Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6965/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı “xxxxxxxxxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "İddiaçı” MMC-nin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, iddiaçı “xxxxxxxxxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(004)-5695/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxxxxxxxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "İddiaçı” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(004)- 5695/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İddiaçı "İddiaçı” MMC apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(004)-5695/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "İddiaçı” MMC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2854/20 saylı qərarı ilə iddiaçı “xxxxxxxxxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "İddiaçı” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14709/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərarda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5, 73, 74, 149-152, 417, 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cü il tarixli, A/980 nömrəli kredit müqaviləsinə əsasən bank Aysel Hüseynəliyevaya 24 ay müddətinə, illik 20% olmaqla, 36 ay müddətinə 16705 manat məbləğində kredit vermişdir. "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə "xxxxxxxxxxx” QSC arasında bağlanmış "Tələb hüququnun güzəşt edilməsinə dair” müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ "xxxxxxxxxxx” QSC-yə keçmiş, xx.xx.2018-ci tarixdə hazırkı iş üzrə cavabdehə aid sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmişdir. Hazırkı iş üzrə Agentliyin təsisçisi “xxxxxxxxxxx” QSC-dir və Agentliyin nizamnaməsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən “xxxxxxxxxxx” QSC-yə keçmiş aktivlərin idarə olunmasına iştirak etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə “xxxxxxxxxxx” QSC-nin nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında “xxxxxxxxxxx” QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi akt yoxdur. Prosessual qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi “xxxxxxxxxxx” QSC-ni məhkəmədə təmsil etmək səlahiyyətinə və həmin şəxsə məxsus hüquqları tələb etmək hüququna malik olmayan Agentliyin adından qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməyərk birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayaraq prosessual hüquq normalarının yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X4 şikayəti qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iş üzrə Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 9, 14, 69, 73, 74, 149-152, 259-cu maddələrinə əsasən müəyyən etmişdir ki, iddiaçı "İddiaçı” MMC-nin icraçı direktoru S.Bəkirov imzalamış, lakin sonuncunun mülki prosesdə təmsilçilik səlahiyyətləri mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. Belə ki, prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə “xxxxxxxxxxx” QSC-nin nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında “xxxxxxxxxxx” QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi akt yoxdur. Qeyd edilməlidir ki, QSC-nin adından müvafiq etibarnamələr imzalamaq səlahiyyətini təsdiq edən sənəd (sübut) təqdim etmədən, (kassasiya instansiya icraatı zamanı MMC-yə verilən) etibarnamə vermiş, qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslərin, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxsin işçilərinin və ya vəkillərin təmsil olunmaq səlahiyyətlərinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Prosessual cəhətdən kassasiya instansiya məhkəməsi tərəfindən iddia üzrə iddiaçının subyektiv səlahiyyətlərinin olmaması əsası ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam ləğv edildiyindən, habelə kassasiya instansiya məhkəməsinin qərarı üzrə nəticəyə dair (apellyasiyanın təkrar baxışında) tərəflərin fərqli prosessual mülahizələri (sübutlar) təqdim edilmədiyindən, MPM-n 149.1, 149.2.2, 192.2.3, 149.4, 150.0.5, 151.1, 152.1.1, 152.1.2, 259.0.12-ci maddələrinin tələblərinə müvafiq iddia ərizəsinin baxılmamış saxlanılmasını kollegiya qanuni və yuxarı instansiya məhkəməsinin göstərişlərinə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və MPM-in 107-125, 149-152, 259, 260, 384, 385, 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı xxxxxxxxxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "İddiaçı” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(004)-5695/2019 saylı qətnaməsi ləğv edilsin. İlk iddia üzrə iddiaçı “xxxxxxxxxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "İddiaçı” MMC-nin iddiaçı “xxxxxxxxxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6965/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6965/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver