Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6988/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, istifadə olunmayan məzuniyyət pulunun və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(007)-79/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. SS **********275 nömrəli əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə edilmiş 7- ci dəyişiklikdən görünür ki, İddiaçı Cavabdeh MMC-də sürücü vəzifəsinə aylıq 300 manat məbləğində əmək haqqı ödənilməklə qəbul olunmuşdur.
2. xx.xx.2014-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə 300 manat əmək haqqı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə 350 manat əmək haqqı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə 980 manat əmək haqqı almaqla sürücü vəzifəsinə qəbul olunmuşdur.
3. İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir.
4. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli məktuba əsasən, mediasiya prosesinin tətbiqinə zərurət görməmiş, çünki İddiaçı xx.xx.2022-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
5. Kapital bankın İddiaçı “416974******7588” nömrəli “VSDC Electron Salary” növlü ödəniş kartı üzə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, hesaba xx.xx.2022-ci il tarixdə 1797,76 manat son haqq hesab mədaxil olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə 1806 manat məxaric olmuşdur.
6. Bakı Şəhər Nizami RPİ-nin 24 saylı Polis şöbəsinin 31 may 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
7. İddiaçı Cavabdeh MMC-nin direktoru Gündüz Cəfərova xx.xx.2022-ci il tarixdə ünvanladığı ərizədən görünür ki, İddiaçı həmin tarixdən tutduğu vəzifədən azad olunmasını ondan xahiş etmişdir.
8. Kapital Bankın xx.xx.2022-ci il tarixli KM1 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 1797.76 manat məbləğində pul vəsaiti ödənilmişdir.
9. İddiaçı xx.xx.2022-ci il tarində Cavabdeh MMC-nin rəhbərliyinə ünvanladığı məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-dən sürücü vəzifəsindən işdən çıxmış və əmək haqqı kartı artıq ona lazım olmayacağından Babayev Turala təhvil vermişdir. Kartın təhvil vermə səbəbi isə, ona çatacaq olan mart ayı üçün əmək haqqı və son haqq-hesab və kartda qalan 9 manat məbləğindəki pul vəsaiti ona nağd şəkildə verilməsidir.
10. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 noyabr 2022-ci il tarixli 4/1450 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə olan yazılar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ərizənin aşağı hissəsində imza qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
11. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 4/64 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022ci il tarixli ərizənin aşağı hissəsində imza sözünün qarşısındakı imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin imza ilə P4428828 nömrəli xarici pasportda “Pasport sahibinin imzası” qrafasındakı, xx.xx.2022-ci il tarixli 7E-19547 reyestr nömrəli etibarnamənin (i.v.18) aşağı hissəsində imza qrafasındakı, xx.xx.2021-ci il tarixli (i .v. 43) və xx.xx.2021-ci il tarixli (i.v.60) məhkəmə bildirişlərinin kötük hissələrində “qəbul etdi” qrafalarındakı imzaların-eyni şəxs tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır.
12. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli 4/778 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizənin aşağı hissəsində imza sözünün qarşısındakı imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imza ilə P4428828 nömrəli xarici pasportda "Pasport sahibinin imzası” qrafasındakı, xx.xx.2022-ci il tarixli 7E-19547 reyester nömrəli etibarnamənin (i.v. 18) aşağı hissəsində imza qrafasındakı,
13. xx.xx.2022-ci il tarixli 3276nkNFTb/22 saylı, xx.xx.2022-ci il tarixli 1369sNFTb/22 saylı, xx.xx.2018-ci il tarixli 839sAHM/18 saylı, xx.xx.2018-ci il tarixli 10277sAHM/18 saylı kredit müqavilələrində İddiaçı adından olan imzalar, xx.xx.2022-ci il tarixli 3276nkNFTb/22 saylı kredit müqaviləsinə sazişdə olan İddiaçı adından olan imza, xx.xx.2014-ci il tarixli 10588nkAHM/14 saylı kredit və bank hesabı müqaviləsində İddiaçı adından olan imza, xx.xx.2011-ci il tarixli AN-İ ******* saylı 4Ə 2-285 saylı reyestrlə qeydiyyatdan keçmiş Daşınmaz əmlakın alqı-satqısı müqaviləsində İddiaçı adından olan imzalar, 536986 saylı, 68246 saylı, DB3192 saylı, ZE5348 saylı, 20382402 saylı məxaric orderində orderi göstərilən məbləği aldım qrafasındakı imzalar, 2 ədəd xx.xx.2011 -ci il tarixli, 2 ədəd xx.xx.2011 -ci il tarixli ödəniş qəbzlərində ödəyənin imzası qrafalarında olan imzalar, xx.xx.2021-ci il tarixli (i .v. 43) və xx.xx.2021-ci il tarixli (i.v.60) məhkəmə bildirişlərinin kötük hissələrində "qəbul etdi” qrafalarındakı imzalar müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
14. "Nəzrin-E” MMC-nin xx.xx.2022-ci il tarixli 23/K nömrəli əmrindən görünür ki, İddiaçı ilə "Nəzrin-E” MMC arasında olan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmiş və o, tutduğu sürücü vəzifəsindən azad edilmişdir. İddiaçı ilə son haqq-hesab aparılmış və əmək kitabçasında müvafiq qeydlər aparılaraq özünə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 mart 2022-ci il tarixli 23/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi; İddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə işə bərpa edilməsi; İddiaçı xx.xx.2022-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək hər ay üçün 980,00 (doqquz yüz səksən) manat olmaqla məcburi iş buraxmaya görə əmək haqqının İddiaçı birdəfəlik ödənilməsi; İddiaçı Cavabdehndə işlədiyi 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci il illər üzrə ödənilməmiş məzuniyyət pullarının hesablanaraq İddiaçı ödənilməsi; 3000 (üç min manat) məbləğində mənəvi ziyanın, 150 (bir yüz əlli manat) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 50 (əlli manat qəpik) manat mediasiya xərcinin Cavabdehn tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə xx.xx.2006-cı il tarixində cəmiyyətin 02K nömrəli əmri ilə sürücü vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə nümunəvi işçi olmuş, intizam məsuliyyətinə cəlb edilməmişdir. Cavabdeh müəssisənin rəhbərliyinin şəxsi qərəzli münasibətinin nəticəsi olaraq, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad edilməsi barədə əmr iddiaçıya təqdim edilməmişdir. AR ƏM- nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ümumi normadır. Belə ki, həmin normada tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi əsası göstərilmişdir. Qeyd edilən ümumi normaya münasibətdə AR ƏM-nin 69-cu maddəsi (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) və 70-ci maddəsi (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) xüsusi norma təşkil edir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsası qeyri-müəyyəndir. İddiaçı işə bərpa olunması üçün cavabdehə mediasiyada iştirak etmək üçün təklif göndərmişdir. Cavabdehin 19 aprel 2022-ci il tarixli xx/xx/2022M nömrəli iddiaçıya ünvanladığı məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində öz ərizəsiylə işdən azad edildiyi üçün mediasiya prosesinin tətbiqinə zərurət yoxdur. Məhz bu zaman iddiaçıya məlum olmuşdur ki, onun adından yazılan saxta ərizə əsasında əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, iddiaçı işdən azad olunması barədə cavabdehə ərizə verməmişdir. Eyni zamanda bildirir ki, iddiaçı xx.xx.2022-ci il tarixində məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olduğu dövrdə onun əmək müqaviləsinə xitam verilmişdir. Əgər iddiaçı işdən öz arzusu ilə çıxması barədə ərizəni özü yazmış olsaydı da işəgötürən (cavabdeh) tərəfindən AR ƏM-nin 69-cu maddəsi kobud şəkildə pozulmuşdur. Həmçinin bildirir ki, iddiaçı işlədiyi əvvəlki illərdə əmək məzuniyyətinə çıxmamışdır. İstifadə etmədiyi məzuniyyət üçün kompensasiya da ödənilməmişdir.
17. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli iddia ərizəsində qeyd olunmuş 4-cü bənddəki tələbin, yəni “İddiaçı Cavabdehndə işlədiyi 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci il illər üzrə ödənilməmiş məzuniyyət pullarının hesablanaraq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı iddiaçı həmin hissədə iddia tələbinin baxılmamış saxlanılmasını, eyni zamanda digər tələblərin təmin edilməsini xahiş etmişdir.
18. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 79/2023 saylı qətnaməsi ilə (hakim X2) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 29 mart 2022-ci il tarixli 23/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə işə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hər ay üçün 980 manat məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə verilməsinə görə ödənilmiş 17.25 manat xidmət haqqının və 50 manat mediasiya xərcinin Cavabdehndən tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməsi, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 372 manat məbləğində pulun Cavabdehndən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ödənilməli olan dövlət rüsumunun Cavabdehndən tutulub dövlət nəfinə ödənilməsi qət edilmişdir.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 79/2023 saylı qərardadı ilə qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə İddiaçı ərizəsi təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2(007)-79/2023 saylı qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış və qətnamənin “qət etdi” hissəsinin 4-cü abzası aşağıdakı kimi oxunmadı qərara alınmışdır: Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən məhkəmə aktı icra edilən günədək hər ay üçün 980 manat məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin”.
20. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, Cavabdeh nümayəndəsi iddiaçının öz ərizəsi əsasında işdən azad edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli işdən çıxma ərizəsini İddiaçı yazmamış və imzalamamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 noyabr 2022-ci il tarixli 4/1450 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə olan yazılar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli 4/778 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizənin aşağı hissəsində imza sözünün qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi qeyd olunan ərizənin iddiaçı tərəfindən yazılmadığı və imzalanmadığı ekspert rəyləri ilə sübut olunmuşdur. Bu səbəbdən Cavabdeh 29 mart 2022- ci il tarixli 23/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunmalıdır. "Nəzrin-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 mart 2022-ci il tarixli 23/k nömrəli "işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri qanunsuz və əsassız olduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli "Nəzrin-E” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra edilən günədək hər ay üçün 980 manat məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin "3000 (üç min manat) məbləğində mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. İddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi ziyanın ona dəyməsi barədə məhkəməyə sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin "150 (bir yüz əlli) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 50 (əlli) manat mediasiya xərcinin cavabdeh "Nəzrin-E” Məhdud Məsuliyyətli Cəmiyyətin tutularaq, İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ödədiyi rüsumlarla bağlı məhkəməyə sübutlar təqdim etdiyindən iddia bu hissədə təmin edilməlidir.
21. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2-i,11-ci, 42-ci, 44-cü, 45-ci, 68-ci, 54-cü, 156-cı,296-cı, 372-ci, 375-ci, 376-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü, 389-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 217.4-cü maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin "Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, xx.xx.2022-ci il tarixdən 980 manat məcburi işburaxmaya görə əmək haqqının tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi xx.xx.2022-ci il tarixdən 350 manat məcburi işburaxmaya görə əmək haqqının tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə qismən, xx.xx.2022-ci il tarixdən 980 manat məcburi işburaxmaya görə əmək haqqının tutulub iddiaçıya ödənilməsi hissəsi ilə razı deyillər. Məhkəmə qərar qəbul edərkən mübahisələndirilən hissədə işin faktiki hallarını obyektiv araşdırmayaraq qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə qətnamədə iddiaçının əmək haqqı məbləğini müəyyən edərkən yalnız əmək müqaviləsi bildirişlərinə istinad etmişdir. Cavabdeh tərəfindən təqdim olunan əmək müqavilələrinə münasibət bildirməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək müqaviləsi bildirişi ancaq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə mərkəzləşdirilmiş elektron informasiya sistemində daxil edilən elektron sənəddir. İşəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən sənəd isə əmək müqaviləsidir. Əmək haqqı yalnız əmək müqaviləsi ilə müəyyən edilir. Müəssisənin əməkdaşı tərəfindən əmək bildirişi elektron sistemə daxil edilərkən mexaniki səhvə yol verilərək əmək haqqı məbləği 980 manat göstərilmişdir. İddiaçının əmək müqaviləsi üzrə əmək haqqı məbləğinin hansı miqdarda olması araşdırılmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, birinci instansiya məhkəməsində təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı cavabdeh müəssisədə işlədiyi son 3 ay (2022-ci ilin yanvar, fevral və mart) ərzində əmək haqqısı 980 manat olmuşdur. İddiaçının son 3 ay ərzindəki əmək haqqısının 980 manat olması ilk növbədə onunla sübut olunur ki, ƏƏSMN yanında Əmək Müfəttişliyi xidmətinin xx.xx.2023cü il tarixli 3-17-5/2- 20522/2023 nömrəli məktubu ilə iddiaçının nümayəndəsinə təqdim etdiyi əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişində iddiaçının əmək haqqısı 350 manatdan 980 manata dəyişdirilmişdir. Bundan başqa, iddiaçıya məxsus əmək haqqı kartına vergi və digər tutulmalar çıxılmaqla 2022-ci ilin yanvar ayı ərzində 881.30 manat, fevral ayında 861.70 manat, mart ayında isə əmək məzuniyyətinə görə yaranmış kompensasiya ilə birlikdə 1797.76 manat pul köçürülmüşdür. Bu səbəbdən cavabdeh müəssisə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.
ç) Proses iştirakçılarının izahatı
25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə verdiyi yazılı etirazın məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsini məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; 2-4-cü maddəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır; 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin "d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 157.1-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Cavabdehı tərəfindən qətnamə məcburi işburaxmaya görə əmək haqqının tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
33. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığını müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə tələbin hüquqi əsası və işin faktiki halları araşdırmalıdır.
34. Yuxarıda sadalanan qanunvericilik normaları da işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün onlar arasında əmək müqaviləsinin bağlanmasını və müqaviləyə istinadən tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsini zəruri şərt kimi göstərmişdir. Eyni zamanda, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin də prosedur qaydası qanunvericiliklə tənzimlənməklə qeyd edilən halları özündə cəmləşdirən əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmalıdır.
35. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işdən göründüyü kimi, iddiaçı ilə cavabdeh "Nəzrin-E” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 06.0l.2022-ci il tarixdə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmış və iddiaçı müddətsiz əmək müqaviləsi ilə 980 manat əmək haqqı almaqla "Nəzrin-E” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə 980 manat əmək haqqı almaqla sürücü vəzifəsinə qəbul olunmuşdur.
36. Eyni zamanda ƏƏSMN yanında Əmək Müfəttişliyi xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-20522/2023 nömrəli məktubu ilə iddiaçının nümayəndəsinə təqdim etdiyi əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişində iddiaçının əmək haqqının 350 manatdan 980 manata dəyişdirilməsi müəyyən edilir. Bundan başqa, apellyasiya şikayətində əlavə olaraq əmək bildirişinin elektron sistemə daxil edilərkən müəsssisənin işçisinin texniki səhvə yol verməsi səbəbindən əmək haqqı 980 manat göstərilməsi barədə dəlilinə münasibətdə isə qeyd edilmlidir ki, iddiaçıya məxsus əmək haqqı kartına vergi və digər tutulmalar çıxılmaqla 2022-ci ilin yanvar ayı ərzində 881.30 manat, fevral ayında 861.70 manat, mart ayında isə əmək məzuniyyətinə görə yaranmış kompensasiya ilə birlikdə 1797.76 manat pul köçürülmüşdür. Bu da onu göstərir ki, işçinin əmək haqqı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişində göstərilən məbləğdə olmaqla apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilə bilməz.
37. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh tətrəfindən xx.xx.2022-ci il tarixdən məhkəmə aktı icra edilən günədək hər ay üçün 980 manat məcburi işburaxmaya görə əmək haqqının hesablanıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-79/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh tətrəfindən xx.xx.2022-ci il tarixdən məhkəmə aktı icra edilən günədək hər ay üçün 980 manat məcburi işburaxmaya görə əmək haqqının hesablanıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.