Məhkəmə qərarları › İş №2(103)-6914/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6914/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6914/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh1 MTK-na, Cavabdeh2 MMC-nə qarşı “müqavilə üzrə hüquqların tanınması, maneənin aradan qaldırılması və öhdəliyin cavabdehlərin üzərinə qoyulması” barədə ilkin, Cavabdeh1 MTK–nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə və Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1MTK-a qarşı müqavilənin “ləğv edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2282/2021 saylı iş üzrə qəbul etdiyi 16 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC-nin nümayəndəsi qismində Vəkil2 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-na, Cavabdeh2 MMCnə qarşı müqavilə üzrə hüquqların tanınması, maneənin aradan qaldırılması və öhdəliyin cavabdehlərin üzərinə qoyulması tələbinə dair ilk, Cavabdeh1 MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı və Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Daha sonra İddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, yekun məhkəmə qərarı qəbul edilənədək iddianın təmin tədbiri qismində İddiaçı razılığı olmadan ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzil sahəsi üzərində cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MTK-ya və üçüncü şəxslərə həmin mənzillə bağlı hər hansı bir sənədləşdirmənin aparılmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(005)- 2282/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzil sahəsi üzərinə həbs qoyulmaqla, onun üzərində sənədləşdirmənin aparılması qadağan edilmişdir. Qeyd edilən qərardaddan Cavabdeh2 MMC-nin nümayəndəsi qismində Vəkil2 şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmiş, şikayət məhkəmənin 20 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, Cavabdeh2 MMC-nin nümayəndəsi qismində Vəkil2 tərəfindən verilmiş, lakin səlahiyyəti olmasına dair sənədi (iş materialarına etibarnamə əlavə edilsə də, Vəkil2 həmin MMC-nin işçisi olduğunu təsdiq edən sənəd əlavə edilməmişdir) məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). İş materiallarından Vəkil2 Cavabdeh2 MMC-nin vəkili olduğu da müəyyən edilməmişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarına şikayətin əsli deyil, kserosurəti əlavə edilmişdir. Beləliklə, apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığından apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1.1 və 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(008)-2282/2021 saylı iş üzrə qəbul etdiyi 16 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC-nin nümayəndəsi qismində Vəkil2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar