Məhkəmə qərarları › İş №2(103)-6937/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6937/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6937/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızına, Cavabdeh4, Cavabdeh5 oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Talib oğluna qarşı «kompensasiya verilməklə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2332/2020 saylı qəraradadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək depozit hesabına «xxxxxxxxx» MMC tərəfindən kompensasia kimi hər kvadrat metr üçün 1500 manat pul vəsaiti qoyulması şərti ilə və ya cavabdehlərin mülkiyyətində olan mənzillərin faktiki sahəsindən daha çox yaşayış sahəsi olan mənzillərlə əvəzlənməklə cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6 , Cavabdeh7, Cavabdeh8 Talib oğlunun qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən köçürülməklə mübahisəli mənzillərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz kçəsi, 34 (indiki 62) ünvanında ona məxsus olan ümumi sahəsi 118,4 m2, yaşayış sahəsi 64,4 m2 olan, yardımçı sahəsi 54 m2 olan «B» tikilisinə münasibətdə tikinti və şəhərsalma məcələsinin tələbinə uyğun olaraq tikililər arasında araməsafəsi boyunca apardığı inşaat işlərinin təcili dayandırılması barədə qərardad çıxarılması barədə qərardad qəbul ediliməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 2332/2020 saylı qərardadı ilə (hakim Aytən Novruzova) ərizə təmin olunmamışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət - birinci instansiya məhkəməsi qərardadının əsassız olması, prosessual hüquq normalarının pozulması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayəti əsassız sayaraq göstərmişlər ki, birinci instansiya məhkəməsi haqlı olan cavabdehin ərizəsini təmin etməmişdir. Çünki, hazırki işdə İddiaçı MMC-dir və Cavabdeh1 hər hansı tələbi mövcud deyildir. Bununla yanaşı, Cavabdeh1 müstəqil qaydada iddia ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə Cavabdeh1 ərizəsinə əsasən analoji iddianın təmini tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar,naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib,şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı,birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İşdən görünür ki,Cavabdeh1 hər hansı tələbi (qarşılıqlı iddia və s.) mövcud deyildir. Hazırki mübahisəyə məhz İddiaçı MMC iddia tələbi üzrə baxılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi «cavabdehlərin başqa mənzillərlə, əvəzlənməklə qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən köçürülməklə mübahisəli mənzillərin sökülməsi” barədədir. Hazırkı iddianın təmini tədbiri isə Cavabdeh2 məxsus olan tikilisinə münasibətdə tikinti və şəhər salma məcəlləsinin tələbinə uyğun olaraq tikililər arasında ara məsafəsi boyunca apardığı inşaat işlərinin təcili dayandırılması işləri ilə bağlıdır. İddianın təmini tədbiri barədə hazırkı tələb qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması hallarının qarşısının alınmasına yönəlməmişdir. Qeyd edilməlidir ki,iddia tələbi ilə iddianı təmin etmə tədbiri arasında elə səbəbli əlaqə mövcud olmalıdır ki,görünlən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun.Əks halda görülmüş tədbirlər əhəmiyyətsiz olmaqla,şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Bununla yanaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından görünür ki,Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə və Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı “söküntü və tikinti işlərinin qanunsuz hesab edilməsi”tələbinə dair iddia ərizəsi ilə müstəqil şəkildə məhkəməyə müraciət etmiş və onun ərizəsinə əsasən iddianın təmini tədbiri kimi -Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 34 ünvanda Cavabdeh1 məxsus ümumi sahəsi 118.4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 34 ünvanda İddiaçıMMC tərəfindən tikinti işlərinin aparılmasının cavabdeh İddiaçıMMC-yə qadağan edilməsi qərara alınmış, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin olunmamışdır. Göründüyü kimi, Cavabdeh1 iddiaçı olduğu digər mülki iş üzrə artıq analoji iddianın təmini tədbiri seçilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kompensasiya verilməklə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2332/2020 saylı qəraradadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2332/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Fuad Talışinski Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar