Məhkəmə qərarları › İş №2(103)-7013/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7013/2025

24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7013/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3172/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3172/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı (3 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «torpaq sahəsi üçün ödənilmiş pul vəsaitinin mirasa daxil edilməsi və həmin pul vəsaitindən İddiaçı1 1/5 hissədə aid olan miras payına uyğun 2400.0 ABŞ dolları pulun cavabdehdən tutulması» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri mülki işə əlavə edilərək baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gödərilmişdir. Məhkəmə kollegiyası İddiaçı2 şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, İddiaçı2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 363.1.3-cü bəndinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır. MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki iş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli qətnamə İddiaçı2 məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir (iş/vər.123). İddiaçı2 tərəfindən apellyasiya şikayəti isə elektron qaydada xx.xx.2025-ci il tarixdə verilmişdir. Bununla da müəyyən edilir ki, şikayət müddət ötürülməklə verilmişdir. MPM-nin 130.1-ci maddəsində göstərilir ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı2 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə təqdim edildiyindən şikayətin apellyasiya mümkünlüyü üçün əsaslar mövcud deyil, bu səbəbdən də geri qaytarılması üçün iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Bundan əlavə kollegiya tərəfindən işin birinci instansiya üzrə elektron icraat materialları öyrənilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3172/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iş üzrə digər iddiaçılar- İddiaçı3 və İddiaçı1 tərəfindən apellyasiya şikayətləri verilsə də, iş materiallarına əlavə edilməmişdir. Odur ki, kollegiya qeyd edilən şikayətlərin işə əlavə edilməklə mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını məhkəmənin diqqətinə çatdırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3172/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş materialları həmin apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar