Məhkəmə qərarları › İş №2(103)-693/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-693/2025

02.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-693/2025 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və X4 oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi X1, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** nömrəli qərarına və bu qərar əsasında Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahələri Həmkarlar Komitəsi ilə X12 birgə ümumi iclasında qəbul edilmiş, ## #### 1990-cı il tarixli ** saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına ayrılıb. Adlı siyahıda X5 adı vardır.

2. X5 ##.##.2013-cü il tarixdə vəfat etdikdən sonra ##.##.2014-cü il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 miras əmlakı İddiaçı tərəfindən qəbul edilmişdir. 3.Abşeron Rayon Dövlət Arxivinin *RA/*-****/** nömrəli, ##.##.2026-cı il tarixli məktubu ilə təqdim edilmiş Abşeron rayon donuzkökəltmə sovxozunun ##.##.1991-ci il tarixli, 108 nörməli əmrində çıxarışa əsasən Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, ** nömrəli qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarında (protokol № *, 16.VIII.1991ci il) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakıların hər birinə (X11) 0,08 ha torpaq sahəsinin ayrılması əmr edilmişdir. 4.X11 ərizəsində qeyd olunur ki, 1991-ci il qərarı ilə Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində fərdi ev tikmək üçün ona 6 sot torpaq sahəsi ayrılmışdır. Həmin işi başa çatdırmaq üçün alğı-satqı aparmaq üçün Cavabdeh etibarnamə verilməsini xahiş edir.

5. ##.##.2012-ci il tarixli, ƏN-İ № ****** saylı etibarnamədən görünür ki, X13 özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək...və s. hərəkətləri etməyi Cavabdeh ##.##.2082-ci ilədək etibar etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozu Həmkarlar Komitəsi ilə X14 birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** saylı qərarına əsasən mərhum X8 ayrılmış və ondanona miras qalmış 0,07 hektar həyətyanı torpaq sahəsinin qanunsuz olaraq bir hissəsini zəbt etmiş cavabdeh X6 tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** nömrəli qərarına və bu qərar əsasında Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahələri Həmkarlar Komitəsi ilə X12 birgə ümumi iclasında qəbul edilmiş, ## #### 1990-cı il tarixli ** saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına ayrılıb. Adlı siyahıda vətəndaş siyahısında X8nın adı 490 sıra sayı ilə qeyd olunmuşdur. Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun ## #### 1990-cu il tarixli *** saylı əmri ilə Dövlət arxivində saxlanılır. X8 ##.##.2013-cü il tarixdə vəfat etmişdir. ##.##.2014-cü il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən rəhmətlik bacısının miras əmlakı tərəfindən qəbul edilmişdir. Bacısının qeyd olunan Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsinə Daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışı olmadığından tərəfindən qəbul olunan miras əmlaklarının siyahısında olsa da, bacısının qanun üzrə vərəsəsi, yəni prosessual hüquq varisi odur. Odur ki, həmin torpaq sahəsi üzrə mülkiyyət, sərəncam vermək, idarə etmək, istifadə etmək və sairlə bağlı subyektiv hüququ yaranır. Tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, qeyd olunan ünvanda rəhmətlik bacısı, o və digər bacısı X7 ilə birgə yaşamışdır. Hazırki dövrdə də bacısı X7 ilə yuxarıda qeyd olunan qərar və əmrlə bacısına ayrılmış həmin Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin torpağın çıxarışı olmadığından ünvan 1 ünvanında rəsmi pasport qeydiyyatındadır. Təxminən bir neçə müddət bundan qabaq ona məlum oldu ki, prosessual hüququ varisliyi ilə ona məxsus Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsinin cavabdeh X6 adlı şəxs tərəfindən bir hissəsi qanunsuz zəbt edilərək daş hasara salınmışdır. Cavabdeh tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bütün bunlara baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərinə son qoymamış nəticədə onun torpaq sahəsini özbaşına olaraq zəbt etmişdir. Həmin Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsi Xəzər Rayonu Binə qəsəbəsində yerləşir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdehin soyadının “Dilanova” yox “Tağıyeva” kimi qəbul qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə (hakim - Zaur Tağıyev) əsasən iddianın qismən təmin edilməsi, Abşeron rayon Donuzkökəltmə sovxozu Həmkarlar Komitəsi ilə X14 birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** saylı qərarına əsasən X5 ayrılmış 0,07 hektar həyətyanı torpaq sahəsinin 4 metr 10sm. enində və 25 metr uzununda olan hissəsinin cavabdeh Cavabdeh tərəfindən boşaldılması, cavabdeh Cavabdeh tərəfindən (mübahisəli torpaq sahəsində) tikilmiş daş hasar onun hesabına sökülməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun ## #### 1990-cı il tarixli *** saylı əmrilə Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli 521 N-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X14 birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli 23 N-li qərarına əsasən X2 (sovxoz fəhlə və qulluqçularına) 0,07 ha, həyətyanı torpaq sahəsi ayrılmışdır. ##.##.2014cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə il İddiaçı X2 vərəsəsidir və o, ##.##.1986-cı il tarixli Qeydiyyat Vəsiqəsi əsasında Bakı şəh, Binə qəs, R.Məmmədov (əvvəlki A.Şmidt) küçəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 99,79 kv.m. olan ** nömrəli fərdi yaşayış evində 2/3 hissədən miras əmlakdan irs almışdır. Qeyd edilən torpaq sahəsinin 4 metr 10 sm. enində və 25 metr uzununda olan hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi öz təsdiqini tapmışdır. Bu da özlüyündə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmiş olur. Məhkəmə cavabdehin torpaq sahəsinin pul müqabilində X5 almasına dair dəlillinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi qanunvericiliklə daşınmaz əmlaka dair mülkiyyət hüququnun başqasına verilməsi notarial qaydada təsdiq olunmuş müqavilə ilə həyata keçirilir. Lakin cavabdeh buna dair hər hansı sübut təqdim edə bilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin II hissəsi, Mülki Məcəlləsinin 139-1.1.7, 152.1, 152.2, 152.3, 152.4, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003) ***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır.

14. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, işə məhkəmədə baxıldığı zaman məhkəməyə izahat olaraq bildirmişlər ki, mübahisəli torpaq sahəsi Xəzər rayonunun inzibati ərazisinə deyil, Suraxanı rayonun inzibati ərazisinə adidir, bundan başqa MPM-in qeyd olunan müvafiq maddələrinə əsasən iddiaçı iddia qaldırmağa subyektiv hüquq olmayan şəxs olması (torpağın nə sahibi, nə də mülkiyyətçisidir) və cavabdeh də Naxçıvan MR, Naxçıvan şəhəri, Əlincə, 3A, 28 qeydiyyatındadır. Iş materiallarından görünür ki, cavabdeh Naxçıvan MR, Naxçıvan şəhəri, Əlincə, 3A, 28 qeydiyyatındadır , mübahisəli torpaq sahəsi isə Xəzər rayonunda deyil, Suraxanı rayonunun inzibati ərazisində yerləşir. Eyni zamanda iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyil. Belə ki, ona verilmiş vərəsəlik şəhadətnaməsində torpaqla bağlı qeyd yoxdur. Hazırki iş üzrə iddia qaldırmış şəxs torpaq sahəsinin nə mülkiyyətçisidir, nə də torpaq sahəsi onun istifadəsinə ayrılıb. Iş üzrə 2013-cü ilin vərəsəlik şəhadətnaməsi təqdim etsə də, torpaq sahəsini öz adına rəsmiləşdirməyib. Bu da onu deməyə əsas verir ki, o bu iş üzrə iddiaçı olması üçün torpaq sahəsini öz adına rəsmiləşdirməli idi. Torpaq mübahisələri ilə bağlı iddia müddəti 10 ildir, iddiaçı bu iddia müddətini belə ötürüb.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 iddia tələbinin tam təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, məhkəmə tərəfindən vəsatəti təmin edilərək, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu və Abşeron rayon Dövlət Arxivinə sorğular verilməsi qərara alınmışdır. Məhkəmə iclasından sonra qarşı tərəf ərizə ünvanlayaraq bildirib ki, torpaq X11 adına ayrılıb. X11 tərəfindən torpaq etibarnamə əsasında onlara satılıb. Halbuki, həmin etibarnamədə torpağın adı qeyd edilməyib, ümumi etibarnamədir. X11 ərizəsinin tarixi 2004-cü il, etibarnamənin tarixi isə 2011-ci ildir. Həmin etibarnamə və ərizə ilə Cavabdeh torpağa subyektiv hüququ yaranmır. Təxminən 2-3 il davam edən məhkəmə proseslərində qarşı tərəf saxta sənəd təqdim etmiş və torpağın Cavabdeh ayrıldığını qeyd etmişdir. Indi isə torpağın X11 ayrıldığını və torpağın cavabdeh tərəfindən X11 alındığı qeyd edilir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 öz apellyasiya şikayətlərinin təmin edilməsini, iddia tələbinin təmin edilməməsi xahiş etdi.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

Məhkəmə kollegiyasının mövqeyi

25. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 26.Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** nömrəli qərarına və bu qərar əsasında Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahələri Həmkarlar Komitəsi ilə X12 birgə ümumi iclasında qəbul edilmiş, ## #### 1990-cı il tarixli ** saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına ayrılıb. Adlı siyahıda X5 adı vardır.

27. X5 ##.##.2013-cü il tarixdə vəfat etdikdən sonra ##.##.2014-cü il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 miras əmlakı İddiaçı tərəfindən qəbul edilmişdir. 28.Abşeron Rayon Dövlət Arxivinin *RA/*-****/** nömrəli, ##.##.2026-cı il tarixli məktubu ilə təqdim edilmiş Abşeron rayon donuzkökəltmə sovxozunun ##.##.1991-ci il tarixli, 108 nörməli əmrində çıxarışa əsasən Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, ** nömrəli qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarında (protokol № *, 16.VIII.1991ci il) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakıların hər birinə (X11) 0,08 ha torpaq sahəsinin ayrılması əmr edilmişdir.

30. ##.##.2012-ci il tarixli, ƏN-İ № ****** saylı etibarnamədən görünür ki, X13 özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək...və s. hərəkətləri etməyi Cavabdeh ##.##.2082-ci ilədək etibar etmişdir. 31.Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozu Həmkarlar Komitəsi ilə X14 birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** saylı qərarına əsasən mərhum X8 ayrılmış və ondanona miras qalmış 0,07 hektar həyətyanı torpaq sahəsinin qanunsuz olaraq bir hissəsini zəbt etmiş cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.## ##### 2024-cü il tarixli iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi qeyd etmişdir ki, torpaq sahəsini pul verib Heydərova Nəzifədən almışdır. 33.Birinci instansiya məhkəməsində şahid X9 ifadə verərək göstərmişdir ki, 20 ildən çoxdur ki, Binədə yaşayır. Nəzifə kafe işlədirdi, yaxın münasibəti var idi. O, həmin vaxt ticarətlə məşğul idi. Hər zaman onun kafesində yığışardılar. Onlar soyuducu kirayələrək ticarətlə məşğul olurdular. Leylan da onun qonşusudur. Leylan Nəzifədən 13- 14 il bundan qabaq 1500 ABŞ dollara almışdır. Nəzifənin torpağının kimə aid olduğunu bilmir. Nəzifə hər zaman torpağa sənəd almaq istəyirdi. Leylan pulu verib Nəzifədən 1500 ABŞ dollara alıb həmin torpağı, öz evlərinə yol yox idi deyə məcbur almışdır. Pulu verəndə o, orada olmuşdur. Aralarında rəsmi alqı-satqı məsələsini o, görməmişdir. 34.Birinci instansiya məhkəməsində şahid X15 ifadə verərək göstərmişdir ki, o, Binə qəsəbəsində Əli Isazadə küçəsində yaşayır. Leylanı 2007-ci ildən tanıyır, qonşuluqda olur. Nəzifəni 1-2 dəfə görmüşdür. 2008-2009-cu illərdə *** nömrəli marşurutun sonuncu dayanacığı, Binə sovxoz tərəfədə kafe işlətmişdir. Nəzifənin vəfat etdiyi ili xatırlamır. Leylan xanımgilin qonşuluğunda yaşayır. Onun deməsi ilə 2010-cu ildə qapı qoymuşdur. Hasar var idi amma qapısı yox idi. Leylanın deməsinə görə torpağı Nəzifə gildəndən almışdır. O, Nəzifəni qiyabi olaraq tanıyır. Onların evini tanıyır. Qapı qoymağa gələndə hasar var idi. 35.Iş materiallarında olan ##.##.2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, mübahisə predmetinə aid torpaq sahəsinin ölçüləri ölçülmüşdür. Belə ki, torpaq sahəsinin en 4 m. 10 sm., uzunu isə 25 metr olaraq müəyyən edilmişdir. 36.Qeyd edilən torpaq sahəsinin 4 metr 10 sm. enində və 25 metr uzununda olan hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi öz təsdiqini tapdığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Abşeron rayon Donuzkökəltmə sovxozu Həmkarlar Komitəsi ilə X14 birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** saylı qərarına əsasən X5 ayrılmış 0,07 hektar həyətyanı torpaq sahəsinin 4 metr 10sm. enində və 25 metr uzununda olan hissəsinin cavabdeh Cavabdeh tərəfindən boşaldılması, cavabdeh Cavabdeh tərəfindən (mübahisəli torpaq sahəsində) tikilmiş daş hasar onun hesabına sökülməsi qət edilmişdir. 37.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddianın təmin edilən hissəsində topraq sahəsini X5 aldığını qeyd etsə bununla bağlı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. 38.Kollegiya cavabdehə əlavə olaraq izah edir ki, cavabdeh tərəf öz torpaq sahəsindən icitimai yola çıxışını təmin etmək üçün bununla bağlı qanundan irəli gələn imkanlardan istifadə edə bilər.

39. Belə ki, Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

40. Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi və onunla eyni məzmunlu Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazı Idarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3-30/2-22275/2025 nörməli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi (X5 ayrılmış 0.07 ha torpaq sahəsi) sənəd üzrə 700.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 385.0 kv.m təşkil edir. Sahəyə dair yerləşmə çizgisi təqdim edilməyib. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Sahədə yüksək gərginlikli elektrik xəttinin naqilləri olmayan elektrik dirəyi (metal konstruksiyalı) mövcuddur. Bundan əlavə torpaq sahəsinin bir hissəsindən yüksək gərginlikli (110 kVt-lıq) elektrik xətti keçir. Iddiaçının iddia etdiyi 100.0 kv.m torpaq sahəsi qonşu istifadəsindədir. Qeyd olunanlarla bağlı torpaq sahəsinin koordinatlarını əsk etdirən sxem rəyə əlavə olunur. - Vahid Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi keçmiş Donuzkökəltmə sovxozundan Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər Icra Hakimiyyətinin idarəçilinə qaytarılmış hissəsində yerləşir. Son sərhəd məlumatlarına əsasən sahə Suraxanı rayonu, Hövsan qəsəbəsi hüdudları daxilində yerləşməkdədir. Sahə “kənd təsərrüfatı təyinatlı torpaqlar” kaeqoriyasına aid olmaqla Dövlət mülkiyyətidir (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Göstərilən sahə bütövlükdə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Sahədəki tikilinin qeydiyyatı barədə məlumat yoxdur.

41. Qeyd olunan rəylər natamam olduğundan məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası təyin edilərək mütəxəssis rəyi alınmışdır.

42. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazı Idarəsinin 3-21-3-30/2-20025/2026 nörməli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən: - Iddiaçının göstərdiyi 0.0368 ha və cavabdehin göstərdiyi 0.0454 ha torpaq sahəsinin koordinatları, həmçinin sahələrin yerləşmə vəziyyətini əks etdirən izahlı baş plan rəyə əlavə olunur. Torpaq sahəsinin bir hissəsindən yüksək gərginlikli (110 kVt-lıq) elektrik xətti keçir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən qeyd olunan 0.07 ha sahənin yerini təyin etmək mümkün olmadı. Cavabdehin göstərdiyi yaşayış evinin həyətyanı sahəsinin yola çıxışı iddiaçının iddia etdiyi torpaq sahəsindəndir. - Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 0.0368 ha torpaq sahəsi yüksək gərginlikli (110 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Sahə "kənd təsərrüfatı təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətidir (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Həmçinin torpaq sahəsi keçmiş Donuzkökəltmə sovxozundan Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sözügedən sahə Suraxanı rayonu, Hövsan qəsəbəsi hüdudları daxilində yerləşməkdədir. Bundan əlavə qonşu bitişik sahələrin heç biri qeydiyyata alınmadığından üst-üstə düşməni müəyyən etmək olmur.

43. Eyni tarixli, 3-21-3-30/2-20023/2026 nörməli mütəxəssis rəyinə əsasən: - Göstərilən torpaq sahəsi sənəd üzrə 700.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 385.0 kv.m təşkil edir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilməyib. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Sahədə yüksək gərginlikli elektrik xəttinin naqilləri olmayan elektrik dirəyi (metal konstruksiyalı) mövcuddur. Bundan əlavə torpaq sahəsinin bir hissəsindən yüksək gərginlikli (110 kVt-lıq) elektrik xətti keçir. Iddiaçının iddia etdiyi 100.0 kv.m torpaq sahəsi qonşu istifadəsindədir. Qeyd olunanlarla bağlı torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. - Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi keçmiş Donuzkökəltmə sovxozundan Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytanlmış hissəsində yerləşir. Son sərhəd məlumatlarına əsasən sahə Suraxanı rayonu, Hövsan qəsəbəsi hüdudları daxilində yerləşməkdədir. Sahə “kənd təsərrüfatı təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətidir (hər hansı bir dövlət təsisatlannın balansında olması barədə məlumat yoxdur). Göstərilən sahə bütövlüklə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Sahədəki tikilinin qeydiyyatı barədə məlumat yoxdur.

44. Rəyə əlavə olunmuş baş plan məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə olunarkən müəyyən olundu ki, iddia tələbinin təmin edilən hissəsi iddiaçının torpaq sahəsinin aşağı hissəsidir. Həmin hissədə cavabdeh bildirmişdir ki, həmin hissəni iddiaçının bacısından almışdır. Həmin hissəni işə baxan birinci instansiya məhkəməsinin hakimi yerində müayinə zamanı ölçü işlərini aparmış və himin hissədə iddia tələbini təmin etmişdir (2 cild, i.v. 13). 45.Iddia tələbinin təmin edilməyən hissəsi isə iddiaçının hazırda sahibliyində olan torpaq sahəsinin yan tərəfində cavabdehin torpağı ilə sərhəd hissədir. Həmin hissədə iddiaçı tələbini belə əsaslanıdırır ki, sənədlə onun bacısına ayrılan torpaq sahəsinin sahəsi 0,07 hektar olduğundan həmin hissədə də iddia təmin edilməlidir. 46.Kollegiya həmin hissədə iddiaçının apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, torpaq sahəslərinin yerləşmə plan cizgi sxemi yoxdur. Rəyə əsasən qonşu bitişik sahələrin heç biri qeydiyyata alınmadığından üst-üstə düşməni müəyyən etmək olmur. 47.Bundan əlavə, Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, ** nömrəli qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarında (protokol № *, 16.VIII.1991-ci il) uyğun olaraq fərdi ev tikdirmək üçün X11)0,08 ha torpaq sahəsinin ayrılması əmr edilmişdir. X11 1991-ci il qərarı ilə Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində fərdi ev tikmək üçün ona ayrılmış 6 sot torpaq sahəsini işi başa çatdırmaq üçün alğı-satqı aparmaq üçün Cavabdeh ##.##.2082-ci ilədək etibarnamə vermişdir. 48.Rəyə əlavə olunmuş kordinatdan görünür ki, iddiaçının faktiki torpaq sahəsi 0.0368 ha, cavabdehin faktiki torpaq sahəsi 0.0454 ha təşkil edir (2 cild, i.v. 12). 49.Kollegiya iddianın təmin edilməyən hissəsində işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı tərəf həmin hissənin iddiaçının miras olaraq əldə etdiyi torpağa aid hissə olması və məhz cabahdeh tərəfindən zəbt edilməsini sübut edə bilmir.

50. Ərazi aidiyyətinin pozulması ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan əmlakın abunə haqqı arayışından görünür ki, ünvan Sovxoz sahəsi, Xəzər rayonu qeyd edilib. (cild 1, i.v 36).

51. Bundan əlavə, Azərbaycan Respublikası “xxxx” MMC nin ##.##.2015-ci il tarixli hesabat cədvəlindən görünür ki, Cavabdeh məxsus torpaq sahəsinin ünvanı Xəzər rayonu Binə qəsəbəsi Türmə ətrafı qeyd edilib (i.v. 42). 52.Istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərdən müəyyən olunur ki, Cavabdeh fərdi yaşayış evinin ünvanı Xəzər rayonu, Binə qəsəbəsi südçülük sovxozu qeyd edilib. 53.Iş üzrə verilmiş sonuncu mütəxəssis rəylərində isə qeyd edilir ki, son sərhəd məlumatlarına əsasən sahə Suraxanı rayonu, Hövsan qəsəbəsi hüdudları daxilində yerləşməkdədir. 54.Kollegiya iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə 2023-cü ildə müraciət etməsini və aparılmış araşdırmanı nəzərə alaraq hesab edir ki, tərəflərin məhkəmə araşdırması hüququ üzrə süründürməçiliyə yol verilməməli və işə mahiyyəti üzrə baxılmalıdır.

55. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu müvafiq tərəflərin özlərinə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği müvafiq tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar