Məhkəmə qərarları › İş №2(103)-7014/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7014/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7014/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və 15.700 manat məbləğində pul tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadından iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və 15.700 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eynii zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehlik sahibliyində olaq “Bentley GT” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(009)-1537/2021 saylı qərardadına əsasən Cavabdeh adına qeydiyyata alınmış “Bentley GT” markalı, ** GB *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs (alğı-satqı, bağışlama, dəyişmə, yüklü edilməsi və özgəninkiləşdirməsi ilə bağlı hərəkətlər qadağan edilməklə) qoyulmuşdur. Həmin qərardaddan Cavabdeh şikayət verərək onun ləğv edilməsini və prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş AR DİN Baş Dövlət Yol polis İdarəsi tərəfindən Vəkil1 ünvanlanmış məktubdan görünür ki, kompyuter uçot bazasına görə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh adında 13.10.2016-cı il tarixdən “Bentley GT” markalı, 90- GB-004 dövlət qeydiyyat nişanlı avtomaşın var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, həmin tələblərdən biri cavabdehdən 15.700 (on beş min yeddi yüz) manat məbləğində pulun tutulması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə iddia təmin olunacağı halda pulun tutulması hissəsində çıxarılacaq qətnamənin icrasını təmin etmək məqsədi ilə cavabdehin mülkiyyətində olan avtomaşının üzərinə həbsin qoyulmasını qərara almaqla işə baxan birinci instansiya məhkəsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə 27 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar