Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6994/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X4 və ləğvetmə prosesində olan “xxxxxxxx” ASC-nin ləğv edicisi X1rşı “əsassız ödətdirilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-3898/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 və ləğvetmə prosesində olan “xxxxxxxx” ASC-nin ləğv edicisi X1rşı “əsassız ödətdirilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə (məlumat formasında) verərək, X2 üzərinə kreditə dair hesablanan faizlərin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-3898/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM 157-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Normanın tələbinə əsasən ərizənin təmin olunması birbaşa işin halları ilə bağlıdır və qərardad qəbul olunanda işin mahiyyəti öyrənilməlidir. Mövcud vəziyyətdə məhkəmə ərizənin rədd edilməsində hər hansı hüquqi əsas göstərməmişdir. Qərardadda ərizənin rədd olunmasını əsaslandırmamış və araşdırma aparılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2, 158.1.3). Prosessual qanunvericiliyin bu müddəalarının mənasına görə iddiaçı onun tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edən tədbirlərin tətbiq olunmasını məhkəmədən xahiş edə bilər. Bu baxımdan iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Eyni zamanda belə ərizə nəticəsində tətbiq edilən tədbirlər qanuna uyğun olmalı, qüvvədə olan normativ hüquqi aktlarla və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ziddiyyət təşkil etməməli, habelə onları icrası qeyrimümkün olan aktlara çevirməməlidir. Birinci instansiya məhkəməsi ərizəyə baxaraq belə qənaətə gəlmişdir ki, tələb olunan iddianı təmin tədbirinin iddia tələbi ilə mütənasibliyi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Kollegiya onu da qeyd edir ki, faizlərin dayandırılması barədə iddianı təmin etmə tədbiri iddia tələbinin bir hissəsi ilə eynilik təşkil edir, belə olan halda isə qətnamənin gələcəkdə icrasını təmin etməkdən söhbət gedə bilməz. Yəni, həmin hissədə iddia təmin ediləcəyi təqdirdə onun icrasına mane olan və çətinləşdirən heç bir hal mövcud olmayacaqdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3898/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6994/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6994/2020
04.09.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver