Məhkəmə qərarları › İş №2(103)-6997/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6997/2023

17.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6997/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərardadından Nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, İddiaçı övladları - xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi korpus 22, 83 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamışdır. 23 may 2023-cü il tarixdə qətnamədən Nümayəndə verdiyi apellyasiya şikayəti məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, cavabdeh Rasim Sadıxovun bacısı və eyni zamanda iş üzrə nümayəndəsi olan Nümayəndə qətnaməni ilk dəfə xx.xx.2022-ci il tarixdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini isə xx.xx.2022-ci il tarixdə almış, daha sonra kassasiya şikayəti vermiş, beləliklə qətnamədən xx.xx.2022-ci il tarixindən məlumatlı olsa da, özünün apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Nümayəndə xx.xx.2023-cü il tarixli qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, xx.xx.2023-cü il tarixli qərardadla isə onun nümayəndəsinin (vəkilinin) xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayət, müddət ötürülməklə verildiyi əsas göstərilməklə geri qaytarılmışdır. Nümayəndəsinin (vəkilinin) xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayət məhkəmənin 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məcəllənin 135.7-ci maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı Nümayəndə və onun vəkilinin elektron kabinetlərinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, bu qərardaddan şikayət isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2534/2022 saylı iş üzrə 20 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar