Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6993/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh İaşar İsayevin nümayəndəsi-Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və İaşar İsayevə qarşı (X1 üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin əsaslı təmirinə çəkilən xərclərin, maddi və mənəvi zərərin ödənilməsi, tələblərin eyni vaxtda icra edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadından iş üzrə cavabdeh İaşar İsayevin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1 MMC-nə və İaşar İsayevə qarşı – Bakı şəhəri, Xətai rayonu, Xocalı pr, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin onun sahibliyində və istifadəsində olmasının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 26.02.2021-ci il tarixli iclasında X2 əsl İddiaçı ilə əvəz olunmuşdur. İddiaçı iddia təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı pr, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin üzərinə həbs qoyulması və həmin mənzil üzərində hüquqi və digər hərəkətlərin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı 06.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı pr, indiki Lütfi-Zadə küçəsi, 2347- 48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin üzərinə həbs qoyulması və həmin mənzil üzərində hüquqi və digər hərəkətlərin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsinə dair İddiaçı iddia təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı 06.05.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia təmin etmə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı 19.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı 06.05.2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı iddianın təmini tədbiri haqqında ərizəsi qismən təmin edilmiş və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1 MMC-nə, İaşar İsayevə və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 MMC-nin səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı 19.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 7196/2019 saylı 25.06.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1505/2019 saylı 11.03.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması və Cavabdeh1 MMC-dən 74000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2019 saylı 11.03.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı pr, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı Nərman qızı arasında bağlanmış 17.12.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı həmin mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Xocalı pr, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin boşaldılaraq, iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi, iş üzrə tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7- ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilinə dair mübahisə vardır. İddiaçı iddia tələbində mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən məhkəmə işə mahiyyəti üzrə baxılıb qurtarana qədər müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər iddianı təmin etmə tədbiri barədə ərizəni qismən təmin edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1 MMC-nə, İaşar İsayevə və digər şəxslərə qadağan edilməsini qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə cavabdeh İaşar İsayevin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6993/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6993/2021
08.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver