Məhkəmə qərarları › İş №2(103)-6901/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6901/2025

02.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6901/2025 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1651/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 mart 2025-ci il tarixli, Ə-193ş/h nömrəli əmrin ləğv edilməsi, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Vətən Müharibəsi X3” tərəfindən Vətən Müharibəsi zamanı arxa cəbhədə göstərdiyi fədakarlığa görə Fəxri Fərmanla təltif edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 12 mart 2025-ci il tarixli, Ə-193ş/h nömrəli əmri (bundan sonra “Əmr”) ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Əmrə əsasən, İddiaçı guya Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndini (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) pozmuşdur. Cavabdeh əmrdə həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 11 mart 2025-ci il tarixli, 51 nömrəli əmrini əsas göstərmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 11 mart 2025-ci il tarixli, 51 nömrəli əmrində qeyd edilmişdir ki, iddiaçı cavabdehin adına mənfi rəyin formalaşmasına zəmin yaratdığına və bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməlidir (Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən). Lakin qeyd edilənlər tamamilə əsassız və qanunsuzdur. Belə ki, Asəf Qafarzadə 19 dekabr 2024-cu il tarixində oğlu Ramiz Qafarov üçün “ Sağlamlıq vəziyyətinin müəyyən edilməsi akt”ını Suraxanı rayon idarəsinə təqdim etmiş və ilkin hərbi qeydiyyata alınmasını tələb etmişdir. İddiaçı sənədləri X5 Sistemində qeydiyyata almış və 7 yanvar 2025-ci il tarixində sənədləri Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmişdir. Onu da qeyd etməyi zəruri hesab edir ki, 28 yanvar 2025-ci il tarixində Ramiz Qafarov hərbi xidmətə yararlı hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. Lakin daha sonra, Asəf Qafarzadə Xidmətə müraciət edərək, İddiaçı ona qarşı guya qanunsuz tələblər irəli sürdüyünü bildirmişdir. Əslində isə belə bir hal baş verməmiş və Xidmət vətəndaş tərəfindən irəli sürülən şikayətin dəlillərini obyektiv araşdırmadan Ruhiyyə Mustafayeva barəsində qanunsuz əmr qəbul etmişdir. İddiaçı cavabdehin mənafeyinə hər hansı xələl gətirməmiş, əksinə, öz vəzifəsini layiqincə icra etmişdir. Əlavə olaraq bildirir ki, Xidmət tərəfindən işçiyə münasibətdə əmək müqaviləsinin xitamı zamanı kobud pozuntulara yol verilmişdir. Belə ki, əmr 12 mart 2025-ci il tarixli olduğu halda əmrin özündə əmək müqaviləsinə 11 mart 2025-ci il tarixdən xitam verilməsi göstərilmiş, əmrin surəti, əmək kitabçası işçiyə gec təqdim edilmiş və son haqq-hesab Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri kobud surətdə pozulmaqla ödənilmişdir. Əmək münasibətlərinə xitam zamanı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Əmək Məcəlləsinin tələblərinə məhəl qoymamış, işçinin hüquqlarını pozmuş və qanunazidd davranmışdır. İddiaçı iddia ərizəsinin məzmununun dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin 6-cı abzasının aşağıdakı redaksiyada qəbul edilməsini: - “R. Qafarov 17 dekabr 2024-cü il tarixində Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası A.Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi akt”ını 19 dekabr 2024-cü il tarixində idarənin kargüzarı İddiaçı təqdim etmişdir. R.Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin X5 Sisteminə (VEİS) yüklənməsi üçün aidiyyatı sənədlər Suraxanı rayon idarəsi tərəfindən 7 yanvar 2025-ci il tarixində Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, 28 yanvar 2025-ci il tarixində tibbi şəhadətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır.” xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsinin məzmununun dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin 6-cı abzasının aşağıdakı redaksiyada qəbul edilməsini: - “R. Qafarov 17 dekabr 2024-cü il tarixində Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası A.Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi akt”ını 19 dekabr 2024-cü il tarixində idarənin kargüzarı İddiaçı təqdim etmişdir. R.Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin X5 Sisteminə (VEİS) yüklənməsi üçün aidiyyatı sənədlər Suraxanı rayon idarəsi tərəfindən 7 yanvar 2025-ci il tarixində Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, 28 yanvar 2025-ci il tarixində tibbi şəhadətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır.” xahiş etmişdir.

3. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını təqdim etmiş, etirazda qeyd etmişdir ki, Xidmətin Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2025-ci il tarixli protokoluna əsasən, Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq işdən azad edilməsinə razılıq verilmişdir. Müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonunda yaşayan xx.xx.2008-ci il təvəllüdlü Ramiz Qafarov ötən ilin dekabr ayında şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün atası Asəf Qafarzadə ilə birlikdə “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin R.Qafarov ilkin hərbi qeydiyyata alınmadığından faktiki yaşadığı ərazi aidiyyəti üzrə Xidmətin Suraxanı rayon idarəsinə yönləndirilmişdir. R.Qafarov xx.xx.2024-cü il tarixdə Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası A.Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktını xx.xx.2024-cü il tarixdə idarənin kargüzarı İddiaçı təqdim etmişdir. R.Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin X5 sisteminə (VEİS) yüklənməsi üçün aidiyyəti sənədlər Suraxanı rayon idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, xx.xx.2025-ci il tarixdə tibbi şədahətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. Vətəndaş A.Qafarzadənin şikayəti əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, kargüzar İddiaçı 17 və 19 dekabr 2024- cü il tarixlərdə R.Qafarovun sənədərinin Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində atası A.Qafarzadəyə qarşı qanunsuz tələblər irəli sürmüş, həmçinin qeyd olunan sənədlər xx.xx.2025-ci il tarixdə göndərildiyi halda xx.xx.2025-ci il tarixdə işin gedişatı ilə maraqlanan sonuncuya qarşı analoji hərəkətlərə yol verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratmışdır. Xidmət rəisinin xx.xx.2025-ci il tarixli 51 nömrəli əmrinə əsasən, əmək qanunvericiliyinin tələblərini pozaraq ilkin hərbi qeydiyyata alınmalı olan R.Qafarovun sənədlərinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində valideyninə qarşı qanunsuz tələblər irəli sürməklə və həmin faktın araşdırılması prosesində yalan izahat verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratdığına, bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin xidməti təhqiqat materialı hüquqi qiymət verilməsi üçün xx.xx.2025-ci il tarixli 3-43/2-291/2025 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bununla da İddiaçı öz əməlləri ilə etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı imicinə xələl gətirmiş və cavabdeh haqlı olaraq onun əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Xidmətin əməkdaşları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməklə yanaşı maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Xidmətin əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Onlar vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir və etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Həmçinin, Azərbaycan Respublikasının, dövlət orqanının nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. İnsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1651/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 12-ci maddəsinin 1-ci hissəsinin b bəndinə, 70-ci maddənin ç bəndinə, 71-ci maddənin 2-ci hissəsinə, 72-ci maddənin e bəndinə və 3-cü hissəsinə, 186-cı maddəsinin 1-ci hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, işin materiallarından görünür ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası SHXÇDX ünvanlanmış məktubdan görünür ki, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş X6 müraciətində qeyd edilmiş xüsusatların araşdırılaraq nəticəsi barədə Baş prokurorluğa və müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış təqrirdən görünür ki, X9 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, oğlu X7 hərbi xidmətə aparılması üçün qeydiyyatdan keçmək məqsədilə səfərbərlik və hərbi xidmətə çağırış xidmətinin Suraxanı rayon şöbəsində 18 nömrəli otaqda adını bilmədiyi əmkdaş ondan 81 manat tələb etmişdir. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qeyd edilən normada əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi üçün 3 əsas nəzərdə tutulmuşdur ki, onlardan biri də bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır. İddiaçı onun barəsində aparılan xidməti araşdırmanın əsassız olmasını bildirsə də, iddiaçıdan şikayət edən şəxsin qərəzli olaraq onun barəsində şikayət etməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut növü təqdim edə bilməmişdir.

5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Xidmətin Təşkilati nəzarət baş idarəsinin rəisi, polkovnik Əziz Hidayevin xx.xx.2025-ci il tarixli təqdimatına əsasən Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 51 saylı əmrinə əsasən, hərbi vəzifəlilərə qarşı qanunsuz tələb irəli sürdüyünə görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməyə təqdim olunması kadr və kadr hazırlığı baş idarəsinə tapşırılmışdır; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli Ə-193 ş/h saylı əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddəsinin e bəndi - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi)) müvafiq olaraq İddiaçı 11 mart 2025-ci il tarixdən Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respubliksı Konstitusiyasının 25, 26; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.5, 71, 72, 83.1, 186, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.2, 9.1, 9.3, 77.3, 88, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 12 mart 2025-ci il tarixli, Ə-193ş/h nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Əmrə əsasən, İddiaçı guya Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndini (əmək fəaliyyətizamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) pozmuşdur. Cavabdeh Əmrdə həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 11 mart 2025-ci il tarixli, 51 nömrəli əmrini əsas göstərmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 11 mart 2025-ci il tarixli, 51 nömrəli əmrində qeyd edilmişdir ki, iddiaçı cavabdehin adına mənfi rəyin formalaşmasına zəmin yaratdığına və bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməlidir (Əmək məcəlləsinin 70cimaddəsinin ç bəndinəəsasən). Əmrdə qeyd edilənlər tamamilə qanunsuz və əsassızdır. Belə ki, Ramiz Qafarov 17 dekabr 2024-cü il tarixində Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası Asəf Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktını 19 dekabr 2024-cü il tarixində idarənin kargüzarı İddiaçı təqdim etmişdir. Ramiz Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin X5 Sisteminə (VEİS) yüklənməsi üçün aidiyyatı sənədlər Suraxanı rayon idarəsi tərəfindən 7 yanvar 2025-ci il tarixində Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, 28 yanvar 2025-ci il tarixində tibbi şəhadətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. Lakin daha sonra, Asəf Qafarzadə Xidmətə müraciət edərək, İddiaçı ona qarşı guya qanunsuz tələblər irəli sürdüyünü bildirmişdir. Əslində isə belə bir hal baş verməmiş və Xidmət vətəndaş tərəfindən irəli sürülən şikayətin dəlillərini obyektiv araşdırmadan Ruhiyyə Mustafayeva barəsində qanunsuz əmr qəbul etmişdir. İddiaçı cavabdehin mənafeyinə hər hansı xələl gətirməmiş,əksinə, öz vəzifəsini layiqincə icra etmişdir. Eyni zamanda, Xidmət tərəfindən işçiyə münasibətdə əmək müqaviləsinin xitamı zamanı kobud pozuntulara yol verilmişdir. Belə ki, Əmr 12 mart 2025-ci il tarixli olduğu halda Əmrin özündə əmək müqaviləsinə 11 mart 2025-ci il tarixdən xitam verilməsi göstərilmiş, əmrin surəti, əmək kitabçası işçiyə gec təqdim edilmiş və son haqq-hesab Əmək Məcəlləsinin 49.5 maddənin əmr və xitam rəsmiləşdirilməsi ilə bağlı tələbləri, eyni zamanda 83- cü maddəsinin tələbləri kobud surətdə pozulmaqla ödənilmişdir. Əmək münasibətlərinə xitam zamanı Xidmət Əmək Məcəlləsinin tələblərinə məhəl qoymamış, işçinin hüquqlarını pozmuş və qanunazidd davranmışdır. Xidmətin qərəzli və məqsədyönlü davranışı onun intizam tənbehini növünün seçilməsində də öz əksini tapmaqdadır. İddiaçının hər hansı bir hüquq pozuntusuna yol verməsi və ya əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı hər hansı bir faktın mövcud olmamasına baxmayaraq, Xidmət tərəfindən intizam tənbehinin ən ağır forması — yəni əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvi tətbiq edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən, Xidmət intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini (bu halda Xidmətin İddiaçıyaverdiyi Fəxri Fərmanlar, mükafatlar və digərləri) onun törətdiyi xətanın xarakterini nəzərə almalı idi. Xidmətin qərəzli yanaşmasının bir digərfaktı Əmək Məcəlləsinin 71.3-cü maddəsinə tələblərin yerinə yetirilməməsidir. Belə ki, həmin maddəyə əsasən işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin iddiaçı tərəfindən guya ciddi pozuntu törədilməsi ilə bağlı irəli sürülən hal Xidmət tərəfindən heç bir şəkildə sübuta yetirilməmişdir. Bu məqam Xidmət tərəfindən təqdim edilmiş materiallarda da öz əksini tapır. Belə ki, həmin materiallarda əsassız və sübuta yetirilməmiş mülahizələrdən və X12 tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilmiş müraciətin mövcudluğundan başqa hər hansı fakt və ya sübut yoxdur. Həmin müraciət araşdırılmamış, iş materialları üzrə Prokurorluq tərəfindən heç bir rəsmi münasibət verilməmişdir. Hətta, məhkəmə tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sözügedən xüsusatla bağlı sorğu göndərilsə də, həmin sorğuya ümumiyyətlə cavab verilməmiş və məhkəmə də həmin hissədə əlavə araşdırma aparmamışdır. Xidmətin və eləcə də məhkəmənin yanaşmasından belə çıxır ki, əgər hər hansı bir vətəndaş dövlət qurumlarında işləyən şəxsdən şikayət verirsə, həmin şəxs işdən azad edilməlidir. Halbuki, bu yanaşma doğru deyil, vətəndaşın şikayətində göstərilən bütün xüsusatlar araşdırılmalı, həqiqətən dövlət qurumunda çalışan şəxsin şikayətdə istinad edilən hüquq pozuntularına yol verib-verməməsi dəqiq müəyyən edilməlidir. Hazırki işdə isə Xidmətə prokurorluq orqanı tərəfindən araşdırılması üçün məlumat daxil olduqdan sonra Xidmət əməkdaşları obyektiv və hərtərəfli araşdırma aparmaq əvəzinə, məsələyə qərəzli yanaşaraq və əvvəldən müəyyən etdikləri nəticəyə nail olmaq üçün hər vəchlə işçini işdən azad etmək yolunu seçmişlər. Xüsusilə vurğulamaq istəyir ki, iş materiallarında iddiaçının korrupsiya hüquq pozuntusuna yol verməsi ilə bağlı hər hansı sübut yoxdur. Birinci növbədə belə bir hal baş versə idi,müvafiq orqan özü iddiaçını dəvət edib ən azından izahatını ala bilərdi. Lakin, belə bir hal baş verməmişdir. Hətta, prokurorluq orqanı buna lüzum görməmiş xidməti araşdırma aparmaq üçün bunu Xidmətin özünə göndərmişdir. Xidmətin təqdim etdiyi sənədlərdən iddiaçının vətəndaşa münasibətdə hər hansı hüquq pozuntusuna yol verməsi sübuta yetirilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən Əmək Müqaviləsinə xitam edilməsi zəruriyyətin olmaması eyni zamanda Əmək Məcəlləsinin72-ci maddəsinin normaları ilə da qənaətə gəlmək olar. Həmin maddədə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi hesab edilən hallar təsvir olunmaqdadır (Məsələn: Əmək funksiyasını pozduğuna görəəvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;), və sadalanan halların heç biri iddiaçının fəaliyyəti nəticəsində baş verməmişdir və iddiaçının davranışı həmin maddədə sadalanan hallardan hər hansı birinə uyğun olduğunu sübut edilməmişdir. Məhkəmə “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş X6 müraciətin araşdırılaraq nəticəsi barədə Baş prokurorluğa və müraciət müəllifinə məlumat verilməsi barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası SHXÇDX ünvanlanmış məktuba və Azərbaycan Respublikasının Baş prokuroru İ dərəcəli dövlət ədliyyə müşavirinə ünvanlanmış təqrirə; Əmək Məcəlləsinin tələblərini pozularaq tərtib edilmiş və icra olunmuş Əmrə istinad etməklə kifayətlənmişdir. Halbuki, Əmrdə göstərilən xüsusatlarla bağlı sübutetmə yükünün cavabdehin üzərində olması ilə bağlı məsələyə diqqət yetirməmişdir. Əmrdə göstərilən hallar isə iş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmır. Beləliklə, birinci instansiya məhkəməsi MPM-nin 14-cü maddəsinin tələblərini pozaraq sübutların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə iş üzrə bütün sübutların araşdırılması prinsiplərini pozmuş, birtərəfli mövqe nümayiş etdirmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Xüsusilə vurğulamaq istəyir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (inirəlkilədhö) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bu müddəa Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş hallara işçi tərəfindən yol verildiyini sübut edilməsi yükünün işəgötürənin üzərinə qoyulmasını müəyyən edir. Səbail Rayon Məhkəməsi isə sübutetmə yükü ilə bağlı bu xüsusatı nəzərdən qaçırmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatlar:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 11 mart 2025-ci il tarixli, 51 nömrəli əmrində iddiaçının cavabdehin adına mənfi rəyin formalaşmasına zəmin yaratdığına və bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməsinin qeyd edildiyini, lakin əmrin qanuniliyinin cavabdeh tərəfindən əsaslandırılmadığını, iddiaçı tərəfindən cavabdehin mənafeyinə hər hansı xələl gətirilmədiyini, əksinə, öz vəzifəsini layiqincə icra etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərildiyini, lakin həmin sorğuya cavab gəlmədiyi halda məhkəmənin yekun məhkəmə aktını qəbul etdiyini, bunun özünün də prosessual pozuntu olduğunu, iddiaçıya cavabdeh tərəfindən dəfələrlə ərizəsini yazıb çıxmasının, əks halda onu maddə ilə çıxaracaqlarını bildirdiklərini, bir vətəndaşın öz təsdiqini tapmayan əsassız şikayəti əsasında 30 ilin işçisinin belə ağır maddə ilə işdən azad edilməsinin qanunazidd olduğunu, iddiaçı tərəfindən həqiqətən də korrupsiya hüquqpozması olsa idi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bununla bağlı bir tədbir görə biləcəyini, lakin bir dəfə izahatının alınması üçün belə olsa Baş İdarəyə çağırılmadığını qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlillərinə uyğun izahat verərək, vətəndaşın dekabr ayının sonlarına doğru oğlunun qeydiyyat məsələsinə baxılaraq sənədləşmənin aparılmasını və müvafiq məlumatların bazaya yerləşdirilməsini istədiyini, lakin vətəndaşa onun qeydiyyat ünvanı üzrə Şərur rayonuna müraciət edilməsinin izah edildiyini, hətta gec müraciət etdiyi üçün 31 manat rüsum ödəməli olduğunun da ona izah edildiyini, ilin sonu olduğundan və 25 dekabra qədər bütün məktublar göndərilməli olduğundan, yanvar ayının 6 da yəni bayramdan sonrakı ilk iş günündə vətəndaşın müraciətinin aidiyyatı üzrə baxılması üçün Şərur rayonuna göndərildiyini, onun tərəfindən vətəndaşdan öz xidməti vəzifəsini yerinə yetirməsi qarşılığında heç bir pul istənilmədiyini, vətəndaşın qərəzli olaraq belə yalan və əsası olmayan iddialar ortaya atdığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini,iddiaçı tərəfindən vətəndaşdan xidməti vəzifəsinə zidd olaraq pul istənildiyini, iddiaçı izahatında birbaşa buna etiraf etməsə də, bunu inkar da etmədiyini, Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş məktub əsasında iddiaçı barəsində xidməti araşdırma aparıldığını, yalnız iddiaçının və şikayət verən şəxsin izahatlarının alınması ilə araşdırmanın bitdiyini, və bu barədə Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məlumat verildiyini, idarə tərəfindən həmin məlumatdan sonra onlara hər hansı məktubun daxil olmadığını, həmçinin iddiaçının vətəndaşdan 31 manat deyil, 81 manat tələb etdiyini,dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə əsasən: İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək;b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 186.4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunda müəyyən edilmiş qaydada cəlb edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

14. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

15. Mülki işin materiallarını nəzərdən keçirən kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı qəbul edilmiş əmr əsaslandırılmamışdır. Belə ki vətəndaşın Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlamış şikayəti ərizəsi araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh isə araşdırmanın nəticəsi olaraq iddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam vermiş, araşdırmanın nəticəsi barədə məlumatı da Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmiş, onlardan isə araşdırmanın nəticəsi barədə növbəti məktub daxil olmamış, hüquq pozuntusunun səciyyəsinin cinayət əməli ilə bağlı olması nəzərə alınaraq cinayət təqibinin aparılması müəyyən edilməmişdir. İddiaçının vətəndaşdan qanunsuz istəklərinin olması heç bir sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iddiaçının əməllərinin qanunsuz hesab edilməsi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır. Belə olduğu təqdirdə öz təsdiqini tapmayan vətəndaşın şikayəti əsasında uzun illər iş təcrübəsi olan, əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməyən işçinin bu qədər ağır maddə ilə işdən azad edilməsi Əmək qanunvericiliyinin təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

16. Birinci instansiya məhkəməsi iddiaçının barəsində aparılan xidməti araşdırmanın əsassız olmasını, iddiaçıdan şikayət edən şəxsin qərəzli olaraq onun barəsində şikayət etməsini sübut etmə yükünün iddiaçının üzərində olmasını qeyd etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, istinad edilən əməllər cinayət təqibi nəticəsində hüquq mühafizə orqanı, sonda da məhkəmə tərəfindən yekun qiymət verilməli olan əməldir ki, bu da təqsirsizlik prezumpsiyasına müvafiq təqsirləndirilən şəxsin belə öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Bundan əlavə, cavabdehin tərtib etdiyi müqaviləyə xitam verilmə barədə əmrində istinad edilən maddənin dispozitiv şərtinə müvafiq əsaslar da müəyyən edilməmişdir.

17. Beləliklə, yuxarıda sadalanan hallar nəzərə alınaraq İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1651/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının iddia tələbi təmin edilməklə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 mart 2025-ci il tarixli, Ə-193ş/h nömrəli əmr ləğv edilməli, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsinə işə bərpa edilməli və məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1651/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 mart 2025-ci il tarixli, Ə-193ş/h nömrəli əmr ləğv edilsin, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsinə işə bərpa edilsin və məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydadada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar