Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6971/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Respublika X5” X10 və Cavabdeh2nə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6971/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Nümayəndə2, Cavabdeh2n nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər “Respublika X5” X10 və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4948/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 18 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Respublika X5” X3rşı “müqaviləyə xitam verilməsi, əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025- ci il tarixdə müraciət edərək, “Respublika X5” X9in xx.xx.2017-ci il tarixli, №151-K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi, mediasiyaya ödənilmiş 60 manat xərcin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini həkim-pediatr ixtisası üzrə bitirmişdir. Belə ki, 8 may 2014-cü il tarixdə X4 Xəstəxanası ilə əmək müqaviləsi bağlayaraq, Təşkilatimetodik Şöbənin səyyar bölməsinin həkim-pediatr vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmış və həmin müqaviləyə əsasən ona hər ay ştat cədvəlinə uyğun olaraq 149 manat əmək haqqının ödənilməsi qeyd edilmişdir. Bildirmişdir ki, 2017-ci ilin 21 fevral tarixindən 26 may 2017-ci il tarixədək Respublika X5nın xx.xx.2017-ci il tarixli, №23- K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamışdır. 2025-ci ilin iyul ayında Azərbaycana qayıtdıqdan sonra əmək kitabçasını və digər sənədləri almaq üçün iş yerinə müraciət etmişdir. Müraciət etdikdən sonra yalnız əmək kitabçası xx.xx.2025-ci il tarixində işəgötürən tərəfindən ona təqdim edildi. Bu zaman məlum olmuşdur ki, işəgötürənə bu barədə əvvəlcədən məlumat verməməyi səbəbindən əmək intizamı pozulmuş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Lakin ona bu barədə əmr və ya heç bir rəsmi xəbərdarlıq təqdim edilməmişdir. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq onun tərəfindən xx.xx.2025-ci il tarixində Respublika X5na mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsə də, lakin bu təklifə dair münasibət bildirilməmişdir. Daha sonra cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Nəticədə 16 saylı Mediasiya Təşkilatı tərəfindən ona xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-01042 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Respublika X5 tərəfindən verilmiş xx.xx.2017- ci il tarixli, 151-K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassızdır: 1 . Əmrin məzmunu sadə formada qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal göstərilməmiş, əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamışdır. Qeyd edildiyi kimi, tutduğu vəzifədən konkret hansı əsasla azad edilməsi əsaslandırılmamış, eləcə də əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması, yazılı əmək müqaviləsində hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə əsas olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrin məzmunundan göründüyü kimi, konkret hansı intizam xətasının törədildiyi qeyd edilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində qeyd edildiyi kimi, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi özlüyündə intizam tənbehidir. Bu intizam tənbehinə səbəb olmuş intizam xətası əmrdə qeyd edilməlidir. Lakin ondan hər hansı bir izahat alınmamış, ümumiyyətlə hansı intizam xətasına yol verdiyi barədə ona heç bir məlumat verilməmişdir. Onu da qeyd etmişdir ki, işlədiyi müddət ərzində işinə məsuliyyətli yanaşmış, üzərinə götürdüyü vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, heç bir pozuntuya və səhlənkarlığa yol verməmiş, bu səbəbdən barəsində hər hansı inzibati təhbeh tətbiq edilməmişdir. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Həmkarlar ittifaqı tərəfindən iclas keçirilməmiş, keçirilibsə belə, həmin iclasa dəvət edilməmiş və iclasda iştirak etməmişdir. Beləliklə, qeyd olunan səbəblərdən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq xx.xx.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə qanunsuz və əsassız formada xitam verilmiş, bu barədə ona məlumat verilməmiş, işdən azad olunma əmri və əmək kitabçası təqdim olunmamış, eleçə də son haqq-hesab aparılaraq ödənişlər edilməmişdir. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı iddiaçıya ödənilməlidir.
3. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Cavabdeh2n ikinci cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4948/2025 saylı, xx.xx.2025-ci il tarixli protokolu ilə Cavabdeh2 X11 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Cavabdeh2 X11 xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Respublika X5nın Baş həkiminin xx.xx.2017-ci il tarixli 151-k nömrəli əmri ilə işlədiyi Respublika X5nda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi əsas gətirilərək əmək müqaviləsinə xitam verilməsini və tutduğu vəzifədən azad edilməsini göstərmişdir. O, həmin əmrin qanunsuz və əsassız olduğunu göstərərək qeyd olunan əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və mediasiyaya ödənilmiş 60 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli əmrlə xitam verilmişdir. Deməli, iddiaçı hüququnun pozulduğunu məhz həmin tarixdən bilmişdir. Həm də o, 2025-ci ilin iyul ayında Azərbaycana qayıtmış və həmin vaxt da əmək kitabçasını əvvəllər işlədiyi xəstəxanadan götürmüşdür. Lakin iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci ildə müraciət etmişdir. Bu isə qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin aydın şəkildə ötürülməsi deməkdir. Həm də iddia ərizəsindən də göründüyü kimi, İddiaçı 2017-ci ilin 21 fevral tarixindən 26 may 2017ci il tarixədək Respublika X5nın 20 fevral 2017-ci il tarixli, 23-K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamış və nəticədə işə qayıtmamışdır. 9 ilə yaxın xarici ölkədə yaşaması və işləməsi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və bü müddətdə onun bunlardan xəbərsiz olması mümkünsüzdür. Beləliklə, iddiaçı qanuni 1 aylıq müddəti ötürdüyündən və bu müddətin bərpası üçün heç bir əsas göstərmədiyindən, onun iddiasının təmin olunması mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən, belə halda məhkəmə yalnız iddianın rədd olunması barədə qərar qəbul etməlidir. Göstərilənlərə əsasən iddia müddəti keçdiyi və iddia tələbi qanunsuz və əsassız olduğuna görə İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmçinin, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Cavabdeh2 X11 xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Respublika X5nın Baş həkiminin xx.xx.2017-ci il tarixli 151-k nömrəli əmri ilə işlədiyi Respublika X5nda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi əsas gətirilərək əmək müqaviləsinə xitam verilməsini və tutduğu vəzifədən azad edilməsini göstərmişdir. O, həmin əmrin qanunsuz və əsassız olduğunu göstərərək qeyd olunan əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və mediasiyaya ödənilmiş 60 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi İddiaçı 2017-ci ilin 21 fevral tarixindən 26 may 2017-ci il tarixədək Respublika X5nın 20 fevral 2017-ci il tarixli, 23-K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamış və nəticədə işə qayıtmamışdır. İddiaçılə Respublika X5 arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xxxxxxx0001X0 nömrəsi ilə xx.xx.2017-ci il tarixində sistemə daxil edilmişdir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat xxxxxxx0001X0 nömrəsi ilə xx.xx.2017-ci il tarixində sistemə daxil edilmişdir. Bundan başqa, İddiaçılə Respublika X5 arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə müvafiq əmr imzalanmamışdan əvvəl həm də xəstəxana rəhbərliyi tərəfindən dəfələrlə telefon vasitəsilə onunla əlaqə saxlanılmaq istənilsə də, o, ölkə hüdudlarından kənarda olduğundan onunla bu əlaqəni qurmaq mümkün olmamış, habelə yaşadığı və qeydiyyatda olduğu ünvana bildirişlər göndərilsə də, həmin ünvanda heç kim yaşamadığından cavabsız qalmışdır. İddia ərizəsindən də göründüyü kimi o, yalnız 2025ci ilin iyul ayında Azərbaycana qayıtmışdır. Bundan başqa, iddia ərizəsində göstərilənlərdən fərqli olaraq, İddiaçılə əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi barədə müvafiq əmrin imzalanmasına əsas onun ərizəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) olmuşdur. Məhz həmin əmr imzalanarkən onun ölkə hüdudlarından kənarda olması, orada uzun müddət (təxminən 8 il) yaşaması və işləməsi, habelə öz hesabına 3 ay əmək məzuniyyəti götürdəkdən sonra iş yerinə qayıtmaması birmənalı olaraq onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini ehtiva edir. Onun ölkədə olmadığı və xarici ölkədə yaşadığı halda ondan qeyd olunanlarla bağlı izahatın alınması mümkünsüz olmuşdur. Bundan başqa, İddiaçı iddia ərizəsində əsassız olaraq “Respublika X5” PHŞ-i cavabdeh hüquqi şəxs kimi qeyd etmişdir. Belə ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in 05 aprel 2024-cü il tarixli 18-1/3- 1-530/2024 nömrəli əmri ilə Cavabdeh2 PHŞ-in struktur və ştat cədvəli təsdiq edilmiş və işçilərin əmək münasibətləri həmin əmrə əsasən tənzimlənməklə Respublika X5 “Respublika Klinik Xəstəxanası” PHŞin strukturundan Mərkəzə verilmişdir. Bundan başqa, İddiaçı iddiasının təmin edilməməsi üçün əsas hüquqi səbəblərdən biri də iddia müddətinin ötürülməsidir. Hazırkı iş üzrə əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli əmrlə xitam verilmişdir. Deməli, iddiaçı hüququnun pozulduğunu məhz həmin tarixdə bilmişdir. Həm də o, 2025-ci ilin iyul ayında Azərbaycana qayıtmış və həmin vaxt da əmək kitabçasını əvvəllər işlədiyi xəstəxanadan götürmüşdür. Lakin iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci ildə müraciət etmişdir. Bu isə qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin aydın şəkildə ötürülməsi deməkdir. Əmək Məcəlləsinin 296.6-cı maddəsinə görə, bu müddət yalnız üzürlü səbəblərə görə ötürülərsə, bərpa edilə bilər. Məsələn, iddiaçının xəstələnməsi, ezamiyyətdə və ya məzuniyyətdə olması, yaxın qohumunun vəfatı və digər obyektiv hallar mövcud olmalıdır. İddiaçı tərəfindən isə belə bir üzürlü səbəb təqdim edilməmiş və sübut olunmamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsi də bu məsələyə aydınlıq gətirir. Həmin maddəyə əsasən, məhkəmə iddia müddətini yalnız tərəflərdən birinin ərizəsi əsasında tətbiq edə bilər. Əgər tərəf iddia müddətinin keçdiyini bildirərsə, bu, məhkəmənin iddianı rədd etməsi üçün əsasdır. Hazırkı işdə cavabdeh – Cavabdeh2 – birinci instansiya məhkəməsində iddia müddətinin ötürülməsi ilə bağlı vəsatət təqdim etmişdir. Buna görə də məhkəmə iddianı müddət ötürülməsinə görə rədd etməli idi. Beləliklə, iddiaçı qanuni 1 aylıq müddəti ötürdüyündən və bu müddətin bərpası üçün heç bir əsas göstərmədiyindən, onun iddiasının təmin olunması mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən, belə halda məhkəmə yalnız iddianın rədd olunması barədə qərar qəbul etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən qanunsuz və əsassız olduğuna görə İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı xx.xx.2025-ci il tarixdə etiraza cavab ərizəsi məhkəməyə təqdim edərək bildirmişdir ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş etiraz ərizəsində göstərilən arqumentlərlə razı deyil və aşağıda göstərilən hüquqi və faktiki əsaslara görə həmin etirazların əsassız hesab edilməsini xahiş edir: 1. İddia müddətinin bərpası üçün üzürlü və əsaslı səbəblər 2017-ci ildə o, ailə həyatında yaranmış ağır şəxsi vəziyyət və iş yerində mövcud olan dözülməz əmək şəraiti səbəbindən ölkəni tərk etmişdir. Həmin dövrdə əmək şəraiti aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunurdu: aylıq əmək haqqısı cəmi təxminən 149-169 manat idi; əmək funksiyası “səyyar həkim-pediatr” olsa da, faktiki olaraq stasionar bölmədə gecə və həftəsonu növbələrində işləməyə məcbur edilirdi; əmək haqqı hesablaması və əlavə ödənişlər barədə rəsmi məlumat təqdim edilmirdi. Bütün bu hallar psixoloji və fiziki cəhətdən dözülməz iş şəraiti yaratmış, işdən ayrılmağını könüllü deyil, məcburi etmişdir. 2. 2025-ci ildə ölkəyə qayıdış və iddianın gecikmə səbəbi: 2025-ci ilin 31 may tarixində keçmiş həyat yoldaşı vəfat etmiş, iki azyaşlı övladı (12 və 13 yaşlı) onun tam himayəsində qalmışdır. O, iyun ayında Azərbaycana qayıtmış, əmək kitabçasını və xx.xx.2017-ci il tarixli əmr №151-K-nin surətini yalnız 2025-ci ilin iyul ayında əldə etmişdir. Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən, bu hallar iddia müddətinin bərpası üçün üzürlü səbəblər sayılır. 3. Əmr №151-K-nin hüquqi əsası və məzmunundakı ziddiyyətlər: xx.xx.2017-ci il tarixli №151-K nömrəli əmrdə eyni vaxtda iki ziddiyyətli əsas göstərilmişdir: “ərizə əsasında işdən çıxma”, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi — “əmək funksiyasını yerinə yetirməmək”. Bu iki əsas bir-birini istisna edir. Əgər o, ərizə ilə işdən çıxıbsa, 70-ci maddə tətbiq edilə bilməz; əgər 70-ci maddə tətbiq edilibsə, o zaman işəgötürən tərəfindən izahat tələb edilməli, akt tərtib olunmalı, həmkarlar ittifaqının rəyi alınmalı idi. Cavabdeh bu prosedurların heç birini həyata keçirməmişdir. Beləliklə, əmr həm məzmun, həm də formaca qanunsuz hesab edilməlidir. 4. Əmək şəraitinin pozulması: 2014–2017-ci illər ərzində əmək şəraiti əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır: faktiki gecə, bayram və əlavə növbələrə görə ödəniş edilməmişdir; iş saatları normadan artıq olmuşdur; əmək haqqı faktiki minimum yaşayış həddindən aşağı idi; “səyyar həkim” funksiyasına baxmayaraq, faktiki olaraq stasionar həkim vəzifəsini icra etmişdir. Bu hallar əmək hüquqlarının sistematik pozulması deməkdir. 5. Sosial vəziyyət və ailə məsuliyyəti: hazırda o, iki azyaşlı uşağın yeganə himayəçisidir. Əmək kitabçasında “əmək funksiyasını yerinə yetirməmək” əsasında xitamın qalması onun işə qəbul imkanlarını məhdudlaşdırır, uşaqlarının sosial təminatına və maddi rifahına zərbə vurur. Bu səbəbdən əmrin ləğv edilməsi və onun işə bərpa olunmağı həm qanuni, həm də insani baxımdan ədalətli qərar olacaqdır. 6. Qanunsuz işdən azad edilməyə görə kompensasiya tələbi əgər məhkəmə xx.xx.2017-ci il tarixli №151-K nömrəli əmrin qanunsuz olduğunu müəyyən edərsə, Əmək Məcəlləsinin 295.1 və 296.2-ci maddələrinə əsasən aşağıdakı kompensasiyaların cavabdehdən tutulmasını xahiş edir: 1 İşə bərpa olunana qədərki məcburi işburaxma dövrünə görə — ən azı bir illik orta əmək haqqı miqdarında kompensasiya; 2 Qanunsuz işdən azad edilmə nəticəsində dəyən mənəvi və sosial zərərə görə əlavə mənəvi kompensasiya. 7. Əgər əvvəlki vəzifə və ya şöbə ləğv edilibsə: əgər “Səyyar tibbi yardım şöbəsi” və ya onun əvvəlki ştat vahidi ləğv edilmişdirsə, Əmək Məcəlləsinin 79-cu maddəsinə uyğun olaraq, onun ixtisasına, peşə hazırlığına və əvvəlki əmək funksiyasına uyğun eyni səviyyəli həkim-pediatr vəzifəsində işlə təmin edilməyi barədə qərar qəbul edilməsini xahiş edir. 8. İddia müddəti ilə bağlı cavabdehin arqumentlərinin əsassızlığı: cavabdeh tərəf etiraz ərizəsində göstərmişdir ki, guya o, məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmiş və bu, Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan 1 aylıq müddətin ötürülməsi deməkdir. Bu arqument faktiki məlumatlara və qanunun mahiyyətinə ziddir. Birincisi — faktiki yanlışlıq: o, məhkəməyə xx.xx.2025 tarixində deyil, ondan əvvəl — avqust ayının sonunda müraciət etmişdir. İşin eməhkəmə portalında qeydiyyata alınma tarixi və iddia ərizəsinin qəbul tarixi arasında texniki fərq ola bilər, lakin bu, hüquqi baxımdan iddia müddətinin ötürülməsi kimi qiymətləndirilə bilməz. Əsas meyar — iddia ərizəsinin faktiki təqdim edildiyi tarixdir, bu da 1 aylıq müddət çərçivəsində baş vermişdir. İkincisi — hüquqi baxımdan: Əmək Məcəlləsinin 296.3 və 296.6-cı maddələrinin birgə təfsirinə əsasən, iddia müddəti işçi əmrin mövcudluğunu və hüququnun pozulduğunu faktiki öyrəndiyi gündən hesablanır. O, xx.xx.2017-ci ildə işdən azad edilmiş, lakin həmin əmrdən heç bir formada məlumatlandırılmamışdır. Nəticə olaraq, cavabdehin etiraz ərizəsinin əsassız sayılaraq rədd edilməsini; iddia müddətinin Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən bərpa edilməsini; xx.xx.2017-ci il tarixli №151-K nömrəli əmrin qanunsuz hesab edilməsini; əgər şöbə saxlanılırsa — əvvəlki vəzifəsinə, əgər ləğv edilibsə — ixtisasına uyğun bərabər səviyyəli həkim-pediatr vəzifəsinə bərpa olunmağını; Əmək Məcəlləsinin 295.1 və 296.2-ci maddələrinə əsasən bir illik orta əmək haqqı miqdarında kompensasiya, mənəvi zərərə görə əlavə ödənişin cavabdehdən tutulmasının təmin edilməsini xahiş etmişdir.
7. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh “Respublika X5” X9in xx.xx.2017-ci il tarixli, №151-K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, Respublika Uşaq Klinik Xəstaxanasının Təşkilati-metodik Şöbənin səyyar bölməsinin həkim-pediatr vəzifəsinə (tutduğu əvvəlki vəzifəyə), əgər sözügedən şöbə ləğv edilibsə, ixtisasına uyğun bərabər səviyyəli həkim-pediatr vəzifəsinə bərpa edilməyini, işdən çıxarıldığı vaxtdan qətnamənin icra edilənədək həmin zaman üçün ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi, ödənilməmiş son haqq-hesab pulunun, dəymiş mənəvi ziyana görə 30000 manat pulun, mediasiyaya ödənilmiş 60 manat xərcin və 150 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4948/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 83cü maddəsinin 1-ci hissəsinə, 296.6-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsi, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. 12.. İddiaçı işin apellyasiya icraatı zamanı apellyasiya şikayətinə əlavə təqdim etmişdir.
13. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, işəgötürən iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verməzdən əvvəl ilk növbədə həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli idi. Lakin iş materiallarında nə belə bir təqdimat, nə də təqdimata əlavə edilməli olan 2017ci il üzrə əsaslandırıcı sənədlər mövcud deyildir.Bundan başqa, həmkarlar ittifaqı təşkilatı təqdimat daxil olduqdan sonra qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində işəgötürənə əsaslandırılmış yazılı qərar təqdim etməli olduğu halda, iş materiallarında belə bir qərar da yoxdur. İş materiallarında yalnız iddiaçının işdən azad edildiyi günə tərtib olunmuş iclas protokolu mövcuddur ki, bu da qanunun tələblərinə ziddir. Belə ki, həmkarlar ittifaqının iclası və müvafiq qərarı iddiaçının işdən azad edilməsindən əvvəl keçirilməli və qəbul edilməli idi. Beləliklə, işdən aydın görünür ki, işəgötürən: həmkarlar ittifaqına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməmiş, həmkarlar ittifaqının iclasını işçinin işdən azad edilməsindən əvvəl deyil, elə həmin gün keçirmiş,qanunla tələb olunan əsaslandırılmış yazılı qərarı almadan iddiaçını işdən azad etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş həmkarlar ittifaqının iclas protokolu “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə də uyğun deyildir. Belə ki, Təlimatın 9-cu bəndinə əsasən, sənəd dövriyyəsi böyük olan təşkilatlarda ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilməli və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s.) göstərilməlidir. Həmkarlar ittifaqı tərəfindən təqdim edilmiş protokol: mətbəə üsulu ilə tərtib olunmamış, müvafiq sənəd blankında hazırlanmamış, sənəd növünün adı mətbəə üsulu ilə göstərilməmiş, ümumiyyətlə əlyazma üsulu ilə tərtib edilmişdir. Bundan başqa, qeyd olunan Təlimata əsasən protokol və qərar ayrı-ayrı sənəd növləridir. Qərarların müvafiq qeydiyyat kitabında qeydiyyata alınması imperativ xarakter daşıyır. Lakin cavabdeh tərəfindən nə həmkarlar ittifaqının qərarı, nə də həmin qərarın qeydiyyata alındığını təsdiq edən müvafiq qeydiyyat kitabı məhkəməyə təqdim edilməmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara lazımi hüquqi qiymət verməmişdir. Nəticədə iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə təmin olunan ədalətli məhkəmə araşdırması hüququ və məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı Cavabdeh2n yazılı etirazı daxil olmuşdur.
c) Proses iştirakçılarının izahatı
15. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya baxışı zamanı Cavabdeh2n nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və hər hansı bir üzrlü səbəb göstərmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi (əmək müqaviləsinə xitam verildiyi vaxt qüvvədə olan redaksiyada)
18. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
19. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
20. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
21. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan yeni redaksiyası)
22. Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
23. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
24. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.
25. Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur.
26. Maddə 29.1. Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər.
27. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir
28. Maddə 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.
29. Maddə 29.7. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir.
30. Maddə 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir.
31. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
36. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
37. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
40. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə ilk növbədə tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
42. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmadan birbaşa iddianın əsaslılığına mahiyyəti üzrə qiymət verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
43. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
44. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır.
45. Hazırki iş üzrə isə Cavabdeh2 PHŞ tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, birinci instansiya məhkəməsi isə ilk növbədə iddianın əsassız olduğunu qeyd edərək daha sonra iddia müddətinin ötürüldüyünü bildirmişdir. Halbuki ilk növbədə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməli idi və əgər müddətin üzrsüz səbəbə görə ötürüldüyü təsbit edilərsə, iddianın mahiyyəti üzrə əsaslı olub-olmamasının hər hansı əhəmiyyəti qalmır.
46. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu?
47. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika X5” X9 169 saylı, xx.xx.2014-cü il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən əmək müqaviləsi əsasında Səyyar Tibbi yardım bölməsində həkim-pediatr vəzifəsinə 1.0 ştat vahidi qəbul edilmişdir. Əsas: İddiaçı ərizəsi, əmək müqaviləsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, 5-59/M-61/2 saylı göndərişi.
48. Ödənişsiz məzuniyyətin verilməsi barədə 23-K saylı, xx.xx.2017- ci il tarixli əmrə əsasən Səyyar tibbi yardım şöbəsinin həkim pediatrı İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. xx.xx.2017-ci il tarixdə işdə sayılması əmr edilmişdir.
49. Uçuş biletinin surətinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə Bakı şəhərindən Boston şəhərinə uçmuşdur.
50. İddiaçı vəzifədən azad etmə barədə 151-K saylı, xx.xx.2017-ci il tarixli əmrinə əsasən Respublika X5nın Səyyar tibbi yardım şöbəsinin həkim pediatrı İddiaçı ilə bağlanmış 335 nömrəli əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilmiş, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. Əsas: İddiaçı ərizəsi.
51. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 151-K saylı, xx.xx.2017-ci il tarixli əmrlə xitam verilmişdir.
52. İşin mübahisəsiz halına görə iddiaçı 2017-ci ilin fevral ayında ölkəni tərk etmiş və həmin vaxtdan 2025-ci ilin iyun ayına qədər Azərbaycanda yaşamamışdır.
53. Məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
54. Belə ki, iddiaçının son olaraq özünün ödənişsiz məzuniyyət barədə ərizəsindən də görünür ki, iddiaçı 27 may 2017-ci il tarixdə işdə olmalı olduğunu bildiyi halda, ölkəni tərk etmiş və 8 il sonra ölkəyə qayıtmışdır. Kollegiya hesab edir ki, iddiaçının bu şəkildə davranışının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnəcəyini ehtimal etməməsi mümkünsüzdür. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2017-ci il tarixli əmrlə xitam verilmiş, hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət, 8 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
56. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan yeni redaksiyası) 3.2-ci maddəsinə əsasən kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
57. Həmin qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
58. Həmin qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 22ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.
59. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya sessiyasında iştirakları şərtdir. Buna görə də hazırki iş üzrə iddiaçı ilk öncə mediasiyaya müraciət etməli olmuşlar.
60. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına ərizə ilə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etmişdir.
61. Göründüyü kimi İddiaçı hüququnun pozulduğunu xeyli müddət əvvəl bilməsinə və bunun müdafiəsi ilə bağlı 1 aylıq iddia müddətinin olmasına baxmayaraq mediasiya sessiyasında iştirakı yalnız xx.xx.2025-ci il tarixdə baş tutmuş, artıq iddia müddətini hələ mediasiya prosesinin ilk mərhələsinədək ötürmüşdür. Artıq bundan sonra məhkəməyə nə zaman müraciət edilməsinin müəyyənləşdirilməsinin iddianın həllinin ona münasibətdə nəticəsinə hər hansı dəyişikliyi olmayacaqdır və elə bu qeyd edilənlər onun iddiasının müddətin ötürülməsini deməyə əsas verir.
62. Bu halda məhkəmə tərəfindən müddətinin ötürülməsinin üzrlü olub-olmaması aydınlaşdırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, nəticədə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır. İddiaçı tərəfindən təqdim edilən səbəblər – ölkədən çıxma, ailə vəziyyəti, psixoloji gərginlik və həyat yoldaşının vəfatı kollegiya tərəfindən üzrlü səbəblər kimi qiymətləndirilməmişdir.
63. Beləliklə, kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməlidir.
64. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi normanın pozuntusuna yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv olunmasına, normanın düzgün tətbiq edilməklə yenidən rədd edilməsinə əsas təşkil edir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4948/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev