Məhkəmə qərarları › İş №2(103)-6921/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6921/2022

12.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6921/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və X2 ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(007)- 2866/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 2866/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(007)-2866/2022 saylı qərardadından verdiyi şikayət həmin məhkəmənin 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmə sözügedən mübahisə ilə bağlı başqa bir qətnamənin olmasını əsas gətirmiş və buna görə iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Bu tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi Nizami rayon Məhkəməsinin 2(007)- 3988/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumatın elektron informasiya sisteminə daxil edilməsi qət edilmişdir. Daha sonra sözügedən qətnamənin izah edilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-37/2019 saylı iş üzrə xx.xx.2019cı il tarixli qərardadı da mövcuddur. Həmin qərardad ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(007)-3988/2018 saylı qətnaməsinə izahın verilməsi və məhkəmə qətnaməsində “elektron informasiya sistemi” Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsinin elektron informasiya sisteminin müəyyən edilməsi qərara alınmışdır. Göründüyü kimi həmin qətnamə onun adının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsinin elektron informasiya sistemindən çıxarılması ilə bağlıdır. Lakin hazırki iddia tələbi isə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlıdır. O, qətnamənin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafəsinə müraciət etmiş, oradan ona imtina məktubu gəldikdən sonra Bakı İnzibati Məhkəməsinə müraciət edərək yuxarıda qeyd edilən tələbin X5 Xidmətinə həvalə edilməsini tələb etmişdir. Lakin hər iki qurum ona bu iddianı şəhər məhkəməsində qaldırmağını, məsələnin başqa həll yolu olmadığı qənaətinə gəlindikdən sonra X5 Xidməti işə cəlb edilməli və sözügedən öhdəliyin ona həvalə edilməsi barədə məhkəmə qərarının alınmasının lazım olduğunu bildirdilər. O da bunu etsə də, məhkəmənin qərardadı ilə belə bir iddia tələbi oxşar məhkəmə mübahisəsi olduğuna görə geri qaytarılır. Əgər məhkəmənin də hesab etdiyi kimi belə bir qətnamə mövcud olsa idi, onun əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində aktiv şəkildə qalmazdı. Belə ki, əgər o, məhkəməyə də müraciət edə bilmirsə, digər bir tərəfdən işəgötürənin yeri ilə bağlı hər hansı məlumatı yoxdursa, həmin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməsi mümkünsüz hala gəlir. Belə olan halda o, belə bir suala cavab axtarır: “ƏƏSM Nazirliyinin elektron informasiya sistemində olan aktiv əmək müqaviləsinin ləğv edilməsi üçün hara müraciət etməlidir?” iki ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən X5nə, Bakı İnzibati Məhkəməsindən Nərimanov Rayon Məhkəməsinə qədər bu məsələ ilə bağlı hər bir quruma müraciət etmişdir. Həmçinin, o, işəgötürəni tapa bilmir. Rəhbərlik, X1 görə o, hal-hazırda Azərbaycanda deyil amma şirkəti də ləğv etməmiş Türkiyəyə getmişdir. Onunla hər hansı şəkildə əlaqə yaratmağı isə mümkün deyildir. Bütün bunları nəzərə alıb onun işinə tam, hərtərəfli və obyektiv baxa, sözügedən qərardadı ləğv edərək iddia ərizəsini qəbul edə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin ƏSSM Nazirliyinin lektron informasiya sisteminə daxil olunması ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 2866/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Beləki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumatın elektron informasiya sisteminə daxil edilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(007)-37/2019 saylı qərardadı ilə qətnaməyə izah verilərək qətnamədə "elektron informasiya sistemi" Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsinin elektron informasiya sisteminin müəyyən edilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasındakı münasibətlərə məhkəmə tərəfindən qiymət verilmiş, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmədə işə baxılaraq qətnamə çıxarılmış və iddiaçının iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təminindən imtina edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddaçının "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair artıq məhkəmə qərarı olduğundan, iddia ərizəsinin qəbul ounmasından imtina olunmalıdır. Həmçinin, məhkəmə izah etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini məhkəmə qətnaməsinin icrası qaydasında işəgötürən "xxxx" MMC-dən tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(007) - 2866/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar