Məhkəmə qərarları › İş №2(103)-694/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-694/2024

15.01.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-694/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: “şəxsin ölmüş elan edilməsi” hakimlər X*2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi vəkil Nümayəndə* və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi şəxsin ölmüş elan olunması barədə ərizəsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2966/2023 saylı işi üzrə 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: *.Ərizəçi qəyyumluğu altında olan xx.xx.2005-ci il təvəllüdlü X25, 07.07.20*3-cü il təvəllüdlü X9, *7.03.20*5-ci il təvəllüdlü X7 və *7.07.20*7-ci il təvəllüdlü X4 anaları Maraqlı şəxs2 28.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməsi barədə ərizəsi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2966/2023 saylı 05.*0.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, xx.xx.*977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi günün - Maraqlı şəxs2 ölüm günü hesab edilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*, 4*.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, 89.*, 89.3, 305.*.2, 308, 3*2, 3*3, 3*5.2-ci maddələrinə istinadən müəyyən olunmuşdur ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 30.09.20*3-cü il tarixdə ölkə hüdudlarını tərk edərək getmiş və geri qayıtmamışdır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 30.09.20*3-cü il tarixdə qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getmişdir. Onun İraq ərazisində öldürülməsinə dair əməliyyat məlumatları əldə edilsə də, rəsmi sənəd DTX-nın ünvanına daxil olmamışdır. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Məhkəmə iclasında şahid qismində dindirilən X25 izahatında qeyd etmişdir ki, anası Maraqlı şəxs2, o və qardaşı ilə birlikdə 20*2-ci ilin dekabr ayında Türkiyəyə, oradan da Suriyaya getmişdir. Orada isə X26 ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların nikahından digər bacı-qardaşları doğulmuşdur. Anası Maraqlı şəxs2 28.08.20*7-ci il tarixdə İraq Respublikasının Təlafər şəhərində təyyarə güllə-baranında vəfat etmişdir. Anası vəfat edəndən sonra onlar İraq hökuməti tərəfindən əsir götürülmüşdür. Qardaşı da İraqda vəfat etmişdir. O və digər bacı-qardaşları isə 20*9-cu ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və xalasının himayəsinə verilmişdir. Onlar hal-hazırda xalası ilə birlikdə yaşayırlar.; - AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən, Maraqlı şəxs2 xx.xx.*977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur; - V-ЖГ seriyalı 308862 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Maraqlı şəxs2 xx.xx.*977-ci il tarixdə anadan olmuşdur. X39, anası Xudaverdiyeva Balacaxanımdır; - İİİ-ЖГ seriyalı 462534 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Ərizəçi xx.xx.*975-ci il tarixdə anadan olmuşdur. X39, anası Xudaverdiyeva Balacaxanımdır;- AZ-T seriyalı *27650 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X25 xx.xx.2005-ci il tarixdə Bakıda anadan olmuşdur. X*5, anası X*6r . AZ-İV seriyalı 4*0946 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X9 07.07.20*3-cü il tarixdə anadan olmuşdur. X3, anası Maraqlı şəxs2dır; - AZ-İV seriyalı 4*0947 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X7 *7.03.20*5-ci il tarixdə anadan olmuşdur. X3, anası Maraqlı şəxs2dır; - AZ-İV seriyalı 4*0948 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X8 *7.07.20*7-ci il tarixdə anadan olmuşdur. X3, anası Maraqlı şəxs2dır;- “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışına əsasən müəyyən edilir ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 X42 ilə rəsmi nikaha daxil olmuşdur. Maraqlı şəxs2 ümumilikdə 6 uşağı olmuşdur: 2*.05.*996-cı il təvəllüdlü X35 (doğum yeri:Bakı); 30.05.*997-ci il təvəllüdlü X36 (doğum yeri:Bakı); xx.xx.2005-ci il təvəllüdlü X25 (doğum yeri:Bakı şəhəri); 07.07.20*3-cü il təvəllüdlü X9 (doğum yeri:Suriya); *7.03.20*5-ci il təvəllüdlü X7 (doğum yeri:İraq) və *7.07.20*7-ci il təvəllüdlü X8 (doğum yeri:İraq); - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının *99 nömrəli, 06.*2.20*9-cu il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X25, 07.07.20*3-cü il təvəllüdlü X27, *7.03.20*5-ci il təvəllüdlü X*8 və *7.07.20*7-ci il təvəllüdlü X** valideynləri barədə məlumat əldə etmək mümkün olmamışdır. Uşaqlar bir müddət İraq Respublikasının Bağdad şəhərində yerləşən uşaq evində saxlanılıb və 03.*2.20*9-cu il tarixdə Azərbaycan Respublikasına gətiriliblər. Müəyyən edilmişdir ki, ərizəçi X32 azyaşlıların xalasıdır. X2 bacısı övladları xx.xx.2005-ci il təvəllüdlü X25 üzərində himayəçi; 07.07.20*3-cü il təvəllüdlü X27, *7.03.20*5-ci il təvəllüdlü X*8 və *7.07.20*7-ci il təvəllüdlü X*9 üzərində isə qəyyum təyin edilməsi (azyaşlıların mülkiyyət hüququ saxlanılmaq şərti ilə) qərara alınmışdır;- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna 3*.07.2023-cü il tarixli cavab məktubuna əsasən, xx.xx.*977- ci il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədindən 30.09.20*3 tarixdə çıxması barədə İAMAS bazasında məlumat qeyd olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 8-ci küçə, dalan 2, ev *6 ünvanında qeydiyyatda olan xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 Daxili İşlər Nazirliyinin müvafiq uçotları üzrə yoxlanılarkən Azərbaycan Respublikasının ərazisində təqsirləndirilən, eləcə də xəbərsiz itkin düşmüş şəxs qismində axtarışı barədə məlumat müəyyən edilməmişdir;- Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 30.09.20*3-cü il tarixdə qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getmişdir. Onun İraq ərazisində öldürülməsinə dair əməliyyat məlumatları əldə edilsə də, rəsmi sənəd DTX-nın ünvanına daxil olmamışdır;- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 8-ci küçə, dalan 2, ev *6-da qeydiyyatda olan xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 barəsində Abşeron rayon Polis İdarəsində axtarış işi açılmamışdır;- Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 8-ci küçə, dalan 2, ev *6-da qeydiyyatda olan Maraqlı şəxs2 itkin düşməsi ilə əlaqədar Suraxanı RPİ-i, onun şöbə və bölmələrində araşdırma aparılmamış və itkin düşən şəxsin axtarışı ilə əlaqədar axtarış işi açılmamışdır;- Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna *8.08.2023-cü il tarixli cavab məktubuna əsasən, Həsənova (Xudaverdiyevə) Mahirə Vaqif qızı *5.08.*995-ci il tarixdə 294 saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində 28.05.*958-ci il təvəllüdlü X37 ilə nikaha daxil olmuş, həmin nikah xx.xx.2004-cü il tarixdə 33 saylı aktla Abşeron rayon qeydiyyat şöbəsində pozulmuşdur. Valideynləri 28.05.*958-ci il təvəllüdlü Hüseyn Həsənov və xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 olan 30.05.*997-ci il təvəllüdlü X20 doğumu *4.*0.*997ci il tarixdə 704 saylı aktla, 2*.05.*996-cı il təvəllüdlü X2* doğumu 24.05.*996-cı il tarixdə 263 saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Mahirə (Heydərova) xx.xx.2004-cü il tarixdə *79 saylı aktla Abşeron rayon qeydiyyat şöbəsində 24.05.*98*-ci il təvəllüdlü X42 ilə nikaha daxil olmuş, həmin nikah isə 26.09.20*2-ci il tarixdə *70 saylı aktla elə həmin qeydiyyat şöbəsində də pozulmuşdur. X4 doğumu xx.xx.2020-ci il tarixdə 87 saylı, X6 doğumu xx.xx.2020-ci il tarixdə 85 saylı, X5 doğumu xx.xx.2020-ci il tarixdə 86 saylı aktla tək ananın ərizəsi əsasında, habelə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(0*0)-*36*/2020 saylı qətnaməsinə əsasən Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır; - Abşeron Rayon Məhkəməsinin *0.*2.2007-ci il tarixli, 2-368/2007 saylı qətnaməsi ilə X28 iddiasının təmin olunması; iddiaçı X42 ilə cavabdeh X29 arasında bağlanmış, Abşeron rayon VVADQ şöbəsində qeydə alınmış, 03 iyul 2004-cü il tarixli, *79 saylı nikah qeydinin ləğv edilməsi; 04 iyul 2005-ci il tarixdə anadan olmuş X*3 X*4 yanında qalması; X*4 qarşılıqlı iddiasının qismən təmin olunması; X22 04 iyul 2005-ci il tarixdə anadan olmuş X* üçün X*4 xeyrinə hər ay 36 manat məbləğində aliment tutulması qət edilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(0*0)-*36*/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs2 07 iyul 20*3-cü ildə Suriya Ərəb Respublikasında bir oğlan uşağı, *7 mart 20*5-ci ildə İraq Respublikasında bir qız uşağı, *7 iyul 20*7-ci ildə isə İraq Respublikasında bir qız uşağı doğması faktının müəyyən olunması qət edilmişdir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Ərizəçi apellyasiya şikayəti verərək, Suraxanı rayon Məhkəməsinin 05.*0.2023-cü il tarixli, 2(0*0)-2966/2023 saylı qətnaməsinin Maraqlı şəxs2 öldüyü günün müəyyən edilməsi hissəsində ləğv edilməsini və qəyyumluğu altında olan 07.07.20*3-cü il təvəllüdlü X6,*7.03.20*5-ci il təvəllüdlü X5 və*7.07.20*7-ci il təvəllüdlü X4 anaları və Maraqlı şəxs2 vəfat etdiyi 28 avqust 20*7-ci il tarixin, onun ölüm günü hesab edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*, 4*.2, 4*.3, 4*.4; “ Sosial müavinatlar haqqında” Azərbaycan Respublikası qanununun 4, 9.*; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilən Maraqlı şəxs2 oğlu X25 izahatında qeyd etmişdir ki, anası Maraqlı şəxs2, o və qardaşı ilə birlikdə 20*2-ci ilin dekabr ayında Türkiyəyə, oradan da Suriyaya getmişdir. Orada isə anası X26 ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların nikahından digər bacı-qardaşları doğulmuşdur. Anası Maraqlı şəxs2 28.08.20*7-ci il tarixdə İraq Respublikasının Təlafər şəhərində təyyarə güllə-baranında vəfat etmişdir. Anası vəfat edəndən sonra onlar İraq hökuməti tərəfindən əsir götürülmüşdür. Qardaşı da İraqda vəfat etmişdir. O və digər bacı-qardaşları isə 20*9- cu ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və xalasının himayəsinə verilmişdir. Onlar hal-hazırda xalası ilə birlikdə yaşayırlar. Şahidin geniş ifadəsi mülki işin materiallarında vardır və onun ifadəsinə əsasən, anası Maraqlı şəxs2 28.08.20*7ci ildə İraqın Təlafər şəhərində təyyarədən atılan güllə-baran nəticəsində vəfat etmişdir. Şahidin ifadəsi ilə bacısı Mahirənin ölüm tarixi günü, ayı və ili ilə dəqiq bildirilsə də məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək, Maraqlı şəxs2 vəfat etdiyi tarixi ölüm günü hesab etməmişdir. Əgər qəyyumluğu altında olan 07.07.20*3-cü il təvəllüdlü X6, *7.03.20*5-ci il təvəllüdlü X5 və *7.07.20*7-ci il təvəllüdlü X4 anaları Maraqlı şəxs2 ölüm günü, onun vəfat etdiyi 28.08.20*7-ci il tarixi məhkəmə qaydasında müəyyən edilərsə, 3 uşağın saxlanması üçün ailə başçısını itirməyə görə müavinəti ən azı üç il əvvəlki tarixdən ala bilər. İraqdan gətirilən bacısının uşaqları ona təhvil verilsə də və o uşaqların üzərində qəyyum təyin olunsa da dövlət tərəfindən heç bir yardım və müavinət ala bilməmişdir. O, qohumlarının köməkliyi ilə və borcla, xərclə uşaqları saxlamağa məcbur olmuşdur. Suraxanı rayon Məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməyərək, bacısının ölüm gününü işdə olan sübutlarla və şahid ifadəsi ilə təsdiq olunmağına baxmayaraq, qətnamədə buna yer verilməmişdir. Halbuki o, iddia ərizəsinin xahiş etdi hissəsində “Qəyyumluğu altında olan 07.07.20*3-cü il təvəllüdlü X6, *7.03.20*5-ci il təvəllüdlü X5 və *7.07.20*7-ci il təvəllüdlü X4 anaları və bacısı Maraqlı şəxs2 28 avqust 20*7-ci ildə İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bununla da prosessual hüquq normasını pozmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında vəsatətinin olduğunu, belə ki, bacısının ölüm hadisəsinin necə, hansı şəraitdə olması ilə bağlı şahidlərinin olduğunu, ondan asılı olmayan səbəblərdən həmin şahidlərin birinci instansiya məhkəməsində dəvət edilə bilmədiyini qeyd etmiş, məhkəmə kollegiyasından şahidlərin məhkəmə iclasına dəvət olunub dindirilməsi ilə bağlı vəsatətinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi vəkil Nümayəndə* apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsi ərizələrini təmin etsə də, şəxsin ölüm gününün qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesab edilməsi hissəsində razı olmadıqlarını , analoji işlə bağlı digər məhkəmə qətnaməsinin də mövcud olduğunu, həmin qətnamədə ölüm günün məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən deyil, faktiki olaraq şəxsin öldüyü gündən hesablandığını qeyd etmiş, ölüm tarixinin məhz faktiki gündən hesablanmasının əhəmiyyətini “Sosial müavinatlar haqqında” qanuna görə 3 uşağın saxlanması üçün ailə başçısını itirməyə görə müavinəti ən azı üç il əvvəlki tarixdən alınmasının mümkün olduğunu, ölmüş şəxsin uşaqlarının da hazırda hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində olduqlarını və maddi vəziyyətləri də kifayət qədər ağır olduğunu, onların bu müavinətə ehtiyaclarının olduğunu, Maraqlı şəxs2 həqiqətəndə 20*7-ci ildə İraq şəhərində ölməsi ilə bağlı şahidlərinin də olduğunu, lakin onlardan asılı olmayan səbəblərdən bu şahidlərin birinci instansiya məhkəməsində dəvət edilə bilmədiyini qeyd etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsinin dedikləri ilə razı olduğunu, əlavə olaraq Dövlət Təhlükəsizlik xidmətinin də iş materiallarında ölüm faktını təsdiq edən məktubunun olduğunu, bacısının kustar rejimdə uşaq dünyaya gətirdikdən sonra qanaxmadan özünü itirib, yerə yıxıldığını, daha sonra isə qırıcı təyyarənin güllə- baranı nəticəsində şah damarına dəyən güllədən vəfat etdiyini bildirmiş..bu faktı mərhum bacısının oğlunun izahatı ilə təsdiq edildiyini, həmçinin əlavə şahidlərinin olduqlarını,lakin şahidlərdən birinin həmin dövrdə hamiləliyinin sonuncu dövrünü yaşadığına görə, digərinin isə azyaşlı olması səbəbindən birinci instansiya məhkəməsində təqdim edə bilmədiklərini qeyd etmişdir. Bacısının vəfatından sonra müvafiq orqanlara müraciət edərək uşaqları öz himayəsinə aldığını, hətta onlara görə ailəsini dağıtdığını, bu müavinəta uşaqlara baxmaq üçün çox ehtiyac duyduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 8.Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X33 ailəsi ilə bərabər 20*5-ci ilin fevral ayında İraqın Telafər şəhərinə getdiyini, daha sonra 20*5-ci ilin may ayında Mahirə xanımın qardaşı ilə ailə həyatı qurduqdan sonra Mahirə xanımla da tanış olduğunu, 20*7-ci ilin sonlarına doğru müharibə şəraitində düşmən irəlilədiyi üçün olduqları əraziləri hissə-hissə tərk etdiklərini, həmin dövürdə Mahirə xanımın da keysəriyyə əməliyyatı olduğunu, vəziyyətinin yaxşı olmadığını, 27 avqustda gecə saatlarında yoldaşı Xudaverdiyev Cavidlə danışdığını, bu danışıqdan *5-dəqiqə sonra yoldaşının olduğu əraziyə bomba atıldığını, bunun nəticəsində yoldaşının da vəfat etdiyini, bunu eşitdikdən sonra Mahirənin halının daha da pisləşdiyini, həmçinin Mahirənin böyük oğlu Yusifin də itkin düşdüyünü, ayın 28-i sübh tezdən Mahirə xanımın onlardan qabaq yola düşdüyünü, onlar gəlib çatdıqda artıq qan içində olduğunu, helikopterin vurduğunu və Maraqlı şəxs2 28 avqust 20*7-ci ildə İraqın Avqani şəhərində vəfat etdiyini, Mahirə xanımın oğlunun isə onu helikopter vurmamışdan öncə artıq anasının ürək partlamasından öldüyünü onlara bildirdiyini qeyd etmişdir. 9.Məhkəmə kollegiyasında iştirak edən şahid X43 20*5-ci ildə İraqın Telafər şəhərinə ailəsi ilə birgə köçdüklərini, onun bibisi qızı ilə Mahirə xanımın qardaşının evləndiyini, ondan sonra Mahirə xanımla yaxın qohum münasibətlərinin yarandığını, 20*7-ci ildə artıq düşmən kəndləri bombaladığı üçün yaşadıqları kəndi hissə-hissə tərk etdiklərini, Mahirə xanımın onlardan əvvəl yola düşdüyünü, Mahirə xanımın yolda ürəyinin pisləşdiyini, oğlunun və digər qohumlarının ona su gətirməyə getdiklərini, geri döndükdə isə Mahirə xanımın qan içində olduğunu, artıq öldüyünü qeyd etmişdir. Hadisənin 20*7-ci il 28 avqust tarixində olduğunu bildirmişdir. İraqda olarkən bütün xatirələrini bir dəftərə qeyd etdiyini, bu səbəbdən də hadisənin gününün dəqiq yadında qaldığını, ölümündən öncə uşaqlarını da son nəfəsində anasına vəsiyyət etdiyini qeyd etmişdir. *0.Apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdiyini, şahid ifadələri arasında ziddiyyətli məqamlar olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. **.Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: *2.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.20**-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: *3.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası ; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*, 4*.2, 4*.3, 4*.4; “ Sosial müavinatlar haqqında” Azərbaycan Respublikası qanununun 4, 9.*; Azərbaycan Respublikası MPM-in *4.2. 77.*, 78.*, 88, 2*7.3, 2*7.4, 307.*,307.2.*0-* 308, 3*0.2, 384, 385-ci maddələrinə istinadən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, əlavə sübutların təqdim edilməsi təklif edilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş və edilməmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Məhkəmə kollegiyası əlavə şahidlərin dinlənilməsi zərurətinin ərizəçidən asılı olmayan səbəblərdən mümkün olmadığını və apellyasiya dəlillərinin sübutu kimi onların apellyasiya icraatı zamanı dinlənilməsini ədalət mühakiməsinin konstitusion prinsiplərinə müvafiq olaraq bu sübutların qəbul edilməsini mümkün hesab edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində müəyyən edilən digər sübutlarla yanaşı bu sübutların məcmusu şəxsin müəyyən şəraitdə və müəyyən vaxtda ölməsi faktının təsdiqi üçün kifayətdir. Kollegiya xüsusi ilə qeyd edir ki, bu xüsasatları istisna edən hallar müəyyən edilmədiyindən şəxsin müəyyən şəraitdə və müəyyən vaxtda ölməsi faktının təsdiqi baxımından qətnamə dəyişdirilməklə apellyasiya şikayəti təmin edilməlidir. *4.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 4*.4. Bu Məcəllənin 4*.* və 4*.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. *5.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 305.*.2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2. Məhkəmə: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; müəyyən edilməsi barədə işlərə baxır. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 3*3. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 3*5.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. *6.Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. *7.Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.3, 392, 393 -cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 2966/2023 saylı 05.*0.2023-cü il tarixli qətnaməsi (Maraqlı şəxs2 ölüm gününü qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməsi hissəsində) dəyişdirilsin. xx.xx.*977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs2 28.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar