Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6939/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülk iş üzrə (Açar sözlər: borc) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-683/2023 saylı 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mülki işin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli, ***-*******AKİ- 171019-01 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, sonuncuya illik 23% ödəmək şərtilə, 24 ay müddətinə 52000 manat məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ***-*******NK041119-01 saylı Bank hesabı və kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, sonuncuya illik 23% ödəmək şərtilə, 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir.
3. İş materiallarında olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı İpoteka müqaviləsindən görünür ki, ipotekaqoyan Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı Kredit müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi X4 VV 12 minik markalı, 10TL005 dövlət qeydiyyat nişanlı avtomobili ipotekasaxlayan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov qoymuşdur.
4. İş materiallarında olan **********240 və **********241 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 35330,95 manat əsas borc, 7335,11 manat faiz borcu, 1664,49 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu və 29,38 manat cərimə borcu olmaqla, cəmi 44359,93 məbləğində; xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə isə 12100,83 manat əsas borc, 7680,99 manat faiz borcu, 540,96 müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu və 3,67 manat cərimə borcu olmaqla, cəmi 20326,45 məbləğində borcu mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2019- cu il tarixli ***-*******AKİ- 171019-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 52000 manat məbləğində və 04 noyabr 2019-cu il tarixli ***-*******NK041119- 01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 20000 manat məbləğində kreditlər verilmişdir. xx.xx.2019-cu il tarixli ***-*******AKİ-171019- 01 saylı Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “X7 VV 12” minik markalı (Buraxılış ili 2013, Ban-SCBEM53W1EC091456), rəngi göy metallik, **-TL- *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 17 oktyabr 2019cu il tarixli ***-*******AKİ-171019-01 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “X7 VV 12” minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci tarixli **********180 və **********185 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli ***- *******NK041119-01 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 20326,45 manat təşkil edir. Bundan 12100,83 manat əsas borc, 7680,99 manat faiz, 3,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 540,96 manat faiz borcu və iş üzrə ödənilmiş 150,98 manat dövlət rüsumunun; Cavabdeh xx.xx.2019-cu il tarixli 012- 7309622AKİ-171019-01 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 44359,93 manat təşkil edir. Bundan 35330,95 manat əsas borc, 7335,11 manat faiz, 29,38 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1664,49 manat faiz borcu və iş üzrə ödənilmiş 223,08 manat dövlət rüsumunun Cavabdeh tutulması; xx.xx.2019-cu il tarixli 012- 7309622AKİ- 171019-01 saylı Kredit müqaviləsi üzrə tutmanın həmin kreditin ipoteka predmeti olan “X7 VV 12” minik markalı (Buraxılış ili - 2013, BanSCBEM53W1EC091456), göy metallik rəngli, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-683/2023 saylı 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******AKİ171019-01 saylı Kredit müqaviləsi üzrə 30.294,62 manat əsas borc, 2.439,01 manat faiz borcu, 900,42 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 29,38 manat cərimə borcu olmaqla, cəmi 33663,43 manat; xx.xx.2019-cu il tarixli, 012- 7309622NK041119-01 saylı Bank hesabı və kredit müqaviləsi üzrə 11.106,36 manat əsas borc, 6.976,74 manat faiz borcu, 331,71 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 3,67 manat cərimə borcu olmaqla, cəmi 18.418,48 manat; cəmi iki müqavilə üzrə 52.081,91 (əlli iki min səksən bir manat doxsan bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 301,16 (üç yüz bir manat on altı qəpik) manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 72,90 (yetmiş iki manat doxsan qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 307.7, 309, 448.1 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 11.1, 12.2, Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayəti verərək müvafiq olaraq qətnamənin iddianın rədd edilən və təmin edilən hissəsində ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-683/2023 saylı qətnaməsini qismən, cavabdehin kredit borcunun təminatı olan “X7 VV 12” minik markalı (Buraxılış ili- 2013, Ban-SCBEM53W1EC091456), göy metallik rəngli, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməməsi hissəsində ləğv edilməklə, LPO “AmrahBank" ASCnin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, ipoteka predmetinə münasibətdə məhkəmə belə hesab etmişdir ki, avtomobil daşınar əşya olsa da, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara aid olduğundan, mexaniki nəqliyyat vasitəsi sayılan avtomobillərin ipotekası haqqında müqavilələr isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı olduğundan, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmasını təsdiq edən sənəd olmadığından (iddiaçı tərəf ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir), bununla da ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qüvvəyə minməmişdir. Məhkəmənin qeyd edilən həm hüquqi, həm də faktiki xüsusatla bağlı yanaşması yanlışdır, ola bilər ki, elektron məhkəmə sistemində olan sənədlərin siyahısına diqqət edilməyib. Çünki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən öncə Bank əməkdaşları tərəfindən kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə müvafiq xx.xx.2021-ci il tarixli bildiriş səlahiyyətli AR DİN-in BDYP İdarəsinə təqdim edilmiş və aidiyyatı orqan tərəfindən qeydiyyata alınmış və iş materiallarına da daxil edilmişdir. Həmçinin, kreditin təminatı olan “X7 VV 12” minik markalı (Buraxılış ili - 2013, Ban- SCBEM53W1EC091456), göy metallik rəngli, 10- TL-005 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində İddiaçı ASC-nin xeyrinə özgəninkiləşdirilməsi qadağan edilmişdir.
11. Cavabdeh tərəf apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə iş üzrə təyin edilmiş ekspertiza tədqiqatına əsaslanaraq aşağıdakı kimi hesablama aparmış və qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (sual üzrə tarixə): əsas borc üzrə - 30324 manat, faiz borcu üzrə 3652,72 manat, faiz borcu üzrə (5%) – 109,50 manat; xx.xx.2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə 30.294,62 manat; faiz borcu üzrə - 2439,01 manat, faiz borcu üzrə (5%) – 900,42 manat. ... Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (sual üzrə tarixə): - əsas borc üzrə - 12101,24 manat, faiz borcu üzrə - 7433,34 manat, faiz borcu üzrə (5%) – 43,70 manat; 05 iyun 2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə - 11106,36 manat, faiz borcu üzrə - 6976,74 manat, faiz borcu üzrə (5%) – 331,71 manat”. Məhkəmə qətnamədə götürülmüş kreditin təminatı kimi iddiaçı tərəflə bağlanılmış ipoteka müqaviləsinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci mаddəsinə istinad edərək qeyd etmişdir ki, Mülki Məcəllənin maddəsinə görə, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən avtomobillə bağlı ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilmədiyindən, bununla da ipoteka müqaviləsinin bağlanması üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilmədiyindən, tərəflərin biri-digəri qarşısında hər hansı bir öhdəliyi də yaranmamışdır. Bildirir ki, kredit müqaviləsinin qüvvədə olduğu vaxt Cavabdeh mülkiyyətində olan və ipotekaya qoyulmuş **-TL-*** dövlət qeydiyyat nişanlı “X7 VV 12” minik markalı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində ciddi zərərə dəymiş, lakin iddiaçı tərəf bağlanmış ipoteka və sığorta hadisəsinə görə zərəri qarşılamaqdan imtina etmişdir. Məhz bu səbəbdən kreditin ödənilməsində çətinlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1cimaddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin iddiaçı-LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci mаddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələblərini pozmaqla hüquqi qüvvəsi olmayan ipoteka müqaviləsi bağlamış və nəticədə də tərəflər arasında sığorta ödənişi ilə bağlı yaranmış ziddiyyət kreditin vaxtında ödənilməməsinə və düzgün hesablanmamasına gətirib çıxarmışdır. Hal-hazıra kimi kredit borcu üzrə 39.808 manat ödənilməsinə baxmayaraq məhkəmə qətnaməsi ilə ümumilikdə 52.081,91 manat ödənilməsi qərara alınmışdır. Hesab edirik ki. istər ekspert tərəfindən, istərsə də məhkəmə tərəfindən kredit müqaviləsi üzrə hesablama düzgün aparılmamışdır. Ona görə də iş üzrə təkrar ekspertiza aparılmalı idi. Lakin məhkəmə iddia tələbinin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkləri barədə məlumat vermişlər. İddiaçı tərəf məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, cavabdeh tərəf isə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 269.4. ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
15. Maddə 307.7. ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
16. Maddə 309. daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.
17. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 739 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun
19. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
20. 10.4-cü maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
21. 11.1-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
22. 12.2-ci maddəsinə əsasən, rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır.
23. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, həm iddiaçı, həm də cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-683/2023 saylı 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/571 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir:
34. İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcalana illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 52.000.00 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 13.380.47 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 noyabr 2019-cu il tarixdən 17 oktyabr 2021-ci il tarixədək 21.008.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 21.008.0 manat məbləğində pulun 7.168.88 manat əsas borcdan, 13.839.12 manat faiz borcundan silinir.
35. Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 17 oktyabr 2021-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 51.987.74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 44.831.12 manat, faiz borcu üzrə - 7.156.62 manat.
36. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2021 -ci il tarixdən sonra 18.800,0 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən 18.800,00 manat məbləğində ödəniş nəzərə alınmadı.
37. İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcalana illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 20.000.00 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 5.148.33 manat məbləğində müəyyən edilmişdir.
38. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 noyabr 2019-cu il tarixdən 04 noyabr 2021 -ci il tarixədək 4.145.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 4.145.00 manat məbləğində pulun 2.899.17 manat əsas borcdan, 1.245.83 manat faiz borcundan silinir.
39. Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 04 noyabr 2021-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 23.830.96 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17.100.83 manat, faiz borcu üzrə 6.730.13 manat.
40. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra 6.500.0 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən 6.500,00 manat məbləğində ödəniş nəzərə alınmadı”.
41. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3221 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir:
42. “ ... İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 noyabr 2019-cu il tarixdən 05 iyun 2023-cü il tarixədək 39.808.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 39.808.00 manat məbləğində pulun 21.705.38 manat əsas borcdan, 18.102.62 manat faiz borcundan silinir.
43. Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (sual üzrə tarixə): əsas borc üzrə - 30324 manat, faiz borcu üzrə 3652,72 manat, faiz borcu üzrə (5%) – 109,50 manat; xx.xx.2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə 30.294,62 manat; faiz borcu üzrə - 2439,01 manat, faiz borcu üzrə (5%) – 900,42 manat.
44. ... Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (sual üzrə tarixə): - əsas borc üzrə - 12101,24 manat, faiz borcu üzrə - 7433,34 manat, faiz borcu üzrə (5%) – 43,70 manat; 05 iyun 2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə - 11106,36 manat, faiz borcu üzrə - 6976,74 manat, faiz borcu üzrə (5%) – 331,71 manat”.
45. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qeyd edilən avtomobillə bağlı ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilmədiyindən, bununla da ipoteka müqaviləsinin bağlanması üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilmədiyindən, tərəflərin biri-digəri qarşısında hər hansı bir öhdəliyi də yaranmamışdır.
46. Digər tərəfdən, Mülki Məcəllənin 309-cu maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.
47. Məhkəmə kollegiyası iddiaçı tərəfin apelyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, avtomobil daşınar əşya olsa da, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara aid olduğundan, mexaniki nəqliyyat vasitəsi sayılan avtomobillərin ipotekası haqqında müqavilələr isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı olduğundan, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmasını təsdiq edən sənəd olmadığından (iddiaçı tərəf ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir), bununla da ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qüvvəyə minməmişdir. Belə ki, istinad edilən bank əməkdaşları tərəfindən kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə səlahiyyətli AR DİNnin BDYP İdarəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli bildiriş tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmasını təsdiq edən sənəd hesab olunmur.
48. Kollegiya həmçinin cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertizanın nəticəsində təqdim olunmuş hesablamaların düzgün olmaması ilə bağlı əsaslı sübut təqdim edə bilməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayətləri təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-683/2023 saylı 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.