Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6930/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh QSC BOKT-na qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsassız tutulmuş pulun geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh QSC BOKT-ın etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “əsassız tutulmuş pulun geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2267/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh QSC BOKT tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 282-xx.xx.2014 nömrəli kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli, 282-xx.xx.2014 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən kredit müddəti xx.xx.2017-ci il tarixində bitir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2017-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2018-ci il tarixində bitmişdir.
2. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh QSC BOKT-nin cavabdehlər X3 və İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması tələbinə dair” iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 3.746,64 manat əsas, 691,55 manat faiz borcu olmaqla, cəmi 4.438,19 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
3. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, qətnamə İddiaçı müştərək qaydada 3.746,64 manat əsas, 691,45 manat faiz borcu olmaqla, cəmi 4.438.09 manat məbləğində borcun alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, Cavabdeh QSC BOKT-un kredit borcunun ödənilməsinə dair iddia tələbinin İddiaçı münasibətdə rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası, zaminliklə təmin olunan öhdəliyin icrası vaxtının çatdığı gündən bır il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyini nəzərə alıb, İddiaçı zaminliyinə xitam verilmiş hesab etmiş və iddia tələbinin cavabdeh İddiaçı münasibətdə əsaslarının olmadığı qənaətinə gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “əsassız tutulmuş pulun geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsi əsasında əmək haqqından tutulmuş 2.104,06 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 42 manatın cavabdehdən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, ondan və X2 müştərək qaydada 3.746,64 manat əsas, 691,55 manat faiz borcu olmaqla, cəmi 4.438,19 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh QSC BOKT-nin xeyrinə ödənilməsi, 30 manat dövlət rüsumunun ondan və X2 müştərək qaydada alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədən tərəfindən verilmiş apelyasiya şikayəti Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)109/2021 saylı qətnaməsinin ondan müştərək qaydada 3.746.64 manat əsas, 691,45 manat faiz borcu olmaqla, cəmi 4.438.09 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh QSC BOKT-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(078)-109/2021 nömrəli qətnaməsi əsasında onun əmək haqqından Cavabdeh QSC BOKT-un xeyrinə ümumilikdə 2.104,06 manat məbləğində vəsait tutulmuşdur. Bu vəsait əsassız tutulmuşdur. Cavabdeh onun hesabına əsassız varlanmışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-2267/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın təmin edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti BOKT-dan 2.104 (iki min yüz dörd) manat 06 (altı) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 42 (qırx iki) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı münasibətdə ləğv edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh QSC BOKT-nin xeyrinə 2.104,06 manat məbləğində pulun tutulmasının hüquqi əsasları aradan qalxmış və bununla da, cavabdehin iddiaçının hesabına əsassız varlanması təsdiq olunduğuna görə iddia ərizəsi təmin edilməli, cavabdehdən 2.104,06 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 14.2.7, 21, 385.1, 386.1, 459.1, 1091.1, 1091.2 və 1093.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Qətnamədən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən apelyasiya şikayəti verilmişdir. a) Apelyasiya şikayətinin dəlilləri
10. Cavabdeh QSC BOKT-nın apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
11. Cavabdeh QSC BOKT-nın apelyasiya şikayətində göstərilmişdir ki, işə baxmış məhkəmə işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmiş və bu səbəbdən də hesab edirlər ki, İddiaçı iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçıdan tutulan 2.104,06 (iki min bir yüz dörd manat, 06 qəpik) manatın İddiaçı geri qaytarılması qüvvədə olan qanunvericiliyə əsasən maddi hüquq normaları ilə öz əksini tapmadığı üçün, həmçinin istinad edilən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsi icra olunan dövrdə iddiaçının zaminliyinə xitam verilmədiyindən qeyd olunan tutma tam qanuni əsaslarla həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən qeyd edilən əsasın tərkibi (Əsassız varlanma 1091-ci maddə) sözügedən mülki işdə yaranmamışdır. Naxçıvan MR Ali Məhkəməsinin 2(108)- 26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra İddiaçı əmək haqqından tutulma dayandırılmışdır. Qüvvədə olan mülki qanunvericilikdə öhdəliyi icra etmiş zaminin hüquqları maddi hüquq normaları ilə bir başa tənzimlənir. Belə ki, Azərbaycan Respublikası MM-nin 475.1-ci maddəsinə əsasən, “Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.” Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, “Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.” Hesab edirlər ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi yuxarıda qeyd olunan əsaslara görə rədd edilməlidir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC BOKT-ın nümayəndəsi X8 Cavabdeh QSC BOKT tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh QSC BOKT tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Qətnamədən Cavabdeh QSC BOKT apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:
18. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:14.2.7. Əsassız varlanma.
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllə:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, iddiaçı Cavabdeh QSC BOKT-nın apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıdan tutulan 2.104,06 (iki min bir yüz dörd manat, 06 qəpik) manatın İddiaçı geri qaytarılması qüvvədə olan qanunvericiliyə əsasən maddi hüquq normaları ilə öz əksini tapmadığından, həmçinin istinad edilən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsi icra olunan dövrdə iddiaçının zaminliyinə xitam verilmədiyindən qeyd olunan tutma tam qanuni əsaslarla həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən qeyd edilən əsasın tərkibi (Əsassız varlanma 1091-ci maddə) sözügedən mülki işdə yaranmamışdır. Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra İddiaçı əmək haqqından tutulma dayandırılmışdır.
36. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh QSC BOKT-nın apelyasiya şikayətinin qeyd olunan dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
37. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, qətnamə İddiaçı müştərək qaydada 3.746,64 manat əsas, 691,45 manat faiz borcu olmaqla, cəmi 4.438.09 manat məbləğində borcun alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, Cavabdeh QSC BOKT-un kredit borcunun ödənilməsinə dair iddia tələbinin İddiaçı münasibətdə rədd edilməsi qət edilmişdir.
38. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı əmək haqqından cəmi 2.104,06 manat məbləğində pul tutularaq, Cavabdeh QSC BOKT-nin hesabına ödənilmişdir.
39. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən,bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
40. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.
41. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə bir daha münasibət bildirərək qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin hazırki mübahisə ilə bağlı düzgün nəticəyə gəlməməsini bildirilsə də, həmin halı təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak edərkən bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir.
42. Belə ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
44. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zəruri hesab etmir.
45. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
46. Məhkəmə kоllegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
58. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda İddiaçı mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 2.104 (iki min yüz dörd) manat 06 (altı) qəpik təşkil edir.
59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2267/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.