Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6974/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Maraqlı şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K. X3 iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubda, xx.xx.2022-ci il tarixli qətnamədən digər tərəfin apellyasiya şikayəti vermiş olduğu bildirilməklə işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən digər tərəfin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6974/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6974/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver