Məhkəmə qərarları › İş №2(103)-6904/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6904/2020

01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6904/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”-nə dair ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2118/2020 saylı qərardadından iş üzrə ərizəçilər tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxsnə cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”-nə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2118/2020 saylı qərardadı ilə ərizənin ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan ərizəçilər şikayət verərək, qərardadın ləğv ediməsini və ərizənin icraata götürlməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni yuxarıda qeyd olunanlara əsasən geri qaytarsa da, Mülki Prosessual Məcəllənin 149, 152 və l53 maddələrinə istinad etməmiş, hazırki ərizənin nə üçün hüquqi əhəmiyyətli fakt hesab olunmadığını əsaslandırmamışdır. Qərardadda qeyd olunan "Belə olan halda iddiaçılar həmin sənədi verən orqana və ya həmin orqanın hal-hazırda fəaliyyət göstərən hüquqi varisinə yanlışlığın aradan qaldırılması ilə müraciət etməli, imtina cavabı aldığı halda isə Bakı İnzibati Məhkəməsinə müraciət olunmalıdır” ifadəsi ilə bağlı aşağıdakıları qeyd etmək zəruridir. Məhkəməyə müraciət edilərkən ərizədə qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 125 nömrəli qərarı ilə 9,80 ha. torpaq sahəsi kollektiv bağçılıq və bostançılıq yaratmaq məqsədilə "Azəryollayihə” Layihə İnstitutuna ayrılmışdır. Həmin əraziyə dair verilmiş "Torpaqdan istifadə hüququna aid Dövlət Aktı” dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1988-ci il tarixdə 140 nömrə ilə qeydə alınmışdır. Türkanda yerləşən 9,80 ha. torpaq sahəsindən 0,06 ha. hissəsinə dair "Azəryollayihə” Layihə İnstitutu nəzdində bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında və bağların bölgü layihəsində - 99 sıra nömrəsi altında olan 103 saylı bağın sahibi kimi ərizəçinin ad-soyadının yerinə texniki səhv olaraq sadəcə Qasımov soyadı yazılmışdır. Adlı siyahıda 99 sıra nömrəsi altında olan Qasımov soyadının ərizəçinin adsoyadı kimi tanınması ilə bağlı hüquqi faktın müəyyən edilməsi məqsədilə ərizəçilər tərəfindən Nizami rayon Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışdır. Eyni zamanda bildirilir ki, MPM-in 149.2.4-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və 150.0.7-ci maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin olmasını nəzərə alaraq - aidiyyəti üzrə müvafiq orqanlara pretenziya qaydasında müraciət edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xx.xx.2019-cu il tarixli **********97 nömrəli məktubu ilə - Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007- ci il tarixli 2186 nömrəli "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyi üçün ora müraciət edilməsi tövsiyyə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2019-cu il tarixli **********27 nömrəli məktubu ilə - pretenziyada qeyd edilən “Azəryollayihə” Layihə İnstitutu nəzdində bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siayhısı və bağların bölgü layihəsi İdarə tərəfindən tərtib edilmədiyindən həmin sənədlərə hər hansı dəyişikliyin edilməsi İdarənin səlahiyyətləri xaricindədir deyilməklə imtina edilmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli 89 nömrəli məktubu ilə - adlı siyahıda 99 sıra nömrəsi altında olan Qasımov soyadının məhkəmə qaydasında Ərizəçi2 kimi tanınmasına etiraz etməmişdirlər. Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi xx.xx.2019cu il tarixli **********96 nömrəli məktubu ilə - məsələnin onların tərəfindən həll edilməsininin mümükn olmaması və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Bütün bu məktublardan görünür ki, məsələnin məhkəmədən kənar həlli yoxdur. Bundan başqa bildirilir ki, MPM-in 306.2-ci maddəsinə əsasən, ərizəçilər tərəfindən qaldırılan xüsusi icraat işlərinə, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxıldığını, o cümlədən MPM-in 149.2.2-ci maddəsinə görə, ərizədə maraqlı şəxsin adının və ünvanının göstərildiyini, eyni zamanda, düzəlişin edilməsi nəzərdə tutulan sənəd üzrə torpaq sahəsinin Maraqlı şəxs ərazisində yerləşdiyini nəzərə alaraq - ərizədə maraqlı şəxs kimi Maraqlı şəxs qoyulmuş, adı və ünvanı göstərilmişdir. Nəticə də, iş üzrə maraqlı şəxs və digər orqanlar - ərizəçinin ad- soyadı ilə bağlı düzəliş edilməsinə dair məsələ məhkəməyəqədər həll edilməmiş ki, bununla da, məsələnin məhkəmədən kənar qaydada həlli yolu qalmamışdır. Beləliklə də, MPM-nin 310.1 -ci maddəsinə əsasən, ərizədə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, yəni onların halda bu faktın tanınması ilə ərizəçinin gələcəkdə həmin torpaq sahəsi ilə bağlı digər hüquqların qeydiyyata alınması üçün aidiyyəti orqanlara müraciət etmək hüququnun əldə olunması məqsədi rəhbər tutularaq, belə bir hüquqi faktın müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zərurəti yaranmışdır. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarında (6-cı bənd) göstərilmişdir ki, "Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir”. Qeyd edilməsi zəruridir ki, yuxarıda sadalananların hər biri ərizədə qeyd olunan hallar ilə üst- üstə düşür. Belə ki, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, həmçinin həmin sənəddəki səhvlərin məhkəmədən kənar düzəldilməsi mümkün deyildir. Bir daha qeyd olunur ki, ərizəçilərin müraciət edib hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən düzəldilməsi həmin qurumlar ləğv edildiyindən, həmin qurumların hüquqi varisi mövcud olmadığından, qeyd olunan yanlışlığın düzəldilməsi də mümkün deyildir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 2118/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, müvafiq icra hakimiyyəti orqanının əməkdaşların səhvi nəticəsində torpaqla bağlı hüquqverici sənəddə istifadəsinə torpaq sahəsi verilmiş iddiaçı Ərizəçi2 soyadı Qasımov kimi qeyd olunmuş, ad və ata adı isə göstərilməmişdir. Bu isə hüquqi əhəmiyyətli fakt hesab olunmur. Ərizəçilərə izah olunmuşdur ki, onlar həmin sənədi verən orqana və ya həmin orqanın hal hazırda fəaliyyət göstərən hüquqi varisinə yanlışlığın aradan qaldırılması ilə müraciət etməli,imtina cavabı aldığı halda isə Bakı İnzibati Məhkəməsinə müraciət olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş məhkəmənin icraatına qəbul edilərək xüsusi icraat qaydasında baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Kollegiya qeyd edir ki, ərizəçilər məhkəməyə müraciət edərkən, qanunvericiliyin tələblərinə əməlk etmişdir. Belə ki, ərizəçi məhkəməyə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 125 nömrəli qərarı ilə kollektiv bağçılıq və bostançılıq yaratmaq məqsədilə “Azəryollayihə” Layihə İnstitutuna ayrılmış və həmin əraziyə dair verilmiş torpaqdan istifadə hüququna aid “Dövlət Aktı”-nın dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1988-ci il tarixdə 140 nömrə ilə qeydə alınmış - 9,80 ha. torpaq sahəsindən Türkanda yerləşən 0,06 ha. hissəsinə dair “Azəryollayihə” Layihə İnstitutu nəzdində bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında və bağların bölgü layihəsində - 99 sıra nömrəsi altında olan 103 saylı bağın sahibi kimi texniki səhv olaraq yazılmış Qasımov soyadının Ərizəçi2 hesab olunması faktının müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş еtmiş, eyni zamanda iş üzrə Maraqlı şəxs qismində cəlb etmişdir. Göründüyü kimi ərizə məhz xüsusi icraat qaydasında baxılmalı olduğu halda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2118/2020 saylı qərardadı ilə birinci instansiya məhkəməsi ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararaq, ərizəçilərin məhkəmə müdafiəsi hüququndan əsassız olaraq məhrum etmişdir. Bununlada Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli qərarında X2 Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarında (6-cı bənd) göstərilmişdir ki, “Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir”. İş materiallarından və ərizəçinin şikayətindən görünür ki, hazırkı məsələnin həlli ilə bağlı ərizəçi müvafiq dövlət qurumlarına müraciət etmişdir. Ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilməsi, həmçinin həmin sənəddəki səhvlərin məhkəmədən kənar düzəldilməsi mümkün olmaması bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ərizəni icraata qəbul edib məhz xüsusi icraat qaydasında baxmalı olduğu halda, baxmamış və icraata qəbul etmədən geri qaytarmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2118/2020 saylı qərardadı ləğv edilməli, mülki iş məhkəmənin icraatına qəbul edilərək xüsusi icraat qaydasında baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263,264, 269, 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2118/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş məhkəmənin icraatına qəbul edilsin və xüsusi icraat qaydasında baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar