Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6947/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ iş № 2(103)-6947/2023 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2586/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən DƏDRX-nin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (T.N.Mahmudova) iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi və tikilinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
4. Qətnamə ilə razı olmayan cavabdeh xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, əgər doğurdan da qətnamə qəbul edildiyi gün elektron portala yerləşdirilibsə, onun bundan xəbərsiz olmağını üzürlü saymağı və ötürülmüş müddəti bərpa edib apellyasiya şikayətini aidiyyəti üzrə göndərməyi xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi barədə xx.xx.2023-cü il tarixdə məhkəməyə gələrək məlumatlı olmuşdur. Məhkəmədən ona bildirilib ki, xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnamə həmin gün onun elektron portalına yerləşdirilib. Belə olduğu təqdirdə isə qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan bir aylıq prosessual müddət bir gün müddətinə tərəfindən ötürülmüş sayılır.
5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin e-2(010)-2586/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2586/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq ərizəni əsassız yerə təmin etməməklə onu məhkəmənin hərəkətlərindən, qəbul etdiyi qətnaməsindən narazı qaldığı halda yuxarı məhkəmə instansiyasına müraciət etmək hüququndan, yəni apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum edib. Əvvəla hesab edir ki, birinci instansiya məhkəməsinin, onun qətnamədən şikayət verə bilməyi üçün qanunvericiliklə nəzərdə tutulmuş bir aylıq müddəti ötürməyinin əsası kimi qətnaməsini qəbul etdiyi xx.xx.2023-cü il tarixdən elektron portalına yerləşdirdiyini bildirməsinin özü həqiqətə uyğun deyil. İkincisi, o, qətnamə barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə olarkən bilmişdir. Üçüncüsü, hətta fərz etsək ki, bir günlük ötürülüb onun vəziyyətində həmin müddətin bərpası qəbul edilən sayılmalıdır. Çünki həqiqətən də məhkəmə onun hüquq və mənafelərini aşkar pozan qətnamə qəbul edib və onun Konstitusiyanın 60-cı maddəsi ilə tənzimlənən hüququna hörmət edilməli olduğu halda məhkəmə bunu pozub. Məhkəmənin müddətin bərpası barədə ərizəni təmin etməməsi əsasları ərizənin dəlillərinə münasibətdə, yəni cavabdehə məxsus portalda, məhkəmənin qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə qətnaməsini yerləşdirdiyi mübahisəli məsələ olmaqla (bu barədə ona nə SMS vasitəsi ilə, nə də digər qaydada məlumatlar daxil olmayıb), onun məhkəmə müdafiəsindən istifadəsinin məhdudlaşdırılması üçün əsas ola bilməz.
8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməisnə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Cavabdeh şikayətinə məhkəmə iclasında baxılması barədə vəsatətlə müraciət etsə də, məhkəmə kollegiyası vəsatəti əsassız hesab etməklə təmin etməmişdir.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Rerspublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2586/2023 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü səbəbdən buraxıldığı üçün bərpa edilməlidir.
14. Belə ki, iş materiallarından aydın olur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi “Elektron Məhkəmə” İnformasiya Sisteminində Cavabdeh elektron kabinetinə yerləşdirilməklə xx.xx.2023-cü il tarixində rəsmi qaydada çatdırılmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən tərtib edilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə daxil olmuşdur.
15. Cavabdehin bildirdiyinə görə, o, qətnamədən məlumatlı olmamış və xx.xx.2023cü il tarixdə məhkəmədə olarkən bilmişdir. İşdən də görünür ki, elə həmin gün də cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayəti verilmişdir.
16. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən 1 gün buraxılmışdır və ona görə də həmin müddət bərpa edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh şikayəti təmin olunsun. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2586/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət üzürlü səbəbdən buraxılmış hesab olunaraq bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov