Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6965/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X3 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. İş üzrə Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonradan qarşılıqlı iddia üzrə cavabdeh X2 da həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh X1 apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər prosessual hüquq normalarına uyğun verilmədiyindən geri qaytarılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə S.Süleymanovun xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər eyni əsasla geri qaytarılmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixli qərardad ləğv edilmiş, xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinə əsasən apellyasiya şikayəti Bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi bu Məcəllə ilə müəyyən olunmuş formada (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununa edilmiş «Apellyasiya şikayətinin forması» başlıqlı əlavə 2-də müəyyən edilmiş) həyata keçirilməlidir. Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya hesab edir ki, apellyasiya şikayəti yuxarıda qeyd olunan prosessual hüquq normalarına uyğun verilmədiyindən, birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6965/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6965/2024
23.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver