlər: pulun tutulması Hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Naftalan Şəhər İcra Hakimiyyəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi qeyri-hökumət təşkilatı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ##.##.2013-cü il tarixdə, 1113-Q48-3243 nömrə ilə qeydiyyata alınmışdır. İctimai Birliyin nizamnaməsinə əsasən Birliyin əsas məqsədi ölkənin sosial inkişafına kömək etməkdən ibarətdir (2.1). Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: sosial inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək; ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək; müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə cavabdeh arasında bağlanmış ##.##.2017-ci il tarixli, ##.##.2018-ci il tarixli və ##.##.2019-cu il tarixli Maliyyə yardımı (qrant) müqavilələrinə əsasən donor təşkilat-qismində çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İctimai Birliyə “Bakı şəhərində və regionlarda abadlıq işlərinin görülməsi və sosial infrastrukturun inkişaf etdirilməsi” adlı Layihənin həyata keçirilməsi məqsədi ilə maliyyə yardımı (qrant) ayırmışdır.
3. “xxxx” MMC (icraçı qismində), Naftalan Şəhər İcra Hakimiyyəti (nəzarətçi qismində) və cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (maliyyələşdirən tərəf qismində) arasında bağlanmış ##.##.2018-ci il tarixli “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair” müqaviləyə əsasən Nəzarətçi bu müqavilənin tərkib hissəsi sayılan * nömrəli Əlavədə qeyd olunan, Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpa-yenidənqurma işlərinin görülməsi məqsədilə İcraçıya sifariş verir, Maliyyələşdirən tərəf isə bunun müqabilində görüləcək işlərin dəyərini bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən * nömrəli Əlavə ilə müəyyən edilmiş 1.770.000 manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürür (2.1). İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan və Tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş * nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək onun Nəzarətçiyə təhvil verilməsini öhdəsinə götürür. İcraçı tərəfindən yerinə yetirilmiş işlər onun bu müqavilədə göstərilmiş şərtiərinə uyğun olmalıdır (2.2). Nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin İcraçıdan qəbul edilməsini öhdəsinə götürür (2.3). Maliyyələşdirən tərəf Nəzarətçi tərəfindən qəbul edilmiş işlərin (müvafiq təhvil-qəbul aktı və digər aidiyyəti sənədlər İcraçı tərəfindən təqdim edildikdən sonra) dəyərinin aidiyyəti üzrə ödənilməsini öhdəsinə götürür (2.4).
4. “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair **/** nömrəli, ##.##.2018-ci il tarixli Müqaviləyə ##.##.2021-ci il tarixli, * saylı Əlavəyə əsasən Müqavilənin 2.1-ci maddəsinin redaksiyası dəyişdirilmiş və yeni redaksiyaya əsasən nəzarətçi bu müqavilənin tərkib hissəsi sayılan * nömrəli Əlavədə qeyd olunan, Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında, o cümlədən şəhərin Z.Ə. Tağıyev küçəsi, Şirvan prospekti və ətrafında bərpayenidənqurma və abadlıq işlərinin görülməsi məqsədi ilə icraçıya sifariş verir. Maliyyələşdirən tərəf isə bunun müqabilində görüləcək işlərin dəyərini, bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən * nömrəli Əlavə ilə müəyyən edilmiş 2.970.000 manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürür.
5. ##.##.2018-ci il tarixli “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair” müqavilə üzrə tərtib edilmiş 2023-cü ilin iyul ayında görülən işlərin qəbulu Aktlarına (Forma 2) əsasən “xxxx” MMC tərəfindən 2023-cü ilin iyul ayında Naftalan şəhərinin Şirvan prospektində və ətrafında 216.139,10 manat dəyərində, Z.Ə.Tağıyev küçəsində isə 408.406,57 manat dəyərində olmaqla, cəmi – 624.545,67 manat dəyərində abadlıq işləri görmüşdür. Həmin Aktlar (Forma 2-lər) Naftalan şəhər İcra Hakimiyyətinin 3 nəfər nümayəndəsi və “xxxx” MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur.
6. “xxxx” MMC tərəfindən görülən və təhvil verilən, lakin ödənilməmiş işlərin ümumi dəyəri ƏDV daxil olmaqla, 736.963,89 (624.545,67 manat əsas borc + 112.418,22 manat ƏDV = 736.963,89 cəmi borc) manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı “xxxx” MMC cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, görülən işlərə görə “Abadlıq-Sosial İnkişafa Dəstək“ İctimai Birliyinin “xxxx” MMC-yə ödəməli olduğu ƏDV daxil olmaqla, 736.963,89 manat məbləğdə borcun, dövlət rüsumu kimi ödənilən 1.027 manat pulun cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək“ İctimai Birliyindən tutulub iddiaçı “xxxx” MMC-yə ödənilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, “İcraçı” adlanan - “xxxx” MMMC ilə “Nəzarətçi” adlanan - Naftalan şəhər İcra Hakimiyyəti və “Maliyələşdirən tərəf” adlanan - “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi arasında bağlanmış “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair” ##.##.2018-ci il tarixdə üçtərəfli müqavilənin şərtlərinə görə İcraçı tərəfindən görülən işlərin Nəzarətçi adlanan Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilməsi faktı həmin işlərə görə ödənişlərin həyata keçirilməsi üçün yetərlidir. Görülən işlərin Maliyyələşdirən tərəf olan “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən qəbul edilməsinin zəruruliyi isə Müqavilədə nəzərdə tutulmamışdır. Belə olan halda, Maliyyələşdirən tərəf olan “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş həmin işlərin dəyərini ödəməyə borcludur. Lakin, “xxxx” MMC tərəfindən “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə bununla bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, həmin məbləğ ödənilməmişdir. Buna görə də, “Maliyələşdirən tərəf” adlanan “Abadlıq Sosial İnkişafa Dəstək” İctimai Birliyinə ##.##.2025-ci il tarixdə, həm elektron məhkəmə portalı, həm də elektron vergi sistemi vasitəsi ilə pretenziyalar göndərilərək, 3 gün müddətində ƏDV daxil olmaqla 736.963,89 manat məbləğində borcun “xxxx” MMC-yə ödənilməsi xahiş edilmiş, əks halda “xxxx” MMC-nin pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı, əlavə xərclər də tələb edilməklə, tərəflərindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəf pretenziyaya heç bir cavab verməmişdir.
9. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Naftalan Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
10. Cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, həm ##.##.2018-ci il tarixli müqavilədə, həm də ona edilmiş ##.##.2021-ci il tarixli * saylı Əlavədə müqavilənin ayrılmaz tərkib hissəsi olan * nömrəli Əlavədə göstərilən işlərin yerinə yetirilməsindən və məhz həmin yerinə yetirilmiş işlərin qəbul edilərək ödənilməsindən bəhs edilir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərin içərisində görülməsi nəzərdə tutulmuş işləri və onların qiymətlərini əks etdirən müqavilənin * saylı əlavəsi təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi * saylı formalar isə maliyyələşdirən “Abadlıq-Sosial İnkişafa Dəstək” İB tərəfindən təsdiq edilməmişdir. Belə ki, müqavilənin 2.2-ci bəndinin tələbinə görə iddiaçı həcmi və qiyməti müqavilənin * nömrəli Əlavəsində göstərilən işləri yerinə yetirməli və təhvil verməli idi. Lakin onun təqdim etdiyi işlərin müqavilədə göstərilən işlər olmasını sübut edə bilməmişdir. İddiaçı müqavilədə göstərilən işlərin həcmi və qiyməti barədə tərtib və təsdiq olunmuş * saylı əlavəni müqavilənin 2.1-ci bəndinə dəyişikliklər edilməsi barədə ##.##.2021-ci il tarixli əlavə 1 ilə səhv salmışdır. “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (İctimai Birlik) qeyri-hökumət təşkilatı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat № ****-Q48-3243). İctimai Birliyin əsas məqsədi dövlət tərəfindən sosial inkişaf sahəsində həyata keçirilən tədbirlərə dəstək verməkdən ibarətdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İctimai Birlik arasında ##.##.2018-ci il tarixdə Maliyyə yardımı (qrant) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə donor təşkilat, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İctimai Birliyə “Bakı şəhərində və regionlarda abadlıq işlərinin görülməsi və sosial infrastrukturun inkişaf etdirilməsi” adlı Layihənin həyata keçirilməsi məqsədi ilə maliyyə yardımı (qrant) ayırmışdır. Verilən qrantlar hesabına bir sıra sosial layihələr həyata keçirən İctimai Birlik Naftalan şəhərində istirahət parklarının və küçələrin yenidən qurulması və abadlaşdırılması işlərinə də dəstək vermişdir. Qeyd edilən müqavilənin şərtlərinə görə görüləcək işlərin müqabilində İctimai Birlik 1.770.000 manat məbləğində vəsaiti “xxxx” MMC-yə (İcraçı) ödənilməsini öhdəsinə götürmüşür. Hazırda “xxxx” MMC faktiki olaraq yerinə yetirdiyi (* nömrəli forma əsasında) 624.545,67 manat məbləğində vəsaitlə yanaşı 112.418,22 manat məbləğində X5 (ƏDV) ödənilməsini tələb edir. İctimai Birlik fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Yəni kommersiya təşkilatı deyil və onun gördüyü işlərə ƏDV tətbiq olunmur. İctimai Birlik yalnız donor təşkilat tərəfindən ayrılan qrantlar hesabına dövlətin sosial sahədə fəaliyyətinə dəstək verir. Bu səbəbdən İctimai Birlik yerinə yetirilmiş işlərə görə ödəniləcək 624.545,67 manat vəsaitdən əlavə ƏDV ödənilməsini yox, ƏDV-nin sıfır dərəcəsi ilə tutulmasını qanunvericiliyə uyğun hesab edir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Qrant-humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatl obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrind proqramları, elm, tədqiqat və layihələşdirm proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır dərəcəsi ilə tutulur. Lakin iddiaçı gördüyü işlərə görə ƏDV ödənilməsini də tələb edir. Göstərilənlərin nəzərə alınması və “xxxx” MMC-nin 624.545,67 manat məbləğində vəsaitin, 112.418,22 manat məbləğində X5 (ƏDV) ödənilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Qeyd olunan normanın tələbindən və işin faktiki hallarında göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə və bunun əsasında verilmiş qaimələrə əsasən əməliyyatlar ƏDV tətbiq etməklə aparılmış və ##.##.2018-##.##.2022-ci il tarixləri aralığında cavabdeh tərəfindən iddiaçının ƏDV depozit sub-uçot hesabına görülmüş işlərin dəyərindən hesablanan ƏDV məbləğinin ödənişləri həyata keçirilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 4.1-ci bəndinə əsasən Qeydiyyat orqanı bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 (on beş) iş günü müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə bildirişi verir. Göründüyü kimi, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması zamanı qrant alan şəxsə bildiriş təqdim edilir. Bu bildirişi əldə edib müqavilə bağlanan zaman “xxxx” MMCyə təqdim etmək “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin vəzifəsi olmuşdur. Bildirilir ki, əgər tərəflər görülən işlərin ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilməsini arzulayırdılarsa və bunun üçün hüquqi əsasları mövcud idisə, yuxarıda qeyd olunan bildirişi qarşı tərəfə, yəni “xxxx” MMC-yə təqdim edilməsini təmin etməli idilər. Göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan bildiriş iddiaçıya təqdim edilməmiş, eyni zamanda tərəflər arasında bağlanılmış müqavilədə də ƏDV-nin ödənilməsi öhdəliyi öz əksini tapmışdır. Həmçinin, cavabdeh müqaviləyə əsasən ##.##.2018-##.##.2022-ci il tarixləri aralıqlarında iddiaçının ƏDV depozit subuçot hesabına görülmüş işlərin dəyərindən hesablanan ƏDV məbləğini ödəmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, tələb etmək hüququna malikdir. Göründüyü kimi, müqaviləyə əsasən ƏDV ödənişləri ##.##.2018- ##.##.2022-ci il tarixləri aralıqlarında həyata keçirilmiş və qeyd olunan əməliyyatların dəqiqləşdirilməsi (hesablanmış məbləğin yenidən hesablanması) üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş 3 illik müddət də ötürülmüşdür. İş üzrə yekun qərar qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınması xahiş edilmişdir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyindən görülən işlərə görə ƏDV daxil olmaqla 736.963,89 manat məbləğində pul vəsaiti və 1.027 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir (hakim X2).
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (İctimai Birlik) qeyri-hökumət təşkilatı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində ##.##.2013-cü il tarixdə qeydiyyata alınmış və onun nizamnaməsinə əsasən Birliyin əsas məqsədi ölkənin sosial inkişafına kömək etməkdən ibarətdir (2.1). Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: sosial inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək; ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək; müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək. Göründüyü kimi, cavabdehin ictimai birlik kimi əsas məqsədi ölkənin sosial inkişafına kömək etməkdən ibarətdir və cəmiyyət həmin məqsədə çatmaq üçün ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək vəzifəsini də həyata keçirir.
14. Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İctimai Birlik arasında ##.##.2018-ci il tarixdə Maliyyə yardımı (qrant) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə donor təşkilat-Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İctimai Birliyə “Bakı şəhərində və regionlarda abadlıq işlərinin görülməsi və sosial infrastrukturun inkişaf etdirilməsi” adlı Layihənin həyata keçirilməsi məqsədi ilə maliyyə yardımı (qrant) ayırmışdır. Cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı qismində) ilə Naftalan Şəhər İcra Hakimiyyəti (nəzarətçi qismində) və cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (maliyyələşdirən tərəf qismində) arasında bağlanmış ##.##.2018-ci il tarixli işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilənin şərtlərinə əsasən Nəzarətçi bu müqavilənin tərkib hissəsi sayılan * nömrəli Əlavədə qeyd olunan, Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpayenidənqurma işlərinin görülməsi məqsədilə İcraçıya sifariş verir, Maliyyələşdirən tərəf isə bunun müqabilində görüləcək işlərin dəyərini bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən * nömrəli Əlavə ilə müəyyən edilmiş 1.770.000 manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürür (2.1). İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan və Tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş * nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək onun Nəzarətçiyə təhvil verilməsini öhdəsinə götürür. İcraçı tərəfindən yerinə yetirilmiş işlər onun bu müqavilədə göstərilmiş şərtiərinə uyğun olmalıdır (2.2). Nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin İcraçıdan qəbul edilməsini öhdəsinə götürür (2.3). Maliyyələşdirən tərəf Nəzarətçi tərəfindən qəbul edilmiş işlərin (müvafiq təhvil-qəbul aktı və digər aidiyyəti sənədlər) İcraçı tərəfindən təqdim edildikdən sonra) dəyərinin aidiyyəti üzrə ödənilməsini öhdəsinə götürür (2.4).
15. ##.##.2018-ci il tarixli işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilə bilavasitə İctimai Birliyin Nizamnaməsində sadalanan məqsədlərə çatmaq üçün ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək vəzifəsi ilə əhatə olunan Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpa-yenidənqurma işlərinin görülməsi ilə bağlı olmuş və həmin şəhərdə görüləcək işlərin dəyərini 1.770.000 manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürmüşdür.
16. İddiaçı tərəf müqavilə şərtlərinə uyğun olaraq Naftalan şəhəri İcra Hakimiyyəti tərəfindən ona sifariş verilmiş işlərin icrasını həyata keçirərək Naftalan şəhər İcra hakimiyyətinə təhvil verməsini, lakin Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş həmin işlərin dəyərini ödəməməsini göstərərək ƏDV daxil 736.963,89 borcun və dövlət rüsumu kimi ödənilən 1.027 manatın cavabdeh – “Abadlıq-Sosial İnkişafa Dəstək“ İB-dən tutulmalı olmasını iddia edir və tələbinin əsası kimi görülmüş işlərin təhvil verilməsinə və cavabdehin tərəflər arasında bağlanılmış müqavilədə ƏDV-nin ödənilməsi öhdəliyi öz əksini tapmasına istinad edir.
17. Cavabdeh tərəf isə etirazının dəlillərindən fərqli olaraq məhkəmə iclasında verdiyi izahatında iddianı iddiaçı tərəfin göstərdiyi xidmət olaraq təqdim etdiyi işlərin dəyərinin – 624.545,67 manat ödənilməsi hissəsində iddianı qəbul etdiyini, lakin həmin vəsaitdən əlavə ƏDV ödənilməsi hissəsində iddiaya etiraz etdiyini və qanunvericiliyə uyğun olaraq ƏDV-nin sıfır dərəcə ilə hesablanmalı olmasını göstərmişdir.
18. Mübahisə predmeti barəsində müstəqil təəblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti isə tərəflər arasında bağlanmış müqavilədə ƏDV-nin ödənilməsi öhdəliyinin öz əksini tapmasını və cavabdehin də müqaviləyə əsasən ##.##.2018-##.##.2022-ci il tarixləri aralığında iddiaçının ƏDV depozit subuçot hesabına görülmüş işlərin dəyərindən hesablanan ƏDV məbləğini ödəməsini göstərmişdir.
19. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul vəsaitinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Naftalan şəhərinin istirahət parklarında və küçələrində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi məqsədi ilə “İşlərin yerinə yetirilməsi və maliyyələşdirilməsinə dair” “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (Maliyyələdirən tərəf), Naftalan Şəhər İcra Hakimiyyəti (Nəzarətçi) və “xxxx” MMC (İcraçı) arasında ##.##.2018-ci il tarixdə bağlanmış üçtərəfli müqaviləyə əsasən “xxxx” MMC tərəfindən 2023-cü ilin iyul ayında Naftalan şəhərinin Şirvan prospektində və ətrafında ƏDV xaric 216.139,10 manat dəyərində, Z.Ə. Tağıyev küçəsində isə ƏDV xaric 408.406,57 manat dəyərində olmaqla, cəmi – ƏDV xaric 624.545,67 manat dəyərində abadlıq işlərini görmüş və tərtib olunmuş Forma 2-lər əsasında Naftalan şəhər İcra Hakimiyyətinə təhvil vermişdir. Həmin Forma 2-lər Naftalan şəhər İcra Hakimiyyətinin 3 nəfər nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. “xxxx” MMC tərəfindən görülən və təhvil verilən, lakin ödənilməmiş işlərin ümumi dəyəri ƏDV daxil olmaqla, 736.963,89 (624545,67 manat əsas borc + 112418,22 manat ƏDV = 736.963,89 cəmi borc) manat təşkil edir.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi Naftalan şəhərində Tağıyev küçəsində və Şirvan prospekti və ətrafında cari işlərin görülməsi ilə bağlı 2023-cü ilin iyul ayında görülən işlərin qəbulu aktları ilə təsdiqini tapmışdır.
21. Bundan başqa müqavilə qüvvədə olan müddət ərzində cavabdeh aparılan əməliyyatları ƏDV tətbiq etməklə icra etməyə razılaşmış və “xxxx” MMC tərəfindən iş materiallarına əlavə edilmiş “ƏDV sub-uçot hesabindan çixarış”dan göründüyü kimi, müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh iddiaçının ƏDV sub uçot hesabına dövrü olaraq ƏDV ödənişlərini icra etmişdir.
22. Məhkəmə daha sonra hesab etmişdir ki, cavabdeh tərəfin iddiaya etirazının əsası kimi “Qrant haqqında” Azərbaycan Respublikası Qanuna istinad etməklə İctimai Birlik fəaliyyətinin kommersiya təşkilatı olmamaqla onun gördüyü işlərə ƏDV tətbiq olunmaması və İctimai Birlik yalnız donor təşkilat tərəfindən ayrılan qrantlar hesabına dövlətin sosial sahədə fəaliyyətinə dəstək verdiyi üçün yerinə yetirilmiş işlərə görə ödəniləcək 624.545,67 manat vəsaitdən əlavə ƏDV ödənilməsini yox, ƏDV-nin sıfır dərəcəsi ilə tutulmasını qanunvericiliyə uyğun olmasına dair dəlilləri əsassızdır.
23. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin mənasına görə qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır dərəcəsi ilə tutulması nəzərdə tutulsa da, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması zamanı qrant alan şəxsə bildiriş təqdim edilərsə görülən işlərin ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilməsi ilə bağlanmış müqavilə şərtləndirilə bilərdi ki, bu bildirişi də əldə edib müqavilə bağlanan zaman “xxxx” MMC-yə təqdim etmək “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin vəzifəsi olmuşdur. İşin araşdırılmış halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən qeyd olunan bildiriş iddiaçıya təqdim edilməmiş, eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə də ƏDVnin ödənilməsi öhdəliyi öz əksini tapmışdır.
24. Məhkəmə etirazın dəlillərinə qiymət verməkdə davam edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə və bunun əsasında verilmiş qaimələrə əsasən əməliyyatların ƏDV tətbiq etməklə aparılması və ##.##.2018-##.##.2022-ci il tarixləri aralıqlarında cavabdeh tərəfindən iddiaçının ƏDV depozit sub-uçot hesabına görülmüş işlərin dəyərindən hesablanan ƏDV məbləğinin ödənişlərinin həyata keçirilməsi cavabdeh tərəfin sözügedən əqdi bəyənərək onu icra etməsinin təsdiqidir. Sonradan isə hazırkı dəlillərlə qeyd edilən ödənişləri icra etməkdən boyun qaçırması onu iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərlə bağlı mülki məsuliyyətdən azad etmir.
25. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddia təmin edilməlidir.
26. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.8-ci, 165.1.2ci, 175.1-ci, 175.1.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 14.2.1-ci, 385-ci, 386.1-ci, 389.1-ci, 390.1-ci, 405.1-ci, 752.1-ci, 759.2-ci, 762.1-ci, 762.3-cü, 765-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27. Həmin qətnamədən cavabeh Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi apellyasiya şikayəti verərək, qətnamənin qismən-cavabdeh “Abadlıq-Sosiala Dəstək” İctimai Birliyindən görülən işlərə görə ƏDV daxil olmaqla 736.963.89 manat pul vəsaitinin tutularaq “xxxx” MMC-yə ödənilməsi hissəsində ləğv olunmasını, həmin 736.963.89 manat pul vəsaitindən 18% ƏDV məbləği (112.418,22 manat pul) çıxılmaqla, 624.545,67 manat məbləğində pul vəsaitinin cavabdeh “Abadlıq-Sosiala Dəstək” İctimai Birliyindən “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən onun qanuni və əsaslı olması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə riayət etməmişdir. Normanın tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin məhkəmə qətnamə qəbul edilən zaman əsaslandığı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “Abadlıq-Sosial İnkişafa Dəstək“ İB-yi qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olmaqla fəaliyyəti donorlar tərəfindən ayrılmış qrantlar hesabına sosial layihələrin həyata keçirilməsindən ibarətdir. Bu fəaliyyət zamanı İctimai Birlik heç bir gəlir götürmür. Bununla əlqədar Vergi Məcəlləsinin 165.1.2-ci maddəsində qrant hesabına görülən işlərə ƏDV sıfır dərəcəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, müqavilənin ƏDV nəzərdə tutulan bəndi qanunvericiliyə ziddir. Lakin məhkəmə normanın bu tələbinə zidd olaraq Vergi Məcəlləsinin 159.2, 165.1.2, 175.1 və 175.1.1-ci maddələrini də tətbiq edərkən onları səhv təsvir etmişdir. Bundan əlavə, məhkəmə mübahisələndirilən müqavilənin ƏDV barəsində bəndinin qanunvericiliyə uyğun olması, müqavilənin bu hissədə etibarlılığına münasibət bildirməmişdir. Sadəcə olaraq Mülki Məcəllənun 6.2-ci maddəsinin müqavilələr bağlanarkən tərəflərin iradə azadlığı və sərbəstliyinə əsaslanmışdır. Halbuki həmin iki hal müqavilənin qanunvericiliyə uyğunluğu ilə şərtlənir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Göründüyü kimi, məhkəmə qətnamə çıxararkən qanunvericiliyin yuxarıda göstərilən normalarına riayət etməmişdir. Məhkəmə Mülki Məcəllənin 6.2-ci maddəsi səhv təvsir edərək müqavilədə ƏDVnin göstərilməsini tərəflərin iradə ifadəsi və sərbəst müqavilə bağlaması prinsipləri ilə əlaqələndirsə də, həmin halların müqavilənin qanunvericiliyə uyğun olmasından asılı olduğunu asılı olduğunu nəzərə almamışdır. Məhkəmə Vergi Məcəlləsinin 159.8-ci maddəsi səhv tətbiq etmişdir. Belə ki, hazırkı vaxta kimi qətnamədə göstərilən məbləğ barəsində heç bir əməliyyat aparılmamışdır. Qrant hesabına görülən iş və xidmətlərə görə ƏDV-nin sıfır dərəcəsində tutulması barəsində müddəanın əks olunmasına baxmayaraq, məhkəmə Vergi Məcəlləsinin 165.1.2-ci maddəsini səhv təfsir edərək düzgün nəticəyə gəlməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İştirak etdiyi məhkəmə iclasında cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin nümayəndəsi və və vəkili İsgəndərov Fərman Məmmədtağı oğlu apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi təhvil-təslim aktını imzalamayıb, xidmətlər tərəflərindən qəbul edilməyib. Qrant məbləği onlara hissə-hissə ödənilib. Müqavilə şərtinin etibarsızlığı ilə bağlı bildirir ki, Konstitusiya Məhkməsinin aidiyyəti qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən məhkəmə istənilən müqavilə münasibətlərində müqavilənin etibarsızlığına qiymət verməlidir. Üçüncü şəxsin nümayəndəsinin izahatına əsasən qaimə təqdim edilən zaman orada ƏDV sıfır dərəcə ilə qeyd olunarsa, iddiaçı ilə vergi orqanı arasında heç bir mübahisə olmayacaq. Üçüncü şəxsin arqumentləri əsassızdır. Belə çıxır ki, səhvən ödənilmiş vergi olubsa, belə də davam etməlidir.
31. İştirak etdiyi məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təhvil-təslim aktında qeyd olunmuş məbləğə ƏDV daxil deyil. Bundan öncə aralarında imzalanan təhvil-təslim aktlarında ƏDV əks olunmayıb. Ödəniş üçün təqdim etdiyi qaimələrdə həmin məbləğə ƏDV hesablanaraq təqdim edilib və cavabdeh tərəf ödənişləri bu qaydada icra edib. Əvvəlki dövrlərdə bütün proseslər bu şəkildə olub. Müqavilə çərçivəsində iddiaçının göstərdiyi xidmətlər, habelə alınan materiallar üçün ƏDV ödənilmişdir. Vergi orqanının əvvəlki nümayəndələrinin mövqeyi belə olub ki, 2018-2023-cü illərdə göstərilən xidmətlər bir əməliyyatı əhatə edir. Ona görə də, əvvəl ƏDV tətbiq olunduğu üçün yenə də eyni qaydada vergi hesablanmalıdır.
32. İştirak etdiyi məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qrant barədə bildiriş təqdim edildikdən sonra, xidmət göstərən tərəf xidmətləri təqdim edən zaman ƏDV-nin sıfır dərəcə ilə ödənilməsini qeyd edibsə, burada heç bir uyğunsuzluq yoxdur. Qrant bildirişi barədə tərəf vaxtında məlumatlandırılmalı, bununla bağlı müqaviləyə düzəliş edilməli idi. Vergilər Məcəlləsinin 159.8-ci maddəsinə əsasən sıfır dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatlar vergi tutma obyektidir. Xidmət göstərilən zaman ƏDVyə cəlb olunan xidmətlərin sonradan ƏDV sıfır dərəcə ilə təqdim edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir, eyni zamanda proqnozlaşdırıla bilən deyil. Müqavilənin ƏDV nəzərdə tutan bəndinin etibarsızlığı ilə bağlı bildirir ki, iyul ayında müqavilə bağlanıb, oktyabr ayında qrant ayrılıb. Müqavilə bağlanan zaman həmin şərt qanunvericiliyə uyğun olub. Bu səbəbdən, etibarsız hesab edilə bilməz. Sonradan qrant ayrılması ilə bağlı müqavilənin həmin bəndinə dəyişiklik edilə bilərdi, lakin edilməyib. Müqavilə tərəfinin qrant bildirişi varsa o bildirişi təqdim etdikdən sonra qarşı tərəf qaimələri ƏDV sıfır dərəcə ilə təqdim edir və digər ƏDV ödənişlərini əvəzləşdirə bilər. Bu halda vergi orqanı ilə heç bir mübahisə olmayacaq. 2023-cü ildən sonrakı dövr hələ bağlanmayıb, əvvəlki 3 ilə dəqiqləşmə verə bilər. Əgər iddiaçıya qrant bildirişi təqdim olunmuşdursa, iddiasında ƏDV tələb olunmamalı idi. Əgər tərəf qrant bildirişi əsasında ƏDV sıfır dərəcə ilə qaimə təqdim etmək imkanı varsa, onun ƏDV tələb etmək üçün hüquqi marağı olmur. Artıq təqdim edilmiş xidmətlərə ƏDV tətbiq olunubsa, həmin xidmətlər 159.8-ci maddəyə əsasən vergitutma obyektidir.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Hazırki apellyasiya şikayətində hüquqi nəticə etibarı ilə qətnamənin cavabdehdən ƏDV daxil olmaqla tutulan 736.963.89 manat pul vəsaitinin 18% ƏDV məbləği (112.418,22 manat pul) hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə yalnız cavabdehdən 112.418,22 manat ƏDV məbləğinin tutulması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və haqlı olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək ilk növbədə qeyd edir ki, cavabdeh qeyri-hökumət təşkilatı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Nizamnaməsinə əsasən onun əsas məqsədi ölkənin sosial inkişafına kömək etməkdən ibarətdir, məqsədlərinə çatmaq üçün sosial inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək və sair aidiyyəti vəzifələri həyata keçirir. Öz fəaliyyəti çərçivəsində də cavabdeh birlik Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bir neçə, o cümlədən ##.##.2017-ci il tarixli, ##.##.2018-ci il tarixli və ##.##.2019-cu il tarixli Maliyyə yardımı (qrant) müqavilələri bağlamış, həmin müqavilələr üzrə həyata keçirilən işlər və bu işlər üçün müəyyən edilmiş xərclərin layihələri hazırlanmış, habelə müqavilələr qeydiyyata alınaraq, qeydiyyat orqanı tərəfindən bu barədə ona bildiriş verilmişdir. Həmin müqavilələrə əsasən donor təşkilatqismində çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Bakı şəhərində və regionlarda abadlıq işlərinin görülməsi və sosial infrastrukturun inkişaf etdirilməsi” adlı Layihənin həyata keçirilməsi məqsədi ilə cavabdehə maliyyə yardımı (qrant) ayırmışdır.
41. Buna uyğun olaraq iddiaçı (icraçı qismində), üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyəti (nəzarətçi qismində) və cavabdeh (maliyyələşdirən tərəf qismində) arasında bağlanmış ##.##.2018-ci il tarixli “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair” müqaviləyə əsasən Nəzarətçi bu müqavilənin tərkib hissəsi sayılan * nömrəli Əlavədə qeyd olunan, Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpa-yenidənqurma işlərinin görülməsi məqsədilə İcraçıya sifariş verir, Maliyyələşdirən tərəf isə bunun müqabilində görüləcək işlərin dəyərini bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən * nömrəli Əlavə ilə müəyyən edilmiş 1.770.000 manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürür. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan və Tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş * nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək onun Nəzarətçiyə təhvil verilməsini öhdəsinə götürür. İcraçı tərəfindən yerinə yetirilmiş işlər onun bu müqavilədə göstərilmiş şərtiərinə uyğun olmalıdır. Nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin İcraçıdan qəbul edilməsini öhdəsinə götürür. Maliyyələşdirən tərəf Nəzarətçi tərəfindən qəbul edilmiş işlərin (müvafiq təhvil-qəbul aktı və digər aidiyyəti sənədlər İcraçı tərəfindən təqdim edildikdən sonra) dəyərinin aidiyyəti üzrə ödənilməsini öhdəsinə götürür.
42. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrası qaydasında iddiaçı 2023-cü ilin iyul ayında Naftalan şəhərinin Şirvan prospektində və ətrafında 216.139,10 manat, Z.Ə. Tağıyev küçəsində isə 408.406,57 manat, cəmi – 624.545,67 manat dəyərində abadlıq işləri görmüş və bu barədə müvafiq aktlar (Forma 2) tərtib edilərək, iddiaçı və üçüncü şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. ƏDV də daxil olmaqla, həmin işlərin ümumi dəyəri 736.963,89 (624.545,67 manat + 112.418,22 manat ƏDV) manat təşkil edir.
43. İddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə uyğun olaraq yerinə yetirdiyi həmin işləri nəzarətçi qismində çıxış edən üçüncü şəxsə təhvil verdiyini, bununla bağlı aralarında 2 ədəd müvafiq aktın (Forma 2) tərtib edilərək, onun və üçüncü şəxs tərəfindən imzalanaraq, möhürlə təsdiq edildiyini bildirir və 112,418,22 manat məbləğində ƏDV daxil, həmin işlərin ümumi dəyərini təşkil edən 736,963,89 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
44. Cavabdeh ilk öncə ümumiyyətlə iddianı qəbul etməmiş, lakin hazırda iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız 112,418,22 manat məbləğində ƏDV-nin tutulması hissəsində mübahisələndirir və Birliyin qeyri-hökumət və qeyrikommersiya təşkilatı olmaqla fəaliyyətinin donorlar tərəfindən ayrılmış qrantlar hesabına sosial layihələrin həyata keçirilməsindən ibarət olduğunu, bu fəaliyyətdən hər hansı gəlir götürmədiyini, Vergi Məcəlləsində qrant hesabına görülən işlərə ƏDV-nin sıfır dərəcəsində tutulması barədə müddəanın əks olunduğunu, bu səbəbdən müqavilənin ƏDV nəzərdə tutulan bəndinin qanunvericiliyə zidd olmaqla etibarsız olduğunu bildirir və həmin hissədə iddianın rədd edilməsini tələb edir.
45. Bununla belə tərəflər arasında hüquqi nəticə etibarı ilə ##.##.2018-ci il tarixli podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin müqavilə çərçivəsində tərəflər verilmiş sifarişə uyğun olaraq görüləcək işlərin müəyyən edilmiş dəyərinin (1.770.000 manat) ƏDV daxil ödənilməsi ilə bağlı razılığa gələrək, bu məsələni müqavilənin 2.1-ci bəndində təsbit etmişdilər.
46. Həmin müqavilə üzrə iddiaçı tərəfindən bundan əvvəl görülmüş bütün işlərin dəyəri də məhz ƏDV daxil hesablanmış və cavabdeh tərəfindən ödənilmişdir. Bu hal iş materiallarında olan elektron hesab fakturalar və qaimələrlə öz təsdiqini tapır. Bundan əlavə, həmin müqavilənin məhz 2.1-ci bəndinə ##.##.2021-ci il tarixdə dəyişiklik edilərək, Naftalan şəhəri üzrə bərpa-yenidənqurma və abadlıq işlərinin aparılacaq yerlər dəqiqləşdirilmiş və göstərilən məbləğ (1.770.000 manat) artırılaraq 2.970.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bu məbləğin də ƏDV daxil ödənilməsini öz öhdəsinə götürmüşdür. Qeyd edilənlər öz növbəsində həmin müddəanın, məhz tərəflərin sərbəst iradəsinə əsasən və qarşılıqlı razılıq əsasında bu məzmunda (iddiaçı tərəfindən görülən işlərin müəyyənləşdirilmiş dəyərinin cavabdeh tərəfindən ƏDV daxil ödənilməsi) təsbit edilməsini təsdiq edir. Əks halda, ən azı ##.##.2021-ci il tarixdə müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilərkən cavabdeh ödənilməli olan pul vəsaitinin hesablanması qaydasına da dəyişiklik edilməsini təklif edərdi. Lakin ötən dövr ərzində cavabdehin bu məsələni heç müzakirəyə çıxartdığı belə müəyyən edilmir. Halbuki, müqavilə bağlanan, ona dəyişiklik edilən, habelə müqavilə üzrə ödənişlər həyata keçirilən zaman cavabdeh qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olmaqla fəaliyyətinin donorlar tərəfindən ayrılmış qrantlar hesabına sosial layihələrin həyata keçirilməsindən ibarət olduğunu, bu fəaliyyətdən hər hansı gəlir götürmədiyini bilirdi. Bu baxımdan mövcud vəziyyət Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri ilə də ziddiyyət təşkil etmir. Hər bir halda, bu məcəlləyə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyekti hesab edilir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin bu qəbildən olan dəlillərini əsassız hesab edir və həmin müddəanın qeyd edilən hissədə etibarsız hesab edilməsi üçün hər hansı əsas görmür.
47. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, müqavilədə təsbit edilmiş xüsusi şərtlərə əsasən iddiaçı öhdəsinə götürmüş işləri öz mal-materialları və avadanlıqları ilə yerinə yetirir (22.4-cü bənd). Həmin mal-material və avadanlıqların dəyəri də iddiaçı tərəfindən məhz ƏDV daxil ödənilməklə əldə edilmişdir. İddiaçı bu hərəkətlərində həmçinin, müqavilənin qeyd edilən 2.1-ci bəndinə əsaslanmışdır.
48. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə, həm elektron məhkəmə portalı, həm də elektron vergi sistemi vasitəsi ilə pretenziyalar göndərilərək, cavabdehdən məhz ƏDV daxil olmaqla 736.963,89 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh tərəf pretenziyaya cavab verməmişdir. Bu da öz növbəsində cavabdehin həmin məbləğin ƏDV daxil ödənilməsi öhdəliyini yaratmış olur.
49. Həmçinin, həmin sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən qrant müqavilələrinin (qərarlarının) qeydə alınması zamanı qrant alan şəxsə bildiriş təqdim edilir. Görülən işlərin sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilməsi mövqeyindən çıxış edən cavabdeh belə bir hüquqi nəticə əldə etmək üçün bu bildirişi aldıqdan sonra müqavilə bağlanan zaman iddiaçıya təqdim edilməsini təmin etməli idi. Lakin qeyd olunan bildiriş iddiaçıya təqdim edilməmişdir.
50. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, cavabdehin mövqeyini, o cümlədən apellyasiya şikayəti üzrə irəli sürdüyü dəlilləri əsassız hesab edir və 2023-cü ilin iyul ayında görülən işlərin qəbulu aktlarının iddiaçı və üçüncü şəxs tərəfindən imzalanaraq, möhürlə təsdiq edildiyini və müqavilə şərtlərinə əsasən (5.3-cü və sair aidiyyəti bəndlər) bu halın mövcudğulunun görülmüş işlərin dəyərinin cavabdeh tərəfindən ödənilməsini şərtləndirdiyini nəzərə alıb belə qənaətə gəlir ki, həmin aktlarda (Forma 2) göstərilən işlərin dəyəri ƏDV daxil cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi bu qənaətində haqlı olmuşdur. Bu baxımdan müqaviləni məhz belə bir şərtlə bağlayan və ötən dövr ərzində görülmüş işlərin dəyərinin ƏDV daxil ödənilməsini təmin edən cavabdeh hazırda belə bir mövqedən çıxış etməklə hüquqi nəticə etibarı ilə iddiaçının güvəndiyi əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinə nail olmaq istəyir ki, onun bu mövqeyi hüquqdan suiistifadə kimi qiymətləndirilməklə əsassız hesab edilməlidir.
51. Beləliklə, məhkəmə kollegiyası nümayiş etdiyi hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.