Məhkəmə qərarları › İş №2(103)-6967/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6967/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6967/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1391/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı – cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişikliklər edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqaviləninəvvəlində göstərilən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegıyasının xx.xx.2014cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı” sözündən sonra, “Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə memar İ.Ağayev tərəfindən tərtib olunan plan-sxemə; Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin X1 2- 1inz(103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-452\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı”- sözlərinin əlavə edilməklə; 1.1-ci bəndində göstərilən, “911 (doqquz yüz on bir)” sozünün “871 (səkkiz yüz yetmiş bir)” sözü ilə; 7.4-cü bəndində göstərilən- “537 (beş yüz otuz yeddi) manat 49 qəpik” sozünün “513 (beş yüz on üç) manat 89 qəpik” sözünədəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1391/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, "Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı" sözündən sonra, "Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “Kəngərli" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Koİlegiyasının 2-1inz (103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(102)- 452\2024 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilmiş, müqavilənin 1.1-ci bəndində göstərilən, "911 (doqquz yüz on bir)" sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü "513 (beş yüz on uç) manat 89 qəpik" sözü ilə dəyişdirilmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunduğundan maraqlı şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(009)-1391/2022 saylı qərardadı ilə İddiaçı – cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişikliklər edilməsi” tələbinə dair mülki iş üzrə Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi tanınması qərara alınmışdır. Daha sonra İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-1391/2022 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunması və Maraqlı şəxs ərizəsinin təmin edilməməsi, şikayətinin təmin edilmədiyi, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyi halda, AR MPM-nin 397.2-ci maddəsinə əsasən, şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin e-2(009)-1391/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(009)-1391/2022 saylı qərardadından verilən şikayət qeyri-mümkün hesab edilməklə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək Səbail Rayon Məhkəməsinin e-2(009)- 1391/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Məhkəmə, işin göstərilən halına hüquqi müəyyənlik gətirmək əvəzinə, əksinə olaraq, qanunsuz və əsassız olaraq verilən şikayəti qeyri-mümkün hesab etməklə geri qaytarılması qərarına gəlmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Səbail Rayon Məhkəməsinin e-2(009)- 1391/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi İddiaçı Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2025ci il tarixli, 2(009)-1391/2022 saylı qərardadından verilən şikayətini geri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, həmin qərardaddan şikayət verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Kollegiya hesab edir ki, məhkəmə öz mövqeyini əsaslandırarkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, bu da düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, məhkəmə tərəfindən İddiaçı Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2025ci il tarixli, 2(009)-1391/2022 saylı qərardadından şikayətinin mülki prosesssual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılarkən MPM-in 364.2-ci maddəsi nəzərə alınmamışdır. Həmin maddədə göstərilir ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Normanın məzmunundan göründüyü kimi qanunvericilik qətnamənin hüquq və vəzifələrə toxunub-toxunmadığı məsələsinin həllinə dair qəbul edilən istənilən qərardadı mübahisələndirmək imkanı tanımışdır. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, məhkəmə Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(009)-1391/2022 saylı qərardadından İddiaçı şikayətinə baxmadan onu geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmamışdır, ona görə də şikayət təmin edilməli, qərardad ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddasinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1391/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli 2(009)-1391/2022 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayət üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar