Məhkəmə qərarları › İş №2(103)-6910/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6910/2022

10.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6910/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-3205/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə daimi yaşadığı sahəsi 12 kv.m olan otağının istifadəsinə verilməsi və köməkçi sahələrin ümumi istifadədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3205/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayətini Elektron Məhkəmə Sisteminə yerləşdirərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(007)-3205/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-3205/2019 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddiaçıya görə Cavabdeh1 anası ilə münasibətləri pisləşmiş, hələ də münasibətləri yaxşı deyil. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3205/2019 saylı qətnaməsindən Cavabdeh1 ümumiyyətlə xəbər olmamış, yalnız Bakı şəhəri Nizami rayon İcra şöbəsindən 2022-ci ilin iyul ayının sonlarında sms gəldikdən sonra xəbəri olmuşdur. Məhkəmənin qətnaməsini almaq üçün rəsmi qaydada məhkəməyə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdə qətnaməni məhkəmə qəbzini imzalamaqla almış və xx.xx.2022-ci il tarixdə qətnamədən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasından getmiş və hazıradək də ölkəyə qayıtmamışdır. Pasportun surətindən də görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ölkədə olmadığından onun xəbərnaməni imza edib məhkəmənin qətnaməsini alması mümkün deyil. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli məktubu ilə xx.xx.2019-cu il tarixli qətnamə tərəflərə, o cümlədən Cavabdeh1 göndərilmiş və onun tərəfindən xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza çəkilərək rəsmi qaydada qəbul edilmişdir. Lakin, cavabdeh qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əməl etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Belə ki, cavabdeh hazırki apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə Sisteminə daxil etmişdir. Bundan əlavə Cavabdeh1 həmin mülki mübahisə üzrə digər Cavabdeh2 apellyasiya və kassasiya şikayətləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli qətnamələrindən və Ali Məhkəmənin xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli qərarlarından məlumatı olmuş, həmin məhkəmə aktları tərəflərə təqdim edilmişdir. Kollegiya hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün bir aylıq müddət nəzərdə tutulmuşdur, bu müddətin axımı qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən başlayır, Cavabdeh1 tərəfindən isə həmin bir aylıq müddət ötürülmüşdür. Bu səbəbdən də birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətini qeyri-mümkün hesab edərək geri qaytarmışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul edərkən məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-3205/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar