Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6966/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X7 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 QSC, Cavabdeh2 və X11 qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2979/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 QSC, Cavabdeh2 və X11 qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27R000004592 saylı və xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmaları üzrə Cavabdeh2 öhdəliyinin təmin olunması üçün cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X16 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinin ipoteka qoyulmasına dair ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 QSC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd edilən ipoteka müqaviləsinə artıq Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qiymət verildiyini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığını qeyd etmişdir . Xəzər Rayon Məhkəməsinin e-2(003)-2979/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Emin Rüstəmov) İddiaçı Cavabdeh1 QSC, Cavabdeh2 və X11 qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair 2(003)-2979/2023 saylı mülki iş üzrə icraata xitam verilməsi, məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manatın (xx.xx.2023-cü il tarixli ********** № mədaxil qəbzi) İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi əqdlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadına əsasən hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, iş üzrə icraata xitam verilməlidir Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi əsasa görə, iddia tələbi ipoteka müqaviləsinin etibarsızlığının tələb olunması ilə bağlıdır, daha əvvəl baxılmış işdə müqavilənin etibarlılığı yoxlanıldığı üçün artıq həmin müqavilənin etibarlı olub olmadığı mübahisəlindirilə bilməz. Bu qəbuledilməzdir. Belə ki, qərardadda deyilir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan RespublikasıMülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, muəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Halhazırda mübahisə predmeti olan ipoteka müqaviləsi, onun bağlanmasına əsas olmuş kredit müqavilələrinin etibarlılığı daha əvvəl məhkəmə qətnaməsi qəbul edilən zaman məhkəmə tərəfindən yoxlanılmışdır. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır”. Məhkəmənin bu yanaşması yanlışdır. Belə ki, iddia tələbi ipoteka müqaviləsinin etibarsız sayılması tələbi olmayıb ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi ilə bağlıdır. İddia ərizəsində deyilir ki, “.... Hazırda Cavabdeh2 borcunun qalmadığı bildirir. Lakin Banka buna dair heç bir sənəd təqdim etmir. Cavabdeh2 borcunun qalıb-qalmadığı müəyyən edilərək ipoteka ilə yüklü edilmiş qeyd edilən daşınmazın ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi məsələsinə baxılmalıdır. Bundan başqa qeyd edildiyi kimi cavabdeh "xxxx" ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27R000004592 saylı kredit razılaşması (həm də ödəniş planına) və xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasına (həm də ödəniş planına) xx.xx.2016-cı il tarixində ipoteka qoyan – X9 və İddiaçı məlumatı və razılığı olmadan dəyişikliklər edilmiş və onların hüquqi vəziyyəti ağırlaşdırılmışdır. Cavabdeh bankın bu hərəkəti qanunsuz olduğu üçün həmin ipoteka müqaviləsinə və ipotekaya xitam verilməlidir”. Buradan göründüyü kimi, məhkəmə yanlışlıqla iddia tələbinin ipoteka müqaviləsinin etibarsız sayılması olduğunu hesab edərək qanunverciliyin maddi və prosessual normalarını pozmuşdur. Amma iddia ərizəsindən açıq aydın görünür ki, İddiaçı öhdəliyin təmin edilmiş borclunun borcu qalmadığı, kredit müqaviləsində onun xəbəri razılığı olmadan dəyişikliklər edildiyi, onun hüquqi vəziyyətinin ağırlaşdırıldığı əsasları ilə ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsini tələb edir. İddiaçı cavabdeh Banka qarşı heç vaxt ipoteka müqavilənə və ipotekaya xitam verilmə iddia ərizəsi olmayıb. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir” tələbini burada tətbiq etmək mümkün deyil. Lakin məhkəmə həmin normanı tətbiq edərək iş üzrə icraata xitam verib. Bu durum Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin pozulması deməkdir. İddiaçı cavabdeh Banka qarşı heç vaxt ipoteka müqavilənə və ipotekaya xitam verilmə iddia ərizəsi olmadığı kimi, qanuni qüvvəyə minmiş qətnamə də yoxdur. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir” tələbini tətbiq etmək mümkün deyil. Lakin məhkəmə həmin normanı tətbiq edərək iş üzrə icraata xitam verib. Bu durum Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin pozulması deməkdir. Göründüyü kimi, iddiaçı Miriyev Məhəmmədlinin “ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi” iddia tələbi üzrə iddia ərizəsi ilə başlanmış mülki işə baxışın davam etdirilməsi zəruridir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və mülki işə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-570/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilməklə cavabdehlər Cavabdeh2, X2, X4, X12, X8 və İddiaçı müştərək qaydada 27R000004592 saylı kredit razılaşması üzrə 152.608,93 ABŞ dolları əsas borc, 45.206,05 ABŞ dolları faiz borcu, 1.500 ABŞ dolları cərimə olmaqla, cəmi 199.314,98 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə 12.318,07 ABŞ dolları əsas borc, 7.278,90 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 19.796,97 ABŞ dolları, ümumilikdə 219.111,95 ABŞ dolları (ödəniş günü, ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, tutma ilkin satış qiyməti 100.000 manat müəyyən edilməklə X3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 62.000 manat müəyyən edilməklə X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilinə yönəldilərək, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2, X2, X4, X12, X8 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra X1 rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evindən və X13 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilindən çıxarılması və ipoteka predmetlərinin boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-180/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2020-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5953/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-180/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırki iş üzrə qeyd olunduğu kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” qərardadını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər Cavabdeh2, X2, X4, X12, X8 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə baxarkən onlar arasında bağlanmış ipoteka müqaviləsinin etibarlılığı həmin işə baxan məhkəmə tərəfindən yoxlanılmışdır və bu səbəbdən eyni ipoteka müqaviləsinin etibarlılığının yenidən araşdırılmasına yol verilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvəla hazırki iddia ərizəsi üzrə tələb - “ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi” tələbidir və tələbin əsasını təşkil edən dəlillərdən biri “Cavabdeh2 borcunun qalmamasıdır”. Qeyd olunan tələb və əsas üzrə isə iş üzrə icraata “mübahisələndirilən əqdlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının mövcuddur” əsası ilə xitam verilməsi qəbuledilməzdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının sözügedən qərardadını tətbiq etməsinə baxmayaraq, həmin qərardadın 54-56-cı bəndlərini nəzərdən qaçırmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” qərardadının həmin bəndlərində göstərilir ki, “əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.” Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verən Azərbaycan Respublikası MPMnin 261.0.2-ci maddəsini düzgün tətbiq etməmişdir və onun nəticəsini düzgün və qanuni nəticə hesab etmək olmaz. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2979/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki işə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6966/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6966/2023
15.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver