Məhkəmə qərarları › İş №2(103)-7003/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7003/2022

12.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7003/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(009)-1743/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 94.2 kv.m, yaşayış sahəsi 74 kv.m olan 5 otaqlı mənzil sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə verərək Cavabdeh qeydiyyat ünvanının ünvan 2yət qaydalarına uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(009)-1743/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(009)-1743/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət həmin məhkəmənin 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Cavabdeh əməliyyatdan sonra müalicə aldığına, həkim məsləhətinə əsasən uzaq səfərlərə çıxma bilmir. Buna görə də mülk işin qeydiyyatda olduğu yerə əsasən (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 137/5) aidiyyatı üzrə Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(009)-1743/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddianın predmeti olan mənzil Səbail rayonunun ərazi yurisdikdiyasındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyətı qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətin təminindən imtina edərkən düzgün nəticəyə gəlmişdir ki, hazırki iş üzrə iddiaçının boşaldılaraq ona təhvil verilməsini xahiş etdiyi (Bakı şəhəri, Xəqani küçəsi, ev 41, mənzil 19/21) mənzil Bakı şəhəri Səbail rayonu ərazisində yerləşdiyindən və icraata götürülərək baxıldığından mahiyyəti üzrə də həmin məhkəmədə həll edilməli və şikayət təmin ediləməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(009)- 1743/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar