Məhkəmə qərarları › İş №2(103)-69/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-69/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-69/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh (iddiaçı) Cavabdeh1 nümayəndəsi (oğlu) Cavabdeh2 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6259/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən; iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı MMC-yə, 9 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi, adına yeni çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4931/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı MMC-nin mülkiyyəti olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dadaşov Elçin Rafiq oğlu İddiaçı MMC-nə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş və hazırki iş üzrə Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanaraq mənzil 100.000 (bir yüz min) manata alınmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə E.Dadaşov arasında xx.xx.2015-ci il tarixli D026 saylı Daxili lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinqə verilmişdir. Lizinq alan müqavilə öhdəliklərini pozduğuna görə müqavilənin ləğv edilməsi, hesablanmış borcun və lizinq obyekti olan mənzilin alınması üçün məhkəmədə iddia qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. E.Dadaşov qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12432/2017 saylı qətanməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilinin İddiaçı MMC-nə qaytarılması və E.Dadaşovun mənzildən çıxarılması barədə yeni qətnamə çıxarılmışdır. Qətnamədən kassasiya şikayəti verilsə də şikayət təmin olunmamışdır. Göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətidir. Məhkəmə qətnaməsi ilə də bu məsələyə münasibət bildirilmiş və mənzilin iddiaçıya qaytarılmalı olması barədə qərar verilmişdir. Lakin buna baxmayaraq cavabdehlər mənzildə qeydiyyatda qalmaqla hal-hazırda orada yaşayırlar. Hələ mənzil satılarkən Cavabdeh1 mənzildən qeydiyyatdan çıxacağına dair üzərinə öhdəlik götürmüşdür. Belə ki, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 14-cü bəndinə əsasən satıcı xx.xx.2016-cı il tarixinədək mənzildən qeydiyyatdan çıxmalı idi. Bununla yanaşı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə mənzil satılarkən buna notarial qaydada təsdiqlənmiş razılıqlarını vermişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6259/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onlar həmin mənzildən çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10.40 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 onun ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, tərəflərindən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Nərimanov Rayon Məhkəmsində qaldırılan iddia tələbi ilə bağlı hazırki işin icraatının dayandırılmasını xahiş etsələr də, birinci instansiya məhkəməsi bunu nəzərə almamıdşır. Həmçinin xx.xx.2015-ci il tarixdə iddiaçı ilə aralarında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış ******* saylı alqı-satqı müqaviləsi üzrə ona çatacaq haqdan məhrum olmuşdur. Buna görə də o həmin müqaviləni mübahisələndirmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı MMC-nə (MMC), 9 saylı notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MMC ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı “xxxx”nin və MMC-nin adına verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yeni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ev 9, mənzil 124 ünvanında yerləşən ümumi sahəsi 75.23 kv.m olan mənzilə dair onun adına yeni çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ailəsi ilə birlikdə hal-hazırda da yaşadığı ünvan 4, mənzil 124 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmuş, 2015-ci ilin sonlarında ailə məsələləri ilə əlaqədar pula ehtiyacları yarandığından evi girov qoyaraq bankdan kredit götürmək qərarına gəlmiş, bu məqsədlə kredit təşkilatları ilə maraqlandıqları zaman, “xxxx” MMC-nin əməkdaşları evi girov qoyacağı halda kredit verəcəklərini ona bildirmiş, bu şərtlə razılaşdıqdan sonra, bank olaraq bildiyi İddiaçı MMCnin əməkdaşları ilə birlikdə girov müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat kontoruna getmişdir. Notariat kontorunda İddiaçı MMC-nin əməkdaşları ona ipoteka müqaviləsi olduğunu bildirməklə bir neçə sənədə imza etdirmiş, müəyyən müddətdən sonra onunla əlaqə saxlayacaqlarını və kredit veriləcəyini bildirmişlər. Lakin sonradan onunla heç kim əlaqə saxlamamış, hansısa səbəbdən ona kredit verilə bilmədiyini düşünərək özü də bankla maraqlanmamışdır. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, İddiaçı MMC-nin və notariat kontorunun əməkdaşları onu aldadaraq, ipotekla müqaviləsi adı ilə ona alqı-satqı müqaviləsi imzalatdırmış, mənzilinə dair İddiaçı MMC-nin adına daşınmaz əmlakıln dövlət reyestrindən çıxarış da verilmişdir. Alqı-satqı müqaviləsində guya mənzilə görə ona 100 000 (yüz min) manat pul ödənilərək evini “xxxx” MMC-nin satın aldığı göstərilmişdir, halbuki o, nə müqavilələrə qol çəkərkən, nə də sonra bir manat da pul almamışdır. Lakin "xxxx” MMC-nin əməkdaşları indi onu aldadıb imza atdıraraq guya satın aldıqları və bir manat da pul ödəmədikləri evini əlindən almaq istəyirlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununnun 74-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfimdən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Depozit hesabının açılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 160-1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Tərəflər müqavilə ilə bağlı məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə ərizə ilə müraciət etdikdən sonra notarius, təsdiq etdiyi əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır, habelə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 42-1-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür və ərizəni daxil olan sənədlərin qeydə alınması kitabında qeydə alır. Razılaşdırılmış pul məbləğinin depozit hesabına mədaxil edilməsi üçün alıcıya banka ünvanlanmış məktub verir və ödəniş tapşırığına əsasən depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı tərəfindən həmin vəsaitin hesabına ödənilməsi barədə bank qəbzi təqdim etdikdən sonra müqavilə təsdiq edilir. Pulu ödəmiş şəxsin xahişi ilə bu barədə qəbzin surəti təsdiq edilərək ona verilir. Nə müqavilə bağlanan gün, nə də sonradan ona bankdan hər hansı bir hesabdan pul çıxarması üçün qəbz və ya nağd şəkildə pul verilməmiş, “xxxx” MMC-nin əməkdaşları savadsızlığından və ahıl olmağından istifadə edərək onu ipoteka müqaviləsi bağlamaq adı ilə aldatmış, daşınmaz əmlakını qarşılıqsız olaraq alqı-satqı müqaviləsi əsasında qanunvericiliyin tələblərinə zidd olaraq əlindən almışlar. Bu həm də o deməkdir ki, lizing şirkəti tərəfindən müqavilənin şərtləri tam olaraq pozulmuş və mənzilin alqı-satqı müqaviləsi üzrə müəyyən olunmuş dəyəri ona verilməmişdir. Bu səbəblə hesab edir ki, lizing şirkəti ilə arasında bağlanmış alqı-satqı müqaviləsi və lizing şirkətinin adına verilmiş çıxarış ləğv edilməli, onun adına mübahisəli mənzilə dair yeni çıxarış verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4931/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını tam və hərtərəfli araşdırmadığını irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6244/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4931/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6814/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...iddiaçı apellyasiya şikayətində 100.000 manat pulun ödənilməsinə dair kassa məxaric orderində olan imzanın onun tərəfindən icra edilmədiyini, bunun müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə məhkəmə tərəfindən heç bir münasibət bildirilmədiyini göstərmişdir. Apellyasiya məhkəməsi həmin dəlilin araşdırılmasına ümumiyyətlə ehtiyac olmaması, çünki işin həlli üçün həmin dəlilin əhəmiyyəti olmaması barədə əsassız nəticəyə gəlmişdir.”. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1914/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə sözügedən mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (iddiaçı) Cavabdeh1 nümayəndəsi (oğlu) Cavabdeh2 apellyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Eltən Baloğlanov apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək və hər iki qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin olunmamalı, hər iki qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 2 mənzil 124 «Alıcı» İddiaçı MMC-nin mülkiyyətiinə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-ti ilə Dadaşov Elçin Rafiq oğlu arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Lizinq verən ünvan 1 mənzil 124 ünvanında yerləşən daşınmaz əmlakı əldə etməyi və lizinq alanın istifadəsinə verməyi Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 mənzil 124 xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1206 nömrəli reyestr kitabının 109578 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh5 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 Şaban qızına məxsus olan ünvan 2 ünvanında yerləşən 124 saylı mənzilin satılmasına etirazı yoxdur. Həmçinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş müddətdə mənzili boşaltmağı və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 124 saylı mənzilin satılmasına etirazı yoxdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(103)-12432/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-11171/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Dadaşov Elçin Rafiq oğlu arasında bağlanmış 13026 saylı xx.xx.2015-ci il tarixli daxili lizinq müqaviləsi ləğv olunmalı, İddiaçı MMC-nin mülkiyyətində olan lizinqə verilmiş ünvan 3 ünvanında yerləşən lizinq obyekti İddiaçı MMCyə qaytarılmalı və Dadaşov Elçin Rafiq ğlu lizinq obyekti olan mənzildən çıxarılmalı, Dadaşov Elçin Rafiq oğlundan əsas lizinq borcu və mükafat qismində 7128 ABŞ dolları, öhdəliklərinin icrasını gecikdirdiyinə görə cərimə qismində 300 ABŞ dolları olmaqla cəmi 7428 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), habelə dövlət rüsumunun əvəzi qismində 30 manat pul İddiaçı MMCnin xeyrinə tutulmalı, iddia tələbi qalan hissələrdə təmin olunmamalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Dadaşov Elçin Rafiq oğluna aid edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(010)-3236/2018 saylı qərarından görünür ki, cavabdeh Dadaşov Elçin Rafiq oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12432/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-4931/2018 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC, 9 saylı Notariat kontoruna, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı yaşayış sahəsi üzrə tələbinə dair iddiası Azərbaycan Respublikası MPM-nin 149-151-ci maddələrinin tələblərinə uyğun tərtib olunduğundan icraatına qəbul edilmişdir. Mülki işin müəyyən olunmuş hallarına əsasən, ünvan 4 ünvanında yerləşən 124 saylı mənzil xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyata alınmış, onunla “İddiaçı» MMC arasında xx.xx.2015-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq mənzil 100 000 manata MMC-yə satılmış, müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən təsdiq olunaraq mənzilin dəyəri iddiaçıya ödənilməsi üçün notariusun depozit hesabına mədaxil edilmiş və onun tərəfindən məxaric edilmiş, iddiaçının ailə üzvləri müqavilənin bağlanmasına yazılı razılıqlarını bildirmişlər. İddiaçı həmin müqavilənin aldadılaraq bağlandığını və müqavilə üzrə ödənilməli pul vəsaitinin ona verilmədiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, tələblərinin hüquqi əsası kimi “Notariat haqqında” Qanunun 74-cü və 42-1-ci, Mülki Məcəllənin 340-cı və 421.2-ci maddələrinə istinad etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hər iki iddia tələbinin əsasında xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı “xxxx” dayanır, buna görə də həmin müqavilənin ləğv edilibedilməməsi həll edilməlidir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki Məcəllənin 422.2-ci və 422.2.3-cü maddələrinə görə, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, o cümlədən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini onları müqavilə bağlanarkən ümid etməyə haqqı çatdıqlarından xeyli məhrum edəcək dərəcədə pozarsa, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbini əsasən müqavilənin etibarsız hesab edilməsinə dair hallarla əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsində göstərilən əsas, yəni müqavilənin əhəmiyyətli pozuntusu (pulun ona ödənilməməsi) iddiası isə iş materialları ilə təkzib olunmuşdur. Kollegiya xüsusilə vurğulayır ki, təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin mövqeyi nəzərə alınaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 215-ci vərəqində olan “xxxx” ASC-yə məxsus xx xxxxxx 2015-ci il tarixli BT 197144 saylı çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” yazılarının qarşısında “İmza” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra edilmişdir. Gəldiyi nəticənin məntiqi davamı olaraq kollegiya bildirir ki, yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi haqlı olaraq İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi”nə dair iddia tələbini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunanhüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, “daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.” "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Dadaşov Elçin Rafiq oğlu İddiaçı MMC-nə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş və hazırki iş üzrə Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanaraq mənzil 100.000 (bir yüz min) manata alınmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə E.Dadaşov arasında xx.xx.2015-ci il tarixli D026 saylı Daxili lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinqə verilmişdir. Lizinq alan müqavilə öhdəliklərini pozduğuna görə müqavilənin ləğv edilməsi, hesablanmış borcun və lizinq obyekti olan mənzilin alınması üçün məhkəmədə iddia qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. E.Dadaşov qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12432/2017 saylı qətanməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilinin İddiaçı MMC-nə qaytarılması və E.Dadaşovun mənzildən çıxarılması barədə yeni qətnamə çıxarılmışdır. Qətnamədən kassasiya şikayəti verilsə də şikayət təmin olunmamışdır. Göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətidir. Məhkəmə qətnaməsi ilə də bu məsələyə münasibət bildirilmiş və mənzilin iddiaçıya qaytarılmalı olması barədə qərar verilmişdir. Lakin buna baxmayaraq, cavabdehlər mənzildə qeydiyyatda qalmaqla hal-hazırda orada yaşayırlar. Hələ mənzil satılarkən Cavabdeh1 mənzildən qeydiyyatdan çıxacağına dair üzərinə öhdəlik götürmüşdür. Belə ki, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 14-cü bəndinə əsasən satıcı xx.xx.2016-cı il tarixinədək mənzildən qeydiyyatdan çıxmalı idi. Bununla yanaşı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə mənzil satılarkən buna notarial qaydada təsdiqlənmiş razılıqlarını vermələrinə baxmayaraq cavabdehlər yaşayış mənzilindən çıxmaqdan imtina edir. Belə olan halda kollegiya qeyd edir ki, cavabdehlərin mübahisəli əmlaka heç bir hüququ qalmamışdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6259/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4931/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat Cavabdeh1 tutularaq Dövlət Büdcəsinə keçirilsin. Apellyasiya şikayətlərinin verməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar