Məhkəmə qərarları › İş №2(103)-6975/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6975/2025

22.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6975/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı Abdurza qızının, iddiaçının nümayəndəsi-vəkili X5 qızının, cavabdeh X3 oğlunun iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 iddiaçının istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 1989-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar və bu evlilikdən üç övladları dünyaya gəlmişdir. Cavabdehlə münasibətiləri 2013-cü ildən tam pozulmuşdur. Cavabdeh 2014-cü ildə yaşadıqları mənzili birdəfəlik tərk etmiş və yeni ailə həyatı qurmuşdur. Hazırda həmin evlilkdən də iki övladı var. 2014-cü ildən bəri cavabdeh bir dəfə olsun onlarla maraqlanmayıb, yaşadıqları evin və ailənin saxlanmasında iştirak etməyib. Qızı ailə həyatı quranda belə ata kimi heç bir mərasimində nə maddi, nə də mənəvi iştirak etməmişdir. Hazırda yaşadıqları ev dövlət tərəfindən ailə kimi yaşamaları üçün *** saylı, ##.##.1994-cü il tarixli orderlə ailə üzvləri ilə birlikdə onlara verilmişdir. Cavabdeh onlarla ailə kimi bir müddət orada yaşamış, lakin yuxarıda qeyd etdiyi kimi, 2014-cü ildən birdəfəlik daimi olaraq həmin mənzili və onları tərk edib getmiş, daimi olaraq özünə başqa təsərrüfat və yaşayış yeri seçmişdir. 2014-cü ilə qədər də iddiaçı hər vaxt işləyib ailənin maddi təminatını qarşılamış, yaşadığı evin kommunal xərclərini ödəmişdir. Cavabdeh 2014-cü ildən çıxıb gedəndən sonra da yaşadığı evin kommunal xərcləri və saxlanması iddiaçı tərəfindən həyata keçirilmişdir. Cavabdeh mübahisəli evi həmişəlik tərk edib getsə də, hələ də formal pasport qeydiyyatında qalmışdır. Bu da onların həmin ev üzrə sahib olduqları bir sıra hüquqlarını həyata keçirməyə ciddi şəkildə maneə törədir. Artıq 10 ildən artıqdır ki, cavabdehin mübahisəli evi daimi tərk edib getməsi, yeni ailə həyatı quraraq yaşaması, həmin evlilikdən iki uşağının olması hazırki işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının üç qızı ilə birlikdə 1994-cü ildən hazıradək mübahisəli mənzildə yaşamaqları, sahibliyi və onu qoruyub saxlaması da hazırkı işin mübahisəsiz halıdır.

3. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, həmin mənzil 1994-cü il tarixində Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən *** nömrəli orderə əsasən ona verilmişdir. Uzun illərdir ki, həmin mənzildə pasport qeydiyyatındadır. Mənzilin gələcəkdə gözlənilən mülkiyyətçisidir. İddiaçının subyektiv hüququ yoxdur ki, bu iddianı versin. İddiaçının mülkiyyətçi kimi hər hansı hüquqları yoxdur ki, mənzildən istifadə hüququna xitam versin. O, mənzildən 2014-cü ildən o səbəbə görə getmişdir ki, iddiaçıyla yaşaması mümkün deyildi.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)***/**** nömrəli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin mənzildən birdəfəlik köçüb getməsi faktına əsaslanaraq, sonuncunun istifadə hüququnun itirilməsini tələb etsə də, sonuncunun 2014-cü ildən mənzildə yaşamaması istifadə hüququnun aradan qalxmasına dəlaət etmir. Həmçinin, cavabdehin mübahisəli mənzilə dair gələcəkdə “mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi” vardır. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın * saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Qeyd olunan xüsusat mövcud mübahisəyə mülkiyyət hüququnun qorunmasına dair konstitusion normaların tətbiq olunmasına imkan verir. Bu qanuni gözlənti Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi və digər əlaqəli normalarla da qorunur. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 139-1.1.11, 152.1-ci maddələrinə, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə 2010-cu il ## ### tarixli, “Kopecky Slovakiyaya qarşı” iş üzrə 2004cü il ## ######## tarixli, “X6rşı” iş üzrə 2016-cı il ## ###### tarixli, “Radomilja və digərləri Xorvatiyaya qarşı” iş üzrə 2018-ci il ## #### tarixli qərarlarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə, ## ####### 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 51, 53, 60, 87-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.1999-cu il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qətnamədən həmçinin üçüncü şəxslər də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

9. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin məhkəməyə həm yazılı, həm də şifahi izahatları ilə, onlar arasında 2014-2024-cü illər arasında heç bir ailə münasibəti olmadığı, cavabdehin yeni ailə həyatı qurduğu, həmin evlilikdən 10 və 6 yaşında iki oğlan övladının olduğu, cavabdehin evi təməlli tərk etdiyi, bu müddət ərzində mübahisəli ev barədə iddiaçıya qarşı heç bir tələbinin olmadığı, hazırkı iddia olmasaydı münasibətlərinin bu cür də davam edəcəyini bildirdiyi mübahisəsiz olduğu halda, məhkəmənin bu münasibəti niyə müəyyən edə bilmədiyi anlaşılan deyil. Hazırkı işdən göründüyü kimi məhkəmə faktiki olaraq üzürsüz səbəbdən ictimai mənzil fondunun yaşayış sahəsini faktiki istifadə etməyən, yəni faktiki sahiblikdən və istifadədən imtina edən və bu hüquq barədə 10 ildir susan, mübarizə aparmayan cavabdehə, əmlaka istədiyi kimi faktiki sahiblik və sərəncam hüququ verəcək olan mülkiyyət hüququna hansı əsasla gözlənti tanıması qanunsuzdur və bu qətnamədə əsaslandırılmamışdır. İcarədar olan cavabdeh könüllü olaraq özünə yeni ailə həyatı qurmaqla daimi başqa yaşayış yeri seçərək başqa yaşayış məntəqəsinə getmiş və ən əsası da getdiyi bu 10 ildə bir dəfə də olsun yaşayış sahəsi barədə mübahisə etməmişdir. Demək ki, icarə müqaviləsi ona aid hissədə pozulmuşdur. İddiaçı və qızları isə həmin yaşayış yerində qalaraq yaşayış sahəsini qoruyub saxlamış, bu müddətdə dəfələrlə yaxşılaşdırmış və bütün xərclərini qarşılamış, hazırda da həmin yaşayış sahəsinə malik olduqları mülkiyyət hüququna dair gözləntilərini reallaşdırmaq istəyirlər. Onlara bu hüquqlarını həyata keçirmək üçün olan maneə isə cavabdehin formal pasport qeydiyyatıdır ki, məhkəmə bu formallığa “mülkiyyət hüququ ilə bağlı qanuni gözlənti“ kimi qiymət verməklə sadalanan bütün maddi hüquq normalarının tələblərini pozmuşdur.

13. Qətnamədən həmçinin üçüncü şəxslər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Apellyasiya şikayəti iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh 2014-cü ildən hazırkı mübahisəyə qədər mənzilə dair heç bir mübahisəsinin və tələbinin olmadığını etiraf etmişdir. Bu da onu göstərir ki, 10 ildir ki, cavabdehin mübahisəli mənzilə ehtiyacı olmamış və qeyd olunan etirafı ilə bunu nümayiş etdirmişdir. Hesab edir ki, məhz etirazda göstərdiyi və məhkəmə iclaslarında bildirdiyi həmin ifadələrə (etiraflara) əsasən Cavabdeh mübahisəli əmlaka olan istifadə hüququnu 2014-cü ildən itirmişdir.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi-vəkili A.Nəsirili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

17. Mübahisəli Bakı şəhəri, Sadıqcan küçəsi, * saylı evin, ** saylı mənzili Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin ##.##.1994-cü il tarixli *** nömrəli orderi ilə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh verilmişdir. Orderdə ailə tərkibi: X10, X2 və X4 göstərilmişdir.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)****/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh Şixiyeva (Məmmədova) Dilşad Abdurrza qızı arasında Qusar rayon VVAQ şöbəsi tərəfindən ##.##.1989-cu il tarixdə qeydə alınmış və ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.

19. Cavabdeh adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

20. Bakı şəhəri, Sadıqcan küçəsi, * saylı evin, ** saylı mənzildə X8, X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X1 yaşayırlar.

21. Hazırda iddiaçı cavabdehin mənzili könüllü tərk edib getməsinə əsaslanaraq, cavabdehin istifadə hüququnun itirilməsini tələb edir. Cavabdeh isə öz növbəsində bildirir ki, mənzil ona iş yerindən verildiyindən onun mənzilə dair hüquqları var.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya məhkəməsinin icraatında olan araşdırma Ali Məhkəmənin İnzibati Kollegiyasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarında qeyd olunmuş göstərişlər əsasında aparılır.

26. Azərbaycan SSR Mənzil Məcəlləsi (##.##.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və ##.##.2009-cu il tarixədək qüvvədə olan) Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” ##.##.1999-cu il tarixli Qərarı Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.

28. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

29. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

30. Belə ki, işin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisəli Bakı şəhəri, Sadıqcan küçəsi, * saylı evin, ** saylı mənzili Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin ##.##.1994-cü il tarixli *** nömrəli orderi ilə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh verilmişdir. Orderdə ailə tərkibi olaraq X10, X2 və X4 göstərilmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı və cavabdeh mübahisəli mənzilə həmin mənzilə köçən vaxdan etibarən qeydiyyata alınmışlar.

31. İddiaçı göstərir ki, cavabdehlə ər-arvad münasibətləri 2014-cü ildən pozulmuş, cavabdeh həmin vaxdan mənzili tərk edərək yeni ailə qurduğu şəxslə yaşamağa başlamış, bu nikahdan onların iki uşaqları doğulmuşdur. Həmin vaxtdan onların ailə hüquq münasibətləri kəsilmiş, cavabdehin mübahisəli mənzilə ehtiyacı aradan qalxmışdır. Onlar arasında nikah məhkəmə qətnaməsi əsasında ##.##.2024-cü il tarixdə pozulmuşdur.

32. Cavabdeh iddiaya etirazında isə iddiaçı ilə 2014-cü ildən ailə münasibətlərinin kəsilməsini, ər-arvad kimi yaşamamalarını göstərmiş, lakin mübahisəli mənzildə özündən asılı olmayan səbəbdən yaşamadığını, mənzilə ehtiyacının olmasını bildirmişdir.

33. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üzrə də iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir. Qeyd edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsdir. Daşınmaz əmlakın hüquqi qeydiyyatının alınmaması nəzərə alındıqda o, mənzilin icarədarı olan cavabdehlə bərabər hüquqlara malikdir. Onlar mövcud vəziyyətdə bir-birindən üstün hüquqlara malik deyildirlər.

34. Qeyd edilməlidir ki, ## ####### 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi baxımından, mənzildə yaşamış hər şəxsin oradan istifadə hüququ yaranmış olur.

35. Lakin nəzərə alınmalıdır ki, həmin Mənzil Məcəlləsi mənzildən istifadə hüququnun yaranması əsasları ilə yanaşı, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilməsi kimi hüquqi nəticələri və bunun üçün əsasları da müəyyən etmişdir.

36. Belə ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilir (Maddə 60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Maddə 87).

37. Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur. Buna görə də, baxılan iş üzrə cavabdehin mənzildən istifadə hüququnun yarandığı müəyyən edildikdən sonra, həmin hüququn itirilməsinə səbəb olan hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir.

38. Bu baxımdan cavabdehin mənzildə qeydiyyatda olması, orderin onun adına olması onun gözləntiyə malik olan mülkiyyətçi olması anlamına gəlmir. Yaranmış halda iddiaçının irəli sürdüyü dəlillərə qiymət verilməli, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun saxlanması, yəni bu hüququn itirilib-itirilməməsi müəyyən olunduqdan sonra gözləntiyə malik olan mülkiyyətçi olması qənaəti ilə razılaşmaq mümkündür.

39. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh 2014-cü ildən mənzildən çıxmış, həmin müddətdən sona mübahisəli mənzilin faydalı sahəsindən istifadə etməmiş, mənzildən istifadə ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Əksinə iddiaçının göstərdiklərindən aydın olur ki, cavabdeh yeni nikaha daxil olmuş və həmin nikahdan iki uşağı doğulmuş, onlarla birlikdə 2014cü ildən başqa ünvanda yaşayırlar.

40. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil edir.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

42. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququ itirilmiş hesab edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar