Məhkəmə qərarları › İş №2(103)-6960/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6960/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6960/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(004)-1403/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X3” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC və Cavabdeh2 müştərək (birgə) qaydada 500000 manat (beş yüz min manat) əsas kreditin borcunun, 146 270,51 manat əsas hesablanmış faiz borcunun, 35 943,53 manat, hər gecikdirilmiş günə görə cərimə borcunun: cəmi 682 214,04 manant məbləğində borcun və 35,50 manat cavabdehlərə göndərilmiş bildiriş (pretenziya), ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan, ümumi sahəsi 246.8 kv.m, yaşayış sahəsi 173.6 kv.m, yarımçı sahəsi 73.2 kv.m-dən ibarət 4 otaqlı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 790000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi borclu və zamindən tutulması, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə yaşayış sahəsinin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(004)- 1403/2018 nömrəli qətnaməsi ilə İddiaçı “X3” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə” iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada 500 000 (beş yüz min) manat əsas borc, 146 270,51 (yüz qırx altı min iki yüz yetmiş manat əlli bir) manat faiz borcu və 1000 (min) manat cərimə borcu, cəmi 647 270,51 (altı yüz qırx yeddi min iki yüz yetmiş manat əlli bir qəpik) manat məbləğində pul, 35,50 (otuz beş manat əlli qəpik) manat cavabdehlərə göndərilmiş bildiriş, ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ümumi sahəsi 246.8 kv.m olan 4 otaqlı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34 ünvanında yerləşən 27 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 460 000 (dörd yüz altmış min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ hesabına banka olan borc ödənilməsi və satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlər “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34 ünvanında yerləşən 27 saylı mənzil 1 ay ərzində boşaldılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-165/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(004)-1403/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(004)- 1403/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(004)-1403/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən 10 iyun 2021-ci il tarixdə, təxminən 3 ilə yaxın bir müddətdən sonra apellyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə riayət edilib-edilmədən verildiyini yoxlamadan mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(004)-1403/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(004)- 1403/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar