Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6988/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4874/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh LPO Cavabdeh1 ASC-nə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4874/2021 saylı 27.05.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh LPO Cavabdeh1 ASC-nə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (Sədrlik edən: Lalə Rəhimli). İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4874/2021 saylı, 09.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya işin hallarına əsasən hesab edir ki, iddiaçılar tərəfindən iddia ərizəsinin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilən normadan müəyyən olunur ki, iddiaçıların subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququ vardır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçılar bir-biri ilə əlaqəsi olmayan, yaratdığı hüquqi nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan müstəqil iddia tələblərini bir iddia ərizəsində birləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci və 157.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya hesab edir ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçların maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasında maneələr yaradacağından, iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4874/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4874/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6988/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6988/2021
16.07.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver