Məhkəmə qərarları › İş №2(103)-6913/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6913/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6913/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(005)- 2356/2021 saylı qərardadından Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-na, Cavabdeh2 MMC-nə qarşı müqavilə üzrə hüquqlarının tanınmaqla maneənin aradan qaldırılması və öhdəliyin cavabdehlərin üzərinə qoyulması tələbinə dair ilk, Cavabdeh1 MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı və Cavabdeh2MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, yekun məhkəmə qərarı qəbul edilənədək iddianın təmin tədbiri qismində İddiaçı razılığı olmadan ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzil sahəsi üzərində cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MTK-ya və üçüncü şəxslərə həmin mənzillə bağlı hər hansı bir sənədləşdirmənin aparılmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(005)- 2356/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzil sahəsi üzərinə həbs qoyulmaqla, onun üzərində sənədləşdirmənin aparılması qadağan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Qeyd edir ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı "Cavabdeh1" MTK arasında ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmışdır. Tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilnıəsi (barter olunması) nəzərdə tutulsa da, “Cavabdeh1" MTK-nın icraçı direktoru X2 və digərləri tərəfindən müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara bir sıra mənzillərin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. İddiaçının “Podratçı” Cavabdeh1 MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən Cavabdeh2 MMC-nin “Sifarişçi” kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. "Cavabdeh1” MTK-nın vəzifəli şəxslərinin sifarişçi “Cavabdeh2" MMC ilə bağlanmış müqavilə əsasında ünvan 3 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən suiistifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi barədə 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır və halhazırda istintaq davam edir. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, Cavabdeh1 MTKnın öhdəçiliyinin təmin edilməsi barədə Cavabdeh2 MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. “xxxx” MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə Cavabdeh2 MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Qeyd edilənlərə əsasın, “xxxx” TİT MMC-nə məxsus əmlaka qadağa qoyulmasını əsassız hesab edir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili şikayətin təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(005)-2356/2021 saylı qərardadı qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə müəyyən hərəkətləri etməyi qadağan edə bilər. Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(005)- 2356/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar