Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7012/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, 03 avqust 2022ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MTK tərəfındən ayrılıqda verilmiş apellyasiya şikayətlərini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «pul tələbi» nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, 03 avqust 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Mülki iş materialları ilə müəyyən edilir ki, qətnamə «Azemis» elektron informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri forma və məzmuna riayət edilmədiyi üçün Məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərardadları ilə geri qaytarılmışdır. Daha sonra İddiaçı və Cavabdeh tərəfindən nöqsan aradan qaldırılaraq xx.xx.2022ci il tarixdə iddiaçının, xx.xx.2022-ci il tarixdə isə cavabdehin elektron qaydada apellyasiya şikayətləri daxil olmuş və şikayətlər baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hər iki tərəfin nöqsan aradan qaldırıldıqdan sonra 2-ci dəfə verdikləri (xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə) apellyasiya şikayətlərinin vaxtında verilib-verilməməsini yoxlamamış, bununla bağlı hər hansı əlavə prosessual hərəkət etməyərək apellyasiya şikayətlərini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətlərin vaxtında verilib-verilmədiyi yoxlanılmadığından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, 03 avqust 2022ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MTK tərəfındən ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin və şikayətlərin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7012/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7012/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver