Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6924/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil1, cavabdeh 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinə və 18 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-120/2022 saylı işi üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 18 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının 18 saylı Birləşmiş şəhər Xəstəxanasının 108 saylı xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi,onun xx.xx.2021-ci il tarixdən etibarən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının konsultativiv poliklinika şöbəsinin tibb qeydiyatçısı vəzifəsinə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi, xx.xx.2021-ci il tarixdən qətnamə qanuni qüvvəsin alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının 18 saylı Birləşmiş şəhər Xəstəxanasının hesabından tutularaq ona ödənilməsi, işgüzuzar nüfuzuna və ona vurulmuş mənəvi zərərə görə 10000 manat pulun 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının hesabından tutularaq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-120/2022 saylı işi üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq, icbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2021-ci il tarixdə 108-K saylı əmrinin ləğv olunması, İddiaçı 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının konsultativiv poliklinika şöbəsinin tibb qeydiyatçısı vəzifəsinə bərpa edilməsi, həmin müddətin əmək stajına aid edilməklə xx.xx.2021-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının 18 saylı Birləşmiş şəhər Xəstəxanasının hesabından tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62, 70, 71, 84-ci maddələrinə istinadən qeyd edilmişdir ki, X10 Sığorta üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsüi 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2021-ci il tarixdə 108-K saylı əmrində əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilsə də əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilməmişdir. Konkret olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə hansı əsaslarla xitam verildiyi öz əksini tapmamışdır. İşəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən onun cinayət xarakterli əmələ yol verməsini, bununla əlaqədar cinayət təqibinin başlanmasını nəzərdə tutmuşdursa (halbuki əmrdə bu hal göstərilməmişdir) bu da əmrin qanuni və əsaslı olmasına dəlalət etmir. Lakin 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə təsbit edilmiş təqsirsizlik prezumsiyasının tələblərini kobud şəkildə pozmuş, cinayət təqibi başa çatmadan, İddiaçı təqsirliliyi sübuta yetirilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş vəkili tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığnın alınması barədə sübutlar təqdim olunmamışdır.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X10 Sığorta üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsüi 18 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin bir sıra müddəalarını kobud şəkildə pozulmuşdur. Ona görə 18 saylı Birləşmiş şəhər Xəstəxanasının 108 saylı xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi,onun xx.xx.2021-ci il tarixdən etibarən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının konsultativiv poliklinika şöbəsinin tibb qeydiyatçısı vəzifəsinə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi, xx.xx.2021-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının 18 saylı Birləşmiş şəhər Xəstəxanasının hesabından tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə mənəvi zərərin tələb olunması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı onun işgüzar nüfuzuna və özünə mənəvi zərər dəyməsinə dəlalət edən hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də iddia qismən təmin olunmalıdır.
2. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: X10 Sığorta üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsüi 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2021-ci il tarixdə 108-K saylı əmrinə əsasən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının konsultativiv poliklinika şöbəsinin tibb qeydiyatçısı İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xx.xx.2921-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviiləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir; - xx.xx.2021-ci il tarixli aktın məzmununa əsasən, İddiaçı əmək kitabçası verilməsi təklif olunsa da o, əmək kitabçasını götürmədən getmişdir; - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-28/2022 saylı iş üzrə qəbul etdiyi hökmdən görünür ki, İddiaçı vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib,dövlətin qanunla qorunan mənafelərinə mühim zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Həmin hökmə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 32,4,308.1 və 32.4,313 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 32,4,308.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla,01 il 06 ay müddətinə işləri cəzasına, CM 32.4,313 maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla İddiaçı hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur (iş.səh.12, 74, 99 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.Cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin ll-ci hissəsinə əsasən apellyasiya şikayəti verərək bildirilmişdir ki, Bakı şəhəri Baş Səhiyyə idarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 19 sentyabr 1992-ci il tarixli 127 nömrəli əmrinə əsasən, X9 poliklinikanın şöbəsinin prosedur otağına tibb bacısı ,1993-cü ildə isə poliklinikanın şöbəsinin baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021ci il tarixdə saat 12:00-da bir qrup polis əməkdaşları əməliyat keçirmiş, xəstəxana heyəti və G.Qasımova ilə birlikdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəyə aparmışlar. Poliklinikanın işçiləri olan G.Qasımova, S. Kərimova və Manana Şaripova mühüm dövlət tədbiri sayılan ümumi əhalinin vaksinasiyası zamanı tibb işçiləri qanun pozuntusuna yol vermiş, 23 aprel 2021-ci il tarixində Həmkarlar Komitəsinin İclasının Protokolundan çıxarışda qeyd olunur ki, Kənmova Səadət öz tanışını gətirərək 50 manat müqabilində qeydiyyatdan keçirmiş, vaksinasiya qaydlarına əməl etməyərək vaksin vurulmadan vurulmuş kimi göstərmişdir. 23 aprel tarixli çıxarışa müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç “ bəndi ilə əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda bəndinə əsasən poliklinikanın böyük tibb bacısı M. Şaripova, tibb qeydiyyatçıları İddiaçı və G. Qasımovanın əmək müqavilələrinə xitam verilmişdir. Manana Şaripovanın öz dilindən yazılan izahatda qeyd edir ki, İddiaçı ondan xahiş etmişdir ki, yaxını təyziqlidir və allergiyası var, sonra isə 50 manat təklif edərək qanunsuz vaksinasiyaya sövq etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2456/2021 nömrəli qətnaməsinə əsasən, Manana Şarapovanın əmrin ləğv olunması, işə bərpa və sair tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Həmçinin məhkəmə iddiaçının hazırki iş üzrə icraatın cinayət işinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmasına dair dəlili ilə bağlı bildirir ki, iddiaçı işində yol vermiş olduğu nöqsanı özü etiraf etməsinə görə bu faktın yenidən başqa qaydada araşdırılaraq qiymət verilməsinə məhkəmə lüzum görmür. Halbuki, eyni əsasla iddi tələbi irəli sürən İddiaçı əvvəl məhkum edildikdən sonra E-2(007)-120/2022 saylı mülki işin icraatı Nizami Rayon Məhkəməsinin hakimi tərəfindən təzələnmiş və mahiyyəti üzrə baxılaraq xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. İddiaçı işdən çıxarılma səbəbi törətmiş olduğu cinayət əməli deyil, əmək funksiyalarının icrası zamanı yol verdiyi pozuntudur. 70-ci maddənin “ç” bəndinə əsasən əmək fəaliyyətinə xitam verilmişdir.Cinayət təqibini həyata keçirən orqan eyni zamanda işə baxan məhkəmə tərəfindən mülkiyyətçiyə zərər vurmaqla törədilən əməlin hüquqi qiymət verilmədən mülki mühakimə icraatının öhdəsinə buraxmışdır. Onun cinayət törədəndən sonra yenidən işə bərpa olunması digər şəxslərdə və cəmiyyətdə belə bir fikir formalaşdıracaq ki, şəxs cinayət törətdikdən sonra yenidən əvvəlki rejimin bərpa olunması, digər əmək funksiyasını pozmaqla təlimatdan çıxaraq, qanunsuz əməllər törətmiş şəxslərdə işə bərpa olunma düşüncəsi qəbul olunan deyildir. Məhkəmə təcübələrinin analoji qaydada həllinə baxdıqda isə Manana Şarapova haqqında eyni əsaslı iddia tələbi təmin olunmadığı halda, İddiaçı iddia tələbi təmin edilərək işə bərpa edilməsi məhkəmənin qərəzli və bilərəkdən yanaşmasıdır və bu işlərin hamsına Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılması şəffaflığı təmin etmir. Eyni şəxslər barəsində eyni məhkəmədə baxılan işə birinci şəxsə münasibətdə bərpa etmir, digərini isə bərpa edir, halbuki birinci şəxsin bu əməli törətməsində səbəb ikinci şəxsin təhriki olmuşdur. Azərbaycan Respublikası Bakı şəhər Nizami Rayon Məhkəməsi, Əhmədova Həqiqət Mülayim qızının sədrliyi ilə xx.xx.2021-ci il Əmək Məcəlləsinin 70-ci tarixində iddiaçı X4 cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər maddəsinin “ç” bəndi xəstəxanasına qarşı “əmrin ləğv olunması, işə bərpa və sair” iddia tələbi təmin edilməmiş, qüvvəsində qalmışdır. İddia tələbinin təmin olunmama əsaslarında qeyd edilir ki, Əmək Məcəlləsinin Konstitusiyasının 35-ci 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad edilməsini rəhbər götürərək, işə bərpa maddəsi olunma tələbi əsassızdır, çünki tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bunu o öz etiraf ərizəsində də təsdiq etmişdir. X5 öz dilindən yazılmış olan izahatda onu bu əmələ sövq edənin İddiaçı olduğunu və İddiaçı öz əmək funksiyasını kobud şəkildə pozan başqasının müdaxilə etməsi halı mövcud olmuşdur. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının nümayəndəsi qəbul edilən əmrlərin tam, hərtərəfli və obyektiv araşdırılmaını təmin etmişdir. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 70- ci maddəyə istinadən, iddiaçı tərəf düşünür ki, İddiaçı vəzifə borcunu(öhdəliklərini) yerinə yetirməyərək, qanunla yol verilən qeydiyyat hədlərini aşmış və müxtəlif şəxsləri qeyri-qanuni şəkildə qeydiyyata almışdır. Əmək kollektivinin maraqlarına ziyan dəymiş, onunla birgə 2 nəfər də işdən xaric edilmişdir.Qətnamənin çıxarılmasına əsas verən bəndlərdən biri Bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən işçinin əmək müqaviləsini xitam etməzdən öncə həmkarlar ittifaqı təşkilatının razılığının alınmamış olmasıdır. Lakin 23 aprel 2021- ci il tarixində keçirilən bu iclas protokoluna məhkəmə tərəfindən lazımi qiymət verilməmişdir. Həmkarlar Komitəsinin protokolundan çıxarışda qeyd edilir ki, qeydiyyatçı vəzifəsində çalışan İddiaçı öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadlığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirməsi müəyyən edilərək, 50 manat müqabilində öz yaxınını vaksin vurulmadan vurulmuş kimi göstərmişdir. Nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 -ci hissəsi kəskin şəkildə pozulmuşdur. Həmin hissədə qeyd olunur ki, Əmək fərdi və ictimai rifahin əsasıdır. İctimai rifahın əsası onun cəmiyyətdə cərəyan etmiş olmasıdır. Beləliklə, cəmiyətin özəyi hesab edilən fərdlərin sağlamlıq imkanlarına təhlükə yarada biləcək hər hansı bir hal yolverilməzdir. Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022- ci illər üçün Vakansiya Strategiyasının 4-cü hissəsində Strategiyanən məqsədi qeyd olunmuşdur. Qeyd edilir ki, ali məqsəd hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır. Strategiyanın 5-ci hissəsi onun prinsiplərinə həsr edilir və 5.1.6 məsuliyyət prinsipinin əlamətləri pozuntuya məruz qalmışdır. Məsuliyyət prinsipi özündə vaksinasiyaya cəlb olunmuş bütün maraqlı tərəflərin fəaliyyətləri birbaşa əhalinin sağlamlığı və cəmiyyətin inamına təsir etdiyi üçün vaksinasıya proqramının məsuliyyətli və vaxtında icra etməsini ehtiva edir. Bu prinsipdən yola çıxaraq nəzərinizə çatdırmaq istəyirəm ki, İddiaçı törətmiş olduğu əməldə yalnız fərdi rifah məqsədi vardır, cəmiyyətin rifahı naminə atılan addım heç bir halda yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən, əmək funksiyasıəmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə(peşə) üzrə yerinə yetirməli olduğu işlərin(xidmətlərin) məcmusudur. İşçinin əmək funksiyaları öz əksini vəzifə təlimatlarında tapır və hər bir işçi qəbul olunduqdan sonra bu təlimatlarla tanış olur ,onları imzalayaraq isə öz razı iradəsini ifadə etmiş olur. Əmək Məcəlləsinin 43-cü maddəsi Əmək müqaviləsinin məzmunu adlanır və 43.2-in e) bəndində əmək müqaviləsində mütləq göstərilməli olan şərtlər sırasına işçinin əmək funksiyası da qoyulmuşdur. Həmin məcəllənin 57-ci maddəsinə görə əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti oraqanı tərəfindən təsdiq edilmiş X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. İddiaçı öz əmək funksiyalarının hədlərini qorumayaraq, vəzifə səlahiyyətlərini aşmışdır. Nəzərə alsanız ki, K. Səadət 18 saylı birləşmiş şəhər xəstəxanasının konsultativ poliklinika şöbəsinin tibb qeydiyyatçısı vəzifəsini daşımış, lakin başlıca vəzifə öhdəliyi olan tibbi xidmətlər üçün tibb təşkilatına müaciət etmiş xəstələrin qeydiyyatını aparmaq vəzifəsini təlimata zidd olaraq pozmuşdur. Beləliklə vəzifə təlimatlarının pozulması əmək funksiyalarının pozulmasını istisna etmir. Həmin Məcəllənin 70-ci maddəsi və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələri kobud şəkildə pozularsa ləğv oluna bilər. İşçinin göstərməli olduğu xidmətləri və yerinə yetirməli olduğu müvafiq işi qeyri -qanuni vasitələrdən istifadə edərək yerinə yetirməsi onun pozulması faktına əsas verir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Cavabdeh 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu əmrlə iki şəxsin işdən azad edildiyini, kobud pozuntuya əsas səbəbin covid-19 virusunun öldürücü xüsusiyyəti və prezidetin fərmanı nəzərə alınmadan vaksinin vurulmaması olduğunu, işçilərin dövlət mülkiyyətinə zərər vurduqlarını, müəssisə tərəfindən işçilərin işdən azad edilməsi barədə qərarının qanuni olduğunu, Manana Şaripova tərəfindən verilən izahatda iddiaçının onunla əlaqə saxlayaraq vaksin vurulmalı şəxsin onun yaxın qohumu olduğunu bildirdiyini və ona 50 manat pul təklif etdiyini bildirdiyini bildirmişdir.
5. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının poliklinkada tibb qeydiyyatçısı olduğunu, vaksinasiya qeydiyyatçısı olan Gülnar adlı işçinin qeydiyyat hissəsində 50 manat pul tapdığını, Səadət xanımın işdə olmadığı gündə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsi tərəfindən çağırıldığını, bundan sonra iddiaçı işə gələn zaman onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verildiyini, Manana adlı işçinin iddiaçının ona 50 manat borcunun olduğunu, bu səbəblə ona 50 manat pul verdiyini, lakin ona 50 manatın vaksin üçün verilmə izahatının yazılmasına məcbur edildiyini, TƏBİB tərəfindən aparılmış araşdırmada dövlət mülkiyyətinə heç bir ziyan vurulmadığını, bütün hesabların yerində olduğunu bildirdiyini, işdən azad edilmə barədə əmrin əsaslanıdırlmadığını, iddiaçının hansı əmək funksiyasını pozmasının əks olunmadığını, iddiaçının həmkarlar ittifaqına üzv olmadığını, həmkarlar ittifaqı tərəfindən keçirilmiş iclasda iddiaçının iştirakının təmin edilmədiyini, işdən çıxarılma əmrinin, əmək kitabçasının və son haqq hesabın iddiaçıya verilmədiyini, iddiaçıya islah işlərinin tətbiq edildiyini, icra məmuru tərəfindən ona vəzifəsinə uyğun işlər təklif edildiyini, lakin işəgötürənlərin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi səbəbindən iddiaçını işə qəbul etmədiyini, İlahə adlı həkimin öz izahatında iddiaçının ondan heç bir şey xahiş etmədiyini bildirdiyini, iddiaçının əmək müqaviləsinə xitam verildiyi halda eyni hökmlə təqsirli bilinən həkimin hələ də fəaliyyətini davam etdirdiyini bildirmişdir. 6.İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, tibb qeydiyyatçısı olduğunu, onun yalnız İlhamə həkimə ona verilən sənədləri verdiyini bildirmişdir. 7.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4709/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanası üzrə tibb şurasının xx.xx.2021-ci il tarixli 1 nömrəli protokolundan çıxarışa əsasən, poliklinikanın baş tibb bacısı X8 qeydiyyatçı vəzifəsində işləyən İddiaçı gətirdiyi tanışını 50 manat pul müqabilində vaksin vurulmadan vurulmuş kimi göstərilmişdir. Bu barədə Manana Şaripova və Gülnarə Qasımova yazılı izahat vermişlər. 8.İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 18 saylı Birləşmiş Şəhər Xəstəxanası üzrə tibbi şuranın xx.xx.2021-ci il tarixli protokoldan çıxarışına əsasən, poliklinika şöbəsinin böyük tibb bacısı X8, tibb qeydiyyatçısı İddiaçı, tibb qeydiyyatçısı X3 əmək fəaliyyəti zamanı buraxdıqları kobud hüquq pozuntuları müzakirə edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək kimi əsas vəzifələri əks edilmişdir. 11.Məcəllənin 70-ci maddəsinin ç) bəndinin tələblərinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi təsbit edilmişdir.
12. Məcəllənin 72-ci maddəsinin e) və f) bəndlərinə müvafiq əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, habelə iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi kimi hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 13.Məcəllənin 80-ci maddəsinə əsasən: “1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.”
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7 -11, 68, 71- 73, 76, 80, 83, 84, 182-184, 296, 300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-23,372-384, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76- 82, 88, 106, 217.4, 220.5, 372, 385-390, 420-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yoxlanılan hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. 15.Tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bunu biləvasitə iddiaçı özü etiraf etməsə də iş üzrə müəyyən edilən digər işin halları ilə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4709/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı, habelə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 28/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli hökmlə təsdiq edimişdir. Sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxananın qəbul etdiyi əmrinin əsaslı olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilsə də onların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Belə ki, iddiaçının cavabdeh təşkilatın başqa qurumunun fəaliyyətinə aid vəzifələrə müdaxilə etməsi və hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsini, habelə iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsini və işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasını istisna edən hallar kimi təfsir edilə bilməz. Qeyd edilənlərin əksinin sübut etmək yükü iddiaçıya aid olsa da belə hallar dayanıqlı və mötəbər sübutlarla öz təsdiqini tapmır. Qətnamənin həmkarların razılığının alınması dəlilləri apellyasiya şikayətinin dəlillərinə müvafiq təqdim edilmiş İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 18 saylı Birləşmiş Şəhər Xəstəxanası üzrə tibbi şuranın xx.xx.2021-ci il tarixli protokolla təkzib edilir. Kollegiya hesab edir ki, apellyasiya icraatı zamanı bu sübutun mümkünlüyü məhz apellyasiya şikayətinin dəlili olduğundan onun qəbul edilənliyini şərtləndirir. İddiaçının həmkarların üzvü olub-olmaması sübuta yetirilməmiş və bununla qanunun göstərişi üzrə adı çəkilən protokolun etibarsızlığını və ya zəruri sübut növü kimi qiymətləndirilməməsinə əsas vermir. Digər tərəfdən, iddiaçının həmkarlar ittifaqının üzvü olmaması barədə dəlili məhz qətnamənin bu istinadlarının bir daha əsassız olmasına dəlalət edir. 16.Qeyd edilənlərə əsasən cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının apellyasiya şikayəti təmin, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinə və 18 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-120/2022 saylı işi üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinə və 18 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.