Məhkəmə qərarları › İş №2(103)-6911/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6911/2021

06.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6911/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun itirilmiş hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən 15 №-li evdən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdehin həmin evdən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədə hqeyd olunub ki, qətnamə cavabdehin qeydiyyatdan çıxarılması üçün əsasdır. Apellysiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev iddiaçının xüsusi mülkiyyətindədir. O, evi 26.01.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında atasından əldə edib. Cavabdeh iddiaçının bacısıdır, bağışlama müqaviləsinin bağlanmasına razılıq verib. Cavabdeh 2002-ci ildə ailə quraraq evi tərk edib, daimi yaşamaq üçün başqa ünvana – ərinin mülkiyyətində olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 3-cü küçədə yerləşən 37“c” №-li evə köçüb. Bununla da cavabdehin evdən istifadə hüququna xitam verilib. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə həmin zaman (2002-ci ildə) qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar