Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7009/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5000/2023 saylı qərardadından ərizəçinin nümayəndəsivəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5000/2023 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçinin nümayəndəsi-vəkili Vəkil tərəfindən şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5000/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət geri qaytarılmışdır. Daha sonra ərizəçinin nümayəndəsi-vəkili Vəkil tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5000/2023 nömrəli xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadlarından şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5000/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5997/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5000/2023 nömrəli xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ləğv edilmiş və mülki iş ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5000/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olmasını, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini təsdiq edən hər hansı bir sənədi ərizəsinə əlavə etməmişdir. Bu cür sübutun ərizəyə əlavə edilməməsi həmin hüquq haqqında mübahisənin olub-olmamasını müəyyənləşdirməyi də qeyri-mümkün edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab etmişdir ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin qərardaddan ərizəçinin nümayəndəsi-vəkili Vəkil şikayət verərək ləğv edilməsini və ərizənin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işin elektron qovluğundan görünür ki, ərizə, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən 14 gün ərzində, yəni xx.xx.2023-cü il tarixədək ərizənin geri qaytarılmasına dair qərardad çıxarılmamış, bununla bağlı “Elektron məhkəmə” portalına nəticə daxil edilməmişdir. Bu hal, portal vasitəsilə ərizəçinin nümayəndəsinin şəxsi kabinetinə göndərilmiş xx.xx.2023-cü il tarixli “Qərardadın çıxarılmasına dair elektron bildiriş”dən də görünür. Beləliklə, ərizənin qaytarılmasına dair birinci qərardadın tarixi xx.xx.2023-cü il göstərilsə də, əslində “Elektron məhkəmə” portalında ərizənin geri qaytarılmasına dair nəticə xx.xx.2023-cü il tarixdə daxil edilməsi işin mübahisəsiz halıdır. Beləliklə, ərizənin qaytarılmasına dair qərardad, ərizənin qeydiyyata alınmasından 14 gün sonra çıxarılmışdır. Həmçinin, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası faktik qəbul etmək, notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə vermək, eyni hüquqi nəticə doğurmaqla, hüquq subyektinin (vərəsənin) dispozitiv seçiminə bağlıdır. Ərizəçi, atasının ölümündən sonra ondan miras qalmış əmlaka faktik sahiblik etməklə mirası qəbul etmişdir. Məhkəmə, ərizəni geri qaytarmaqla, ərizəçinin MM-nin 1243.2-ci maddəsi ilə təsbit edilmiş hüquqlarını pozmuşdur. Əmlaka sahiblik etməyə və ya əmlakıidarə etməyə faktik başlamaqla mirası faktik qəbul etmək hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində təsbit olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5000/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 307.2.9-cu maddəsinə əsasən şəxsin mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin barədə qətnamə əsasında bərpa edilə bilər. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Kollegiya qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair xüsusi icraat qaydasında daxil olmuş ərizənin məhkəmə icraatına qəbul edilməsini yalnız o halda mümkün saya bilər ki, bu faktları təsdiq edən sənədlərin məhkəmədənkənar qaydada alınması mümkün olmasın. Lakin ərizəyə əlavə edilmiş materiallardan göründüyü kimi, ərizəçi müvafiq sənədləri başqa yolla əldə etməyin mümkün olmamasına istinad etsə də, tərəfindən ərizənin məhkəməyə verilməsindən əvvəl vərəsəlik haqqında şəhadətnamə alınması üçün müvafiq notariat kontoruna müraciət edildiyini və imtina cavabının alındığını təsdiq edən hər hansı bir sübut ərizəyə əlavə edilməmişdir. Ərizəçinin şikayətdəki dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq mirasın qəbul edilməsi faktı vərəsəlik şəhadətnaməsinin verilməsi ilə, bu mümkün olmadıqda məhkəmədə xüsusi icraat qaydasında öz təsdiqini tapır. Məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi də heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Həmçinin qeyd edilməlidir ki, hazırda mübahisələndirilən qərardad məhkəmə tərəfindən çıxarılarkən prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Ərizəçinin istinad etdiyi hallar isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5000/2023 saylı qərardadı qəbul edilən zamanı məhkəmənin həyata keçirdiyi prosessual hərəkətlərə aiddir, bu da hazırki apelyasiya baxışının predmeti deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 310.1-ci maddələrinin tələblərinə uyğun geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçinin nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5000/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-7009/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7009/2023
14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver