Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6998/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh «Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu» X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb, Müəyyən etdi: İddiaçı cavabdeh «Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu» X2rşı (X1 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) «əmrin və sərəncamın ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və sair» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh «Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu» X4 tərəfindən elektron qaydada apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti elektron qaydada verilsə də, qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, MPM-in 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin Məcəllənin 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Yəni, cavabdeh məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını göstərməmiş, sadəcə maddi hüquq normalarını qrafalara köçürməklə kifayətlənmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2022 saylı, 10 avqust 2022-ci il qətnaməsindən cavabdeh «Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu» X4 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-6998/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6998/2022
28.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver