Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6999/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 birgə şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4366/2024 saylı qərardadı ilə 2(004)-4366/2024 saylı mülki iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, məhkəmə-tikinti texniki ekspertizası üzrə ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. ünvan 1 ünvanında yerləşən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X1 paylı mülkiyyətində olan, çıxarışda ümumi sahəsi 117,8 m2 göstərilən fərdi yaşayış evinin ayrılıqda faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) nə qədər təşkil edir? Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. ünvan 1 ünvanında yerləşən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X1 paylı mülkiyyətində olan evlərin faktiki vəziyyəti nəzərə alınmaqla 1m2 -nin dəyəri nə qədərdir? 2. ünvan 1 ünvanında yerləşən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X1 paylı mülkiyyətində olan evlərə uyğun tikililərin kirayə dəyəri nə qədərdir? Ekspertizanın aparılması tərəflərin iştirakları ilə yerli baxış keçirilməklə “X2 Mərkəzi” MMC-yə tapşırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4366/2024 saylı qərardadında yol verilmiş yanlışlığın düzəldilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4366/2024 saylı qərardadında “məhkəmə-tikinti-texniki ekspertizası üzrə ekspert qarşısında aşağıdakı suallar qoyulsun: 1. ünvan 1 ünvanında yerləşən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X1 paylı mülkiyyətində olan, çıxarışda ümumi sahəsi 117,8 m2 göstərilən fərdi yaşayış evinin ayrılıqda faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) nə qədər təşkil edir?” hissəsində ekspertizanın aparılmasının Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 (hər birinin nümayəndəsi və vəkili Nümayəndə2) verdiyi şikayətində qərardadın ləğv edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, bu əslində 04 oktyabr tarixli qərardadda yanlışlığın düzəldilməsi barədə qərardad deyil, 04 oktyabr tarixli qərardadın dəyişdirilməsi barədə qərardaddır. Bu isə nəticə etibarı ilə işə baxılmanın süni şəkildə gecikdirilməsinə gətirib çıxarır. Belə ki, 04 oktyabr tarixli qərardadda hər iki ekspertizanın aparılması “X2 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Lakin hakim 18 oktyabrda məhkəmə iclası təyin edərək, səbəbini heç cür əsaslandırmadan 04 oktyabr tarixli qərardadda yanlışlığın düzəldilməsi barədə yeni qərardad qəbul edib. 18 oktyabr tarixli qərardadda bu addımın atılması heç bir formada əsaslandırılmamışdır, sadəcə olaraq, yazılır ki, məhkəmə-tikinti-texniki ekspertizasını Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi aparmalıdır. Niyə, nə səbəbdən qərardadda bu barədə heç nə göstərilmir. Həmçinin 18 oktyabr tarixli qərardadda 04 oktyabr tarixli qərardaddakı yanlışlığın - yəni səhvin nədən ibarət olması göstərilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Əvvəla, şikayətdə qərardadın ləğv edilməsi göstərilsə də bunun səbəbləri kifayət qədər ciddi dəlillərlə əsaslandırılmayıb. Belə ki, mübahisələndirilən qərardad yanlışılığın düzəldilməsi barədə deyil, qərardadın dəyişdirilməsi barədə qərardad olması şikayət verənin mülahizəsi kimi qiymətləndirilməlidir. Çünki ekspertiza təyin edilməsi barədə qərardadda ekspertlər qarşısında 3 sual qoyulmuşdur. Hər 3 sual üzrə rəy verilməsi “X2 Mərkəzi” MMC-yə həvalə edilsə də, sonradan 1-ci sual üzrə, yəni tikinti-texniki ekspertiza qarşısında qoyulmuş suala cavab verilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Demək qərardadda yanlız 1-ci sual üzrə ekspert rəyi verməli olan qurumun adı yanlış göstərildiyi üçün düzəldilmişdir. Bu hal isə bütövlükdə qərardadın dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Bir də ki, bu cür ekspertiza hələlik yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilir. Digər qurumuların, o cümlədən özəl qurumların bu cür ekspertiza keçirməsi hələlik qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə bu baxımdan da qərardadda düzəliş edilməsi mahiyyət etibarı ilə düzgün olmuşdur. Şikayət verən bu cür düzəlişin nəticə etibarı ilə işə baxılmanın süni şəkildə gecikdirilməsinə gətirib çıxardığını göstərsə də əslində özünün davranışı, yəni qərardaddan şikayət vermə hüququndan istifadə etməsi işə baxılması müddətini süni şəkildə uzatmış olur. Əlbətdə yaxşı olardı ki, birinci instansiya məhkəməsi yanlışlığa dair qəbul etdiyi qərardadı qanunvericiliyə istinad etməklə əsaslındırsın, düzəlişin səbəblərini göstərsin və əvvəlki qərardadda buraxdığı yanlışlığın nədən ibarət olduğunu açıqlasın. Ancaq qərardadda bu halların göstərilməməsi də mahiyyəti üzrə düzgün olan qərardadın yalnız formal səbəblərə görə ləğv edilməsi üçün kifayət edən əsas sayılmır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6999/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6999/2024
16.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver