Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6940/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(001)-4316/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31a saylı evin 1 saylı mənzilindən, yeni qaydalarla ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 02 sentyabr 2022-ci il tarixdə Cavabdeh elektron kabinet vasitəsi ilə İddiaçı və X2 qarşı “alğı-satqı müqaviləsinn etibarsız hesab edilməsi, ziyanın tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(001)- 4316/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı və X2 qarşı “alğı-satqı müqaviləsinn etibarsız hesab edilməsi, ziyanın tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(001)- 4316/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). İş materiallarından da göründüyü kimi, Cavabdeh tərəfindən verilmiş şikayət yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apelyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(001)-4316/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(001)- 4316/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-6940/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6940/2022
26.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver