Məhkəmə qərarları › İş №2(103)-7012/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7012/2020

19.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7012/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi nümayəndəsi X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini cəlb etməklə) Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2585/2020 saylı işi üzrə xx xxxx 2020 ci il tarixli mülki iş üzrə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı - ( çılingər) vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Azər Əlizadənin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2019-cu ıl tarixli 877/K nömrəli əmrinin ləğv edilməsini və İddiaçı ‘'Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Zavodunda (çılingər) vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı xx xxxxxx 2018-ci il tarixli, 695/18 saylı əmək müqaviləsi (səh.14), xx xxxxxx 2018-ci il tarixli, 321/K saylı əmr (səh.22), xx xxxxxx 2019-cu il tarixli, 15/19 saylı əmək müqaviləsi (səh.30), xx xxxxxx 2019-cu il tarixli, 09/K saylı əmr (səh.38), Cavabdeh X11 Zavodunun 30 oktyabr, 31 oktyabr və xx xxxxxx 2019-cu il tarixli aktlar (səh.62-63), Cavabdeh xx.xx.2019-cu il tarixli, 877/K saylı əmr (səh.45), yazılı izahatlar (səh.121-127) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2585/2020 saylı işi üzrə xx xxxx 2020 ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyası, 36-cı maddənin İ bəndi; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70-ci maddəsinin “ç” bəndi, 71.1, 72, 262, 270, 271-ci maddələrinə istinadən qeyd edilmişdir ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Zavodunda çilingər vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, 30 oktyabr, 31 oktyabr və xx xxxxxx 2019-cu il tarixlərdə işə gəlməmişdir. İddiaçı işə gəlməməsi səbəbini işçilərin maaş azlığı ilə bağlı etirazları ilə əlaqələndirmişdir. Belə olan halda, hazırki məsələ işçinin tətil hüququ və ya işəgötürənin maraqları baxımından təhlil edilməlidir. əmək qanunvericiliyi işçilərin tətil etmək hüququnu həyata keçirmək üçün prosedurların əsas məqsədi işçilərin tətili zamanı işəgötürənin məlumatlı olması və dolayısıyla onun da maraqlarının müdafiəsidir. Həmçinin nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində tətillə nəzərdə tutulmuş tələblərin pozulması müəssisədə işin normal ahənginin pozulmasına səbəb ola bilər. Hazırki işə gəldikdə isə iddiaçı və şahidlər eyni müəssisədə 35-40 işçinin tətil etdiyinə dair ifadə vermişdirlər. Buna baxmayaraq, işin halları və sübutlar ona dəlalət edir ki, işçilər ardıcıl olaraq 3 gün işə gəlməmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2585/2020 saylı işi üzrə xx xxxx 2020 ci il tarixli Qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 217.1-ci maddələrinə istinadən qeyd edilir ki, əmrin qanunsuz və əsassız olmasını subut edən X3rşısında yerləşən müşahidə kamerası tərəfindən 30-xx xxxxxxx 2019-cu il tarixdə çəkilmiş video görüntülərin məhkəmə qaydasında alınıb baxılması barədə vəsatəti təmin edilməyib. Hansı ki, həmin video görüntülərdə subut olunur ki, xx xxxxxxx 2019-cu il tarixdə zavodun qarşısında bütün işçilər toplaşıb əmək haqqının azlığından şikayət edib etirazlarını bildiriblər. Səhəri günü xx xxxxxxx 2019-cu il tarixdə işə gələndə onu zavoda buraxmadılar ki, bu an həmin müşahidə kameraları tərəfindən çəkilib. Həmçinin bu barədə xx.xx.2019cu il tarixdə X11 zavodunun rəhbərliyinə teleqram göndərib məlumat vermiş ki, bunu təsdiq edən poçt xəbərnaməsinin əslini məhkəməyə təqdim etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, xx.xx.2019-cu il tarixində əmək haqqının azlığı səbəbindən 1 və 2-ci növbə işçilərin etiraz etdiklərini, bundan sonra həmin günün axşamı kadrlar şöbəsindən ona zəng edilərək, sabah işə gəlməsinin tapşırıldığını, ancaq xx.xx.2019-cu il tarixində işə gəldiyi zaman mühafizənin onu içəri buraxmadığını, səbəb kimi isə ona verilən siyahıya əsasən, o və siyahıda olan işçilərin içəri buraxılmasına rəhbərlik tərəfindən yol verilmədiyini bildirdiyini, həmin gün o və içəri buraxılmayan digər işçilərin teleqram göndərərək, işə gəldiklərini lakin izahat yazmaqdan imtina etdikləri üçün içəri buraxılmadıqlarını teleqramda bildirdiklərini, cavabdeh təşkilatın vəzifəli şəxsləri tərəfindən kimin işləmək istəmədiyi təqdirdə öz ərizəsi getmək imkanlarının onlara bildirdiklərini, onun iş vaxtının günün ikinci yarısında olduğunun, tətilin isə günün birinci yarısında olduğunu, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətidə izahat verdiklərini, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edildiyindən heç bir yerdə onu işə qəbul etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X1 Cavabdehnə ünvanlanmış sorğunun cavabını məhkəməyə təqdim edərək, iddiaçının Cavabdeh Ucarda yerləşən filialında işlədiyini, xx.xx.2019-cu ildə səhər və günorta növbəsi işçilərinin əmək haqqının azlığına etiraz edərək işlərini dayandırdıqlarını, bundan sonra həmin işçilərə müraciət olunaraq əmək haqqı məsələsinə yanvar ayında baxılacağı və izahat yazaraq işlərinə davam etmələrinin bildirildiyini, həmin işçilərdən izahat yazanların işlərinə qaytarıldığını, lakin iddiaçı da olmaqla digər 2 nəfərin izahat yazmaqdan imtina edərək üzrlü səbəb göstərilmədən növbəti 3 gün ərzində işə gəlmədiklərindən əmək müqavilələrinə xitam verildiyini, işçilərin etdikləri hərəkətlərin tətil olmadığını, çünki tətil keçiirlməsinin qanunla müəyyən edilmiş qaydasının olduğunu, ancaq onların buna riayət etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X9 işçilərin tətil etmələrinin onların hüquqları olduğunu, sadəcə olaraq tətilin keçirilməsinin prosedur qaydalarını bilmədiklərini, işçilərinin heç bir səbəb göstərilmədən işə gəlməməklərinin əgər bu barədə sübut varsa qanunsuz olduğunu bildirmişdir. Cavabdehnə ünvanlanmış sorğunun xx.xx.2020-ci il tarixli cavab məktubunda iddiaçı, İddiaçı 30, 31 oktyabr və xx xxxxxx 2019-cu il tarixlərdə ardıcıl olaraq 3-gün heç bir üzürlü səbəb olmadan bütün iş günü iş yerinə gəlmədiyi və bu barədə zavod rəhbərliyinə və digər zavod əməkdaşlarına heç bir məlumat vermədiyi bununla da əmək vəzifələrini kobud surətdə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi, işçilərin tətil (etiraz) etmələri ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 262, 271,272-ci maddələri işçilərin tətil (etiraz) keçirmək qayda və tələblərini nizamladığını, qanunun tələbinə görə tətil keçirilməsi haqqında işçilərin öz yığıncaqlarında qərar qəbul etməli və 10 iş günü əvvəl bu haqda işəgötürünə mütləq qaydada məlumat verilməli olduğunu ancaq belə bir qərar və belə bir müraciətin olunmadığı, Cəmiyyətdə Həmkarlar İttifaqının mövcud olmadığı bildirilir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası ƏM-nin 10, 12, 68-76, 83, 270-286, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, əmrin verilməsinə əsas qanunsuz tətilin keçirilməsi deyil üzrsüz səbəbdən iddiaçının işə gəlməməsi olmuşdur. İddiaçının müqavilə münasibətlərindən irəli gələn vəzifələrinin yerinə yetirilməsinin təsdiqi tərəflər arasında texniki vasitələrlə qeydiyyatını müəyyən edən müqavilə və ya digər sənədlə tənzimlənmədiyindən cavabdehə məxsus hər hansı kamera görüntülərinin tələb (vəsatətin təmin) edilməsinin prosessual əsasları mövcud olmamışdir. İddia edilən tətil günü və ondan sonrakı günlərin işdə olmaması, habelə iş vaxtının günün ikinci yarısında olduğu, tətilin isə günün birinci yarısında olduğu halda elə həmin günü işə gələməməsinə aydınlıq gətirilməməsi, izahat yazmaqdan imtina etməsinin və ondan sonrakı günündə işə gəlməməsinin səbəblərinin açıqlamaması İddiaçının sübut etməli olan hallara dair əsaslı dəlillər belə müzakirəyə təqdim edilməməsinə və onun barəsində verilən əmrin əsassız olmadığına şübhəsiz qənaəti təsdiq edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2585/2020 saylı işi üzrə xx xxxx 2020 ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar