Məhkəmə qərarları › İş №2(103)-7011/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7011/2021

31.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7011/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X8, Cavabdeh2 Ətiraf oğluna, X6, X3, X4 və X10 qarşı “mənzilin boşaldılması tələbinə dair” Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-276/2018 saylı iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Ətiraf oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X8, Cavabdeh2 Ətiraf oğluna, X6, X3, X4 və X10 qarşı mənzilin boşaldılması barədə iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2 Ətiraf oğlunun, X5, X1, X2 və X9 İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1lı mənzilindən çıxarılması, onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, ünvan 1lı mənzilinin boşaldılması, həmin mənzilin İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(103)-12309/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Hazırda iş üzrə digər Cavabdeh2 Ətiraf oğlu Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 Ətiraf oğlunun apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən spellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş 14.10.2020-ci il tarixli, № 04/2020 saylı qərardadda qeyd edilmiş mövqeyə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olubolmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə cavabdehlərdən İ.Rüstəmov və Cavabdeh1 tərəfindən 11.09.2018-ci il tarixdə rabitə orqanı vasitəsi ilə şəxsən təqdim edilmişdir. İddia tələbinin yönəldiyi cavabdehlər ailə üzvlər olmaqla, ünvan 1lı mənzildə qeydiyyatdadırlar və həmin mənzildə yaşayırlar. Digər tərəfdən, hər iki cavabdeh tərəfindən tərtib edilmiş apellyasiya şikayətində ünvan olaraq, eyni ünvan, yəni ünvan 1lı mənzil qeyd edilmişdir. Həmin qətnamədən Cavabdeh2 Ətiraf oğlu tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən hissəyə bundan əvvəl Cavabdeh1 apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(103)-12309/2018 saylı qətnaməsi ilə qiymət verildiyindən Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş 14.10.2020-ci il tarixli, № 04/2020 saylı qərardadda qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiyaa Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017ci il 08 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən Cavabdeh2 Ətiraf oğlu tərəfindən verilmiş apellyasiya şikayət qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-276/2018 saylı iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Ətiraf oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar