Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6936/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 21 dekabr 1970-ci ildə ölmüş X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X4 1915-ci ildə Bakı şəhərində anadan olmuş və 1957-ci ildə Bakı şəhəri, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı bir mərtəbəli yaşayış evinin yerində, yeni iki mərtəbəli yaşayış evi inşa etdirmişdir, 1963-cü ildə qeyd edilən evə, yəni Bakı şəhəri, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” tərtib edilmişdir, lakin texniki pasport tərtib edilən zaman həmin sənəddə atasının adı X8 (rus dilində X9 oqlı) kimi yazılmışdır, o dövrdən bəri həmin yazıya məhəl qoyan olmamışdır, o, 1963-cü ildən atasının 1957-ci ildə inşa etdirdiyi həmin evdə yaşamışdır, buna baxmayaraq, həmin yaşayış evi xüsusi mülkiyyət kimi dövlət reyestrindən qeydə alınmamışdır, həmin evin dövlət reyestrində qeydə alınması üçün 10 saylı Notariat Kontoruna müraciət edən zaman isə, Bakı şəhəri, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinin texniki pasportunda ev sahibinin adının, soyadının və atasının adının X6 göstərilməsi əsas gətirilərək, həmin sənədin atası X2 məxsus olduğuna şübhə ilə yanaşmışlar. Halbuki Bakı şəhəri, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı ev atasına məxsusdur, atası X1 adı Bül-bülə qəsəbə nümayəndəliyində olan ev kitabında öz əksini tapıb, lakin səhv yazılan “X8” adında olan heç bir şəxsin adı nə ev kitabında yoxdur və nə də heç bir vaxt adı çəkilən ünvanda qeydiyyatda olmayıb, sadəcə olaraq həmin dövrdə savadsızlıq ucbatından atasının adı və ata adı səhv göstərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Hazırda Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Ərizəçi ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Ərizəçi bibisidir. O, qeyd edilən yaşayış evində 1936-cı ildə anadan olmuş və 1963-cü ilə qədər həmin evdə yaşamış və həmin evi inşa edən Ərizəçi Nağı oğlunun qızıdır. Qətnamə ilə razı olmamasının əsas səbəbi odur ki, qeyd edilən yaşayış evi onun atası, 1894-ci ildə Bakı şəhərində anadan olmuş Ərizəçi Nağı oğlu tərəfindən inşa edilmiş, onlar hamısı, yəni o, qardaşları və bacıları həmin evdə anadan olmuşlar, qardaşı X4 özü də həmin yaşayış evində anadan olmuş, sonuncu həmin evi inşa etdirməmiş, həmin texniki pasportda onun adı göstərilməmiş, ümumiyyətlə 1942-ci ildən 1964-cü ilədək qardaşı X4 həmin evdə yaşamamış, qardaşı 18 may 1964-cü ildə ev kitabında X5 kimi qeydiyyata alınmışdır. Atası öldüyü zaman o da həmin evdə yaşamış, mirası faktiki olaraq qəbul etmişdir. Yəni, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” Ərizəçi atası, yəni onun qardaşı X3 məxsus olmamış, onun atası Ərizəçi Nağı oğluna məxsus olmuşdur. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinin qətnaməsi onun hüquq və maraqlarına toxunmuş, onu mirasdan məhrum etmiş, yaşadığı evə birinci dərəcə vərəsə olduğu halda, həmin evə dair texniki pasportun onun atasına deyil, qardaşına məxsus olmasının müəyyən edilməsi ilə o, həmin hüquqdan məhrum edilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Ərizəçi və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir: Hüquqi faktların müəyyən edilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası MPM-nin ikinci yarımbölməsinə müvafiq olaraq xüsusi iddia icraatı adlanan hissəsinin 31ci fəsilində qeyd olunmuşdur. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırkı işin hallarından müəyyən edilir ki, ərizəçi Bakı şəhəri, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinin onun atası X4 tərəfindən inşa edildiyini, 1963-cü ildən atasının 1957-ci ildə inşa etdirdiyi həmin evdə yaşadığını, lakin qeyd olunan evə aid texniki pasport tərtib edilən zaman həmin sənəddə atasının adının səhvən X6 qeyd edildiyindən hazırda həmin evi xüsusi mülkiyyət kimi dövlət reyestrindən qeydə aldıra bilmədiyini qeyd edir və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 21 dekabr 1970-ci ildə ölmüş X3 məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 isə qeyd edilən yaşayış evinin onun atası, 1894-cü ildə Bakı şəhərində anadan olmuş Ərizəçi Nağı oğlu tərəfindən inşa edildiyini, onlar hamısı, yəni o, qardaşları və bacılarının həmin evdə anadan olduqlarını, qardaşı X1 özünün də həmin yaşayış evində anadan olduğunu, sonuncunun həmin evi inşa etdirmədiyini, həmin texniki pasportda onun adının göstərilmədiyini, ümumiyyətlə 1942-ci ildən 1964-cü ilədək qardaşı X1 həmin evdə yaşamadığını, qardaşının 18 may 1964-cü ildə ev kitabında X5 kimi qeydiyyata alındığını, atası öldüyü zaman özünün da həmin evdə yaşadığını, mirası faktiki olaraq qəbul etdiyini, yəni Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”-un Ərizəçi atası, yəni onun qardaşı X3 məxsus olmadığını, onun atası Ərizəçi Nağı oğluna məxsus olduğunu bildirmiş və qətnamənin ləğv edilərək, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Göründüyü kimi, məhkəmə qarşısında qaldırılan məsələyə baxılarkən hüquq haqqında mübahisə olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalı, tərəflərə onların ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 306.4, 307.1, 307.2.5, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə hazırkı məsələ ilə bağlı ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6936/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6936/2022
10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver