Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6987/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3071/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdehnə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Bakı şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbinə "ev təhsili müəllimi" vəzifəsi üzrə işinə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üzrə iddiaçıya əmək haqqı hesablanaraq ödənilməsi, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, həmçinin, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60 (altmış) manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat, ümumilikdə, 10.410 manat (on min dörd yüz on manat) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 aprel 2012-ci il tarixində X3 ilə ailə həyatı qurmuş, onun həmin nikahdan 2 (iki) qız övladı vardır. İddiaçı 2025-ci ilin fevral ayından üçüncü övladı üçün hamilədir. İddiaçının anası X1 uzun sürən onkoloji xəstəlik nəticəsində 05 iyun 2025-ci il tarixində vəfat etmişdir. İddiaçı 2008-2012-ci illər ərzində Azərbaycan Dillər Universitetində xarici dil - ingilis dili müəllimi olaraq əyani təhsil almış və həmin universiteti bitirmişdir. İddiaçı xx.xx.2012-ci il tarixindən Suraxanı rayonu, 7 nömrəli xüsusi internat məktəbinə "tərbiyəçi" təyin edilmiş, lakin xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə 7 nömrəli xüsusi internat məktəbi ləğv edildiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. xx.xx.2014-cü il tarixində Təhsil Nazirliyinin 990 nömrəli əmrinə əsasən Bakı şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbinə (bundan sonra "cavabdeh", "işəgötürən" və ya "müəssisə" adlandırılacaq) "ev təhsili müəllimi" vəzifəsinə qəbul edilmişdir. İddiaçı cavabdeh müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar üçün onların evində onlara baza səviyyədə təhsil və təlim-tərbiyə tədris etmişdir. Məsələn, yazma, oxuma, davranış qaydaları və s. İddiaçı 20 iyun 2025-ci il tarixində təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikasiya imtahanında iştirak etmiş, mümkün 50 baldan 15 bal yığaraq imtahandan kəsilmişdir. Cavabdeh Bakı şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbinin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixindən ləğv edilmişdir. Hesab edir ki, aşağıdakılara əsasən, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğvi edilməli və iddiaçı işinə bərpa edilməlidir. Əmrin ləğv edilməsi üçün əsas ondan ibarətdir ki, iddiaçı 2025-ci ilin fevral ayından üçüncü övladı üçün hamilədir (qoşma: iddiaçının hamiləliyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir) və hamilə qadınlar sertifikasiyaya cəlb edilmədikləri halda iddiaçı hamilə olduğu halda cavabdeh tərəfindən qanunsuz olaraq sertifikasiyaya cəlb edilmiş və sertifikasiyanın nəticəsi əsas gətirilərək iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, məhkəmə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2ci maddəsinin 2-ci bəndinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinə əsasən, hamilə qadınlar sertifikatlaşdırmadan keçmirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci bəndinə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından da açıq-aşkar göründüyü kimi, dövlət hamilə qadınları hamiləlik müddəti və uşaq doğulduqdan sonra 3 (üç) yaşına çatanadək olan müddət ərzində sertifikasiyadan azad etmişdir. Bunun səbəbləri müxtəlifdir. Əvvəla, hamiləlik dövründə qadınların hormonları dəyişdiyindən ümumilikdə fizioloji və psixoloji vəziyyətləri sabit olmadığından, o cümlədən, 3 (üç) yaşına qədər uşağa qulluq etmək fizioloji və psixoloji baxımdan olduqca ağır və gərgin əmək tələb etdiyindən qanunvericilik ədaləti və bərabərliyi təmin etmək üçün bu kateqoriyadan olan qadın işçilərə maksimum dərəcədə güzəşt və imtiyazlar təmin edir. Bu güzəşt və imtiyazlardan biri də hamilə qadınların təhsilverənlərin sertifikasiyalaşdırılmasına cəlb edilməməsidir. Digər bir səbəb isə ondan ibarətdir ki, qanunvericilik bu tip qadağalarla hamilə və 3 yaşına qədər uşağı olan qadın işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsini, ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsini hədəfləyir. Belə olduğu təqdirdə cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tələbləri gözlənilməmiş və iddiaçının qanunsuz olaraq işdən çıxarılmasına səbəb olmuşdur. Ona görə də cavabdehin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğvi edilməli və iddiaçı işinə bərpa edilməlidir. Hazırki tələb əmrin ləğvi və işə bərpa tələbindən törəmə tələbdir. Əsas tələb təmin olunacağı təqdirdə törəmə tələbin də təmin edilməsi üçün öz-özlüyündə hüquqi zəmin yaranır. Buna görə də cavabdehin əmri qanunsuz və əsassız olduğu üçün ləğv ediləcəyinə və iddiaçı öz işinə (vəzifəsinə) bərpa olunacağına görə iddiaçının özündən asılı olmayan səbəblərə görə, daha doğrusu, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məcburi olaraq iş buraxdığı dövrə görə əldə etməli olduğu əmək haqqı ödənişləri ona geri ödənilməlidir. Bu tələbin hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Digər iddia tələbi isə ondan ibarətdir ki, iddiaçının qanunsuz və əsassız olaraq, xüsusilə də üçüncü övladı üçün hamilə olduğu və anasının yeni rəhmətə getdiyi müddətdə əvvəlcə qanunsuz olaraq sertifikasiyalaşdırmaya cəlb edilməsi, daha sonra isə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilərək işdən uzaqlaşdırılması iddiaçıya fiziki iztirablar və mənəvi sarsıntılar yaşadaraq ona mənəvi ziyan vurmuşdur. Ali Məhkəmənin də mövqeyi budur ki, hamilə vəziyyətdə olan - üçüncü övladını gözləyən qadının iş yerini itirməsi onsuz da həssas olan qadın psixologiyasına ağır zərbələr vurması mübahisə mövzusu ola bilməz. İddiaçı müstəqil olaraq yaşadığı mənəvi ziyanın kompensasiyası qismində ona ödənilməli vəsaitin məbləğini 10.000 manat (on min manat) olaraq qiymətləndirməkdədir. İddiaçı mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə xx.xx.2025-ci il tarixində mediasiya təklifi ilə müraciət etmiş və xx.xx.2025-ci il tarixində Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin cavabdeh təşkilat ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Buna görə də xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayış tərtib edilmişdir. Arayış iddiaçıya xx.xx.2025-ci il tarixində mediator tərəfindən şəxsən təqdim edilmişdir. İş üzrə iddiaçı tərəfindən 60 manat məbləğində ilkin mediasiya sessiyasında iştirak haqqı ödənilmişdir. Hesab edir ki, iddia təmin ediləcəyi təqdirdə həmin məbləğ cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin xitam əmri və əmək kitabçası iddiaçıya xx.xx.2025-ci il tarixində şəxsən təqdim edilmişdir. İddiaçı əmri alan kimi dərhal peşəkar hüquqi yardım almaq üçün vəkil olaraq onunla əlaqə saxlamış, sübutlar toplanmış və xx.xx.2025-ci il tarixində mediasiya icraatı başladılaraq 1 aylıq müddətin axımı dayandırılmışdır. İddia müddətinin axımı ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayışın iddiaçıya təqdim edildiyi tarix olan xx.xx.2025-ci ildən etibarən bərpa olunmuş və iddiaçı həmin tarixdə də Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3071/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) məktəbində əvvəlki vəzifəsinə bərpa olunması, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi, Cavabdehndən (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) 60 manat mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş 350 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmrdə ilk öncə təhsil müəssisəsinin adı düzgün şəkildə qeyd edilməmiş, iddiaçı tədris etdiyi fəndən yox ixtisası üzrə sertifikatlaşdırmaya cəlb olunmuş, sertifikatlaşdırılmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş iddiaçının “Şəxsi kabinet”ə yerləşdirilməmiş, həmçinin iddiaçı hamilə oduğu halda qanunsuz olaraq sertifikatlaşdırılmaya cəlb edilmişdir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
6. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi məktəbin xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmri ilə ləğv edilmişdir. İddiaçı hamilə olduğunu işəgötürəndən gizlətmiş və bu barədə ərizə və təsdiqedici sənədlər təqdim etməyərək, imtahanda özü könüllü iştirak etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, yalnız məcburi işburaxmaya görə haqqın ödənilməsindən yayınmaq üçün üçüncü şəxs tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməsi yolverilməzdir. Həmçinin, üçüncü şəxs iddiaçıya münasibətdə işəgötürən deyildir.
10. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 öz izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı üçüncü şəxs qismində cəlb olunarkən, qeyd olunan məsələ iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, üçüncü şəxs attestasiya imtahanını təşkil edən şəxs olduğundan, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün heç bir əsas yoxdur.
11. Cavabdehnə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
12. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
13. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
14. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır.
15. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
16. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Qeyd edilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6987/2025 nömrəli, 17 dekabr 2025-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
20. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmrinə əsasən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin ingilis dili ixtisaslı evdə təhsil müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir.
21. İş materiallarından göründüyü kimi, hazırda iddaçı Cavabdehnə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi ilə müraciət etmişdir.
22. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3071/2025 nömrəli qətnaməsi ilə Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) məktəbində əvvəlki vəzifəsinə bərpa olunması qət olunmuşdur.
23. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırki işdə mübahisə İddiaçı ilə Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) arasındadır. İddiaçıya münasibətdə işəgötürən məhz 3 nömrəli xüsusi təhsil məktəbidir.
24. Hazırda müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisələndirdiyi qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən edilməmiş və o, qətnamədən şikayət vermək hüququna malik olan şəxs olmamışdır.
25. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin tərəfindən qəbul edilmiş qətnamə Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) maraqlarına toxunduğundan, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilə bilərdi.
26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdehnə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3071/2025 nömrəli qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6987/2025 nömrəli, 17 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilərək, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 384.0.6-cı maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdehnə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3071/2025 nömrəli qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6987/2025 nömrəli, 17 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov